SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə229/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   225   226   227   228   229   230   231   232   ...   330
QIZIL VƏ İPƏK GEYİNMƏK

Əbu Musa əl-Əşari - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «İpək və qızıl ümmətimin qadınlarına halal, kişilərinə isə haram edildi»1121. İbn Ömər – radiyallahu anhu – rəvayət edir ki, Ömər – radiyallahu anhu – satılmaqda olan (tərkibində ipək) paltarı gördükdə dedi: «Ya Rəsulullah! Bu paltarı al. Cümə günü və ya qonaqlar sənin yanına gəldikləri zaman onu geyərsən». Peyğəmbər: «Bunu yalnız axirətdə nəsibi olmayan geyər» deyə buyurdu. (Bir müddətdən sonra) Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə bu paltardan (hədiyyə) olaraq verildi. O, da onu Ömər – radiyallahu anhu – ya göndərdi. Ömər – radiyallahu anhu – Peyğəmbər – sallallahu aleyhi və səlləm – i görüb dedi: «Ya Rəsulullah! Sənin dediyin sözlərdən sonra mən bu paltarı necə geyinə bilərəm?». Peyğəmbər: «Mən onu geyinmək üçün sənə göndərmədim. Onu (ehtiyac) olduqda satarsan, yaxud da (müsəlman olmayan) birinə geyindirərsən» deyə buyurdu. Bundan sonra Ömər –radiyallahu anhu – paltarı müşrik olan (süd) qardaşına hədiyə etdi»1122. Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Dünyada ipək geyinən axirətdə ipəkdən məhrum olacaqdır»1123. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – bir nəfərin barmağında qızıl üzüyü gördükdə üzü qızardı və üzüyü onun əlindən çıxardaraq tulladı. Sonra da: «Bir atəş parçasını götürərək barmağına taxmısan» deyə buyurdu. Rəsulullah – sallallahu aleyhi və səlləm – getdikdən sonra: «O, üzüyü götür başqa bir məsədlə istifadə edərsən» deyildikdə: «Vallahi Rəsulullahın yerə atdığı bir şeyi geri götürmərəm» deyə cavab verdi1124. Abdullah b. Amr – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - səllallahu aleyhi və səlləm – səhabələrdən birinin barmağında qızıl bir üzük gördü və ondan üz çevirdi. O, da üzüyü çıxardıb tulladı və dəmirdən bir üzük taxdı. Peyğəmbər: «Bu daha da pisdir və atəş əhlinin bəzəyidir» deyə buyurdu. Bundan sonra onu da çıxardaraq tulladım və bu dəfə barmağıma gümüş bir üzük taxdım. Rəsulullah – sallallahu aleyhi və səlləm – bu dəfə bir söz demədi»1125. Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Allaha və axirət gününə iman edən kimsə ipək geyinməsin və qızıl taxmasın»1126. Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Ümmətimdən qızıl taxaraq ölən bir kimsə Cənnət qızıllarından məhrum olar»1127. Əbu Sələbə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – əlimdəki qızıl üzüyü görüb budaq ilə əlimə vurmağa başladı. Üzünü bir tərəfə çevirən kimi həmən üzüyü barmağımdan çıxardım. Peyğəmbər: «Üzdük səni» deyə buyurdu1128.



HƏMÇİNİN - Huzeyfə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – qızıl və gümüş qabladan içməyimizi, yeməyimizi, ipək və atlas geyinməyimizi və bunların üzərində oturmağımızı bizə qadağan etdi»1129. Muaviyə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ipək və pələng dərisi isə örtülmüş miniklərə minməməyimizi əmr etdi»1130. Əbul Məlih atasından rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – vəhşi heyvanların dərilərindən istifadə etməyi qadağan etmişdir (Başqa rəvayətdə: Yatağları bəzəməyi də qadağan etmişdir)»1131.


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   225   226   227   228   229   230   231   232   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin