SƏmayə MƏMMƏD qızı mustafayeva şƏhla müZƏFFƏR qızı qurbanova z əRİFƏ ŞAMİL qızı cavadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/23
tarix24.04.2017
ölçüsü2,8 Kb.
#15645
1   ...   12   13   14   15   16   17   18   19   ...   23

İsrail-Livan müharibəsi 
1982-ci ilin iyunun 6-
da  İsrailin  Livana  qarşı  təcavüzü 
başladı.  Bu əməliyyat “Qaliley üçün sülh” adlanırdı.  
İsrailin  1982-ci ildə  Livana təcavüzü  zamanı  iştirakçıların 
qüvv
ələr nisbəti aşağıdakı şəkildə idi.  
 
 
İsrail dövləti 
FAT 
Suri
ya 
Quru qoşunları 
76000 
1500

2260

Tanklar 
800 
300 
352 
Tank əleyhinə vasitələr 
200 
2300 

Artilleriya 

350 
300 
Zenit silahı 

250 
100 
Təyyarələr 
1273 

771 
Vertalyotlar 
42 

16 
“Torpaq-Hava raketi” 


125 
 
1982-ci ilin aprelin 21-d
ən  İsrail  Livanın  paytaxtı  Beyrutu 
bombalamağa başladı.  İyunun 5-də İsrail Livan sərhədinə – Liva-
nın cənub hissəsinə zərbə endirdi.  Bununla əlaqədar, BMT-nin TŞ 
iyun 5-d
ə 508 saylı qətnaməni qəbul etdi ki, atəş kəsilsin.  Lakin 
İsrail  iyunun  6-da da hücumu davam etdirdi və  geniş  miqyaslı 
əməliyyata  başladı.    1982-ci ilin iyulun 3-də  İsrail  qoşunları 
Beyrutun q
ərbini mühasirəyə aldılar.  İyulun 6-da BMT TŞ  508, 
509 saylı qətnamələri qəbul etdi.  Yenə də İsrailin Livanı tərk et-
m
əsi tələb edilirdi.  1982-ci  ilin  avqustunda  İsraildən Beyrutun 
mühasir
əsindən əl çəkməsi tələb edildi.  
1982-ci ilin avqustun 21-d
ə ABŞ, Fransa və İtaliyadan təşkil 
edil
ən 2200 nəfərlik  əsgər və  zabitlər  sentyabrın  1-i ilə  14-ü 

 
173 
arasında  Beyrutda  olub  fələstinliləri evakuasiya etdilər.  Bundan 
sonra f
ələstinlilər tam müdafiəsiz qaldılar.  
İsrail  tərəfindən  Beyrut  dağıdıldı,  Sabra  və  Satil  düşər-
g
ələrində  əhaliyə  divan tutuldu.  Burada 700-dəən 3500 qədər 
adam öldürüldü.  
İsrailin  Livanda  təcavüzü  -  nəticə  etibarilə  Yaxın  Şərqdə 
Amerikanın  hərbi-siyasi  nüfuzunu  genişləndirməyə  yönəldilmiş 
olan bu t
əcavüz Kemp-Devid sövdələşməsinin və  Amerika-İsrail 
«strateji 
əməkdaşlığı»nın  birbaşa  nəticəsi  idi.    İsrail  qoşunlarının 
Livana girm
əsi  İsrail  və  ABŞ  tərəfindən  qabaqcadan  planlaş-
dırılmış tədbir idi.  Bu tədbir İsrailə ən müasir Amerika silahının 
külli miqdarda verilm
əsi,  İsrail  qoşunları  Sina  yarımadasında 
«mill
ətlərarası qüvvələr» adı altında Amerika qoşunları tərəfindən 
əvəz edildikdən  sonra  onların  İsrailə  qaytarılması  ilə  hazır-
lanmışdır.  İsrail işğalçılarının Livandakı qanlı avantürasının maddi 
əsasını Amerikanın çox böyük yardım göstərməsi, ildə 2,5 milyard 
dollar verm
əsi  təşkil  edirdi.  
Prezident  R.  Reyqan  Livanın  faciəsində  siyasi kapital 
qazanmağa  çalışaraq  Yaxın  Şərqdə  nizamasalnaməyə  aid  geniş 
elan edilmiş «yeni təşəbbüs»lə çıxış etdi.  Əslində «Reyqan planı» 
nın  mənası  bundan  ibarət  idi:  Livandakı  Amerika-İsrail  təcavü-
zünün n
əticələrini siyasi cəhətcə möhkəmlətməyi təmin etmək və 
yeni-yeni 
ərəb ölkələrini,  ən  əvvəl  İorandiyanı  Kemp-Devid 
prosesin
ə  cəlb etmək.    Amerikanın  təkliflərində  İsrail  qoşunlarını 
Livandan 
çıxarmaq barədə heç nə deyilmir, BMT-nin mövcudluğu 
yada salınmır, Fələstin dövlətinin yaradılması ideyası qəti sürətdə 
r
ədd edilirdi.   
Livanda hadis
ələrin qızğın vaxtında - 1982-ci ilin sentyabrın 
9-
da  yeni  “Reyqan  planı”  ortaya  çıxdı.    Onun  müəllifi ABŞ 
prezidenti R. Reyqan idi.  Planda göst
ərilirdi  ki,  İordan  çayının 
Q
ərb sahilində  və  Qəzzə  bölgəsində  İordaniya  ilə  assosiya hüqu-
qunda muxtariyy
ət çərçivəsində  fələstinlilərə  müstəqililk  verilsin.  
ABŞ-ın  bu  təşəbbüsü faktiki olaraq “Sülh müqabilində  torpaq” 
formuluna 
əsaslanırdı.    Bu  BMT  TŞ-nın  242  və  338  saylı  qətna-
m
əsində də öz əksini tapmışdır.  

 
174 
1982-
ci  ilin  sentyabrın  9-da  Ərəb  Dövlətləri  Liqasının 
M
ərakeşin  şəhəri Fəsin  adı  ilə  Fəs bəyannaməsi qəbul  edildi.  
Burada BMT-nin T
əhlükəsizlik  Şurasına  müraciət olunurdu ki, 
Yaxın  Şərqdə  regionun bütün dövlətləri  arasında  təminatlı  sülh 
yaratsınlar.  
1982-
ci ilin sentyabrın 15-də SSRİ “Yaxın Şərqdə sülhün altı 
prinsipi” adlı plan hazırladı.  
İsrail  özü  Livana  təcavüz zaman 675 adam itirdi. 
 
Ümumiyy
ətlə, “bu  təcavüz”  zamanı  Livandan  isə  17825 adam 
öldürüldü.  Q
ərbi Beyrut isə dağıdıldı.  Müharibə Livana 2 milyard 
dollara başa gəldi.   İsrail cüzi müvəffəqiyyət qazandı.  İsrail ona 
nail oldu ki, FAT-
ın  rəhbərləri və  silahlı  dəstələri Livandan 
çıxarıldılar.   Suriya  qoşunu  zəiflədi.  Digər tərəfdən isə, fələstin-
lil
ərin  Livandan  çıxarılması  heç  də  təhlükəni  aradan  qaldırmadı.  
Sad
əcə boşluq yarandı.  Burada İranın fəal müdafiə etdiyi Hizbul-
lah t
əşkilatının  üzvləri onun üçün yenidən təhlükə  təşkil  etdilər.  
İsrailin Cənubi Livanda “Cənubi Livan” adlı saxladığı qoşun da bu 
t
əhlükəni  aradan  qaldırmağı  bacarmadı.    1983-cü  il  mayın  17-də 
Liva
nda İsraillə sülh haqda danışıqlar başlandı.  Müharibədə vəziy-
y
əti aradan qaldırıldı.  Sülhün şərtləri aşağıdakılar idi: 
1.  C
ənubi Livanın xeyli hissəsi İsrailin təhlükəsizlik zonası 
adı ilə İsrailə keçirilirdi.  Həmin sərhəddə məhdud sayda Livanın 
silahlı qüvvələri yerləşdirilə bilərdi.  
2.    İsrail  qoşunlarının  iştirakı  ilə  Cənubi  Livanda  İsrailin 
hakimiyy
əti altında təhlükəsizlik zonası formalaşmalı idi.  
3.  Livan 
ərazisində Livan hökumətinə onun hakimiyyətinin 
möhk
əmlənməsinə  kömək üçün beynəlxalq qüvvələr  yerləş-
dirilm
əli idi.  
4.  Livandan f
ələstinlilərin İsrailə qarşı olan bütün təşkilatları 
çıxarılmalı və fəaliyyəti qadağan edilməli idi.  
5.    Livanın  cənubuna aid bütün qərarların  Livan  və  İsrailin 
birlikd
ə qəbul etməsi zəruri idi.   
Bütövlükd
ə  bu  saziş  Livanın  müstəqilliyi, suverenliyini və 
ərazi bütövlüyünü pozmaq demək idi.  Ona görə bu qeyri-hüquqi 
xarakter daşıyırdı.  Bu saziş Livanda sabitliyi pozdu.  

 
175 
Livanın  milli  vətənpərvər qüvvələr hərəkatının  fəallığı  nəti-
c
əsində  1983-cü  ilin  iyununda,  sülh  haqqında  müxalif  olan  qüv-
v
ələr  Livanın  müsəlman  icmalarının  iştirakı  ilə  Suriya tərəfindən 
d
əstəklənən “Livanın milli xilası” komitəsini təşkil etdilər.  1982-ci 
il  sentyabrın  20-də  İordaniya  kralı  Hüseyn  Yaxın  Şərqdə 
münaqişəni  nizamlamaq  üçün  İordaniyanın  iştirakı  ilə  İordan 
çayının  qərb sahilində  yaşayan  fələstinlilər də  daxil olmaqla 
konfederasiya t
əşkil  edilməsi  haqqında  bir plan təklif etdi.  Bu 
m
əqsədlə  1985-ci  il  fevralın  11-də  Y.  Ərəfatla  Hüseyn  arasında 
müqavil
ə  bağlandı.  Müqavilədə  İsraillə  birgə  bəyannamə 
hazırlamaq nəzərdə tutulurdu.  1986-cı il fevralın 19-da İordaniya 
öz f
əaliyyətini dondurduğunu elan etdi.  
 Liv
anla İsrail arasındakı münasibətlər kəskinləşdi.  Bu sazişə 
gör
ə  Livanda  geniş  hərəkat  başladı.    Suriya  parlamenti  bu  sazişi 
t
əsdiq etmədi.  1984-cü  il  martın  5-də  hökumət bitərəfli qaydada 
ondan imtina etm
ək haqda qərar qəbul etdi.  Bu dövrdə  artıq 
f
ələstinlilər  Livanın  şimal  hissəsindəki  Tripol  şəhərində  müxtəlif 
fraksiyalarla 
toqquşmalı  oldular.  Tripoldan FAT-ın  üzvləri 
çıxarıldı.    Onlar  Yunanıstana  gəldilər.  1983-cü  il  dekabrın  20-də 
FAT-
ın  rəhbərliyi Tunisdə  yerləşdi.    Fələstinlilərin qalan hissəsi 
Y
əmən və  başqa  ərazilərə  səpələndilər.  1985-ci  ilin  yanvarında 
İsrail  hökuməti  elan  etdi  ki,  İsrailin  müdafiə  ordusunun üzvləri 
Livanın  cənubundakı  təhlükəsizlik  zonasında  fəaliyyətini davam 
etdir
əcək və  Cənubi Livan ordusunun məsləhətçisi  kimi  çıxış 
ed
əcək.  Məqsədinə azda olsa çatan İsrail 1985-ci ildə Təhlükəsiz-
lik zonası istisna olmaqla öz qoşunlarını Livandan çıxardı.  Onun 
n
əzarət etdiyi Təhlükəsizlik ordusunun  yerləşdiyi  ərazinin uzun-
luğu  Cənubi  Livanın  10  km
2
-d
ən 25 km
2
-
ə  qədər  ərazisini  əhatə 
edirdi.  Lakin C
ənubi Livan ordusunda israilpərəst əhval- ruhiyyə 
qalırdı.  Bu dövrdə BMT-nin çoxmilli qüvvələri də Livanı tərk et-
dil
ər.  1983-cü il oktyabrın 23-də Beyrutun qərbində ABŞ və Fran-
sa kontingentl
ərinin  ştatı  yanında  güclü  partlayış  oldu.    1983-cü 
ilin dekabrında isə daha 2 terror aktı törədildi.  Terror aktlarından 
biri Q
ərbi Beyrutda, digəri isə Kuveytdə ABŞ və Fransa səfirliyinə 
qarşı törədildi. Bu, çoxlu insan itkisinə  səbəb oldu.  1983-cü ilin 
fevralında  Livanda  yenidən vətəndaş  müharibəsi başladı.    BMT 

 
176 
qüvv
ələri məcbur oldu ki, ölkədəki  şəraitə  birbaşa  müdaxilə 
etm
əsinlər, onlar 1984-cü  il  fevralın  8-dən  martın  31-dək ölkəni 
t
ərk etdilər.  Fransa 1984-cü ildə Yaxın Şərq məsələsilə əlaqədar 
beyn
əlxalq  konfransa  çağırmaq  ideyasını  irəli sürdü.    SSRİ-nin 
fikrinc
ə,  bu  konfransda  maraqlı  tərəflərlə  yanaşı  BMT  təhlü-
k
əsizlik şurasının 5 daimi üzvü də iştirak etməli idi.  1985-ci ildə 
İordaniya ilə Fələstin arasında ABŞ-ın bilavasitə rəhbərliyi ilə bağ-
lanmış  sazişdən  sonra  ABŞ  təkid edirdi ki, növbəti mərhələdə 
İsraillə Fələstin və İordaniya nümayəndələri görüşsün. Bu görüşdə 
ABŞ-da öz iştirakını tələb edirdi.  ABŞ-ın fikrincə, fələstinlilər İs-
ra
ilin hüquqlarını rəsmən tanımalı idilər.  Digər tərəfdən isə, Fələs-
tinin öz müq
əddəratını  təyin etmək  hüququ  tanınmalı  idi.    ABŞ 
bel
ə  hesab  edirdi  ki,  ABŞ-la Fələstin-İordaniya  nümayəndələri 
arasında  gedən  danışıqların  2-ci mərhələsində  BMT-nin  TŞ-nın 
üzvl
əri və  FAT nümayəndələri də  iştirak  etməlidir.  1981-ci il 
sentyabrın  1-də  İsrailin  hərbi qüvvələrinin Tunisdəki FAT-ın  ştat 
m
ənzilini  bombalaması  bu  planın pozulmasına  səbəb oldu.  Bun-
dan sonra, FAT-
da  başlanan  böhran  1987-ci ildə  aradan  qalxdı. 
1987-
ci ilin dekabrın 7-də fələstinlilərin İordan çayının qərb sahili 
v
ə  Qəzzədə  kütləvi və  yaxşı  təşkil  edilmiş  vətəndaş  itaətsizliyi 
kampaniyası  başladı.  Bu  intifad  ilk  dəfə  24  saatlıq  tətillə  özünü 
nümayiş  etdirdi.1987-1993-cü illərdə  mindən çox fələstinli öldü-
rüldü, on minl
ərlə isə yaralandı.  Bu dəfə daha radikal mövqe tutan 
f
ələstinlilərin  İslam  müqavimət hərəkatı  və  ya Həmas və  İslam 
cihadı  təşkilatları  möhkəmləndi.    Artıq  90-cı  illərdə  onlar  İsrailə 
qarşı  mümkün  mübarizə  metodlarından  biri  olan  terrora  keçdilər.  
M
əqsəd islamyönümlü Fələstin dövlətinin  yaradılması  və  İsrailin 
m
əhv edilməsi idi.  
FAT uzun müdd
ət 1947-ci  il  noyabrın  29-da  Yaxın  Şərqdə 
münaqişəni nizama salmaq üçün qəbul edilmiş 181 saylı qətnaməni 
q
əbul etmək istəmirdi.  1987-ci ilin dekabrın 22-də BMT-nin TŞ-
nın qəbul etdiyi 605 saylı qətnaməyə, 1949-cu ilin  avqustun 12-də 
q
əbul etdiyi  “Müharibə  dövründə  mülkü  əhalinin müdafiəsi 
haqqında”  Cenevrə  konvensiyasına  uyğun  olaraq  işğal  edilmiş 
ərazilərdə fələstinlilərin təhlükəsizliyi və müdafiəsini təmin etmək 
qarşıda dururdu.  Qətnamədə göstərilirdi ki, İsrail işğalçı dövlətdir, 

 
177 
işğal edilmiş ərazidəki Fələstin xalqının insan hüquqlarını pozur və 
İsrail  ordusunun  açıq  atəş  açması  nəticəsində  köməksiz Fələstin 
sakinl
əri içərisində mülkü əhali öldürülür və yaralanırdı.  Bundan 
sonra BMT-
nin TŞ-si 1988-ci il yanvarın 5-də 607, yanvarın 14-də 
608, 1989-cu ilin iyulun 6-da 636, 1989-cu ilin avqustun 30-da 641 
saylı  qətnamələri qəbul etdi.  Həmin qətnamələrdə  deportasiya 
olunmuş  fələstinlilərin  işğal  edilmiş  ərazilərə  qaytarılması  tələb 
edilirdi.   
1988-
ci  il  noyabrın  15-də  Əlcazəirdə  (FAT-ın)Fələstinin 
növb
ədənkənar  sessiyasında  Müstəqil Fələstin dövlətinin yara-
dılması elan edildi. Onun ərazisi İordan çayının qərb ərazisi (5869 
km
2
) v
ə Qəzzə bölgəsi olmalı idi.  Paytaxtı  Şərqi Yerusəlim olmalı 
idi.  1989-
cu ilin martından Yasir Ərafat Fələstin dövlətinin prezi-
denti elan edildi.  1989-cu ilin aprelin 2-d
ə isə Fələstin Milli Soveti 
Yasif Ərafatı prezident seçdi.  100 dövlət Fələstin dövlətini tanıdı.  
F
ələstin dövləti bundan sonra 1947-ci  il  noyabrın  29-da qəbul 
edilmiş BMT  Baş assambleyasının 181 nömrəli qətnaməsini rəs-
m
ən  tanıdı  və  terrorizmi mühakimə  etdi.  FAT-ın  İsrail  ilə 
yaxınlaşması  baş  verdi.    O,  İsrail  dövlətini  faktiki  olaraq  tanıdı.  
F
ələstin dövlətinin  yaradılmasına  İsrail  mənfi  reaksiya  verdi.  
FAT-
ı terrorçu təşkilat adlandırdı.   
1973-cü ild
ə  Ərəb-İsrail  müharibəsindən sonra ABŞ  öz 
diplomatik f
əaliyyətinin davamlı xarakter almasına qərar vermişdi.  
ABŞ belə hesab edir ki, Fələstinlilərə gələcəkdə müqəddəratını həll 
etm
ək imkanı vermək vacibdir.  Çünki bu, regionun sabit və təh-
lük
əsizliyini təmin etmək  üçün  əsas vasitələrdən biridir.  80-ci 
ill
ərin sonunda FAT-ın tamamilə yeni keyfiyyətdə çıxış etməsi ilə 
Yaxın  Şərqdə  sülh probleminin həllində  yeni mərhələ  başlanmış 
oldu.    İsaq Rabinin  İsraildə  hakimiyyətə  gəlməsi istər İsrail-ABŞ 
münasib
ətlərini,  istərsə  də  İsrail  probleminin  həllinin  yeni 
müst
əviyə keçməsinə səbəb oldu.  Rabın torpaqların bir hissəsinin 
verilm
əsi ilə razılaşdığını bildirdi.  O, yəhudi məskənlərinin tikin-
tisinin dayandırılması mövqeyində çıxış edirdi.  İsrail baş nazirinin  
ABŞ-a səfəri 2 ölkə  arasındakı  münasibətlərdəki  soyuqluğunun 
aradan qaldırılmasına və vasitəçilik missiyasının ABŞ-a keçməsinə 
şərait  yaratdı.    “Soyuq müharibə”nin  başa  çatması  SSR-in  Yaxın 

 
178 
Şərq rayonundakı  satilelilərinin  bir-birilə  yaxınlaşmasına  şərait 
yaratdı.  Ona görə İsrail – FAT qarşıya qoymuş olduğu balans və 
paritet
ə nail olmaq məqsədilə Suriya və Livanla yaxınlaşmağı ön 
plana  çıxartdı.    Qlobal  dəyişikliklər  İsrailə  taktiki üstünlük versə 
d
ə, beynəlxalq münasibətlərdə yeni tendensiya, yəni böyük müna-
sib
ətlərin arxa plana keçirilməsi  əvəzində  lokal  münaqişələrin ön 
plana  çıxması  tendensiyası  fələstinlilərdə  öz  mövqelərinə  yeni 
yanaşmanı vacib edirdi.  Qlobal səviyyədə hərbi-siyasi dəstəkdən 
m
əhrum olan bəzi  ərəb ölkələri,  eləcə  də  fələstinlilər  yaranmış 
v
əziyyətdə  terroru mübarizənin  yeganə  təsir vasitəsi  kimi  qəbul 
etdi v
ə  sonrakı  proseslərdə  terror,  İsrailə  qarşı  mübarizədə  elan 
olunmamış  müharibə  xarakter  aldı.    Yeni  şəraiti nəzərə  alaraq 
ABŞ-ın Yaxın Şərqlə əlaqədar fəaliyyəti gücləndi.  Fələstin dövləti 
yara
dılarkən  ABŞ  bu  məsələni kəskin  qarşıladı.    Lakin  bir  ay 
keçm
əmiş  ABŞ-ın  mövqeyi  dəyişdi.    1988-ci  il  dekabrın  14-də 
ABŞ  prezidenti  Reyqan  FAT  ilə  dialoqa  başlamaq  barədə  əmr 
verdi.  Bunun üçün FAT terrordan 
əl çəkməli,  İsrailin  yaşamaq 
hüqu
qunu  tanımalı  idi.    Həmçinin 1989-cu  ilin  mayın  2-də  onun 
Fransaya r
əsmi səfəri zamanı FAT-ın rəhbəri Yasir Ərəfat bəyanat 
verdi ki, F
ələstin  milli  Xartiyasının  (1968)bir  neçə  maddələri 
köhn
əlmişdir.    1989-cu ildə  Fələstin-İsrail  münaqişəsini  nizama 
salmaq üçün İsrail, Misir, ABŞ bir sıra təkliflər verdilər.  1989-cu 
il  mayın  14-də  “Şamir  planı”  adlı  plan  meydana    çıxdı  ki,  onun 

əllifi İsrailin baş naziri İ. Şamir idi.  İsrail sülh təklifini bəyənir 
v
ə onun İordan çayının qərb sahilində və Qəzza bölgəsində yaşa-
yan f
ələstinlilərlə  bağlanmasını  məsləhət görürdü.  1989-cu ilin 
iyununda  kompromis  axtarışına  Misir  prezidenti  Hüsnü  Mübarək 
d
ə  qoşuldu.    O,  təklif  edirdi  ki,  işğal  edilmiş  Fələstin  ərazisində 
sülh prosesi il
ə  əlaqədar olaraq seçkilər  keçirtsin.  1989-cu il 
dekabrın  6-da    ABŞ-ın  dövlət  katibi  Beyker  “Beyker  planını” 
qarşıya qoydu ABŞ Yaxın Şərqdə sülhün inkişafı üçün TŞ-nın 242 
saylı qətnaməsinə əsaslanır və təklif edirdi ki, İsrail bu ərazilərdə 
n
əzarət hüququnu saxlamalı, həm də müstəqil Fələstin ərazisi təşkil 
edilm
əli idi. Onun həmin ərazilərdə seçkilər keçirmək təklifi Yasir 
Ərafat tərəfindən  etirazla  qarşılandı.  Yaxın  Şərqdə  vəziyyəti 
öyr
ənən ABŞ mərhələlərlə sülhü təmin etmək məsələsini irəli sür-

 
179 
dü v
ə  təklif etdi ki, mövqeyə  “addım-addım”  yaxınlaşmaq 
lazımdır.  Birinci  mərhələdə  hər iki tərəf  qarşıdurma  siyasətindən 
imtina etm
əli və  kompromisin müvəffəqiyyəti üçün konkret 
t
ədbirlər görülməlidir.  Bunun üçün bir-birini  qarşılıqlı  surətdə 
anlamaq  lazımdır.  ABŞ-a görə  kompromis “Torpaq müqabilində 
sülh” prinsipin
ə  əsaslanmalı  idi.    Bu  beynəlxalq ictimaiyyət tərə-
find
ən də müdafiə olunurdu.   
 
Yaxın Şərqdə sülh prosesi (1991-ci ildə) 
80-ci ill
ərin sonu 90-cı  illərin  əvvəllərində  beynəlxalq 
münasib
ətlər sisteminin  inkişafında keçid dövrü başladı.  
ABŞ-da  Ata  Corc  Buş  hakimiyyətə  gələndən  sonra  İsrailə 
qarşı  sərt xətt götürüldü.  Tələb və  təzyiq cəhdləri, o cümlədən 
iqtisadi halqalardan istifad
ə  edildi.  Bu cəhd Amerika siyasətinin 
80-ci ill
ərdə Ərəb-İsrail münasibətlərini nizama salmaqda istifadə 
etdiyi vacib ünsür idi.  1990-
cı illərin birinci yarısına qədər Fələs-
tin r
əhbərliyi tərəfindən  danışıqların  baş  tutmaması  Amerika  rəh-
b
ərliyində Yaxın Şərq işində sülhə  nail olmaq məsələsində inam-
sızlıq və pərtlik doğururdu.  1990-cı ilin iyununda Amerika-İsrail 
münasib
ətlərinin  paralel  soyuması  ilə  əlaqədar olaraq Vaşinqton 
FAT il
ə dialoqu dayandırmaq haqqında qərar qəbul etdi.  Çünki bu 
dövrd
ə  sülh prosesi küncə  dirənmişdi.    Heç  bir  tərəf buna cəhd 
göst
ərmədiyinə görə ABŞ tərəfindən də vasitəçilik etmək mənasız 
idi.  Sülh prosesinin dirç
əlməsi üçün imkan ancaq 1990-91-ci il 
Kuveyt böhranından sonra yarandı.  Həqiqətən bu böhran regionda 
şəraiti kökündən dəyişdi. Ərəb-İsrail münaqişəsinin nizama salmaq 
prosesini sür
ətləndirdi.  XX  əsrin 90-cı illərində ABŞ bu sahədə 

əyyən uğur qazandı.  Amerika inzibati İdarəsi əlverişli imkan-
dan istifad
ə edərək  Suriya ilə əlaqələr yaratdı, FAT və İordaniyada 
z
əifləmiş mövqelərini bərpa etdi.  Sülh prosesini dirçəltmək üçün 
Madridd
ə konfrans təşkil edildi.  
 
Bu  dövrün  başlamasının  səbəbi  yeni  Dünya  Qaydasının 
formalaşması ilə əlaqədar idi. Bu dövrdə dünyada qüvvələrin düzü-
lüşündə mahiyyətcə dəyişiklik baş verdi. Yalta-Postdam sisteminin 
iflası  beynəlxalq münasibətlərdə  iki qütblüyə  son qoydu.   İki 
fövq
əl dövlətin  hegemonluğunun  səyləri  şəraitində  SSRİ-nin 

 
180 
dağılması qlobal miqyasda ABŞ-ın liderliyini bir daha təsdiq etdi.  
ABŞ  yeganə  super dövlətə  çevrildi və  onda hegemonluq meyli 
gücl
əndi.   
  1991-
ci  ilin  başlanğıcından  Yaxın  Şərqdə  sülh prosesində 
aparıcı  rol  ABŞ-a məxsus oldu.1990-91-ci illərin Küveyt böhra-
nından yəni İran körfəzində müharibə qurtardıqdan sonra 1991-ci 
ilin  martın  6-da  ABŞ  prezidenti  Corc  Buş  BMT  çərçivəsindən 
k
ənarda  Yaxın  Şərq  problemini  qaydaya  salmağı  təklif etdi. 
“Soyuq müharib
ə”  başa  çatdıqdan  sonra  Yaxın  və  Orta  Şərqlə 
əlaqədar ABŞ prezidenti Corc Buş administrasiyası “yeni beynəl-
xalq qaydalar” doktrinasını bəyan etdi.  
XX 
əsrin 80-cı  illərinin sonu 90-cı  illərinin  əvvəllərində 
“Soyuq müharib
əsinin” qurtarması dünyada baş verən dəyişikliklər, 
ona g
ətirib  çıxardı  ki,  Ərəb-İsrail  münaqişəsi  ABŞ-SSRİ  səviy-
y
əsində  qarşıdurmadan  çıxdı  Ərəb-İsrail  münaqişəsinin həllinin 
siyasi yoldan başqa digər yolu olmadığı aydın oldu.  Bu dövrdən 
ABŞ-ın vasitəçiliyi ilə Madrid konfransı bu işi himayəyə götürdü. 
Bu m
ənada, regionun vahid siyasi mənzərəsini  əks etdirən dörd 
m
əsələni qeyd etmək olar: 
Regional münasib
ətlərdə  tam  qarşılıqlı  etimadsızlıq  yaran-
ması,  regionun  malik  olduğu  potensialdan  maksimal  istifadə 
olunmasını  arxa  plana  keçməsi, kollektiv sülh və  təhlükəsizliyə 
olan ehtiyac v
ə  tələbatın  daha  da  artması,  zorakılıq,  təzyiqin 
günd
əlik həyatda tələbata çevrilməsi ABŞ-ın Yaxın Şərqə diqqətini 
daha da artırmağa məcbur edirdi.  
Yaxın  Şərq  ABŞ-ın  xarici  siyasətində  hərbi, iqtisadi, siyasi, 
ideoloji spektrl
əri vahid bir şəkildə özündə cəm edən region kimi 
q
əbul  olunur.    ABŞ  siyasətçi və  strateqlərinin strateji təyinatına 
əsasən, Yaxın Şərqin dünya sistemindən kənarda qalması beynəl-
xalq münasib
ətlərdə  qüvvələr nisbətindəki  balansın  pozulmasına 
s
əbəb ola bilər.   
“Dünyanın  heç  bir  regionu  Yaxın  və  Orta  Şərq qədər  ABŞ 
üçün böyük 
əhəmiyyət və prioritet kəsb etmir”.  Çünki bu region 
h
əm zəngin təbii sərvətlərə malikdir, həm də beynəlxalq əhəmiy-
y
ətli su, quru və  hava  yolları  burada  keçir.    Dünyanın  üç  aparıcı 

 
181 
dinl
ərinin  iudizmin,  xristianlığın  və  islamın  müqəddəs məkanları 
burada yerl
əşir.  
Üç qit
ənin kəsişdiyi  yerdə  yerləşən  Yaxın  Şərq, eyni za-
manda Vaşinqton üçün fəal rəqabət meydanı kimi də qəbul edilir.  
Müasir dövrd
ə  bu rəqabət  ABŞ-ın  Avropa  birliyi,  Asiya  tərəf-
daşları və rəqibləri arasında gedir.  Bu da ABŞ-ın regional müna-
sib
ətlərində  3 amillə  aydın  büruzə  verir: Regional-iqtisadi  əmək-
daşlıq və inteqrasiya; Neft amili; Dini amil. Corc Buş (Ata) həm-
çinin  “Kiçik  addımlar”  diplomatiyasını  da  irəli sürdü.  Bununla 
əlaqədar ABŞ-ın dövlət katibi Beyker Yaxın Şərq regionuna səfər 
etdi.  N
əticədə ABŞ yenə də “Kiçik addımlar” diplomatiyasından 
istifad
ə  edərək Beyker “Mövsümi əməliyyat”  planını  irəli  sürdü.  
Con Beyker 1991-ci ilin mart
ın  8-dən  oktyabrın  18-nə  qədər 
aparılan  danışıqlar  nəticəsində  həm  İsrail  dövlətini, həm də  Ərəb 
dövl
ətlərini beynəlxalq konfrans çağırılmasına razılaşdırırdı.  
1991-
ci ilin oktyabrın 30-dan noyabrın 1-nə qədər Madriddə 
Yaxın  Şərqə  dair beynəlxalq konfrans  keçirildi.  1991-ci ildə 
Y.Ərəfat başda olmaqla FAT rəhbərliyi Madrid konfransında işti-
rak etdi.  90-
cı illərdə Ərəb-İsrail münaqişəsi yeni mərhələyə qə-
d
əm qoydu.  SSRİ ilə Yaxın Şərqdə sülh yolu ilə məsələləri nizama 
salmağa razılıq əldə edildi.  Bu konfransın ən böyük əhəmiyyəti o 
idi ki, o, 
ərəb-İsrail danışıqları üçün yol açdı.  Konfransın iştirak-
çıları “Torpaq müqabilində sülh” prinsipi əsasında məsələyə yanaş-
mağı  dəstəklədilər.  Bundan sonra sülh prosesi ikitərəfli  əsasda 
h
əyata keçirilməyə başladı.  Sülh prosesinin çərçivəsi dörd istiqa-
m
ətdə müəyyənləşdirildi: 1)İordaniya; 2)Suriya; 3)Livan; 4)Fələs-
tin-
İsrail.  Gələcəkdə sülh prosesi çoxtərəfli əsasda davam etdiril-
m
əli idi.   
1991-93-cü ill
ərdə  bu problem dəfələrlə  müzakirə  edildi.  
Yen
ə də İsrail fələstinlilər əleyhinə kütləvi təqibləri davam etdirirdi.  
1992-ci ild
ə İsraildə Əmək Partiyası hakimiyyətə gəldi.  Onun li-
deri  baş  nazir  İsaak  Rabin  dialoqlara  cəhd  etdi.    İsrail  rəhbərliyi 
FAT-a münasib
ətdə  mövqeyini dəyişdirdi,  onu  “terrorçu  təşkilat” 
adlan
dırmaq  fikrindən  əl çəkdi.    Lakin  İsrail  onu  da  bildirdi  ki, 
F
ələstin ərəb xalqının nümayəndəliyini vahid və qanun hesab edə 
bilm
əz.  

 
182 
1992-
ci  ilin  yanvar  ayının  28-29-da Moskvada ərəb-İsrail 
danışıqlarının birinci raundu keçirildi.  Nəticədə aşağıdakı məsələ-
l
ərə aid  işçi qrupu təşkil edildi: 
1)regional t
əhlükəsizlik və silahlar üzərində nəzarət üzrə 
2)Su t
əchizatı üzrə 
3)Ətraf mühit üzrə 
4)İqtisadi və regional inkiaşf üzrə 
5)Qaçqınların vəziyyəti üzrə 
ABŞ  FAT-la  İsrail  arasındakı  münasibətlərin  yumşalmasına 
xüsusi s
əy göstərirdi.  1993-cü  ilin  sentyabrında  Osloda  İsraillə-
FAT bir-birl
ərini  tanımaq  haqda  məktub mübadiləsi etdilər.  Bu 
işdə Norveçin xarici işlər naziri Yohanna Yorqana Host vasitəçilik 
etdi.  1993-
cü il sentyabrın 13-də FAT-ın nümayəndələri “Müvəq-
q
əti özünü idarənin təşkili  prinsipləri  haqqında”  bəyənnaməni 
imzaladılar.  Buna Oslo sazişi də deyirlər.  Bu bəyənnamədə aşağı-
dakı müddəalar var idi: 
1.  İordan çayının qərbi və Qəzzə bölgəsində İsrail tərəfindən 
tutulmuş ərazidə fələstinlilərə muxtariyyət vermək və oradan İsrail 
qoşunlarını evakuasiya etmək; 
2.  F
ələstinlilərə təhsil, mədəniyyət, sosial təminat, səhiyyə, 
birbaşa vergilər sahəsində səlahiyyət vermək; 
3.  F
ələstin muxtariyyəti çərçivəsində  hərəkət edən polis 
qüvv
ələri təşkil etmək.  
Bütün bunlar h
əmin ərazidə İsrail qoşunları getdikdən sonra, 
4-5 illik keçid dövründ
ə  başlamalı  idi.    Daimi  statuslu  sazişin 
bağlanmasına hazırlıq 3 mərhələdə həyata keçirilməli idi: 
a)Q
əzza bölgəsi və İordan çayının qərb sahilindəki – İsrixon 
şəhərində fələstin milli inzibati idarəsi təşkil ediləcəkdi; 
b)II m
ərhələdə bu ərazidə Fələstin və İsrail milli idarəsi birgə 
f
əaliyyət göstərməli idi; 
c)Bu vilay
ət daim İsrailin hakimiyyəti altında olmalı idi.  
F
ələstin muxtariyyətini idarə  etmək üçün Fələstin özünü-
idar
əsi müvəqqəti  orqanları  sovetinə  ümumi seçkilər keçirilməsi 
t
əşkil edilməli idi.  İsrail hakimiyyəti ilə İsraillə Fələstin xalqının 
nümay
əndələri  arasında  keçid  dövrünün  ilk  3  ilində  daimi status 
haqqında danışıqlar aparılması, bu danışıqların hələ də qalan həll 

 
183 
edilm
əmiş məsələləri əhatə etməsi nəzərdə tutulurdu.  Sazişdə qaç-
qınlar,  təhlükəsizlik tədbirləri, sərhədlər,  qonşu  dövlətlərlə  əmək-
daşlıq və onlara münasibət və s.  də öz əksini tapmış oldu.  
80-ci ill
ərin  sonunda  İsrailin  işğal  etmiş  olduğu  ərazilərdə 
İntifadın  başlanması,  eləcə  də  Fələstin  Azadlıq  təşkilatının  tama-
mil
ə yeni keyfiyyətdə çıxış etməsi, Yaxın Şərq sülh prosesində də 
yeni m
ərhələnin başlanmasını səciyyələndirirdi.  
1991-
ci ilin oktyabrında Helsinki razılaşmasına uyğun olaraq 
Vaşinqton  və  Moskva  Yaxın  Şərq sülh prosesinə  dair növbəti 
sammitin  çağırılmasını  reallaşdırdılar.    Konfransda  əldə  olunmuş 
razılığa  əsasən  Yaxın  Şərq  sülh  prosesinin  aparılması  üçün  iki 
istiqam
ətdə - ikitərəfli və çoxtərəfli danışıqların aparılması qərara 
alındı.  
Madrid sammitind
ən sonra çoxtərəfli danışıqlar istiqamətində 
ilk konfrans Moskvada keçirildi.  Moskva görüşü münaqişənin həl-
lind
ə  çoxtərəfli müzakirələrin  başlandığına  start  versə  də, faktiki 
olaraq bu müzakir
ələr 90-cı  illərdə  mütəmadi və  intensiv olaraq 
keçirilm
ədi.  Buna səbəb isə ABŞ-ın ikitərəfli danışıq və görüşlərin 
keçirilm
əsi istiqamətindəki vasitəçilik missiyasında yenidən təşəb-
büsü 
ələ alması oldu.  
İshaq  Rabinin  hakimiyyətə  gəlməsi, istər  ABŞ-İsrail  müna-
sib
ətlərinin, istərsə də Fələstin probleminin həllinin yeni müstəviyə 
keçirilm
əsini əsaslandırırdı.  Çünki Rabin torpaqların bir hissəsinin 
verilm
əsi ilə  razılaşır,  yəhudi məskənlərinin tikintisinin dayan-
dırılması mövqeyindən çıxış edirdi.   
Vaşinqton  Strateji  Tədqiqatlar Mərkəzinin  Yaxın  Şərq üzrə 
m
əruzəsinə  əsasən, “soyuq müharibə”nin  başa  çatması  SSRİ-nin 
regiondakı satellitlərinin bir-biri ilə yaxınlaşmasına obyektiv şərait 
yaratdı.  Ona görə də, İsrail ilə FAT qarşıya qoymuş olduğu müba-
riz
ədə  balans və  paritetə  nail olmaq məqsədilə, Suriya və  İranla 
yaxınlaşmanı ön plana çıxartdı.  Qlobal dəyişikliklər İsrailə taktiki 
üstünlük vers
ə  də, beynəlxalq münasibətlərdə  özünə  yer  almağa 
başlayan  yeni  tendensiya  –  böyük müharibələrin arxa plana keç-
m
əsi  əvəzində  lokal münaqişələrin  ön  plana  çıxması  tendensiyası 
T
əl-Əvivə də öz mövqelərinə yeni yanaşmanı vacib edirdi.  Qlobal 
s
əviyyədə hərbi-siyasi dəstəkdən məhrum olan bəzi ərəb ölkələri, 

 
184 
el
əcə  də  fələstinlilər,  yaranmış  vəziyyətdə  terroru mübarizənin 
yegan
ə təsir vasitəsi kimi qəbul etmiş oldu və sonrakı proseslərin 
axarında terror İsrailə qarşı mübarizədə elan olunmamış müharibə 
xarakteri aldı.  
FAT-
ın  fəaliyyətində  özünə  yer  almış  ikili  istiqamət  -  Şeyx 
Yasinin r
əhbərlik etdiyi, qanad terror fələstinlilərin mübarizə hərbi 
istiqam
əti, FAT-ın fəaliyyətində siyasi qanada rəhbərlik edən Yasir 
Ərafatın fəaliyyəti isə mübarizənin siyasi tərəfi kimi qəbul edildi.  
Bu amil f
ələstinlilərin problemə yanaşmasında vahid mövqelərinin 
olmadığını da göstərirdi.  
1993-cü ild
ə  Norveç hökumətinin vasitəçiliyi sayəsində 
bütün t
ərəflərin iştirakı ilə birgə Bəyannamə imzalandı.  Oslo pla-
nının üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulurdu.  Birinci 
m
ərhələdə  İsrail  Qəzzə  bölgəsindəki  İyerixon  şəhərindən  çıxmalı 
v
ə burada idarəetmə hüquqlarını FAT-a verməli; ikinci mərhələdə 
F
ələstin hakimiyyət  orqanlarına  seçkilər keçirilməli; üçüncü 
m
ərhələdə  işğal  olunmuş  ərazilərdəki 140 yəhudi məskəninin 
g
ələcəyi və Qüdsün gələcək statusunun müzakirəsinə başlanılmalı 
idi.  
1993-cü ild
ə Oslo görüşündən sonra ərəb ölkələrinin siyasəti 
ziddiyy
ətli  xarakter  aldı.    Bunun  ən bariz nümunəsi kimi son 10 
ild
ə ərəb dövlətlərinin yalnız bir dəfə tam tərkibdə Fələstin məsə-
l
əsinə dair toplanmasını göstərmək olar.  
Vaşinqtonda 1993-cü ilin sentyabrın 13-də Klintonun iştirakı 
il
ə İsrail baş naziri Rabın ilə FAT rəhbəri Y. Ərəfat arasında görüş 
oldu.  Bu faktiki olaraq F
ələstinin özünüidarəsi üçün yol açdı.  Bu 
görüş  zamanı  imzalanan  Müvəqqəti özünüidarə  təşkilatının 
“Prinsipl
əri bəyannaməsi”.Bəyannamə  8 maddədən ibarət  idi.   
Q
ərb ölkələri tərəfindən bəyənildi.Amma Yaxın Şərqdə güclü reak-
siya  doğurdu.    İsraildə bu birmənalı  qəbul edilmədi.  Onun əley-
hin
ə “Liku” sağ bloku çıxış etdi. Fələstinlilər arasında bu sənəddən 
narazılar  da  tapıldı.  Fələstinlilər  arasında  iki  qrup  yarandı.    FAT 
r
əhbərliyi kursunun tərəfdarları,  hansı  ki,  onlar  prinsiplər 
b
əyannaməsini Yaxın Şərqdə sülhə doğru gedən yol hesab edirdilər.  
İkinci  qrup  radikal  əhval-ruhiyyədə  olan Fələstin demokratik 
qüvv
ələrinin  iştirakçıları  isə  bunu  İsrailə  növbəti  güzəşt  və 

 
185 
f
ələstinliləri təslimçiliyə aparan yol hesab edirdilər.  1993-cü ildə 
F
ələstin demokratik qüvvələri,  “HƏMAS”  (İslami  müqavimət 
h
ərəkatı təşkilatı) “İslam cihadı” və digər təşkilatlar elan etdilər ki, 
“R
ədd etmək cəbhəsi” adlı qrup yaradırlar və  bu qrup “Prinsiplər 
b
əyannaməsi”nin həyata keçirilməsinə qarşı çıxırdı.   
1993-cü ilin aprelin 30-
da İsraillə FAT arasında Paris  sazişi 
ba
ğlandı.  
1994-
cü  ilin  mayın  4-də  Misirin  paytaxtı  Qahirədə  ABŞ, 
Rusiya v
ə  Misir Xarici siyasət iarələri  başçılarının  iştirakı  ilə 
İsrailin  baş  naziri  İ.  Rabinlə  FAT sədri  Y.  Ərəfat  arasında  şərti 
olaraq “Q
əzzə-Ərinə” adlanan saziş bağlandı.  Həmin sazişə görə 
işğal  edilmiş  Qəzzə  və  Ərihə  vilayətlərində  Fələstin muxtariyyəti 
yaradıldı. ABŞ-ın vfsitəçiliyi ilə İordaniya ilə İsrail arasında 1992-
ci ild
ə dalışıqlar bağlandı və 1994-cü ilə qədər davam etdi.  1994-
cü il iyulun 25-d
ə  İsrailin  baş  naziri  İ.  Rabinlə  İordaniya  kralı 
Hüseyn arasında “Müharibə vəziyyətinin dayandırılması haqqında” 
Vaşinqton  bəyannaməsi  imzalandı.    1994-cü  ilin  oktyabrın  25-də 
is
ə hər iki dövlət arasında bağlanmış sülh müqaviləsi ilə 46 ildən 
b
əri davam edən İsrail-İordaniya  arasındakı müharibə vəziyyətinə 
son qoyuldu.   
1996-
cı  ildə  ABŞ-ın  vasitəçiliyi ilə  İsraillə  FAT  arasında 
bağlanan  Oslo  sülhünə  görə  İsrail  işğal  etdiyi  ərazilərin 30%-ni 
boşaltmağı  öhdəsinə  götürdü.  Keçid dövrü adlanan mərhələdə 
İordan  çayının  bütün  qərb sahilinin və  Qəzzə  bölgəsinin idarə 
olunması Fələstin muxtariyyətinə verildi.  Lakin İsrail 1997-ci ildə 
Qüdsün 
ərəblər  yaşayan hissəsində  yəhudi məskənləri  salmağa 
başlamaqla bütövlükdə Yaxın Şərqdə sülh prosesini təhlükə altında 
qoydu.  2000-
ci  ilin  yanvarın  31-də  Moskvada keçirilən  görüşdə 
onların fəaliyyəti yenidən bərpa edildi.  
Münaqişənin həllində  birinci mərhələ  son 50 ilə  nisbətdə 
xeyli ir
əliləyişlərlə  başa  çatdı:  Fələstin  danışıqlarda  bərabər-
hüquqlu t
ərəf  kimi  tanındı;  Fələstin  muxtariyyatının  yaranması 
üçün iqtisadi v
ə  siyasi  şərait  tam  reallaşdırıldı;  Fələstinin özünü-
idar
ə hüquqları müəyyənləşdirildi; Münaqişənin nizama salınması 
prosesi 
ərəb birliyi arasındakı ziddiyyəti üzə çıxardı.  

 
186 
Münaqişənin həlli istiqamətindəki yeni mərhələ  1994-cü il 
may  ayının  4-də  Qahirədə  FAT və  İsrail  arasında  imzalanmış 
beşillik müvəqqəti razılaşma ilə başlanmışdır.  
Qahir
ə  müqaviləsinə  əsasən Qəzzə  bölgəsi və  İyerixonda 
F
ələstinin müstəqil muxtariyyat rejimi tətbiq  olunur,  İsrail  ordu 
hiss
ələri üç həftə  ərzində  bu  ərazilərdən  çıxarılır  və  24 nəfərdən 
ibar
ət Fələstin  Şurası  yaradılırdı.    Yaradılan  administrasiya  keçid 
dövrü üçün 
ərazi məsələlərini həll etmək səlahiyyətinə  malik 
olurdu.  
İkinci  mərhələnin  əhəmiyyətli tarixi hadisələr  sırasında 
İordaniya  və  İsrail  arasında  müharibə  vəziyyətinə  son  qoyulması 
v
ə 1994-cü il oktyabrın 26-da ABŞ-ın vasitəçiliyi ilə İordaniyanın 
Akaba  limanı  rayonunda  İsrail  və  İordaniya  arasında  “Sülh  və 
Əməkdaşlıq haqqında” tam miqyaslı müqavilə imzalanması oldu.  
Madrid  konfransından  1994-cü  ilin  fevralınadək  İsrail  və 
Suriya arasında 12 raundda danışıqlar aparılmış və heç bir nəticə 
verm
əmişdir.    Lakin  buna  baxmayaraq 1994-cü  ilin  ortalarında 
Cenevr
ədə  Suriya  prezidenti  Hafiz  Əsədlə  ABŞ  prezidenti  B. 
Klinton arasında görüş keçirildi.  
1995-
ci il 28 sentyabr tarixli Vaşinqton müqaviləsi ilə İsrail 
v
ə FAT arasındakı danışıqların ikinci mərhələsi başa çatdı. Aralıq 
razılaşmasının  əsas obyekti olan Fələstinin  İordan  çayının  Qərb 
sahilind
ə  idarəçiliyinin  genişləndirilməsi nəzərdə  tutulurdu.  
Razılaşmanın  əsas hissəsinə  7  əlavə  edilmişdir.    Bunlar  aşağıda-
kılardan ibarətdir: “1- təhlükəsizlik tədbirləri, 2- seçkilər, 3- mülki 
işlər, 4-  hüquqi məsələlər, 5-  iqtisadi  əlaqələr, 6-  İsrail-Fələstin 
əməkdaşlığı, 7- Fələstin əsirlərinin buraxılması”.  
Münaqişənin həlli istiqamətində  proses 1997-ci ildə  Aralıq 
razılaşması  çərçivəsində  Xevrona  dair  imzalanmış  sazişlə  davam 
etdirildi.  Bununla da, 90-
cı  illərdə  ABŞ-ın  vasitəçilik  missiyası 
ç
ərçivəsində Uay razılaçmasınadək davam edən üçüncü mərhələnin 
sonu yaxınlaşmış oldu.  Yuxarıda sözügedən saziş 1997-ci il yan-
varın 17-də imzalandı.  Əldə olunmuş razılaşma Xevronda Fələstin 
v
ə İsrail idarəçiliyini əsaslandırırdı.  
 

 
187 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin