SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə226/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   222   223   224   225   226   227   228   229   ...   330
İDARƏÇİLƏRƏ İTAƏTSİZLİK

İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Kim əmrinə itaət etməkdən əl çəkərsə Qiyamət günü (öz lehinə) qarşı heç bir dəlil olmadan Allahın hüzuruna çıxar. Kimdə əmrinə beyət etmədən ölərsə cahiliyyə dövründə ölən kimsə kimi ölmüş olar (Başqa rəvayətdə: Kim cəmaatdan ayrılaraq ölmüş olarsa cahiliyyə ölümü ilə ölmüş olar)»1097. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Əmrlərinizi dinləyib itaət edin. Hətta üzərinizə başı üzüm dənəsi (kimi qapqara) həbəşili bir qulu təyin etsələr də belə»1098. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Zəngin ikən, fəqir (kasıb) ikən, sevdiyiniz və ya sevmədiyinz, hətta (əmr sizə məxsus olan bir şeyi özünə aid etdiyi) durumda da əmrlərinizi dinləyib onlara itaət emək üzərinizə vacibdir»1099. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ey Ənsar cəmaatı! Məndən sonra sizlər (dünya işlərində sizə məxsus olan bir şeyi özünə aid etdiyi) zamana qovuşacaqsınız. Bununla bərabər sizlər səbr edin. Nəhayət (Qiyamət günü) Kövsər hovuzu başında mənə qovuşacaqsınız»1100. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim (əmrə) itaətdən çıxar və cəmaatdan ayrılaraq bu hal üzərə ölərsə o, kimsə bir cahiliyyə ölümü ilə ölmüş olar. Hər kim haqq və batil olduğu bilinməyən məchul və qaranlıq bir müharibənin kor-koranə asılmış bayrağı altında sırf qövmiyyət üçün (heç bir haqqın yüksəlməsi üçün deyil) mübarizə edərək (və ya bu işə yardım edərək) öldürülürsə o, kimsə mənim ümmətimdən deyildir...»1101. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim mənə itaət edərsə Allaha itaət etmiş olar, kim də mənə asi olarsa heç şübhəsiz ki, Allaha asi olmuş olar. Hər kim əmirə itaət edərsə mənə itaət etmiş olar, hər kim də əmirə asi olarsa mənə asi olmuş olar»1102. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim əmrindən xoşa gəlməyən bir hadisə ilə qarşılaşarsa buna səbr etsin. Çünki kim əmrinə qarşı üsyan edərə itaətdən bir qarış uzaqlaşarsa cahiliyyə dönəmində ölən kimi ölər»1103. Həsənul Bəsri – rahmətullahi aleyhi – deyir ki: «Onu da bil ki – Allah sənə rəhm etsin – hökmüdarların zülmləri Allahın intiqamlarından bir intiqamdır. Uca Allahın intiqamlarına da qılıncla qarşılıq verilməz. Bu intiqamlar dua, tövbə, Allaha dönüş, günahlardan çəkinmək ilə bir tərəf edilir və silinir. Allahın intiqamı qılıncdan daha da kəskindir»1104. Başqa bir rəvayətdə: «Həsənul Bəsri – rahmətullahi aleyhi – Həccaca bəd dua edən bir kimsənin sözlərini eşitdikdə belə demişdir: «Bunu etmə, Allah sənə rəhmət etsin. Əslində bu müsibətlər sizə öz əllərnizlə etdiklərnizdən ötrü gəlmişdir. Biz qorxuruq ki, Həccac əsr edilir və ya ölürsə, meymunlar və donuzlar gəlib sizə rəhbər olurlar»1105.


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   222   223   224   225   226   227   228   229   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin