MƏKR və KEYD (Hiyləyə qarşılıq vermək sifəti) Həqiqətən (Məkkə müşrikləri Quranın nurunu söndürmək üçün) hiylə qurdular. Mən də (hiylələrinə qarşı) onlara cəza verirəm». (ət-Tariq 15,16). Onlar bir hiylə qurdular. Biz isə özləri də bilmədən (gözlənilməyən bir əzabla) hiylələrinin cəzasını verdik». (ən-Nəml 50). Allah – subhənəhu və təalə - nin hiylə sifəti vardır. İnsandan fərqli olaraq Allahda bu sifət kamildir, insanlarda isə naqis sifət sayılır. Allahın hiyləsi qarşılıqlıdır kafirlərin hiyləsinə qarşı. Allah – subhənəhu və təalə - nin feli sifətlərindəndir. Allah daima bu sifətə mənsub deyildir. İstədiyi vaxt onu edir. Sələflərdən bəziləri Allahın qullarına olan Məkrini (yəni hiyləyə qarşılıq verməsini) onların bilmədikləri bir yerdən nemətlər ilə dərəcə-dərəcə əzaba yaxınlaşdırılması deyə açıqlamışlar. Onlar yeni bir günah etdikdə O, da onlara yeni bir nemət ehsan edər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir kimsə günah etməyə davam etdiyi müddətdə və Allahın ona dünyadan sevdiyi şeyləri verdiyini görəcək olsan bil ki, bu Allah tərəfindən (o, kimsəyə) dərəcə-dərəcə əzaba yaxınlaşdırılmasıdır».