SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H


QADINLARIN KİŞİLƏRƏ, KİŞİLƏRİN DƏ QADINLARA BƏNZƏMƏSİ



Yüklə 3,12 Mb.
səhifə233/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   229   230   231   232   233   234   235   236   ...   330
QADINLARIN KİŞİLƏRƏ, KİŞİLƏRİN DƏ QADINLARA BƏNZƏMƏSİ

İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – lənət edib kişiyə bənzər qadınlara və qadınlara bənzər kişilərə (və ya bir-birilərinə oxşamaq istəyənlərə)»1142. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib qadın paltarı geyinən kişilərə və kişi paltarı geyinən qadınlara»1143. Bu bənzəmə geyimdə, hərəkətlərdə, yerişdə, daşıqda da özünü biruzə verir.


NƏSƏB İLƏ FƏXR ETMƏK VƏ NƏSƏBƏ TƏNƏ ETMƏK

Əbu Məlik əl-Əşari - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ümmətimdə cahiliyyə adətlərindən qalma dörd əlamət vardır ki, onu heç vaxt tərk etməyəcəklər. Əsl-nəcabətlə fəxr etmək, nəsəbə söymək, ulduzlardan vəsilə istəyərək yağmur diləmək və ölünün arxasıyca fəryad edərək ağlamaq…»1144. Peyğəmbər – sallallahu aleyhi və səlləm – hər hansısa bir əməli cahiliyyəyə mənsub edərdisə insanların bundan çəkinməyini bildirir. Burada da cahiliyyə deyildikdə İslamdan qabaqkı dövr nəzərdə tutulur. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İki xislət vardır ki, ümmətim onları heç vaxt tərk etməyəcəkdir. Şivən qopardaraq ağlamaq və əsl-nəcabətə tənə etmək»1145. Əbu Hureyrə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlarda (cahiliyyədən qalan) iki əməl vardır ki, onlar üçün küfrdür. Nəsəbə söymək və ölü üzərinə fəryadla ağlamaq»1146.



Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   229   230   231   232   233   234   235   236   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin