SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə230/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   226   227   228   229   230   231   232   233   ...   330
İPƏKDƏN NƏ VAXT İSTİFADƏ EDİLİR? Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Zubeyr b. AbdurRahman b. Auf - radıyallahu anhu – ya (dəridə olan) qaşınma xəstəliyinə görə ipək paltar geyinməsinə icazə vermişdir»1132.

QIZIL QADINLARA DA HARAMDIR - Şeyx əl-Albani – rahmətullahi aleyhi - deyir ki: «Haram olduğuna görə qızıl üzük, bilərzik və boyunbağı taxmaq qadınlara da haramdır. Bu haqda bir çox hədislər vardır. Mütləq hökm ifadə edən hədislərdən bəziləri: Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Dostuna oddan bir halqa geyindirmək istəyən onun barmağına qızıl üzük taxsın. Sevdiyi bir kimsənin boynuna atəşdən bir boyunmağı taxmaq istəyən onun boynuna qızıldan bir boyunbağı taxsın. Dostunun qoluna atəşdən bir bilərzik taxmaq istəyən isə onun qoluna qızıldan bir bilərzik taxsın. Gümüşdən ayrılmayın, onunla oynayın, oynayın»1133. Sovban – radıyallahu anhu – rəvayət edir ki, Hubeyrənin qızı Rəsulullah - səllallahu aleyhi və səlləm – in yanına gəldikdə barmaqlarında qızıldan böyük üzüklər vardı. Peyğəmbər - səllallahu aleyhi və səlləm – əlindəki budaq ilə onun barmaqlarına vuraraq: «Allahın barmaqlarına atəşdən bir üzük taxması səni sevindirirmi?» deyə buyurdu. Qadın Fatimə – radıyallahu anhə – nin yanına gələrək şikayət etdi. (Sovban deyir ki) Mən də yanında olduğum halda Rəsulullah - səllallahu aleyhi və səlləm – qızı Fatimə – radıyallahu anhə – nin evinə gəldi. Fatimə boynundakı qızıl boyunbağını əlinə alaraq: «Bunu mənə Həsənin atası bağışlayıb» deyə xitab etdi. Peyğəmbər: «Ey Fatimə! İnsanların - Muhəmmədin qızı Fatimənin əlində atəşdən bir parça var - demələri səni sevindirirmi?» deyə buyurdu və onu şiddətli bir dillə tənbeh etdi. Evində oturmadan çölə çıxdı. Fatimə – radıyallahu anhə – həmən o, boyunbağını satdı və pulu ilə bir kölə alaraq azad etdi. Bu xəbər Rəsulullah - səllallahu aleyhi və səlləm – in qulağına çatdıqda: «Fatiməni atəşdən qurtaran Allaha həmd olsun» dedi1134. Rəsulullah - səllallahu aleyhi və səlləm – in zövcəsi Ummu Sələmə – radıyallahu anhə – rəvayət edir ki, boynumda qızıldan boyunbağı taxıb Rəsulullah - səllallahu aleyhi və səlləm – in evinə girdim. Məndən üzünü çevirdi. Ey Allahın Rəsulu! Ziynətlərimə baxmaq istəmirsənmi? dedim. O: «Mən də elə sənin ziynətlərindən üz çevirirəm» deyə buyurdu. Bu vaxt dərhal onları boynumdan çıxardım. Bundan sonra mənə baxdı (Başqa rəvayətdə: Siz qadınların gümüşdən düzəldilmiş, zəfəranla boyanmış boyunbağı taxmağınızın sizə heç bir zərəri yoxdur»1135.

Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin