AYAQ ÜSTƏ SU İÇMƏYƏ İCAZƏ VERƏN HƏDİSLƏR - İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə Zəm-zəm suyunu verdim. O, da ayaq üstə içdi» Buxari 5617, Müslim 2027. Əli - radıyallahu anhu – (Kufə məscidinin) Rahbə qapısına gəldi. Orada ayaq üstə su içdi və: «Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in mənim necə etdiyimi gördünüzsə belə edərkən gördüm» Buxari 5615. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, biz Peyğəmbər – sallallahu aleyhi və səlləm – in zamanında yeriyərkən yeyirdik və ayaq üstə də su içərdik» Tirmizi 1881. Amr b. Şuaybı öz atasından, o da öz babasından rəvayət edir ki, biz Peyğəmbər – sallallahu aleyhi və səlləm – in ayaq üstə və oturaraq su içdiyini gördük» Tirmizi 1884.