ON ŞEY FİTRƏTDƏNDİR
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «On şey (beş şey) fitrətdəndir. Bığları qısaltmaq, saqqalı uzatmaq, misvaqdan istifadə etmək, suyu buruna çəkmək (istinşaq), dırnaqları kəsmək, barmaq aralarını yumaq, qoltuq altını yolmaq, sünnət olmaq, məzməzə (ağızı yaxalamaq), balağı qısaltmaq (qasıqdakı tükləri qırxmaq)»1563. Nəfi deyir ki, İbn Ömər - radiyallahu anhu – on beş gündən bir dırnaqlarını tutar və bir aydan bir qasıqdakı tükləri qırxardı»1564.
TÖVBƏ
TÖVBƏ – İşini Allaha həvalə etdi, üsyandan döndü, günahdan itaətə döndü mənasındadır, Allaha döndü, günahdan peşmanlığını bildirdi və s. «Hər kəs tövbə edib yaxşı iş görərsə o, şübhəsiz ki, Allaha tərəf yaxşı bir dönüşlə dönər». (əl-Furqan 71)1565. İbn Qeyyim – rahmətullahi aleyhi - deyir ki: «Tövbə Allahın zahirdə və batində sevmədiyi şeylərdən, zahirdə və batində sevdiyi şeylərə dönməkdir»1566.
Ənəs b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah - subhənəhu və təalə – qulunun tövbə etməsi ilə sizdən hər hansı birinizin bu halından daha çox sevinir». Bir kimsə otsuz boş bir quru ərazidə dəvəsi ilə gedirdi. Dəvənin üzərində də o, kimsənin yeyəcək və içəcək şeyləri də vardır. (Başqa rəvayətdə: «Çöllük bir əraziyə çatdıqda ona şirin bir yuxu gəldi. Dəvəsi üzərindən enərək bir ağac tapıb altında mürgüləmək üçün uzandı). Oyandıqda bir də baxdı ki, dəvəsi yeyəcək və içəcək şeylərlə birlikdə yoxdur. Dəvəsini axtarmaq üçün oyana-buyana qaçır. Nəhayət dəvəsini axtarıb tapmaqdan ümüdünü kəsdikdə yatdığı yerə qayıdaraq: «Artıq buradan ölənə qədər ayrılmayacağam!» deyib yan tərəfi üstə uzanaraq yatdı. (Ayıldıqda) Bir də baxdı ki, dəvəsi başı üzərində dayanıb. Dəvəsinin ipindən tutaraq sevincinin şiddətindən: «ALLAHUMMƏ ƏNNƏ ABDİ VƏ ƏNƏ RABBUKƏ – Allahım Sən mənim qulumsan, mən də Sənin Rəbbinəm!» deyə şükr edir. «Sizdən hər hansı biriniz (itmiş dəvəsini) üzərində yemək və içəcəyi ilə birlikdə tapmasından daha çox, Uca Allah tövbə etmiş mömin qulunun tövbəsindən ötrü sevinir»1567. İbn Qeyyim – rahmətullahi aleyhi - deyir ki: «Hansı bir sevic bu insanın sevincinə bərabər ola bilər? Əgər varlıq aləmində bu sevincdən daha böyük bir sevinc olaydı Peyğəmbər – sallallahu aleyhi və səlləm – miniyini tapan qulunun sevincindən dah çox sevinən Allahın sevincinə onu məsəl olaraq gətirərdi»1568. «Ey möminlər! Hamılıqla Allaha tövbə edin ki, bəlkə nicat tapasınız». (ən-Nur 31). «Ey iman gətirənlər! Allaha səmimi qəlbdən tövbə edin». (ət-Təhrim ). «Tövbə etməyənlər zalimlərdir». (əl-Hucurat 11). «Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayan və rəhm edəndir». (əl-Furqan 70). Bu haqda iki görüş vardır: 1. Həqiqətən də Allah Qiyamət günü onların pis əməllərini yaxşı əməllərə çevirəcəkdir. 2. Bu dünyada pis əməllər yaxşı əməllərə çevriləcəkdir. Çirkin əməllər saleh əməllərlə, küfrün yerinə iman, zülmün yerinə ədalət, namazı tərk yerinə namazı qılmaq, yalan doğruluqla, zina iffətlə, xainlik əminliklə və s1569. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah mömini yaxınlaşdırar. Onun üzərinə örtüyünü qoyar və onu örtər. Ona buyurar: «Filan günahını bilirsənmi? Filan günahını bilirsənmi?» Qul da: «Bəli, ya Rəbbim!» deyər. Bütün günahlarını tək-tək ona söyləyərlər. Qul artıq həlak olduğunu zənn etdiyi təqdirdə Allah ona buyuracaq: «Dünyada ikən səni bu günahlardan saxladım. Bu gün də bu günahlarını sənə bağışlayıram». Sonra ona etdiyi yaxşılıqların yazıldığı kitabı verərlər. Kafir və münafiqə gəlincə: «Bütün insanların eşitdiyi bir şəkildə onlara deyiləcək. Bunlar Rəbbinə qarşı yalan söyləyən kimsələrdir. Bunu da bilin ki, Allahın lənəti zalimlərin üzərinədir» deyiləcəkdir. «Allaha iftira yaxandan daha zalim kim ola bilər? Onlar Allahın hüzuruna gətirilər, şahidlər belə deyərlər: «Bunlar Rəbbi barəsində yalan söyləyənlərdir!» Bilin ki, zalimlər Allahın lənətinə gələcəklər. (Hud 18)1570. Ənəs - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in belə buyurduğunu eşitdim: «Allah – subhənəhu və təalə - buyurdu: «Ey Adəm oğlu! Nə qədər ki, sən mənə dua edib məndən bağışlanma diləsən, mən sənin nələr etdiyinə baxmadan səni bağışlayaram. Ey Adəm oğlu! Əğər sənin günahların göylərə qədər çatsa və sonra sən məndən bağışlanma diləsən, mən sənin günahlarını bağışlayaram. Ey Adəm oğlu! Əğər sən mənim hüzuruma yerüzü dolusu qədər günahlarla gəlsən və mənə heç bir şeyi şərik qoşmasan mən də sənə yerüzu qədər bağışlanma verərəm»1571.
Dostları ilə paylaş: |