SAQQALIN QIRXILMASI FİTRƏTƏ MÜXALİFDİR –«(Ya Muhəmməd!) Üzünü Allahın pak dininə tərəf tut. Allah fitrəti ilə insanları fitrət üzərə yaratmışdır». (ər-Rum 30). FİTRƏT – Sünnət. Yəni Allahın insanları yaratdığı saf, təmiz halı. Fitrətin əsli – xilqətin (yaradılışın) başlanğıcıdır. İbn Əsir – rahmətullahi aleyhi - deyir ki: «Fitrət Peyğəmbər – sallallahu aleyhi və səlləm – in əməl etmək üçün əmr etdikləri sünnətlərdir»979. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «On şey fitrətdəndir: Bığları qısaltmaq və saqqalı uzatmaq…»980.
ALLAHIN YARATDIĞINI DƏYİŞDİRMƏKDİR -«Allah ona lənət etdi. O, isə dedi: «Əlbətdə mən sənin bəndələrindən müəyyən qismini ələ alacağam. Onları hökmən sapdıracağam, xülyalara salacaq, heyvanların qulaqlarını kəsməyi və Allahın yaratdıqlarına dəyişikliklər verməyi əmr edəcəyəm. Allahı atıb şeytanı özünə dost tutan şəxs əlbətdə açıq-aşkar ziyana uğramışdır». (ən-Nisa 118,119). «Allahın xəlqini(xəlq etdiyi sifəti) dəyişmək olmaz». (ər-Rum 30). Bu dəlillər açıq-aydın, şəri bir izn olmadan Allahın yaratdığını dəyişdirməyin, şeytanın əmrinə itaət olduğunu görstərməkdədir. Saqqalı qırxmaq isə şeytanın sevdiyi və əmr etdiyi bir yaradılışı pozma əmri olduğunda heç bir şübhə yoxdur. Abdullah b. Məsud - radıyallahu anhu – deyir ki: «Allah döymə (nakolka) döyən, döymə döydürən, qaşlarını aldıranlara, gözəllik üçün Uca Allahın xilqətini (Allahın verdiyi surəti) dəyişdirərək dişlərini hamarlandıraraq incələdən qadınlara lənət etmişdir. Bu sözlər Abdullahın evində olan Umm Yaqub kimi tanınan Əsəd övladlarından olan bir qadına çatdı. Abdullahın yanına gələrək belə dedi: «Mənə xəbər verildiyinə görə sən filan-filan sözləri demisən». Abdullah: «Peyğəmbərin - səllallahu aleyhi və səlləm – in lənət etdiyi və Uca Allahın Kitabında da (lənətlə) yad edilmiş kimsələri mən nəyə görə lənətləməməliyəm?» Qadın: «Məndə heç şübhə yoxdur ki, Quranı başdan axıra qədər oxumuşam və bilirəm. Sənin bu dediyini orada görməmişəm». Abdullah: «Əgər sən Quranı həqiqətən oxumuş olsaydın onu tapardın və: «Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin» buyurduğunu orada oxumamısanmı?». Qadın oxuduğunu təsdiq etdikdə, Abdullah dedi: «Peyğəmbərin - səllallahu aleyhi və səlləm – bu dediklərini qadağan etmişdir». Qadın: «Məncə sənin ailən də bunu edir» dedi. Abdullah: «Get, bax!» dedi. Qadın getdi, lakin dediyi kimi bir şey görmədi. O, qayıdaraq: «Xeyr, dediyim kimi bir şey görmədim, deyincə, Abdullah: «Əgər dediyin kimi olsaydı bizimlə birlikdə olmazdılar»981. Saqqal qırxmaq da gözəllik üçün Allahın yaratdığını pozmaq olduğunda şübhə yoxdur. Saqqal qırxmaq Allahın yaratdığına etiraz etmək deməkdir və bu əməl də yuxarıda qeyd olunduğu kimi lənəti gətirən səbəblərdəndir. Çünki Allah insanı ən gözəl, mükəmməl bir surətdə yaratmışdır. «Sizə surət verdi və surətlərinizi gözəl yaratdı».(ət-Təğabun 3). «Biz Adəm övladını şərəfli və hörmətli elədik». (əl-İsra 70). «Biz insanı ən gözəl biçimdə yaratdıq». (ət-Tin 4). «Bu hər şeyi yerli-yerində edən Allahın gördüyü işdir». (ən-Nəhl 88). Şübhəsiz ki, saqqalı kəsilməsi (qırxılması) bu böyük neməti inkar etmək mənasına gəlir.