PEYĞƏMBƏR –Sallallahu Aleyhi Və Səlləm – İN DÜNYAYA OLAN ZAHİDLİYİ - Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bir gün minbərə çıxıb oturdu. Biz də minbərin ətrafında oturduq. O: «Məndən sonra sizin üçün ən qorxduğum şey sizin üçün açılacaq olan dünya zinətləri və ləzzətləridir»1540. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allahım! Həyat ancaq axirət həyatıdır»1541. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Uhud dağı qədər qızılım olsaydı borcum qədəri çıxmaq şərtilə qalanlarını üç gün belə yanımda saxlamaq istəməzdim»1542. Kəb b. İyaz - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər ümmətin bir fitnəsi vardır. Mənim ümmətimin fitnəsi isə maldır»1543. Kəb b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İki ac canavarın qoyun sürüsünə verdiyi zərər, mal və şöhrət hərisi kimsənin dininə verdiyi zərərdən böyük deyildir»1544. Niman b. Bəşir - radıyallahu anhu – rəvayət edir ki, Ömər b. Xattab - radıyallahu anhu – insanların əldə etdikləri dünya nemətlərini zikr edərək dedi: «Vallahi mən bir gün Peyğəmbər – sallallahu aleyhi və səlləm – in aclıqdan iki bükülərək qıvrıldığını, qarnını doyduracaq adi bir xurma belə tapmadığını gördüm»1545. İnsanlar dünyadan arzuladıqları qədər əzab görürlər. Hər kim dünyaya aşiq olursa dünya o, kimsənin nə qədər kiçik olduğuna baxar və o, kimsəni xidmətçisi ya da köləsi edər, onu zillətə salar. Kim də dünyadan üz çevirirsə dünya o, kimsənin qədrinin nə qədər böyük olduğuna baxar. Bu səfər o, kimsəyə xidmətçi olar və o, kimsə üçün zillətə girər. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «(Adəm oğlu qocalar, lakin onda olan iki şey gəncləşər) İxtiyar (yaşlı) bir kimsənin qəlbi iki şeyi sevməkdə daima gəncdir. Yaşamaq (uzun həyat) sevgisi və bir də mal sevgisi»1546. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Adəm oğlunun iki vadi dolu malı olsa, üçüncü vadini də istəyər. Adəm oğlunun içini (qarnını və ya ağzını) torpaqdan başqa bir şey doldurmaz. Tövbə edən kimsənin tövbəsini Allah qəbul edər»1547. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Zənginlik mal çoxluğu ilə deyildir, fəqət həqiqi zənginlik qəlb və nəfs zənginliyidir»1548. Möminlərin anası Hərisin qızı Cuveyriyyənin qardaşı Amr b. əl-Haris - radıyallahu anhum – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – vəfat etdiyi vaxt özündən sonra nə qızıl, nə gümüş, nə kölə, nə cariyə, nə də heç bir şey buraxmamışdır. Sadəcə minməkdə olduğu ağ bir qatır ilə, silahı və müsafirlərə sədəqə olaraq vəkf etdiyi bir ərazi buraxmışdır»1549. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Fəqirlər Cənnətə zənginlərdən beş yüz il öncə girəcəklər»1550. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – belə dua etdi: «Allahım! Muhəmmədin ailəsinin ruzisini yaşamalarına yetəcək qədər et»1551. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Allaha and olsun ki, mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in minbəri ilə Aişə - radıyallahu anhə – nin evi arasında bayılaraq yıxıldığımı bilirəm. Gəlib gedənlərin mənim dəli olduğumu fikirləşərək ayaqları ilə boynuma basardılar. Halbuki məndə dəlilik deyilən bir şey yox idi. Yalnız aclıqdan belə olurdu»1552. Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbərimizin yatağı içi xurma lifləri ilə doldurulmuş dəridən idi»1553. Ubeydullah b. Mihsan əl-Ənsari əl-Hatmi - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən kimsə qəlbi rahat, bədəni sağlam və günlük yeyəcəyi yanında olduğu halda səhərə çıxarsa bilsin ki, ona dünya verilmişdir»1554.