SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə289/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   285   286   287   288   289   290   291   292   ...   330
KAHİNLƏR - gələcəkdə baş verəcək hadisələrdən (qeybdən) xəbər verən, (falçılıq etmək mənasındadır), həmçinin oğurlanmış, itmiş şeylərin yerlərini göstərə bilən kimsələrdir. Onlar avam insanları aldadaraq Qurani Kərimi açırlar və itən əşyaların yerlərinin orada yazıldığını xəbər verirlər. Subhənəllah! Bu qədər də yalan olar. Məgər Qurani Kərimdə insanların itən əşyaları haqda bir şeylər yazılıb. Bu qədər də avamçılıq olar. Dəhşət burasıdır ki, insanlar da onlara inanırlar. Özünü Allahın yaxını və qeybi bildiyini bəyan edən kəs Allahın yaxını yox, şeytanın dostudur. Qeybi bilmək yalnız Allaha xas olan bir haqdır. «Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın». (əl-Ənam 59). «Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz. Bəyənib seçdiyi Peyğəmbərdən başqa! Allah onların önündə və arxasında gözətçilər qoyar». (əl-Cinn 26-27). Buna görə də sehrbaza inanan bu ayələrin həqiqiliyini inkar etmiş olur ki, bu da küfrdür.


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   285   286   287   288   289   290   291   292   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin