SƏmayə MƏMMƏD qızı mustafayeva şƏhla müZƏFFƏR qızı qurbanova z əRİFƏ ŞAMİL qızı cavadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/23
tarix24.04.2017
ölçüsü2,8 Kb.
#15645
1   ...   15   16   17   18   19   20   21   22   23

B.Klintonun 2000-ci ild
ə sülh planı 
Klinton 2000-
ci  ilin  dekabrında  özünün  Fələstin-İsrail 
münaqişəsinin nizama salmaq üçün aşağıdakı sülh planını təqdim 
etdi: 
1)F
ələstinlilərin  İordan  çayının  Qərb sahilində  və  Qəzzədə 
suverenliyi o şərtlə təmin olunur ki, ərazi mübadiləsi olsun; 
2)F
ələstin qaçqınlarının qayıtmaq hüququ elan edilsin 
3)Yaxın Şərqdə ancaq sülh sazişi bağalmaqla münaqişəni həll 
etm
ək lazımdır.  
2000-
ci ilin dekabrın 19-23-ü arasında Vaşinqtonda Edmund 
Barak
la  Yasir  Ərafat  arasındakı  danışıqlar  nəticə  vermədi.  Klin-
tonun F
ələstin-İsrail münaqişəsinin nizama salmaqda uğurlu vasi-
t
əçi kimi tarixə düşmək istəyi həyata keçmədi.  ABŞ-ın vasitəçiliyi 
il
ə  Misirin  Tabe  şəhərində  kiçik Corc Buşun  başçılığı  ilə  Res-
publikaçıların  iştirakı  ilə  keçirilən  danışıqlar  da  nəticəsiz  qaldı.  
Yaxın  Şərqdə  hadisələr daha da kəskinləşdi.   Şarm-El-Şeyxdə  üç 
mühüm sah
ədə münaqişəli tərəflər bir-birinə anlamağa nail oldular: 
1.  T
əhlükəsizlikliklərini təmin  etmək  işində  əməkdaşlıq  və 
qarşıdurmanı qurtarmağa çalışmaq 
2.  Yaxın zamanlarda olmuş faciəvi hadisələri təhqiq etmək 
m
əqsədilə komissiya təşkil etmək 
3.    Sülh  prosesini  canlandırmaq  və  təkrar etmək üçün 
t
ədbirlər görmək.  Bu prosesdə  tərəflər kopromisə  gələnə  qədər 
danışıqları davam etdirmək 
“Torpaq müqavil
əsində sülh”  və “dünya ölkələrinin 
t
əşəbbüsü” planı 

 
197 
2002-ci ilin iyunun 16-
da  İsrail  hökuməti  İsraillə  İordan 
çayının  Qərb sahili sərhədində  və  Qəzzə  bölgəsində  100 km-lə 
uzanan sah
ədə  “təhlükəsizlik  divarları”  adlanan  tikinti  işlərinə 
başladı.  2003-cü il yanvarın 28-də Şaron İsrailin baş naziri vəzi-
f
əsinə  yenidən  təyin edildi.  Fələstin muxtariyyətinin  baş  naziri 
Mah
mud  Abbasla  Şaron  arasında  2003-cü  il  mayın  17-18-si ilə 
arasında  birinci  görüş  oldu.  2004-cü  ilin  mayın  28-də  isə  ikinci 
görüş oldu.  Lakin bu dövrdə Əl-Aksa intifadı davam edirdi.  2005-
ci  il  yanvarın  birinə  qədər hər  iki  tərəfdən 4540 nəfər  həlak 
olmuşdu.    Bu  dövr  ərzində  BMT-nin  TŞ-nin 10 növbədən  kənar 
sessiyası keçirilmiş, 1397, 1402, 1403 saylı bu məsələ ilə əlaqədar 
q
ətnamələri qəbul edilmişdi. Hələ 2002-ci ilin fevralın 17-də Fələs-
tin-
İsrail  münaqişəsini nizama salmaq üçün Səudiyyə  Ərəbistanı 
t
əklif irəli  sürmüşdü.  Bu məqsədlə  varis  şahzadə  Abdullah Ben 
Abdul
əziz Nyu Yorka gəlmişdi.  Tezliklə Səudiyyə Ərəbistanı ərəb 
ölk
ələrinə öz təkliflərini təqdim etdi.  2002-ci ilin mart ayının 27-si 
il
ə  28-i  arasında  Beyrutda  keçirilən  Ərəb ölkələrinin  liqasının 
sammitind
ə  bu  plana  baxıldı.Planın  mərkəzində  “Torpaqla  müba-
dil
ədə sülh” prinsipi dayanırdı . Plan bəyənildi və “dünya ölkələri-
nin t
əşəbbüsü” adlandı.  Onun maddələri aşağıdakılar idi: 
1.  Sülh müqabilind
ə  1967-ci ilin “Altı  günlük”  müharibəsi 
n
əticəsində işğal etdiyi Fələstin ərəb torpaqlarını qaytarmaq İsrailə 
t
əklif edilsin.  
2.    İordan  çayının  qərb sahilində  və  Qəzzə  bölgəsində 
m
ərkəzi Şərqi Yerusəlim olan müstəqil Fələstin dövləti yaradılsın.  
3.  F
ələstin qaçqınlarının probelmi  məsələsi həll edilsin.  
“Dördlük v
ə onun sülhü” 
2002-ci ild
ə  Yaxın  Şərqdə  vəziyyəti  normalaşdırmaq  işində 
beyn
əlxalq  əsasda yeni əməkdaşlıq  forması  yarandı  ki,  bu 
“dördlük” adlanırdı.  Onun üzvləri BMT, ABŞ, Rusiya və Aİ oldu.  
2002-ci il aprelin 10-da Madridd
ə “Dördlüyün” çərçivəsində birin-
ci müşavirə çağırıldı.  Məzmununu təcili surətdə zorakılığı dayan-
dırmaq təşkil edən birgə bəyənat qəbul olundu.  2002-ci ilin iyulun 
16-da “Dördlüyün” ikinci m
üşavirəsi keçirildi.  Burada Müstəqil 
F
ələstin dövlətinin 2005-ci ilin sonuna qədər  reallaşması  üzrə 
t
əqvim qəbul olundu.  2003-cü ildə “Dördlük” 2003-cü il aprelin 

 
198 
30-da n
əşr olunan Yaxın Şərqdə münaqişəni nizama salmaq üçün 
“Qiym
ətli  kartlar”  adını  alan  plan  irəli sürdü.  Bu plan həyata 
keçiril
ərkən “Qiymətli  kartlar”ın  reallaşması  üçün  BMT  TŞ-nin 
242,338 v
ə  1397  saylı  qətnamələrinə  əməl edilməli idi.  Plan üç 
m
ərhələdə  həyata keçirilməli idi.Birinci mərhələdə  terror və 
zorakılığın dayandırılması, təbiət və həyat şəraitinin normallaşması, 
F
ələstin institutlarının yaradılması nəzərdə tutulurdu.  Bu mərhələ 
2003-
cü il mayına qədər davam etməli idi.  İkinci mərhələ 2003-cü 
iyunundan  – 
dekabrına  kimi  davam  etməli idi.  Üçüncü mərhələ 
2004-2005-ci ill
əri  əhatə  etməli, Fələstin-İsrail  münaqişəsi 
qurtarmalı və daimi status üzrə saziş bağlanılmalı idi.   
2003-cü ilin may-
iyun  aylarında  münaqişəli tərəflər  Yaxın 
Şərq  problemini nizama salmaq üçün “Qiymətli kartlar” əsasında 
h
ərəkət etməyi  lazım  bildilər. Lakin  2009-cu  il  oktyabrın  1-də 
İsrail hökuməti buna məhəl qoymayaraq təhlükəsizlik divarlarının 
tikintisi  işini  fəallaşdırmaq  haqqında  qərar”  qəbul etdi.  BMT 
İsrailə  bu hərəkətini  dayandırmağı  təklif  etdi.  İsrail  Beynəlxalq 
m
əhkəməyə verildi.  Beynəlxalq məhkəmədə 2004-cü ilin fevralın 
23-d
ən 25-dək bu məsələ  müzakirə  olundu və  onun beynəlxalq 
hüquq normalarına zidd olduğu göstərildi.  2004-cü il iyulun 20-də 
BMT bu m
əsələ ilə əlaqədar xüsusi qətnamə qəbul etdi.  2004-cü il 
fevralın  2-də  İsrail  hökuməti  Şaronun  təşəbbüsü ilə  “Birtərəfli 
m
əsafənin götürülməsi” adlanan yeni təşəbbüs irəli sürdü.  Planda 
tikilmiş  Qəzzə  bölgəsində  21,  İordan  çayının  qərb sahilində  4 
y
əhudi məskənin ləğv edilməsi nəzərdə tutulurdu.  Lakin sağ blok 
olan “Lukud” müxalif
ətdə dayansa da, 2004-cü il oktyabrın 26-sı 
İsrail knesseti (parlamenti)planı bəyəndi.   
F
ələstin muxtariyyəti Y.Ərəfatın ölümündən sonra 
2004-
cü  il  noyabrın  4-də  Parisdə  hərbi hospitalda Yasir 
Ərafat vəfat etdi. Yasir Ərafat Ramal şəhərinin Mukata qəbristan-
lığında  dəfn edildi. Y.Ərafat 1929-cu ilin avqustunda Qahirədə 
ana
dan  olmuşdu.    O,  Əbu  Əmmar  adı  ilə  məşhur  idi.    4  yaşında 
ana
sı olmuş, atası onu Yerusəlimə gətirmişdir.  Atası varlı tacir idi.  
O, bir neç
ə  dəfə  evlənmiş,  1937-ci ildə  ailəsi yenidən Qahirəyə 
qayıtmış, burada Y.Ərəfat “Müsəlman qardaşlığı” təşkilatına daxil 
olmuşdu.  1952-56-cı  illərdə  o, Fələstin tələbələrinin  liqasına  baş-

 
199 
çılıq  etmişdi.  Misir  tərəfində  leytenant kimi müharibədə  iştirak 
etmişdi.  1957-ci ildə Kuveytə gəlmiş,  1959-cu ildə burada FATX 
yaratmışdır.  Bu təşkilat tezliklə FAT-ın nüvəsinə çevrilmişdi. Fə-
l
əstin Milli Sovetinin sessiyasında (1969-cu il fevralın 1-4-ə qədər 
Qahir
ədə keçirilmişdi) o FAT-ın başçısı seçilmiş və FAT icraiyyə 
komit
əsinin sədri  postunu  tutmuşdur.  Onun  ölümündən sonra 
F
ələstin muxtariyyatına Triumvurat başçılıq edirdi.  Bunlar “köhnə 
qvardiya”  adlanır  və  “Yasir  Ərəfatın  Yaxın  silahdaşları  idilər.  
F
ələstinin müvəqqəti prezidenti olan Fərrux Qaddumi və Mahmud 
Abbas is
ə  onun üzvləri oldular.  Tezliklə  Yasir  Ərəfatın  yerini 
Mahmud Abbas tutdu. 2005-
ci il yanvarın 9-dan o, Fələstin mux-
tariyy
ətinin prezidenti oldu.  Prezident seçkilərində 62,3% səs top-
ladı.    Yenə də  Şarm  Əl  Şeyxdə  Misir və  İordaniyanın  iştirakı  və 
ABŞ-ın dəstəyi ilə Şaron və Mahmud Abbas arasında görüş oldu.  
Görüşdə nəzərdə tutulurdu ki, 4 il ərzində Yaxın Şərqdə zorakılığa 
son qoyulsun.  Bu hadis
ədən sonra Al-Aksa  intifadı  başa  çatmış 
oldu.  Tezlikl
ə  İordan  çayının  qərb sahilində  və  Qəzzə  bölgəsin-
d
əki Fələstin məskənlərindən geri çəkilmə  baş  verdi.    Lakin 
f
ələstinlilər yenə də terroru davam etdirdilər.  
2005-
ci il mayın 5-də İsrail və Fələstin arasında danışıqların 
davam etdirilm
əsi ilə  əlaqədar beynəlxalq  konfrans  çağırıldı.  
Beyn
əlxalq ictimaiyyət 2005-ci ildə Fələstin Muxtariyyətinin yeni 
r
əhbərliyinə  vəd etdi ki, 1,2 mlrd dollar, o cümlədən  ABŞ-ın 
özünd
ən  350  mln,  Aİ-dən isə  330 mln dollar vəsait verəcəklər.  
Bununla  yanaşı,  Mahmud  Abbas  ərəb ölkələrindən də  500 mln 
dollar götür
əcəyini güman edirdi.  
“Şaron planı” 
2005-ci il avqustun 17-d
ən sentyabrın 12-dək “Şaron planı” 
əməli  olaraq  reallaşmış  oldu.    Şaron  göstərirdi  ki,  aralığın 
götürülm
əsi üçün daxili problemləri həll etmək vacibdir.  
Bununla 
yanaşı,  Şaron  bildirdi  ki,  İsrail  vəziyyəti diqqətlə 
izl
əyəcək, fələstinlilər tərəfindən  İsrailə  qarşı  hər  hansı  hücum 
d
əmir çomaqlarla itələnəcəkdir.  BMT-in  baş  katibi  Kofi  Annan 
İsrailin bu addımını  “cəsarətli qərar” kimi qəbul etdi və bildirdi ki, 
Yax
ın  Şərqdə  sülhün bərpası  üçün  böyük  uğur  naminə  hər iki 
t
ərəfin liderlərindən, hər hansı bir qurban vermək tələb olunur və 

 
200 
onları əməkdaşlığı genişləndirməyə çağırdı.  Lakin Şaronun 2006-
cı  ilin  yanvarında  xəstələnməsi və  əmək qabiliyyətini itirməsi bu 
m
əsələləri  böyük  sual  altına  qoydu.    Onun  vəzifəsini icra edən 
Olmert elan etdi ki, o, F
ələstinlilərlə  çox mürəkkəb məsələ  olan  
barışıq  siyasətini davam etdirmək fikrindədir.  Seçkilərdə  onun 
partiyası (“Qadima”)qələbə çatdı və o, baş nazir oldu.  2006-cı il 
yanvarın  25-də  olan Fələstinin  qanunverici  orqanına  seçkilərdə 
“H
əmas” partiyası (yəni İslam müqavimət hərəkatı)132 yerdən 76-
sını aldı.  Hakim partiya olan FATX cəmi 43 yer tutdu.  Bu zaman 
“HƏMAS”ın liderləri 2006-cı il mart 3-5-də Rusiyaya səfər edərək 
RF-
nin Xarici İşlər naziri  S.Lavrovla görüşdülər.  Bu təcridlilik-
d
ən  qurtarmaq  üçün  atılan  ilk  addım  idi.    2006-cı  martın  20-də 
“H
əmas”ın üzvlərindən hökumət təşkil edildi. Hökumətin tərkibin-
d
ə FATX üzvzəri yox idi.  Həmas öz barışmamazlıq mövqeyindən 
əl çəkəcəyini bildirdi.  
 
“Vaşinqtonun Yaxın Şərq siyasətinə lobbizmin təsiri” 
ABŞ-ın Yaxın Şərq siyasətinə təsir edən əsas amillərdən biri 
olan y
əhudi lobbisi təkcə  Vaşinqtonun  xarici  siyasətinə  deyil, 
h
əmçinin bütövlükdə regionda cərəyan edən hərbi-siyasi proseslərə 
kifay
ət qədər öz təsirini göstərməkdədir.  
ABŞ-da mövcud olan və  öz dövlətlərinin  milli  maraqlarını 
müdafi
ə edən lobbilər sırasında heç bir ölkənin lobbisi yəhudilərin 
lobbisi il
ə müqayisə oluna bilməz.  Sionist lobbisinin ABŞ-ın icra 
v
ə  qanunverici  orqanları  ilə  geniş  əlaqələrinin  yaradılması,  for-
malaşdırılması  və  tədricən  inkişaf  etdirilməsi Vudro Vilsonun 
ABŞ-da prezidentlik illərinə təsadüf edir.  Bu gün artıq ABŞ mil-
yon
çularının 20%-i yəhudi mənşəli sahibkarlardır.  “Aparıcı siyasi 
partiya
ların  seçki  fondlarına  yəhudi ödəmələrinin həcmi respub-
likaçılarda 40%-ə, demokratlarda isə 60%-ə çatır.  İllik büdcəsi 1 
milyard dollar t
əşkil edən filantropik qrumların şəbəkəsinə nəzarət 
d
ə yəhudi icmasının əlindədir”.  
Bir sıra faktorlar vardır ki, həmin faktorlar yəhudilərə ABŞ-
ın siyasi həyatına kifayət qədər təsir etməyə imkan verir.  Bunlar 
aşağıdakılardır: 

 
201 
-  Amerika y
əhudi kapitalistlərinin  yuxarı  təbəqəsinin  ABŞ 
iqtisadiyyatında güclü maliyyə və iqtisadi mövqelərə malik olması; 
Ölk
ə  həyatında xüsusi əhəmiyyət  daşıyan  regionlarda  yerləşməsi.  
ABŞ  əhalisinin cəmi 3%-ni təşkil  edən yəhudilərin 89%-i faktiki 
olaraq ABŞ-ın 12 ən mühüm ştatında yaşayırlar.  “Məhz bu ştatlar-
da prezident v
ə senat seçkilərində həlledici səsə malik olmaq vacib 
əhəmiyyət kəsb  edir.    Nyu  York,  Kaliforniya,  Pensilvaniya,  İlli-
noys,  Massaçusets  kimi  ştatlarda  faktiki  olaraq  yəhudilərin səsi 
h
əlledici əhəmiyyətə malikdir”.  Prezident seçkilərində hər iki rəqi-
bin  - 
demokratların  və  respublikaçıların  seçki  kampaniyalarına 
küllü miqdarda maliyy
ə  sərf edən yəhudi lobbisi, nəticə  etibarilə 
seçkinin n
əticələrindən  asılı  olmayaraq  Ağ  Evdə  öz mövqeyini 
qoru
yub  saxlamaq  imkanı  əldə  edir; Kütləvi informasiya 
vasit
ələrində  yəhudilərin güclü mövqeləri,  Sionist və 
sionizmyönlü t
əşkilatların  geniş  şəbəkəsinin  ABŞ-da fəaliyyət 
göst
ərməsi.  
Ərəb lobbisinin bir sıra təşkilatlarda təmsil olunmasına kifa-
y
ət qədər maliyyə potensialının mövcudluğuna baxmayaraq ABŞ-
ın  Yaxın  Şərq siyasətinə  kifayət qədər təsir edə  bilmir.    Ərəb 
lobbisinin 
əsas təsir vasitəsi təbii ki neft və  neft  embarqosudur.  
Ərəb lobbisinin vahid fəaliyyət mexanizmi işlənib hazırlanmamış-
dır ki, buna səbəb də ərəbdaxili ziddiyyət və qarşıdurmadır.  Məhz 
bu faktor da y
əhudi lobbisinin nəinki  regionda  uğurla  manevr 
etm
əsinə, həmçinin rəsmi  Vaşinqtonun  Yaxın  Şərq siyasətinə 
güclü v
ə hiss ediləcək təsir göstərməsinə əlverişli imkan yaradır.  
 
ABŞ və ərəb dünyasının bəzi ölkələri.  ABŞ-İraq münasibətləri 
1990-
cı il avqustun 1-dən 2-nə keçən gecə 150 min nəfərlik 
İraq ordusu Küveytə hücum etdi.  İraqın Küveytə təcavüz etməsi 
ilk günd
ən beynəlxalq  etiraz  dalğası  ilə  qarşılandı.    Bu  təcavüz 
dün
ya  bazarlarında  neftin  qiymətinin  qalxmasına,  maliyyə  bazar-
larında dərin böhrana səbəb olduğundan, təcavüzün kollektiv ola-
raq aradan qa
ldırılmasında ABŞ-ın liderliyi ön plana çıxdı.  ABŞ 
İraqa qarşı tətbiq olunan BMT qətnamələrinin qeyd-şərtsiz olaraq 
h
əyata keçirilməsini tələb edirdi. 1991-ci ilin əvvəllərində ABŞ-ın 

 
202 
öz mütt
əfiqlərinin köməyi ilə İraqa İraqa hücumu “Shrada tufan” 
əməliyyatı adlanır. İraq məğlub oldu. 
İraqın  Küveytdən  çıxarılmasından  sonra  Körfəzin  ərəb 
dövl
ətlərinin yeni təhlükəsizlik sistemi yaratmaq cəhdinin  boşa 
çıxması  həmin dövlətləri rəsmi  Vaşinqtonla  ikitərəfli müqavilələr 
bağlamaq variantı ilə üz-üzə qoydu ki, bu da ABŞ üçün iki cəhət-
d
ən əlverişli idi.  ABŞ bununla Avropadan çıxarılan hərbi birləş-
m
ələrinin yerləşdirilməsi və regionda möhkəmlənmək kimi məsə-
l
ələri həll etmiş oldu.  
Körf
əzin  ərəb dövlətləri  ABŞ  ilə  ikitərəfli hərbi  əməkdaşlıq 
müqavil
ələri  bağladılar  ki,  bu  halda  ABŞ-ın  regionda  mövqeləri 
daha da gücl
ənmiş oldu.  İraqa qarşı sanksiyalar tətbiq edildi.  
1992-1996-
cı illər ərzində Klinton administrasiyası İraqa mü-
nasib
ətdə yeritdiyi siyasətdə əsas etibarilə BMT TŞ-nm qətnamə-
l
ərinin həyata keçirilməsi, xüsusilə  BMT müfəttişlərinin  İraqdakı 
f
əaliyyətinə  əlverişli  şərait  yaradılması  istiqamətində  siyasi kursu 
h
əyata keçirmirdi.  
1996-
a  ilin  yanvar  ayında  Nyu-Yorkda  İraqın  YUNESKO-
dakı  nümayəndəsi  əl-Ənbərinin rəhbərliyi  altındakı  nümayəndə 
hey
əti ilə BMT nümayəndələri arasında başlanan rəsmi danışıqlar 
may ayının 20-də «Qarşılıqlı anlaşma haqqında Memorandum»un 
imzalan
ması ilə başa çatdı.  İraqa ilk üç ay ərzində 1 milyard dol-
larlıq neft satmağa icazə verilirdi.  
1998-ci ild
ə  ABŞ  İraqa  münasibətdə  bir neçə  istiqamətdə 
konkret mövqed
ən çıxış edirdi. Bunlar ABŞ prezidentinin çıxışında 
aşağıdakı kimi əhatə olunmuşdur: 
ABŞ  və  koalisiya qüvvələrinin Fars körfəzində  hərbi 
f
əaliyyəti aşağıdakılar idi: «Notern Uotç» və «Sazern Uotç» əmə-
liy
yatları;  Dəniz gəmilərinin  saxlanılması  və  yoxlanılması;  Kim-
y
əvi silahlar; Bioloji silahlar; Uzaq radiuslu raketlər; Nüvə silah-
ları; BMT-nin «neft əvəzində ərzaq» proqramı; İraqın şimalındakı 
kürd müxalif
ətinə dəstək; İraq müxalifəti ilə əməkdaşlıq; BMT-nin 
kompensasiya 
komissiyası.   
BMT-
nin  Xüsusi  Komissiyasının  məlumatlarına  əsaslanaraq 
Vaşinqton  administrasiyası  İraqın  80-ci illərdə  8 min litr sibir 

 
203 
yazvasını istehsal etdiyini, 20 min litr isə botulinus toksininə malik 
olduğunu bildirirdi.   
İraq Baş nazirinin müavini Tariq Əziz noyabrın 11-də BMT 
Baş  Katibi  Kofi  Annana  göndərdiyi məktubunda isə  yaranmış 
v
əziyyətə İraqın münasibət və mövqeyini açıqlayaraq qeyd edirdi 
ki, «İraq hökuməti Xüsusi Komissiyanın və Atom üzrə Beynəlxalq 
Nümay
əndəlikdən İraqı tərk etməyi tələb etməmişdir.  Belə ki, İraq 
hökum
ətinin 31.10.1998-ci il tarixli qərarı ilə Atom Enerjisi üzrə 
Beyn
əlxalq nümayəndəliyin nəzarət çərçivəsində  öz  işini  davam 
etdirm
əsinə icazə verilirdi.  
ABŞ «Səhrada tülkü» əməliyyatı (1998-ci 11 dekabrın 16-da 
qrinviç üzr
ə  saat  22:00  da  başlamışdı)ilə  hərbi məqsədlərinə  nail 
olsa da, siyasi m
əqsədlərinə tam nail ola bilmədi.  
Misir, Suriya, el
əcə də Fars körfəzinin altı ərəb dövləti İraqı 
onun ekspansionist siyas
ətinə görə ittiham edirdilər. Onların fikrin-
c
ə, Səddam Hüseyn regionda sabitliyi pozmaqla bərabər,  onların 
rejiml
əri üçün də  sabitliyə  potensial təhlükə  yaradırdı.    Bağdad 
ABŞ  ilə  separat  danışıqlarının  aparılmasını  məqsədəuyğun  hesab 
etdi.  1999-
cu  ilin  oktyabrında  İordaniya  kralı  Abdulla  Vaşinqton 
v
ə Bağdad arasında məxfi qasid rolunu həyata keçirdi.   
Vaşinqton administrasiyası İraq prezidentinin belə bir təkliflə 
çıxışını  soyuq  qarşıladı.  ABŞ-ın  belə  bir  separat  danışıqlara 
getm
əsi onun dövlət və milli maraqlarına zidd idi. 
«ABŞ - Misir yaxınlaşması».  ABŞ-ın hakim dairələri Misiri 
h
əmişə  ərəb dövlətləri  arasında  güc  mərkəzi kimi qəbul  etmiş  və 
bu ölk
ənin istər geostrateji, istərsə də iqtisadi potensialından mak-
simum  olaraq  yararlanmağı  rəsmi  Vaşinqtonun  milli  və  dövlət 
maraqları çərçivəsində qəbul etmişlər.  
Əsası  hələ  ötən  əsrin 70-ci illərində  Ənvər Sədat hökuməti 
t
ərəfindən  qoyulmuş  «açıq  qapılar»  siyasəti çərçivəsində  iki ölkə 
arasında iqtisadi-siyasi əlaqələr inkişaf etdirilməkdə idi.  ABŞ isə 
öz növb
əsində  Misirin  regionda  aparıcı  dövlətə  çevrilməsində 
m
ühüm rol oynamışdır.  
90-
cı illərin əvvəllərində Misir ölkə iqtisadiyyatının dirçəldil-
m
əsi istiqamətində  ABŞ  ilə  hələ  70-80-ci illərdə  bağlanmış  mü-
qavil
əni əsas götürərək 1991-ci ildən etibarən Beynəlxalq Valyuta 

 
204 
Fondu v
ə Dünya Bankının proqramı çərçivəsində makroiqtisadiy-
yatı sabitləşdirməyə başlamışdı.  
Qahir
ə ABŞ ilə münasibətlərini də daim yeniləşdirmə kursu 
mövqeyind
ən  çıxış  etmiş  və  buna müvəffəq  olmuşdur.    Bu  məq-
s
ədə nail olmaqda isə ABŞ-ın Kemp-Devid sövdələşməsi çərçivə-
sind
ə Qahirəyə hər il etdiyi 1 milyard dollar həcmindəki maliyyə 
yardımı müstəsna rol oynamaqdadır.  
ABŞ  ilə  iqtisadi və  kommersiya sahəsindəki birgə  və  sıx 
əməkdaşlıq nəticəsində Mİsir daxili sosial-iqtisadi sahələrin əksə-
riyy
ətində  mühüm  uğurlar  əldə  etmiş,  90-cı  illərin Körfəz böh-
ranından  irəli gələn maliyyə  və  iqtisadi çətinliklərə  baxmayaraq 
regionda S
əudiyyə  Ərəbistanından  sonra  əsaslı  nailiyyətlər  əldə 
ed
ən ikinci dövlət olmuşdur.  
Ök
ədaxili siyasətdə  “Müsəlman  Qardaşları”  təşkilatına  və 
hökum
ətin fundamentalistlərə  qarşı  mübarizəsi də  ABŞ-ın  daim 
d
əstəyi və nəzarəti altında idi.  
M
əhz xarici siyasət istiqaməti Misirə milyard dollarla yardım 
edilm
əsinə imkan vermişdir.  Körfəz müharibəsindən sonra Misir 
ABŞ-dan və  onun  rəhbərlik etdiyi  beynəlxalq maliyyə  qurum-
l
arından hər il 4 milyard dollar həcmində maliyyə yardımı alırdı.  
“ABŞ-Səudiyyə  Ərəbistanı  əməkdaşlığı”.    Səudiyyə  Kral-
lığını  hakimiyyəti belə  uzun müddət  əlində  saxlamasının  başlıca 
s
əbəblərindən biri məhz rəsmi  Vaşinqtonun  bu  sülalə  ilə  müna-
sib
ətlərində  müəyyən etdiyi və  qoruduğu  dövlət və  milli maraq-
larıdır.  
ABŞ-la münasibətlərini strateji tərəfdaşlıq  səviyyəsində 
quran S
əudiyyə Ərəbistanı ilk növbədə regionun ən iri neft hasil və 
ixrac ed
ən, eləcə  də  enerji  ehtiyatlarına  malik  olan  dövləti kimi 
ABŞ üçün mühüm əhəmiyyət kəsb etməkdədir.  Təkcə onu demək 
kifay
ətdir ki, XX əsrin 90-cı illəri ərzində ABŞ neft idxalının 25-
32%-ni S
əudiyyə  Ərəbistanı  nefti təşkil  etmişdir”.  90-cı  illərin 
orta
larında bu rəqəm hətta 40%-ə qədər yüksəlmişdi.  
S
əudiyyə  Ərəbistanında  60-dan  çox  neft  yatağını  kəşf  edən 
ARAMKO neft şirkəti 300 milyard barrel həcmində neft, 180 tril-
yon kubmetr is
ə  qaz  ehtiyatına  malikdir.1990-cı  ildə  bu  şirkətdə 
2600 amerikalı, 1700 nəfər isə ingilis mütəxəssisi çalışırdı.  

 
205 
ABŞ-Səudiyyə  Ərəbistanı  münasibətlərinin  dinamikasını 
izl
ədikdə iki ölkə arasında münasibətlərin kifayət qədər yüksək sə-
viyy
ədə olduğunu söyləməyə əsas yaranır.Belə ki, 1990-cı ildə İra-
qın  Küveyti  işğal  etməsi ilə  bağlı  ABŞ-ın  bütün  tələb və  tədbir-
l
ərini Səudiyyə  Ərəbistanı  dəstəkləmiş  və  strateji müttəfiq  kimi 
mövqe  nümayiş  etdirmişdi.  Bununla  yanaşı,  ABŞ-Səudiyyə 
Ərəbistanı  münasibətlərində  ticarət və  kommersiya  əlaqələri də 
əsas diqqət mərkəzində olan məsələlərdən biri idi.  
90-
cı  illərin  əvvəllərində, xüsusilə  də, 1993-1994-cü illərdə 
S
əudiyyə  Ərəbistanı  təkcə  regional məsələlərə  deyil, həm də 
beyn
əlxalq miqyasda davam edən münaqişələrə qəti şəkildə reak-
siya vermişdir.  Ər-Riyadın əsas tələblərindən biri bu idi ki, BMT 
TŞ-ı Bosniya müsəlmanlarının silah almasına qarşı çıxarmış oldu-
ğu qətnamə ilə bəyan olunan embarqonu aradan qaldırsın.  1994-cü 
ild
ə Səudiyyə Ərəbistanı rəsmilərinin ABŞ-a iki rəsmi səfərindən 
sonra, ABŞ-ın Balkanlardakı siyasətində etmiş olduğu dəyişikliklər 
qeyd  olunmalıdır:  “Vaşinqtonun  Balkan  siyasətində  etmiş  olduğu 
d
əyişiklik, həm Qərb, həm də Şərq müttəfiqlərinin ümumi maraq-
larının ortaq məxrəcidir.  Deyton razılaşması buna rəsmi sənəddir”.  
İki  dövlət  arasında  münasibətləri soyuqladan amillər də 
istisna deyildir.  Bu ilk növb
ədə  ABŞ-ın  Yaxın  Şərq sülh prose-
sind
əki vasitəçilik missiyası ilə birbaşa bağlıdır.  İstər Vaşinqton, 
ist
ərsə də Ər-Riyad bu problem ətrafında qarşılıqlı olaraq iddia və 
ittiham mövqel
ərindən çıxış edirdilər.  
90-
cı  illərdçə  Səudiyyə  Ərəbistanının  regionda  fəaliyyət 
göst
ərən terrorçu qruplaşmaları maliyyələşdirməsinə dair Ağ Ev ilə 
r
əsmi  Ər-Riyad  arasında  fikir  ziddiyyəti də  mövcud  idi.    İsrail 
r
əsmiləri iddia edirdilər ki, “Həmas” terror təşkilatının büdcəsinin 
50%-ini (bu 10 milyon dollar t
əşkil edir) hər il Səudiyyə Ərəbistanı 
t
ərəfindən ödənilən maliyyə təşkil edir.  
Ər-Riyadın Ağ Evə qarşı irəli sürdüyü ittihamlar sırasında isə 
ABŞ-ın  İsrailə  ən müasir silah və  texnikanı  göndərməsi  əsas yer 
tutur.  İki  ölkə  arasında  bu  məsələ  mübahisə  obyekti olaraq qal-
maqdadır.  Əslində ABŞ-ın Səudiyyə Ərəbistanına ən müasir tex-
nika  satmasına  qarşı  İsrail  hökumətinin də  etiraz etməsi, rəsmi 
Vaşinqtonu  bir  tərəfdən  dilemma  qarşısında  qoyurdu.  Bu  amil 

 
206 
dig
ər tərəfdən isə  faktiki  olaraq  ABŞ-a regiona münasibətdə, 
xüsusil
ə  də  bu məsələdə  ikili standart siyasətindən  çıxış  etməyə 
əlverişli şərait yaradırdı.  
ABŞ  prezidenti  Corc  Buş  administrasiyasının  “yeni  beynəl-
xalq  qaydalar”  doktrinasını  da  regionun  vahid  siyasi  mənzərəsini 
əks etdirən dörd məsələyə xüsusi diqqət edilirdi. 
Bunlar regional  münasib
ətlərdə  tam  qarşılıqlı  etimadsızlıq 
yaran
ması, regionun malik olduğu potensialdan maksimal istifadə 
olun
masının  arxa  plana  keçməsi, kollektiv sülh və  təhlükəsizliyə 
olan ehtiyac v
ə tələbatın daha da artması, zorakılıq, təzyiqin gün-
d
əlik həyatda tələbata çevrilməsi idi. Bütün bunlar ABŞ-ın Yaxın 
Şərqə diqqətini daha da artırmağa məcbur edirdi.  
Yaxın  Şərq  ABŞ-ın  xarici  siyasətində  hərbi, iqtisadi, siyasi, 
ideoloji spektrl
əri vahid bir şəkildə özündə cəm edən region kimi 
q
əbul olunur. ABŞ siyasətçi və strateqlərinin strateji təyinatına əsa-
s
ən, Yaxın Şərqin dünya sistemindən kənarda qalması beynəlxalq 
münasib
ətlərdə qüvvələr nisbətindəki balansın pozulmasına səbəb 
ola bil
ər.   
Üç qit
ənin kəsişdiyi yerdə yerləşən Yaxın Şərq, eyni zaman-
da  Vaşinqton  üçün fəal rəqabət  meydanı  kimi  də  qəbul  edilir.  
Müasir dövrd
ə  bu rəqabət  ABŞ-ın  Avropa  İttifaqı,  Asiya  tərəf-
daşları və rəqibləri arasında da gedir.  Bu da ABŞ-ın region müna-
sib
ətlərində  3 amillə  aydın  büruzə  verir: Regional-iqtisadi  əmək-
daşlıq və inteqrasiya; Neft amili; Dini amil.  
Regional-iqtisadi 
əməkdaşlıq  və  inteqrasiya istiqamətində 
atılacaq  addımların  əsası  1993-cü  ilin  noyabrında  Kopenhagendə 
regio
nal iqtisadi inkişafın təmin edilməsi məqsədilə yaradılan İşçi 
Qrupu il
ə qoyulmuş oldu.  1994-cü il oktyabrın 30-dan noyabrın 1-
d
ək ABŞ prezidenti Bill Klinton, Rusiya prezidenti Boris Yeltsin 
v
ə  Mərakeş  kralı  II  Həsənin təşəbbüsü ilə  Kasablankada birinci 
Yaxın Şərq-Şimali Afrika İqtisadi Sammiti keçirildi. Qeyd edək ki, 
90-
cı  illərdə  dörd  analoji sammit  keçirilmişdir.  Sammitin keçiril-
m
əsində  məqsəd regionda özəl mülkiyyətin  genişləndirilməsini 
asanlaşdırmaq,  investisiya  imkanlarını  artırmaq,  özəl sektorda 
əməkdaşlığın  əlverişli  imkanlarına  inam  və  etimadı  formalaşdır-

 
207 
maq, regional iqtisadi v
ə  ticarət  əlaqələrinin  genişləndirilməsinə 
stimul yaratmaq idi.  
Sammitin  işində  ərəb dövlətləri ilə  birgə  İsrailin  də  iştirakı 
ona qarşı tətbiq olunmuş boykotun aradan qaldırılırması demək idi.  
Bu onun göst
əricisi idi ki, “ərəb dövlətləri İsrail ilə əməkdaşlıqda 
maraq
lıdır,  lakin  ərəb birliyində  mövcud olan ziddiyyət buna 
imkan vermir.  
Neft amilinin ABŞ xarici siyasətində əhəmiyyəti 70-ci illər-
d
ən  başlayaraq  daha  da  artmışdır.1985-ci ildən  başlayaraq  artan 
t
ələbat 90-cı  illərin  əvvəllərində  43% təşkil  edirdi.    İdxal  olunan 
neftin 30%-
ə  qədəri isə  həmin dövrdə  münaqişə  zonalarından, 
xüsusil
ə Yaxın Şərqdən gətirilirdi. Əslində isə ABŞ-ın öz dünyanın 
ən güclü neft istehsal edən ölkələrindən biri idi.  
Körf
əz müharibəsindən sonra, əsasən monarxiya rejimli ölkə-
l
ərdən nefti idxal edən  ABŞ  üçün  İran  və  İraqdakı  rejimlərin 
d
əyişilməsi, ümumi sabitlik və beynəlxalq təhlükəsizliyin Vaşinq-
tonsayağı təminatı kimi qəbul olunurdu.  Körfəz müharibəsi ərəfə-
sind
ə və ondan sonra regionun Qətər, Oman, Bəhreyn və Səudiyyə 
Ərəbistanı  kimi  müasir  dövrün  anoxranizm  rejimləri bu sahədə 
ABŞ  və  Avropadan müasir silah, texnika və  texnologiya 
alınmasına önəm verdilər.  
Dini amil
ə gəldikdə isə qeyd edək ki, 80-ci illərin əvvəllərinə 
q
ədər isə  islam  faktoru  ABŞ  xarici  siyasətində  xüsusi yer tutma-
mışdır.  Bunun  başlıca  səbəbi  İslamın  bir  din  kimi  Yaxın  Şərq 
ölk
ələrinin xarici siyasətindən  asılı  yer  tutmaması  deyildir.  Buna 
s
əbəb islam ölkələrinin müharibədən  sonrakı  dövrdə  əsasən 
ölk
ənin sosial-iqtisadi inkişafı, milli azadlıq hərəkatı, həmçinin bu 
dövrd
ə  əsasən dövlətçiliyin dirçəldilməsi və  möhkəmləndirilməsi 
istiqam
ətindəki fəaliyyət olmuşdur ki, bu prosesdə də islam bir din 
kimi arxa plana keçmişdir.  
70-ci ill
ərin sonlarında 80-ci illərin əvvəllərində Yaxın Şərq 
ölk
ələrinin ictimai-siyasi həyatında islamın mühüm rol oynaması, 
Vaşinqtonu xarici siyasətində islam amilini nəzərə almağa və yeni 
siyasi  strategiyanı  hazırlamağa  vadar  edirdi.    Yeni  siyasi  strate-
giyaya uyğun olaraq Vaşinqton müsəlman ölkələri, xüsusilə Yaxın 
Şərqin  İslam dövlətləri ilə  münasibətlərinə  ciddi dəyişikliklər et-

 
208 
m
əyə  başladı.    Nəticədə, müsəlman cəmiyyətinə  xarakterik olan 
ənənəvi tezislər gündəmə gətirildi.  
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin