QURANİ KƏRİM İLƏ KAFİRLƏRİN MƏMLƏKƏTİNƏ SƏFƏR ETMƏK
İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – Qurani Kərim ilə kafirlərin məmləkətinə səfər etməyi qadağan etmişdir»1079. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Quranla səfər etməyin. Çünkü mən düşmənin onu ələ keçirməsindən əmin olmaram»1080.
ZÜLM ETMƏK
Zülm – hər hansı bir şeyi qoyulması lazım olan yerdən başqa bir yerə qoymaqdır. Zülm üç növdür. 1) Allaha qarşı olan zülmdür – «(Ya Muhəmməd!) Yadında olsun ki, bir zaman Loğman öz oğluna nəsihət edərək belə demişdir: «Oğlum! Allaha şərik qoşma. Doğurdan da Allaha şərik qoşmaq ən böyük zülmdür». (Loğman 13). 2) İnsanlara qarşı olan zülm. 3) İnsanın özü özünə etdiyi zülm. Cabir - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Zülmdən çəkinin, çünkü zülm qiyamət günü zülmətdir»1081. Əbu Umamə - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ümmətimdən iki sinif vardır ki, mənim şəfaətimə əsla nail olmayacaqlar. Zalım və gözü zülmdən başqa bir şey görməyən başçı ilə haqdan uzaqlaşan və oğurluq edən hər kəs»1082. Əbu Musa - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah zalıma möhlət verər. Nəhayət onu yaxaladımı artıq buraxmaz»1083. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qardaşınız istər zalım olsun, istərsə də məzlum ona yardım edin». Səhabələrdən: «Ey Allahın Rəsulu! Məzluma yardım etdik, zalıma necə yardım edək?» deyə soruşdular. Peyğəmbər: «Onu zülm etməkdən çəkindirməkdir»1084. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlar zalımı görüb onun əllərini zülmdən çəkməzlərsə (Başqa rəvayətdə: «Yaxşılığı əmr edib pislikdən çəkindirməzlərsə») aradan çox vaxt keçməz ki, Allah onları bir cəza ilə hamısını məhv edər (Başqa rəvayətdə: «Sonra ona dua etsəniz də O, sizin duanızı qəbul etməz»)»1085. Əbu Zərr əl-Ğifari - radiyallahu anhu –, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Uca və Böyük olan Allahdan belə buyurmuşdu: «Ey mənim qullarım! Mən zülümü özümə haram etdim. Onu sizin aranızda da haram edirəm. Buna görə də bir-birinizə zülm etməyin. Ey mənim qullarım! Siz hamınız zəlalətdəsiniz, mənim hidayət verdiklərimdən başqa. Buna görə də məndən hidayət istəyin, mən də sizi doğru yola yönəldim. Ey mənim qullarım! Siz hamınız acsınız, mənim yedirtdiklərimdən başğa. Buna görə də məndən yedirtməyimi istəyin, mən də sizi yedirdim. Ey mənim qullarım! Siz hamınız lütsünüz, mənim geyindirdiklərimdən başqa, buna görə də məndən geyindirməyinizi istəyin, mən də sizi geyindirim. Ey mənim qullarım! Siz gecə və güdüz günah edirsiz, mən də bütün günahları bağışlayıram. Buna görə də məndən bağışlanma diləyin, mən də sizin günahlarnızı bağışlayım. Ey mənim qullarım! Sizlər əsla sözlə olsa belə mənə zərər verə bilməzsiniz. Ey mənim qullarım! Sizlər mənə əsla sözlə olsa belə fayda da verə bilməzsiniz. Ey mənim qullarım! Sizlərdən birincilər və axırıncılar, insanlar və cinlər içərsində ən təqvalı insan olsa belə, bu mənim mülkümə heç bir şey əlavə edə bilməz. Ey mənim qullarım! Sizlərdən birincilər və axırıncılar, insanlar və cinlər içərsində ən pis qəlbli bir insan olsa belə, bu mənim mülkümdən heç bir şeyi əskiltməz. Ey mənim qullarım! Sizlərdən birincilər və axırıncılar, insanlar və cinlər bir yerdə toplansalar və hamsı birlikdə məndən istəsələr, mən onların hər birinin istədiyini verərəm. Bu mənim yanımdakı şeylərdən iynənin dənizə salındığı (və çıxarıldığı) zaman əskiltdiyi qədər əskildər. Ey mənim qullarım, nə etsəniz onlar sizin əməllərinizdi. Mən onları sizin üçün sayıb, sonra əskiltmədən sizə verəcəyəm. Hər kim xeyir əldə edərsə bundan ötrü Allaha həmd etsin. Hər kim də bundan başqa bir şeylə qarşılaşarsa özündən başqa heç kəsi qınamasın»1086.
Dostları ilə paylaş: |