SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə295/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   291   292   293   294   295   296   297   298   ...   330
İmam Məlik – rahmətullahi aleyhi – deyir ki: «Mən bir bəşərəm doğrunu da söyləyə bilərəm, xəta da edə bilərəm. Sizlər mənim görüşümə baxın. Allahın Kitabı, Rəsulunun sünnətinə uyğun gələni götürün, uyğun gəlməyəni buraxın»1511. İmam Məlik – rahmətullahi aleyhi – deyir ki: «Peyğəmbər - səllallahu aleyhi və səlləm – dən başqa bəzi insanların sözü alına da bilər, tərk edilə də bilər»1512.

İmam Şəfii – rahmətullahi aleyhi – deyir ki: «Bir kimsə Peyğəmbər - səllallahu aleyhi və səlləm – dən nəql edilən bir Sünnəti açıq-aydın bilindiyi halda onu bir başqasının sözündən ötrü tərk etməsinin halal olmadığını müsəlmanlar ittifaq etmişlər»1513. İmam Şəfii – rahmətullahi aleyhi – deyir ki: «Mənim Kitabımda Peyğəmbər - səllallahu aleyhi və səlləm – in sünnəsinə zidd bir şey tapsanız Peyğəmbər - səllallahu aleyhi və səlləm – in sözünü götürün və mənim sözümü tərk edin. Sünnətə uyun və başqa birisinin sözünə etibar etməyin»1514. İmam Şəfii – rahmətullahi aleyhi – deyir ki: «Hədis səhih olduğu zaman mənim görüşüm odur»1515. İmam Şəfii – rahmətullahi aleyhi – deyir ki: «Mən bir söz söylədiyimdə mənə zidd olaraq Peyğəmbər - səllallahu aleyhi və səlləm – dən səhih bir hədis gəldiyini görsəniz, mənə ağlımın getdiyini xəbər verin»1516. İmam Şəfii – rahmətullahi aleyhi – deyir ki: «Hər hansı bir məsələdə bir söz söyləmiş olsam və Peyğəmbər - səllallahu aleyhi və səlləm – dən buna zidd bir xəbər gəlmişsə, Peyğəmbər - səllallahu aleyhi və səlləm – in hədisi daha doğrudur. Məni təqlid etməyin»1517. İmam Şəfii – rahmətullahi aleyhi – deyir ki: «Peyğəmbər - səllallahu aleyhi və səlləm – dən nəql edilən hər hansı bir hədisi məndən eşitməmiş belə olsanız mənim görüşüm deməkdir»1518.


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   291   292   293   294   295   296   297   298   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin