SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə228/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   224   225   226   227   228   229   230   231   ...   330
ZƏMANƏNİ SÖYMƏK

Zəmanə pis zəmanədir, vəfasız zəmanə və s. «Belə deyirlər: Dünya həyatımızdan başqa heç bir həyat yoxdur, ölürük və dirilirik bizi öldürən ancaq dəhrdir (zaman). Bu barədə onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapanırlar». (əl-Cəsiyə 24). Ümumiyyətlə zəmanəni pisləmək üç şəkildə olur. 1. Zəmanə barəsində onu pisləməyərək xəbər vermək. Bu gün hava istidir. Bu gün hava soyuqdur və s. Buna da dəlil: «Elçilərimiz (mələklər) Lutun yanına gəldikləri zaman (tayfası bu gözəl qonaqlara bir pislik yetirər deyə) əndişəyə düşdü, ürəyi sıxıldı və: Bu çox çətin, başı bəlalı bir gündür dedi». (Hud 77). 2. Etiqad edəsən ki, hər bir şeyi edən zəmanədir. Xeyir və şərri edən zəmanədir. Buna görə də zəmanəni söymək. Bu da böyük şirkdir. Çünki sən etiqad edirsən ki, Allahdan başqa xeyir və şərri edə bilən xaliq vardır. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Zəmanəni söyməyin. Çünki Allah zəmanənin özüdür»1119. 3. Etiqad edir ki, xeyir və şərr Allahdandır. Lakin hər hansı bir günü pis keçdikdə zəmanəni söyür. Bu isə haramdır. Həqiqətdə isə onun söyməsi Allaha qayıdır. Çünki zəmanəni idarə edən Allahdır və bununla da Allahı söymüş olur. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – öz Rəbbindən buyurdu: «Adəm oğlu mənə əziyyət verir, zəmanəni söyür (pisləyir). Zaman isə Mənəm. Mən gecə ilə gündüzü bir-biri ilə əvəz edirəm»1120. «Dünya həyatımızdan başqa heç bir həyat yoxdur. Ölürük və dirilirik bizi öldürən ancaq Dəhrdir. Bu barədə onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapanırlar!». (əl-Casiyə 24). «Allahı və Onun Peyğəmbərini incidənlərə Allah dünyada və axirətdə lənət eləmiş və onlar üçün həqarətli bir əzab hazırlamışdır». (əl-Əhzab 57).



Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin