C. Karterin prezidentliyi dövründ
ə ABŞ-ın xarici siyasətində
Yaxın Şərq problemi
Karterin fikrinc
ə, regionda vəziyyətin mürəkkəbliyini göstə-
r
ən cəhət burada nə sülh, nə də müharibənin olmaması idi. Bu
proses is
ə uzun sürə bilməzdi, yeni qarşıdurmanın olması vacib idi.
Bundan başqa, ABŞ inzibati idarəsi başa düşürdü ki, xaricə neft
gönd
ərilməsi üzərində ərəb dövlətləri yenidən embarqo qoya
bil
ərlər, yeni müharibə baş verə bilər. Bu isə milli təhlükəsizlik
üçün çox ciddi potensial t
əhlükə yaradırdı. 1977-ci ilin fevralında
bel
ə bir qərar qəbul edildi ki, ABŞ 1977-ci ilin ikinci yarısında
Cenevr
ədə sülh konfransı çağırılmasına cəhd göstərsin. Konfrans
Yaxın Şərq məsələsinin müzakirəsinə həsr edilməli idi. 1977-ci
ilin iyunun ortalarında Karter hökuməti BMT-nin TŞ-nin 242 saylı
q
ətnaməsi əsasında sülh təşəbbüsü ilə çıxış etdi. Karter şəxsən özü
sülh danışıqlarının bərpasına hazırlıqda iştirak etdi. Mübahisəli
m
əsələlərin həlli yolları axtarıldı. 1977-ci ilin payızına yaxın Ce-
163
nevr
ə konfransını çağırmaq üçün SSRİ-dən də razılıq alındı. Lakin
Suriyanın etirazı bu planın baş tutmamasına səbəb oldu.
1978-
ci ilin qışında Vaşinqtonda Misirlə İsrail arasında
seperat danışıqlar başlandı. 1978-ci ilin bütün yarım ili ərzində
ABŞ tərəflərin mövqeyinin yaxınlaşması üçün bütün diplomatik
s
əyləri fəallaşdırdı. Lakin irəliləyiş hiss olunmadı. Belə olan
şəraitdə ABŞ prezidenti Misir prezidenti Ənvər Sadata və İsrailin
baş naziri Beginə təklif etdi ki, Kemp-Deviddə birbaşa danışıqlara
başlasınlar. Bu danışıqlar nizamasalma işlərini görməkdə mühüm
addım olmalı idi. Karter vasitəçi rolunu öz üzərinə götürdü. Da-
nışqlar çox kəskin şəraitdə gedirdi və hər an pozulmaq qorxusu var
idi. Karter çox böyük z
əhmət bahasına İsrailin baş nazirini güzəştə
getm
əyə razı sala bildi. Nəticədə 1978-ci ilin sentyabrın 17-də
ABŞ nümayəndə heyəti həm ərəblərə, həm də yəhudilərə əlverişli
olan layih
ə ilə çıxış etdi. Bir çox tədqiqatçılar belə hesab edirdilər
ki,
bu saziş ərəblərin mənafeyinə ziddir, sülhün bağlanması işini
l
əngitmişdir. Tədqiqatçılar ABŞ inzibati idarəsinin bu məsələdə
günahkar hesab edirl
ər. Onların fikrincə, bu sənəd İsrailin maraq-
la
rına uyğundur və ərəblərin birliyini pozur. Lakin ABŞ prezi-
dentinin yazılarını oxuyarkən məlum olur ki, onun fikrincə, bu
s
ənəd qonşu dövlətlərin barışmasında ilk addımdır. Prezident
göst
ərirdi ki, gec-tez digər ərəb dövlətləri də bu addımı atmalıdırlar.
Kemp-Devid müqavil
əsi isə 1979-cu ilin martında bağlandı.
ABŞ çalışırdı ki, “Kiçik addımlar” diplomatiyasına əməl edilsin.
Bu is
ə o deməkdir ki, əvvəlcə İsraillə ərəb dövlətlərindən biri
ikit
ərəfli qaydada sülh bağlasın. 1978-ci il sentyabrın 6-7-də ABŞ-
ın təşəbbüsü ilə Kemp-Deviddə ABŞ prezidenti Karterin
vasit
əçiliyi ilə İsrailin baş naziri Begin və Misir prezidenti Ənvər
S
ədat arasında görüş keçirildi. Bu görüş nəticəsində iki mühüm
s
ənəd imzaladı. Bu tarixə Kemp Devid sazişi kimi düşdü.
S
ənədlərdən biri “Yaxın Şərqdə sülhün çərçivəsi” adlanırdı ki,
burada aşağıdakı məsələlər öz əksini tapmışdır:
- Q
əzzə bölgəsində və İordan çayının qərb sahilində yaşayan
f
ələstinlilərə məhdud özünü idarə hüququ verilməsi;
- 242 v
ə 338 saylı qətnamələrə uyğun olaraq ərəb-İsrail
münaqişəsini qəti şəkildə nizama salmaq;
164
-
beş il ərzində fələstinlilərə muxtariyyət təqdim etmək;
-
İsraillə Misir, İordaniya, fələstinlilər arasında İordan çayı-
nın qərb sahili və Qəzzə bölgəsinin gələcəyi haqqında danışıqlar
aparmaq.
İkinci sənəd “Misirlə İsrail arasında sülh müqaviləsi
bağlamağın çərçivəsi” adlanırdı ki, burada yaxın üç ay müddətində
bu işə hər iki tərəfin hazırlaşması tələb olunurdu.
Bu dövrd
ə Dəməşqdə keçirilən ərəb ölkələrinin dövlət
başçılarının müşavirəsində Misirlə diplomatik münasibətləri kəs-
m
ək haqqında qərar qəbul edildi. Ona qarşı iqtisadi baykot
başlandı. Ərəb ölkələri liqasının ştab-mənzili Qahirədən köçürül-
dü. Müşavirədə həmçinin “Siyasi bəyanat” qəbul edildi. Bəyanat-
da bildirilirdi ki,
ərəb dövlətləri Kemp-Devid sazişlərini tanımır.
Ərəb dövlətləri bunu “təslimolma” kimi qəbul etdilər. Ərəb
ölk
ələrinin yüksək dairələrinin müşavirəsində (1978-ci il noyabr,
Bağdad) Kemp-Devid sazişləri mühakimə edildi, qəbul edilmədi,
Misir
əleyhinə sanksiya tətbiq etmək qərara alındı. 1979-cu ilin
martın 8-dən 13-nə qədər ABŞ prezidenti C. Karter və dövlət katibi
Vens Misir v
ə İsraildə oldular. Bu dövrdə ABŞ “kiçik addımlar
diplomatiyası” yeridirdi.
1979-
cu ilin mart ayının 26-da Kemp-Deviddə Misirlə İsrail
arasında sülh müqaviləsi bağlandı ki, onun şərtləri aşağıdakılar idi:
1. Misirl
ə İsrail arasında müharibə vəziyyətinin qurtarması
2. Qarşıdan gələn ilin üç ayı ərzində İsrailin Sinay yarıma-
dasında öz qoşunlarını çıxarması haqqında öhdəlik götürməsi
3. Misirl
ə İsrail arasında tam həcmdə diplomatik münasibət-
l
ərin yaradılması öhdəliyinin Misirin öz öhdəsinə götürməsi.
Misirl
ə İsrail arasında ticarət əlaqələrinin yaradılması, Suveyş
kanalından İsrail gəmilərinin keçməsinə icazə verilməsi, həmçinin
bunun Tiran b
ərzəxinə və Akab körfəzinə də aid edilməsi
Sinay yarımadasından İsrail qoşunları 1982-ci ilin aprelin 25-
n
ədək çıxarıldıqdan sonra oraya müşahidəçi kimi ABŞ, Böyük
Britaniya, İtaliya və Niderlandın qoşun kontingentləri yerləşdirildi.
Bütün bunlar yen
ə də Yaxın Şərq problemini həll edə bilmə-
di. Bu problem yen
ə də dünyanın mədəsində həzm edilə bilməyən
165
bir tik
ə kimi qaldı. Bu məsələyə görə Misir Ərəb dövlətləri
liqasından çıxarıldı.
Bu dövrd
ə Kemp-Devid müqaviləsinə görə SSRİ ilə ABŞ
arasındakı münasibətlər gərginləşdi, ərəb dövlətlərindən müna-
qişədə iştirak edənlərin digərləri də ABŞ-dan narazı qaldılar.
Bütün bunlarla b
ərabər, Yaxın Şərq problemi ABŞ rəhbərliyinin
yen
ə də maraq dairəsi olaraq qaldı.
Amerika-
İsrail strateji ittifaqı
1981-
ci il noyabrın 30-da ABŞ-ın və İsrailin müdafiə nazir-
l
əri Vaşinqtonda «strateji əməkdaşlıq sahəsində qarşılıqlı
anlaşmaya dair memorandum» imzalamışdı.
H
əmin sənədin giriş hissəsində hər iki tərəf «Birləşmiş
Ştatlarla İsrail arasında ümumi dostluq telləri» olduğunu və
«qar
şılıqlı təhlükəsizliyi təmin etmək sahəsində hər iki ölkə
arasında münasibətlərin mövcudluğu»nu təsdiq etmişdi.
Vaşinqtonun Təl-Əvivə «meyli»nin səbəbi ərəb xalqlarının
milli-
azadlıq hərəkatına qarşı mübarizə üçün ondan istifadə etmək
v
ə ən mühüm strateji dayaq məntəqəsində Amerika imperializ-
minin mövqel
ərini möhkəmlətmək niyyətləri idi.
Amerika Birl
əşmiş Ştatlarının hegemonluq planları ilə
dövt
ələb İsrail ekspansiyaçılığının uzlaşdırılmasına o əsas təşkil
etmişdir ki, hər iki ölkə arasındakı «xüsusi» münasibətlər qırx ilə
yaxın bir müddətdə onun üzərində dayanır. Londonda çıxan
«Tayms» q
əzeti həmin münasibətləri xarakterizə edərək hələ 1971-
ci ild
ə yazmışdı ki, ABŞ ilə İsrail arasındakı münasibətlərin
«Amerika tarixind
ə misli-bərabəri olmamışdır… Bütün sahələrdə –
müdafi
ə, iqtisadi əməkdaşlıq, kəşfiyyat məlumatları mübadiləsi,
ikili t
əbəəlik və qarşılıqlı diplomatik yardım sahələrində olan bu
əlaqələr, məsələn, Birləşmiş Ştatlarla Böyük Britaniya arasındakı
əlaqələrdən çox-çox sıx olmuşdur». Axı məlumdur ki, Vaşinqtonla
Londonun beyn
əlxalq meydanda siyasi xətlərinin eyniliyini bir
çoxları uzun zaman az qala «ailə ittifaqı» kimi təsəvvür edirdilər.
Bu dövrd
ə həmişə olduğu kimi, Birləşmiş Ştatların siyasi
h
əyatında İsrail lobbisi olduqca mühüm rol oynayır, burada sionist
yuxarı təbəqə ağalıq edirdi. İsrail lobbisi xeyli hissəsini öz nəzarəti
166
altında saxladığı kütləvi informasiya vasitələrinin köməyilə rəsmi
siyas
ətin və ictimai rəyin formalaşmasına fəal təsir göstərirdi.
Londonda çıxan «Middl İst interneşnl» jurnalı yazırdı ki, «Bunu
inkar ed
ən bir adam çətin tapılar ki, xüsusi mənafeli heç bir qrup
Kapitoliya t
əpəsinə təsir göstərməkdə və hökumətdə həlledici
xadiml
ərə yol tapmaqda İsrail lobbisinə çata bilməz. Məsələn,
1975-
ci ilin mayında sionist lobbisinin qazandığı təsirli qələbə
kimi bir q
ələbə qazanmaq hələ heç bir lobbiyə, - nə etnik, nə siyasi,
n
ə də korporativ lobbiyə müyəssər olmuşdur; o zaman o… 76
senatoru İsrailə yardımı artırmaq tələbi ilə prezidentə məktubu
imzalamağa inandırdı».
Yaxın Şərqdə Amerika imperializminin təcavüzkarlıq hərə-
k
ətlərinin xeyli fəallaşması, irticaçı üsul-idarələrin silahlı qüv-
v
ələrin iştirakı ilə regionda indiyədək misli görünməmiş geniş
miqyasda h
ərbi manevrlərinin keçirilməsi, qonşu ərəb dövlətlərinə
qarşı İsrailin cəza tədbirlərinin gücləndirilməsi – yuxarıda adı
ç
əkilmiş sənədin meydana gəlməsinin fonu idi. Əlbəttə, onu
Vaşinqtonun Yaxın və Orta Şərqdəki bütün strategiyasından, İsrail
il
ə Misir arasında ABŞ-ın himayəsi altında bağlanmış seperat
sövd
ələşmədən, regionda Pentaqonun hərbi qüvvəsinin olmasını
möhk
əmləndirmək, ərəb dünyasında təfriqəni dərinləşdirmək
m
əqsədinin güclənməsindən kənarda nəzərdən keçirmək olmaz.
Eyni zamanda b
əzi ərəb ölkələrini Amerika – İsrail hərbi strate-
giyası məcrasına cəlb etmək məqsədilə bu ölkələrə güclü təzyiq
göst
ərilirdi. ABŞ Səudiyyə Ərəbistanına «AVAKS» aviasiya
k
əşfiyyat sistemləri və başqa növ silahlar verməklə neft krallığını
ilk növb
ədə Vaşinqtonun hərbi partnoyruna çevirməyi nəzərdə
tuturdu. S
əudiyyə Ərəbistanına «AVAKS» sistemləri satılması
q
ərarını İsrail qarşısında müdafiə etmək vəzifəsini ABŞ-ın keçmiş
prezidenti R. Nikson öz öhd
əsinə götürmüşdür. O demişdir: «İsrai-
lin dostu kimi m
ən belə hesab edirəm ki, indiki mərhələdə bu
sövdanın bəyənilməsi nəinki Birləşmiş Ştatların, həm də İsrailin
özünün m
ənafeyinə uyğundur». O, prezident R. Reyqanı «bütün
ehtimala gör
ə, Ağ evdə Harri Trumendən sonra İsrailin ən qızğın
t
ərəfdarı» kimi xarakterizə etmişdir.
167
Amerika-
İsrail memorandumu Vaşinqtonun Yaxın Şərqdəki
siyas
ətini daha da hərbiləşdirmək yolunda yeni bir mühüm addım
idi. Amerika-
İsrail rəsmi təhlükəsizlik paktı haqqında fikir
prezident Reyqan
ın belə bir əqidədə olmasından irəli gəlmişdir ki,
h
ərbi cəhətdən güclü olan İsrail sadəcə ABŞ-ın təkcə emosiyalarla
bağlı olduğu müttəfiqi deyil, həm də strateji fəalı hesab edilməlidir.
Reyqan hökum
əti çalışırdı ki, İsraili, habelə qərbərəst ərəb
dövl
ətlərini Yaxın Şərqdə yeni antisovet «strateji partnyorluğuna»
c
əlb etsin.
Amerika-
İsrail memorandumuna görə, ABŞ-ın məqsədi bu
memorandumu imzalamaqla «h
əmin regionda Sovet İttifaqının
n
əzarəti altında olan, bu regiona gətirilib çıxarılan qüvvələr
t
ərəfindən sülh və təhlükəsizlik üçün təhlükəyə qarşı durmaq idi.
Bu cür b
əyanatlar elə bir şəraitdə verilirdi ki, ABŞ-ın və İsrailin
h
ərbi nazirlərinin «sovet hərbi təhlükəsindən qorumaq» dərdinə
qaldıqları xalqlar belə bir təhlükənin mövcud olduğunu qəti rədd
edirdil
ər. Məsələn, İordaniyanın kralı Hüseyn «Nyu-York tayms»
q
əzetinin müxbiri ilə müsahibəsində qeyd etmişdi ki, «İndi elə bir
ərəb çətin tapılar ki, gecələr Şərqdən təhlükə baş verə biləcəyini
fikirl
əşib gözünə yuxu getməsin. Ərəblərin böyük əksəriyyəti belə
hesab edirdil
ər ki, ərəb regionu üçün başlıca təhlükə xəyali «sovet
t
əhlükəsi» deyildir. Bu təhlükə daha artıq dərəcədə İsrail tərəfin-
d
ən irəli gəlir, bu isə habelə Birləşmiş Ştatların yardımının nəticə-
sidir. M
ərakeşdə çıxan «Əl-Bəyan» qəzeti qeyd etmişdir: «Bir çox
ərəb ölkələri sual verirlər: Sazişin müəllifləri doğrudan-doğruya
h
əmin regionun ərəb ölkələrindən hər hansı birinə SSRİ-nin basqın
etm
əyə hazırlaşdığına dair heç olmasa bircə misal gətirə
bil
ərlərmi? Belə misal yoxdur.
Memoranduma gör
ə, tərəflərin strateji əməkdaşlığı tam bir
sıra məsələlər kompleksini əhətə edir. Bunların arasında «döyüş
hazırlığını təmin etmək üçün tərəflərin razılaşdırılmış birgə
f
əaliyyətini təşkil etmək və ona kömək etmək» məsələsi vardır.
Regionda Amerikanın hərbi qüvvələrinin olmasını möhkəmlən-
dirm
ək və İsrailin onsuz da böyük olan hərbi qüvvəsini daha da
artırmaq sahəsində qarşılıqlı tədbirlər nəzərdə tutulurdu. Həmin
s
ənəd Aralıq dənizinin şərq hissəsində hərbi-dəniz və hərbi hava
168
t
əlimləri də daxil olmaqla gələcəkdə birgə hərbi təlimlər keçiril-
m
əsini nəzərdə tuturdu. Məlum olduğu kimi, amerikalılar Sovet
İttifaqının və digər sosialist ölkələrinin bilavasitə sərhədləri yaxın-
lığındakı rayonlarda artıq çoxdan bəri müxtəlif qəbildən olan
manevrl
ər düzəldirdilər. 1981-ci ilin noyabrında onlar «Brayt star»
(«Parlaq ulduz»)şərti adə ilə çox iri manevrlər keçirtdilər; bu
manevrl
ərdə ABŞ-ın sılahlı qüvvələrindən əlavə Misirin, Sudanın,
Somalinin v
ə Osmanın da döyüş bölmələri iştirak edirdilər. Me-
mo
randum İsrailə Amerikanın «sürətlə əməliyyat qüvvələri» üçün
dayaq bazası rolunu ayırırdı. ABŞ-İsrail starateji birliyinin əsl
m
əqsədi Yaxın Şərq ölkələrinin daxili işlərinə Amerika imperia-
lizminin qarışmasından, siyasəti Reyqan hökümətinin planlarına
uyğun gəlməyən ərəb dövlətinə qarşı hərbi qüvvədən istifadə
etm
ək hüququ qazanmaqdan ibarət idi.
S
ənəd hər iki tərəfin hərbi-strateji planlarını daha sıx uzaqlaş-
dırmaq məqsədilə müdafiə nazirləri tərəfindən xüsusi əlaqələn-
dirm
ə şurası və «texniki xidmət, təmir vasitələrindən və digər
infrastrukturdan istifad
ə etmək hüququ da daxil olmaqla döyüş
hazırlığının təmin edilməsi sahəsində birgə fəaliyyətin təşkil ilə…
elmi t
ədqiqat və təcrübə-konstruktur işlərində, habelə hərbi ləvazi-
mat ticar
əti sahəsində…» məşğul olmalı birgə işçi qrupları yaradıl-
masını da nəzərdə tuturdu. Beləliklə, burada söhbət ərəb dövlətləri
bar
əsində İsrailin bütün təcavüzkar hərəkətləri üçün Amerika
Birl
əşmiş Ştatlarının üzərinə tam məsuliyyət qoyan, İsraili isə
Vaşinqtonun əl ata biləcəyi hərəkətlərin bilavasitə iştirakçısına
çevri
ən ittifaqdan gedirdi.
H
ər iki ölkənin xüsusi xidmət idarələrinin, o cümlədən
Amerikanın MKİ ilə İsrailin «Mossad» kəşfiyyat idarəsinin birgə
f
əaliyyəti hələ 1950-ci illərdən başlanmışdır. ABŞ Yaxın Şərqə
aid m
əlumat toplamaq işində «Mossad»a geniş səlahiyyətlər ver-
mişdir.1959-cu ildən başlayaraq MKİ-nin bütün Yaxın Şərq
əməliyyatları «Mossad»la əlaqələndirilmişdir. Hər iki kəşfiyyat
xidm
əti idarəsinin Afrikadakı «kooperasiyası» yaxşı məlumdur.
1981-
ci ilin yayında Təl-Əvivin İraq nüvə reaktoru üzərinə basqını
haqqında dünya mətbuatında xəbər verilərkən yazılmışdı ki, bu
basq
ında da MKİ-nin iştirakı olmuşdur.
169
İkitərəfli memorondumun hələ rəsmi imzalanması ərəfəsində
İsrailin müdafiə naziri və onun əməkdaşları etiraf edirdilər ki, İsrail
Aralıq dənizinin şərq hissəsində və Yaxın Şərqdə Amerika silahlı
qüvv
ələrinin irəliləməsini havadan himayə altına almalıdır. İsrail
Amerika silahlı qüvvələrinə imkan verəcəkdi ki, öz ərazisində
olduqca çoxlu h
ərbi texnika saxlasın. Belə texnikanın bəzi növləri
ABŞ-ın sifarişi ilə İsrailin özündə istehsal edilməli idi. M. Beginin
dediyin
ə görə, Amerikanın 6-cı donanması İsrailin Aralıq dəni-
zind
ə olan iki limanından istifadə edə bilərdi.
Tamamil
ə aydındır ki, regionda ABŞ-ın hərbi əməliyyat-
larında İsrailin fəal iştirakı onun silahlarının daha da artmasına
s
əbəb ola bilərdi. Basqın edəcək qoşunların maddi cəhətdən təchiz
edilm
əsi üçün xüsusi strateji ehtiyat yaradılmalı idi. 1982-1983-cü
ill
ər ərzində ABŞ İsrailə əlavə olaraq 500-ə qədər tank və 80 döyüş
t
əyyarəsi verməli idi. Bütün bu texnika «böhranlı vəziyyət» əmələ
g
əldiyi təqdirdə ondan istifadə olunmaq üçün saxlanılmalı idi.
Aralıq dənizi və Qırmızı dəniz rayonlarında casusluq uçuşları
keçirtm
ək məqsədi ilə İsrailə Amerika kəşfiyyat təyyarələri gön-
d
ərilməsi nəzərdə tutulurdu. «Sürətli əməliyyat qüvvələri» üçün
İsraildə Amerika ərzaq və dərman ehtiyatları toplanması da
n
əzərdə tutulmuşdu. Məlum olduğu kimi bütün bu tədbirlər hələ
1978-1979-cu ill
ərdə Kemp-Devid prosesi çərçivəsində müzakirə
edilmişdi və bu tədbirlərin bəziləri hələ o zaman razılaşdırılmışdı.
Yaxın Şərq regionunda İsrailin Vaşinqton üçün rəsmi sürətdə
h
ərbi partnyora çevrilməsi hər iki ölkənin hakim dairələrinin mili-
tarist siyas
ətini yeni pilləyə qaldırmaq, İsrailin hərbi potensialını
daha da artırmaq demək idi.
İsrailin silahlanması 80-ci illərdə olduqca yüksək dərəcədə
idi.
Əhalinin hər 1000 nəfərinə görə hərbi qüvvələrin sayı cəhətdən
m
əhz İsrail dünyada birinci yeri tuturdu. Bundan əlavə, İsrail
ehtiyatda olanlardan 250 min n
əfərlik ordu yaratmışdır. İsrail
n
əinki xaricdən külli miqdarda hərbi texnika satın alır, həm də özü
yüks
ək inkişaf etmiş hərbi sənayeyə malik idi, bu sənaye həm öz
ordusu üçün, h
əm də ixrac edilmək üçün silah istehsal edirdi.
1978-ci ild
ə ixrac üçün 425 milyon dollar məbləğində silah istehsal
edilmişdisə, bu rəqəm artıb 1980-cı ildə 1 milyard 450 milyon,
170
1981-ci ild
ə isə, bəzi məlumatlara görə, 2 milyard dollara çatmışdı.
Dünyada silah satan ölk
ələr arasında İsrail yeddinci yeri tuturdu, o,
40 ölk
əyə hərbi məhsul ixrac edirdi. İsrail üçün xammalın xeyli
hiss
əsi, habelə silah üçün bəzi hissələr ABŞ-dan gətirilirdi.
Vaşinqton İsrailin silah ixracına nəinki müqavimət göstərmir, hətta
əksinə, birinci növbədə xalqa zidd rejimli ölkələrə (Çili, ÇAR,
Qvatemala v
ə s. )silah ixracını hər vəchlə şirnikdirirdi.
Ərəb dövlətləri ABŞ-ın İsrail ilə hərbi ittifaqının dərin-
l
əşməsini regionda vəziyyətin daha da kəskinləşməsinin ərəfəsi
hesab edirdil
ər.
Bel
əliklə, Vaşinqton Təl-Əvivin təcavüzkar hərəkətlərini öz
müdafi
əsi altına alaraq bütün dünyaya göstərdi ki, kim İsrail təca-
vüzkarlarının qəyyumu və himayədarıdır, Yaxın Şərqdə hadisələrin
t
əhlükəli inkişafı üçün bilavasitə məsuliyyət daşıyır.
Ərəb-İsrail münaqişəsinin 1980-ci illərdə inkişafı və ABŞ
1980-ci ild
ə Yerusəlimin İsrailin vahid və bölünməz paytaxrtı
elan edilm
əsi Yaxın Şərqdə şəraiti daha da gərginləşdirdi. 1981-ci
ilin dekab
rın 14-də İsrail knesseti Holan təpələrinin İsrail
t
ərəfindən ilhaq edilməsinə səs verdi.
Bu ABŞ-ı məcbur etdi ki, sülhsevərlik fəaliyyətini daha da
f
əallaşdırsın. Bu dəfə yeni plan meydana gəldi ki, bu 1981-ci ilin
sentyabrın 1-də təsdiq edilmiş “Reyqan planı” idi. Reyqan Fələstin
m
əsələsini həll etmək üçün işğal edilmiş ərazilərdə, yəni İordan
çayının Qərb sahilində və Qəzza bölgəsində muxtariyyət təşkil
edilm
əsini və gələcək 5 il ərzində onun İordaniyanın tərkibinə
daxil edilm
əsini təklif edirdi.
Bu plan da baş tutmadı. Bütün bunlarla bərabər, ABŞ Yaxın
Şərqdə öz müttəfiqi olan İsraili tam müdafiə edə bilmədi. Reyqan
inzibati idar
əsi faktiki olaraq bu mürəkkəb problemin həllinə hazır
olmadığını göstərdi.1987-ci ilin əvvəllərinə, yəni ərəblərin intifa-
dına qədər regionda fələstinlilərin terror fəallığı davam etdi. ABŞ
m
əcbur oldu ki, bu regionda çox ehtiyatlı siyasət yeritsin. Yenə də
çalışırdı ki, ikitərəfli danışıqlara daha çox üstünülk verilsin. 1982-
ci ild
ə İsrailin Livana soxulması bir daha göstərdi ki, Yaxın Şərqdə
v
əziyyət sabit deyildir.
171
1987-
ci ilin dekabrında fələstinlilərin birinci intifadı, yəni
üsyanı başlandı. Bu Vaşiqtonu məcbur etdi ki, yeni sülh təşəbbüsü
hazırlığını surətləndirsin.
1988-
ci ilin martın 4-də ABŞ-ın dövlət katibi Corc Şults
problemi nizama salmaq üçün yeni plan t
əklif etdi. Plan elə onun
adı ilə də adlandırıldı.Bu sənədə BMT-nin Təhlükəsizlik Şurasında
da baxıldı. Xüsusi konfrans çağrılmalı və İsraillə qonşu ərəb döv-
l
ətlərinin hər biri sülh danışıqlarına başlamalı idi. Reyqan çalışırdı
ki, bu plan ilk növb
ədə İsraildə bəyənilsin. ABŞ burada FAT-ın
iştirakını zəruri saymasa da, hadisələrin inkiaşfı göstərirdi ki, FAT-
ın iştirakı olmadan bu mümkün deyildir. “Şults planı” tam reallaşa
bilm
ədi. Amma Yaxın Şərq siyasətində müsbət rol oynadı. Bu
plan İsrailə anlatdı ki, Yaxın Şərqdə status- kvonu saxlamaq
mümkün deyildir.
Bu dövrd
ə Fələstin problemi ilə əlaqədar qəbul edilmiş
Vyana b
əyannaməsində (1980-ci il)göstərilirdi ki, Fələstin prob-
leminin “
ədalətli həlli” vacibdir. Xüsusilə “qaçqınlar problemi” nə
daha ciddi yanaşılmalıdır.
BMT-d
ə məsələ qaldırılsa da, Fələstin məsələsi üzrə 1981-ci
ild
ə benəlxalq konfrans çağırılması baş tutmadı. Həmin konfrans
1983-cü ilin avqustun 29-
dan sentyabrın 7-nə qədər Cenevrədə
çağırıldı. Orada 137 ölkədən nümayəndə iştirak edirdi. Konfrans
“F
ələstin haqqında bəyanat” qəbul etdi. Konfrans göstərdi ki, Ya-
xın Şərq məsələsi ilə əlaqədar beynəlxalq sülh konfransı çağırılsın.
S
əudiyyə Ərəbistanının kralı Fahdın müəllifliyi ilə ərəb-İsrail
münasib
ətlərini nizama salmaq üçün plan hazırlandı. Həmin
planın məzmunu aşağıdakılardan ibarət idi: 1967-ci ildə zəbt
edilmiş ərazilərdən İsrail qoşunları çıxarılsın, İordan çayının qərb
sahilind
ə və Qəzzə bölgəsində olan yəhudi məskənləri ləğv edilsin.
F
ələstin qaçqınlarının qayıtmaq hüququ və onlara dəymiş zərərin
öd
ənilməsi təmin edilsin; Müstəqil Fələstin dövləti yaradılsın və
onun paytaxtı Şərqi Yerusəlim olsun, BMT-nin İordan çayının
Q
ərb sahili və Qəzzə bölgəsində “keçid dövrü” adlanan bir neçə
aylıq nəzarəti təşkil edilsin, bütün region dövlətlərinin, o cümlədən
İsrailin sülh şəraitində yaşaması, bütün dinlərə itaət edənlərin dini
azadlığı təmin edilsin. BMT, onun üzvləri, ilk növbədə TŞ
172
üzvl
ərinin bu prinsiplərin təminatçısı kimi çıxış etməsi də bu
planda n
əzərdə tutulurdu.
“Fahd planı” ərəb dövlətləri tərəfindən irəli sürülmüş birinci
sülh t
əşəbbüsü idi.
Dostları ilə paylaş: |