Təqlid İki Qismdir:
1. Mubah Olan Təqlid: Bu şəri hökmlərə çatmaq yollarını bilməyən, onları öyrənməyə gücü çatmayan, o hökmlərin dəlillərini başa düşmək imkanına sahib olmayan avam üçündür. Bununla belə bir muftidən şəri dəlili istəmə haqqına da sahibdir. Çünki dinindən əmin olmaq onun da haqqıdır.
2. Haram Olan Təqlid: Alimlərdən deyil, müəyyən birini, onun bütün sözlərində və əməllərində təqlid etmək və haqqı sadəcə onda görməkdir.
Əhli Sünnə vəl cəmaat imamlarının cumhuru avamın və avamın dəlili anlamağa incələmə və araşdırma aparmağa gücü çatmayan kimsələrin əqidə və əhkam məsələlərində təqlidini caiz görür. Onlar təqlidin təkfirə mane olan hallardan biri olduğunu ittifaqla qəbul etmişlər. Çünki muqallid cahildir, dəlili və ya hüccəti başa düşməz, bəsirət və başa düşməyi yoxdur. Ona bir hüccət göstərilincəyə və öyrədilincəyə qədər məzurdur. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: «Ümmətin böyük çoxluğuna görə ictihad caizdir, təqlid də caizdir. Onlar ictihadı hər kəsə vacib görmədikləri kimi, təqlidi də hər kəsə haram görməzlər. Eyni şəkildə təqlidi hər kəsə vacib, ictihadı da hər kəsə haram görməzlər. İctihad, ictihada gücü çatan hər kəs üçün caizdir, təqlid isə ictihaddan aciz olanlar üçün caizdir. İctihada gücü çatan bir kimsə üçün təqlid caizdir, yoxsa yox? Bu mövzuda ixtilaf vardır. Səhih görüşə görə belə bir kimsənin ictihaddan aciz qaldığı durumlarda təqlidə yönəlməsi caizdir. Bu acizlik ya dəlilin eyniliyindən və ya ictihad üçün yetərli vaxtın olmamasından ya da dəlilə açıq çatmamasından ola bilər…»1498. «Onun əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər». (ən-Nur 63). «Amma xeyr! (Ya Məhəmməd!) Sənin Allahına and osun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sən tam bir itaətlə boyun əyməyincə (həqiqi surətdə) iman gətirmiş olmazlar». (ən-Nisa 65). «Onlara: «Allahın nazil etdiyinə və Onun Peyğəmbərinə tərəf gəlin! – deyildiyi zaman: Atalarımızın getdiyi yol bizə yetər – deyə cavab verirlər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə necə?». (əl-Maidə 14). «Allahın göndərdiyinə tabe olun! – deyildiyi zaman onlar: Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik – deyirlər. Bəs ataları bir şey anlamayıb, doğru yolda deyildilərsə necə?». (əl-Bəqərə 170). «Çünki onlar atalarını azmış gördülər. Bununla belə yürüyə-yürüyə onların ardınca düşüb getdilər». (əs-Saffət 69-70). «Allah yanında yer üzündə gəzən canlıların ən pisi (haqqı) dərk etməyən karlar və lallardır». (əl-Ənfal 22). «Üzləri odda çevrildiyi gün onlar: Kaş Allaha müti olaydıq, Peyğəmbərə itaət edərdik! – deyəcəklər. Pərvərdigara biz ağalarımıza, böyüklərimizə itaət etdik, onlarsa bizi haqq yoldan azdırdılar». (əl-Əhzab 66-67). «Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrı etdilər». (ət-Tövbə 31). Xuzeyfə b. Yəmən –radiyallahu anhu – bu ayə haqqında soruşuldu o: «Rahibləri və alimləri onlar üçün haramı halal edir, onlar da halal sayırlar. Halalı onlara haram edir, onlar da bunu haram sayırlar»1499. «İbrahim atasına və tayfasına: Sizin tapınıb durduğunuz bu heykəllər nədir? – dediyi zaman onlar: Biz atalarımızı onlara ibadət edən gördük! – deyə cavab vermişdilər». (əl-Ənbiya 52-52). «O, zaman tabe olunmuşlar tabe olanlardan uzaqlaşacaq, (onların hamısı Qiyamətdəki) əzabı görəcək və aralarındakı rabitə qırılacaqdır. O, zaman (bütlərə) tabe olanlar: Əgər bir də dünyaya qayıda bilsəydik, onlar bizdən uzaqlaşdıqları ki, biz də onlardan uzaqlaşardıq – deyərlər». (əl-Bəqərə 166-167). İbn Ömər – radıyallahu anhu – məsciddə oturduğu vaxt Şamlı bir nəfər gələrək ondan Təməttu həcci barəsində soruşdu. İbn Ömər: «Gözəldir, xoşdur» deyə cavab verdi. Adam: «Lakin sənin atan bunu qadağan etmişdir» dedi. İbn Ömər: «Vay sənin halına! Atam bunu qadağan etmiş ola bilir. Lakin Peyğəmbər - səllallahu aleyhi və səlləm – belə etmiş və bunu əmr etmişdir. Sən atamın sözünü götürəcəksən yoxsa Peyğəmbər - səllallahu aleyhi və səlləm – in əmrinə tabe olursan?» dedi. Adam: «Peyğəmbər - səllallahu aleyhi və səlləm – in əmrinə tabe oluram» dedi. İbn Ömər: «Qalx get!» dedi1500. İmam Təhavi – rahmətullahi aleyhi – deyir ki: «Təqlidi amcaq başı çatışmayan kimsələr edər»1501. İbn Məsud – radıyallahu anhu – deyir ki: «Heç kimsə dinində başqa bir kimsəni təqlid etməsin. Çünki əgər o, iman edərsə o, da iman edər, küfrə girərsə o, da küfrə girər»1502. İbn Məsud – radıyallahu anhu – deyir ki: «Bu dünyada ya müəllim ol, ya da tələbə. Bu ikisi arasında üçüncü (təqlidçi) olma yoxsa məhv olarsan»1503. Sufyan b. Uyeynə – rahmətullahi aleyhi – deyir ki, Rabia başı örtülü halda yanımda uzanaraq ağlayırdı. Ona: «Nəyə görə ağlayırsan?» deyə soruşduqda. O: «Məni ağladan açıq riya, gizli şəhvətdir. İnsanlar alimlərin yanında analarının qucağındakı körpə uşaqlar kimidirlər. Onlar nəyi qadağan edərlərsə ondan əl çəkərlər, nəyi də əmr edərlərsə onu da yerinə yetirərlər»1504. Abdulah b. Muhəmməd əl-Mutəz deyir ki: «Güdülən heyvanla təqlid edilən insan arasında heç bir fərq yoxdur»1505. Mucahid b. Cəbr deyir ki: «Allahın qullarından kim olursa olsun sözü alınır da, tərk də edilir. Yalnız Peyğəmbər - səllallahu aleyhi və səlləm – müstəsna»1506.
Dostları ilə paylaş: |