2.GÜNAHLARA GÖRƏ PEŞMANÇILIQ ÇƏKMƏK - Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Peşmançılıq – tövbədir»1576. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sol kitab sahibi öz qələmini günah etmiş müsəlmandan altı saat müddətinə qaldırar. Əgər o, tövbə edib bağışlanma diləyərsə etdiyi günah yazılmaz. Əksi təqdirdə onu bir günah olaraq qeyd edər»1577. Əbu Bəkr – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: «Allah qüsl alıb təmizləndikdən sonra (iki rükət) namaz qılıb Allahdan bağışlanma diləyən hər bir kəsin günahını bağışlayar»1578.