SƏmayə MƏMMƏD qızı mustafayeva şƏhla müZƏFFƏR qızı qurbanova z əRİFƏ ŞAMİL qızı cavadova


C. Karterin prezidentliyi dövründ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/23
tarix24.04.2017
ölçüsü2,8 Kb.
#15645
1   ...   11   12   13   14   15   16   17   18   ...   23

C. Karterin prezidentliyi dövründ
ə ABŞ-ın xarici siyasətində 
Yaxın Şərq problemi 
Karterin fikrinc
ə, regionda vəziyyətin mürəkkəbliyini göstə-
r
ən cəhət burada nə  sülh, nə  də  müharibənin  olmaması  idi.    Bu 
proses is
ə uzun sürə bilməzdi, yeni qarşıdurmanın olması vacib idi.  
Bundan  başqa,  ABŞ  inzibati  idarəsi  başa  düşürdü  ki,  xaricə  neft 
gönd
ərilməsi üzərində  ərəb dövlətləri yenidən embarqo  qoya 
bil
ərlər, yeni müharibə  baş  verə  bilər.  Bu isə  milli təhlükəsizlik 
üçün çox ciddi potensial t
əhlükə yaradırdı.  1977-ci ilin fevralında 
bel
ə  bir qərar qəbul  edildi  ki,  ABŞ  1977-ci  ilin  ikinci  yarısında 
Cenevr
ədə sülh konfransı çağırılmasına cəhd göstərsin.  Konfrans 
Yaxın  Şərq məsələsinin müzakirəsinə  həsr edilməli idi.  1977-ci 
ilin iyunun ortalarında Karter hökuməti BMT-nin TŞ-nin 242 saylı 
q
ətnaməsi əsasında sülh təşəbbüsü ilə çıxış etdi.  Karter şəxsən özü 
sülh  danışıqlarının  bərpasına  hazırlıqda  iştirak  etdi.    Mübahisəli 
m
əsələlərin həlli yolları axtarıldı.  1977-ci ilin payızına yaxın Ce-

 
163 
nevr
ə konfransını çağırmaq üçün SSRİ-dən də razılıq alındı.  Lakin 
Suriyanın etirazı bu planın baş tutmamasına səbəb oldu.  
1978-
ci  ilin  qışında  Vaşinqtonda  Misirlə  İsrail  arasında 
seperat  danışıqlar  başlandı.  1978-ci  ilin  bütün  yarım  ili  ərzində 
ABŞ  tərəflərin  mövqeyinin  yaxınlaşması  üçün  bütün  diplomatik 
s
əyləri fəallaşdırdı.    Lakin  irəliləyiş  hiss  olunmadı.  Belə  olan 
şəraitdə ABŞ prezidenti Misir prezidenti Ənvər Sadata və İsrailin 
baş naziri Beginə təklif etdi ki, Kemp-Deviddə birbaşa danışıqlara 
başlasınlar.  Bu danışıqlar nizamasalma işlərini görməkdə mühüm 
addım olmalı idi.  Karter vasitəçi rolunu öz üzərinə götürdü.  Da-
nışqlar çox kəskin şəraitdə gedirdi və hər an pozulmaq qorxusu var 
idi.  Karter çox böyük z
əhmət bahasına İsrailin baş nazirini güzəştə 
getm
əyə  razı  sala  bildi.    Nəticədə  1978-ci  ilin  sentyabrın  17-də 
ABŞ nümayəndə heyəti həm ərəblərə, həm də yəhudilərə əlverişli 
olan layih
ə ilə çıxış etdi.  Bir çox tədqiqatçılar belə hesab edirdilər 
ki, 
bu  saziş  ərəblərin mənafeyinə  ziddir,  sülhün  bağlanması  işini 
l
əngitmişdir.    Tədqiqatçılar  ABŞ  inzibati  idarəsinin bu məsələdə 
günahkar hesab edirl
ər.  Onların fikrincə, bu sənəd İsrailin maraq-
la
rına  uyğundur və  ərəblərin birliyini pozur. Lakin  ABŞ  prezi-
dentinin  yazılarını  oxuyarkən məlum olur ki, onun fikrincə, bu 
s
ənəd  qonşu  dövlətlərin  barışmasında  ilk  addımdır.  Prezident 
göst
ərirdi ki, gec-tez digər ərəb dövlətləri də bu addımı atmalıdırlar.  
Kemp-Devid müqavil
əsi isə 1979-cu ilin martında bağlandı. 
ABŞ  çalışırdı  ki,  “Kiçik  addımlar”  diplomatiyasına  əməl  edilsin.  
Bu is
ə  o deməkdir ki, əvvəlcə  İsraillə  ərəb dövlətlərindən biri 
ikit
ərəfli qaydada sülh bağlasın.  1978-ci il sentyabrın 6-7-də ABŞ-
ın  təşəbbüsü ilə  Kemp-Deviddə  ABŞ  prezidenti  Karterin 
vasit
əçiliyi ilə İsrailin baş naziri Begin və Misir prezidenti Ənvər 
S
ədat  arasında  görüş  keçirildi.    Bu  görüş  nəticəsində  iki mühüm 
s
ənəd  imzaladı.  Bu tarixə  Kemp  Devid  sazişi  kimi  düşdü.  
S
ənədlərdən biri “Yaxın  Şərqdə  sülhün çərçivəsi”  adlanırdı  ki, 
burada aşağıdakı məsələlər öz əksini tapmışdır: 
- Q
əzzə bölgəsində və İordan çayının qərb sahilində yaşayan 
f
ələstinlilərə məhdud özünü idarə hüququ verilməsi; 
-  242 v
ə  338  saylı  qətnamələrə  uyğun  olaraq  ərəb-İsrail 
münaqişəsini qəti şəkildə nizama salmaq; 

 
164 

beş il ərzində fələstinlilərə muxtariyyət təqdim etmək; 

İsraillə  Misir,  İordaniya,  fələstinlilər  arasında İordan  çayı-
nın  qərb sahili və  Qəzzə  bölgəsinin gələcəyi  haqqında  danışıqlar 
aparmaq.  
İkinci  sənəd “Misirlə  İsrail  arasında  sülh  müqaviləsi 
bağlamağın çərçivəsi” adlanırdı ki,  burada yaxın üç ay müddətində 
bu işə hər iki tərəfin hazırlaşması tələb olunurdu.  
Bu dövrd
ə  Dəməşqdə  keçirilən  ərəb ölkələrinin dövlət 
başçılarının  müşavirəsində  Misirlə  diplomatik münasibətləri kəs-
m
ək  haqqında  qərar qəbul  edildi.    Ona  qarşı  iqtisadi  baykot 
başlandı.  Ərəb ölkələri liqasının  ştab-mənzili Qahirədən köçürül-
dü.  Müşavirədə həmçinin “Siyasi bəyanat” qəbul edildi.  Bəyanat-
da bildirilirdi ki, 
ərəb dövlətləri Kemp-Devid  sazişlərini  tanımır.  
Ərəb dövlətləri bunu “təslimolma” kimi qəbul etdilər.    Ərəb 
ölk
ələrinin yüksək dairələrinin  müşavirəsində  (1978-ci il noyabr, 
Bağdad)  Kemp-Devid  sazişləri mühakimə  edildi, qəbul edilmədi, 
Misir 
əleyhinə  sanksiya tətbiq etmək qərara  alındı.    1979-cu ilin 
martın 8-dən 13-nə qədər ABŞ prezidenti C. Karter və dövlət katibi 
Vens Misir v
ə  İsraildə  oldular.  Bu dövrdə  ABŞ  “kiçik  addımlar 
diplomatiyası” yeridirdi.   
1979-
cu ilin mart ayının 26-da Kemp-Deviddə Misirlə İsrail 
arasında sülh müqaviləsi bağlandı ki, onun şərtləri aşağıdakılar idi: 
1.  Misirl
ə İsrail arasında müharibə vəziyyətinin qurtarması 
2.  Qarşıdan gələn ilin üç ayı ərzində İsrailin Sinay yarıma-
dasında öz qoşunlarını çıxarması haqqında öhdəlik götürməsi 
3.  Misirl
ə İsrail arasında tam həcmdə diplomatik münasibət-
l
ərin  yaradılması  öhdəliyinin Misirin öz öhdəsinə  götürməsi.  
Misirl
ə  İsrail  arasında  ticarət  əlaqələrinin  yaradılması,  Suveyş 
kanalından İsrail gəmilərinin keçməsinə icazə verilməsi, həmçinin 
bunun Tiran b
ərzəxinə və Akab körfəzinə də aid edilməsi  
Sinay yarımadasından İsrail qoşunları 1982-ci ilin aprelin 25-
n
ədək  çıxarıldıqdan  sonra  oraya  müşahidəçi  kimi  ABŞ,  Böyük 
Britaniya, İtaliya və Niderlandın qoşun kontingentləri yerləşdirildi.  
Bütün bunlar yen
ə də Yaxın Şərq problemini həll edə bilmə-
di.  Bu problem yen
ə də dünyanın mədəsində həzm edilə bilməyən 

 
165 
bir tik
ə  kimi  qaldı.    Bu məsələyə  görə  Misir  Ərəb dövlətləri 
liqasından çıxarıldı.  
Bu dövrd
ə  Kemp-Devid müqaviləsinə  görə  SSRİ  ilə  ABŞ 
arasındakı  münasibətlər gərginləşdi,  ərəb dövlətlərindən müna-
qişədə  iştirak  edənlərin digərləri də  ABŞ-dan  narazı  qaldılar.  
Bütün bunlarla b
ərabər,  Yaxın  Şərq  problemi  ABŞ  rəhbərliyinin 
yen
ə də maraq dairəsi olaraq qaldı.  
 
Amerika-
İsrail strateji ittifaqı 
1981-
ci il noyabrın 30-da ABŞ-ın və İsrailin müdafiə nazir-
l
əri  Vaşinqtonda  «strateji  əməkdaşlıq  sahəsində  qarşılıqlı 
anlaşmaya dair memorandum» imzalamışdı.   
H
əmin sənədin  giriş  hissəsində  hər iki tərəf «Birləşmiş 
Ştatlarla  İsrail  arasında  ümumi  dostluq  telləri»  olduğunu  və 
«qar
şılıqlı  təhlükəsizliyi təmin etmək sahəsində  hər iki ölkə 
arasında münasibətlərin mövcudluğu»nu təsdiq etmişdi.   
Vaşinqtonun  Təl-Əvivə  «meyli»nin səbəbi  ərəb  xalqlarının 
milli-
azadlıq hərəkatına qarşı mübarizə üçün ondan istifadə etmək 
v
ə  ən mühüm strateji dayaq məntəqəsində  Amerika imperializ-
minin mövqel
ərini möhkəmlətmək niyyətləri idi.   
Amerika Birl
əşmiş  Ştatlarının  hegemonluq  planları  ilə 
dövt
ələb  İsrail  ekspansiyaçılığının  uzlaşdırılmasına  o  əsas təşkil 
etmişdir ki, hər iki ölkə arasındakı «xüsusi» münasibətlər qırx ilə 
yaxın  bir  müddətdə  onun üzərində  dayanır.    Londonda  çıxan 
«Tayms» q
əzeti həmin münasibətləri xarakterizə edərək hələ 1971-
ci ild
ə  yazmışdı  ki,  ABŞ  ilə  İsrail  arasındakı  münasibətlərin 
«Amerika tarixind
ə misli-bərabəri olmamışdır… Bütün sahələrdə – 
müdafi
ə, iqtisadi əməkdaşlıq,  kəşfiyyat  məlumatları  mübadiləsi, 
ikili t
əbəəlik və  qarşılıqlı  diplomatik  yardım  sahələrində  olan bu 
əlaqələr, məsələn, Birləşmiş  Ştatlarla  Böyük  Britaniya  arasındakı 
əlaqələrdən çox-çox sıx olmuşdur».  Axı məlumdur ki, Vaşinqtonla 
Londonun beyn
əlxalq meydanda siyasi xətlərinin eyniliyini bir 
çoxları uzun zaman az qala «ailə ittifaqı» kimi təsəvvür edirdilər.   
Bu dövrd
ə  həmişə  olduğu  kimi,  Birləşmiş  Ştatların  siyasi 
h
əyatında İsrail lobbisi olduqca mühüm rol oynayır, burada sionist 
yuxarı təbəqə ağalıq edirdi.  İsrail lobbisi xeyli hissəsini öz nəzarəti 

 
166 
altında saxladığı kütləvi informasiya vasitələrinin köməyilə rəsmi 
siyas
ətin və  ictimai rəyin  formalaşmasına  fəal təsir göstərirdi.  
Londonda  çıxan  «Middl  İst  interneşnl»  jurnalı  yazırdı  ki,  «Bunu 
inkar ed
ən bir adam çətin tapılar ki, xüsusi mənafeli heç bir qrup 
Kapitoliya t
əpəsinə  təsir göstərməkdə  və  hökumətdə  həlledici 
xadiml
ərə  yol  tapmaqda  İsrail  lobbisinə  çata bilməz.  Məsələn, 
1975-
ci  ilin  mayında  sionist  lobbisinin  qazandığı  təsirli qələbə 
kimi bir q
ələbə qazanmaq hələ heç bir lobbiyə, - nə etnik, nə siyasi, 
n
ə  də  korporativ lobbiyə  müyəssər  olmuşdur;  o  zaman  o…  76 
senatoru  İsrailə  yardımı  artırmaq  tələbi ilə  prezidentə  məktubu 
imzalamağa inandırdı».  
Yaxın  Şərqdə  Amerika imperializminin təcavüzkarlıq  hərə-
k
ətlərinin xeyli fəallaşması,  irticaçı  üsul-idarələrin  silahlı  qüv-
v
ələrin  iştirakı  ilə  regionda indiyədək misli görünməmiş  geniş 
miqyasda h
ərbi manevrlərinin keçirilməsi, qonşu ərəb dövlətlərinə 
qarşı  İsrailin cəza tədbirlərinin gücləndirilməsi  –  yuxarıda  adı 
ç
əkilmiş  sənədin meydana gəlməsinin fonu idi. Əlbəttə, onu 
Vaşinqtonun Yaxın və Orta Şərqdəki bütün strategiyasından, İsrail 
il
ə  Misir  arasında  ABŞ-ın  himayəsi  altında  bağlanmış  seperat 
sövd
ələşmədən,  regionda Pentaqonun hərbi qüvvəsinin  olmasını 
möhk
əmləndirmək,  ərəb  dünyasında  təfriqəni dərinləşdirmək 
m
əqsədinin güclənməsindən kənarda nəzərdən keçirmək  olmaz.  
Eyni zamanda b
əzi  ərəb ölkələrini Amerika – İsrail hərbi strate-
giyası  məcrasına  cəlb etmək məqsədilə  bu ölkələrə  güclü təzyiq 
göst
ərilirdi.    ABŞ  Səudiyyə  Ərəbistanına  «AVAKS»  aviasiya 
k
əşfiyyat sistemləri və başqa növ silahlar verməklə neft krallığını 
ilk növb
ədə  Vaşinqtonun  hərbi partnoyruna çevirməyi nəzərdə 
tuturdu.  S
əudiyyə  Ərəbistanına  «AVAKS» sistemləri  satılması 
q
ərarını İsrail qarşısında müdafiə etmək vəzifəsini ABŞ-ın keçmiş 
prezidenti R. Nikson öz öhd
əsinə götürmüşdür.  O demişdir: «İsrai-
lin dostu kimi m
ən belə  hesab edirəm ki, indiki mərhələdə  bu 
sövdanın  bəyənilməsi nəinki Birləşmiş  Ştatların,  həm də  İsrailin 
özünün m
ənafeyinə  uyğundur».    O,  prezident  R.  Reyqanı  «bütün 
ehtimala gör
ə, Ağ evdə Harri Trumendən sonra İsrailin ən qızğın 
t
ərəfdarı» kimi xarakterizə etmişdir.  

 
167 
Amerika-
İsrail  memorandumu  Vaşinqtonun  Yaxın  Şərqdəki 
siyas
ətini daha da hərbiləşdirmək yolunda yeni bir mühüm addım 
idi.  Amerika-
İsrail  rəsmi təhlükəsizlik  paktı  haqqında  fikir 
prezident Reyqan
ın belə bir əqidədə olmasından irəli gəlmişdir ki, 
h
ərbi cəhətdən güclü olan İsrail sadəcə ABŞ-ın təkcə emosiyalarla 
bağlı olduğu müttəfiqi deyil, həm də strateji fəalı hesab edilməlidir.  
Reyqan hökum
əti  çalışırdı  ki,  İsraili,  habelə  qərbərəst  ərəb 
dövl
ətlərini Yaxın Şərqdə yeni antisovet «strateji partnyorluğuna» 
c
əlb etsin.  
Amerika-
İsrail  memorandumuna  görə,  ABŞ-ın  məqsədi bu 
memorandumu imzalamaqla «h
əmin  regionda  Sovet  İttifaqının 
n
əzarəti  altında  olan,  bu  regiona  gətirilib  çıxarılan  qüvvələr 
t
ərəfindən sülh və təhlükəsizlik üçün təhlükəyə qarşı durmaq  idi.  
Bu cür b
əyanatlar elə  bir  şəraitdə  verilirdi  ki,  ABŞ-ın  və  İsrailin 
h
ərbi nazirlərinin «sovet hərbi təhlükəsindən qorumaq» dərdinə 
qaldıqları  xalqlar  belə  bir təhlükənin  mövcud  olduğunu  qəti rədd 
edirdil
ər.  Məsələn, İordaniyanın kralı Hüseyn «Nyu-York tayms» 
q
əzetinin müxbiri ilə müsahibəsində qeyd etmişdi ki,  «İndi elə bir 
ərəb çətin  tapılar  ki,  gecələr  Şərqdən təhlükə  baş  verə  biləcəyini 
fikirl
əşib gözünə yuxu getməsin.  Ərəblərin böyük əksəriyyəti belə 
hesab edirdil
ər ki, ərəb regionu üçün başlıca təhlükə xəyali «sovet 
t
əhlükəsi» deyildir.  Bu təhlükə daha artıq dərəcədə İsrail tərəfin-
d
ən irəli gəlir, bu isə habelə Birləşmiş Ştatların yardımının nəticə-
sidir.  M
ərakeşdə çıxan «Əl-Bəyan» qəzeti qeyd etmişdir: «Bir çox 
ərəb ölkələri sual verirlər:  Sazişin  müəllifləri  doğrudan-doğruya 
h
əmin regionun ərəb ölkələrindən hər hansı birinə SSRİ-nin basqın 
etm
əyə  hazırlaşdığına  dair  heç  olmasa  bircə  misal gətirə 
bil
ərlərmi? Belə misal yoxdur.  
Memoranduma gör
ə, tərəflərin strateji əməkdaşlığı  tam  bir 
sıra  məsələlər kompleksini əhətə  edir.    Bunların  arasında  «döyüş 
hazırlığını  təmin etmək üçün tərəflərin  razılaşdırılmış  birgə 
f
əaliyyətini təşkil  etmək və  ona kömək etmək» məsələsi  vardır.  
Regionda  Amerikanın  hərbi qüvvələrinin  olmasını  möhkəmlən-
dirm
ək və  İsrailin  onsuz  da  böyük  olan  hərbi qüvvəsini daha da 
artırmaq  sahəsində  qarşılıqlı  tədbirlər nəzərdə  tutulurdu.  Həmin 
s
ənəd  Aralıq  dənizinin  şərq hissəsində  hərbi-dəniz və  hərbi hava 

 
168 
t
əlimləri də  daxil olmaqla gələcəkdə  birgə  hərbi təlimlər keçiril-
m
əsini nəzərdə  tuturdu.  Məlum  olduğu  kimi,  amerikalılar  Sovet 
İttifaqının və digər sosialist ölkələrinin bilavasitə sərhədləri yaxın-
lığındakı  rayonlarda  artıq  çoxdan  bəri müxtəlif qəbildən olan 
manevrl
ər düzəldirdilər.  1981-ci ilin noyabrında onlar «Brayt star» 
(«Parlaq  ulduz»)şərti adə  ilə  çox iri manevrlər keçirtdilər; bu 
manevrl
ərdə ABŞ-ın sılahlı qüvvələrindən əlavə Misirin, Sudanın, 
Somalinin v
ə Osmanın  da döyüş bölmələri iştirak edirdilər.  Me-
mo
randum İsrailə Amerikanın «sürətlə əməliyyat qüvvələri» üçün 
dayaq  bazası  rolunu  ayırırdı.    ABŞ-İsrail  starateji  birliyinin  əsl 
m
əqsədi  Yaxın  Şərq ölkələrinin  daxili  işlərinə  Amerika imperia-
lizminin  qarışmasından,  siyasəti Reyqan hökümətinin  planlarına 
uyğun  gəlməyən  ərəb dövlətinə  qarşı  hərbi qüvvədən istifadə 
etm
ək hüququ qazanmaqdan ibarət idi.    
S
ənəd hər iki tərəfin hərbi-strateji planlarını daha sıx uzaqlaş-
dırmaq  məqsədilə  müdafiə  nazirləri tərəfindən xüsusi əlaqələn-
dirm
ə  şurası  və  «texniki xidmət, təmir vasitələrindən və  digər 
infrastrukturdan istifad
ə  etmək  hüququ  da  daxil  olmaqla  döyüş 
hazırlığının təmin edilməsi sahəsində birgə fəaliyyətin təşkil ilə… 
elmi t
ədqiqat və təcrübə-konstruktur işlərində, habelə hərbi ləvazi-
mat ticar
əti sahəsində…» məşğul olmalı birgə işçi qrupları yaradıl-
masını da nəzərdə tuturdu.  Beləliklə, burada söhbət ərəb dövlətləri 
bar
əsində  İsrailin bütün təcavüzkar hərəkətləri üçün Amerika 
Birl
əşmiş  Ştatlarının  üzərinə  tam məsuliyyət  qoyan,  İsraili  isə 
Vaşinqtonun  əl ata biləcəyi hərəkətlərin bilavasitə  iştirakçısına 
çevri
ən ittifaqdan gedirdi.  
H
ər iki ölkənin xüsusi xidmət idarələrinin, o cümlədən 
Amerikanın  MKİ  ilə  İsrailin  «Mossad»  kəşfiyyat  idarəsinin birgə 
f
əaliyyəti hələ  1950-ci illərdən  başlanmışdır.    ABŞ  Yaxın  Şərqə 
aid m
əlumat  toplamaq  işində  «Mossad»a  geniş  səlahiyyətlər ver-
mişdir.1959-cu ildən  başlayaraq  MKİ-nin  bütün  Yaxın  Şərq 
əməliyyatları  «Mossad»la  əlaqələndirilmişdir.  Hər iki kəşfiyyat 
xidm
əti idarəsinin  Afrikadakı  «kooperasiyası»  yaxşı  məlumdur.  
1981-
ci ilin yayında Təl-Əvivin İraq nüvə reaktoru üzərinə basqını 
haqqında  dünya  mətbuatında  xəbər verilərkən  yazılmışdı  ki,  bu 
basq
ında da MKİ-nin iştirakı olmuşdur.  

 
169 
İkitərəfli memorondumun hələ rəsmi imzalanması ərəfəsində 
İsrailin müdafiə naziri və onun əməkdaşları etiraf edirdilər ki, İsrail 
Aralıq dənizinin şərq hissəsində və Yaxın Şərqdə Amerika silahlı 
qüvv
ələrinin irəliləməsini havadan himayə altına almalıdır.  İsrail 
Amerika  silahlı  qüvvələrinə  imkan verəcəkdi ki, öz ərazisində 
olduqca çoxlu h
ərbi texnika saxlasın.  Belə texnikanın bəzi növləri 
ABŞ-ın sifarişi ilə İsrailin özündə istehsal edilməli idi.  M. Beginin 
dediyin
ə  görə,  Amerikanın  6-cı  donanması  İsrailin  Aralıq  dəni-
zind
ə olan iki limanından istifadə edə bilərdi.   
Tamamil
ə  aydındır  ki,  regionda  ABŞ-ın  hərbi  əməliyyat-
larında  İsrailin  fəal  iştirakı  onun  silahlarının  daha  da  artmasına 
s
əbəb ola bilərdi.  Basqın edəcək qoşunların maddi cəhətdən təchiz 
edilm
əsi üçün xüsusi strateji ehtiyat yaradılmalı idi.  1982-1983-cü 
ill
ər ərzində ABŞ İsrailə əlavə olaraq 500-ə qədər tank və 80 döyüş 
t
əyyarəsi verməli idi.  Bütün bu texnika «böhranlı vəziyyət» əmələ 
g
əldiyi təqdirdə  ondan istifadə  olunmaq  üçün  saxlanılmalı  idi.  
Aralıq  dənizi və  Qırmızı  dəniz  rayonlarında  casusluq  uçuşları 
keçirtm
ək məqsədi ilə  İsrailə  Amerika kəşfiyyat  təyyarələri gön-
d
ərilməsi nəzərdə  tutulurdu.  «Sürətli  əməliyyat qüvvələri» üçün 
İsraildə  Amerika  ərzaq və  dərman  ehtiyatları  toplanması  da 
n
əzərdə tutulmuşdu.  Məlum olduğu kimi bütün bu tədbirlər hələ 
1978-1979-cu ill
ərdə  Kemp-Devid prosesi çərçivəsində  müzakirə 
edilmişdi və bu tədbirlərin bəziləri hələ o zaman razılaşdırılmışdı.  
Yaxın Şərq regionunda İsrailin Vaşinqton üçün rəsmi sürətdə 
h
ərbi partnyora çevrilməsi hər iki ölkənin hakim dairələrinin mili-
tarist siyas
ətini yeni pilləyə  qaldırmaq,  İsrailin  hərbi  potensialını 
daha da artırmaq demək idi.  
İsrailin  silahlanması  80-ci illərdə  olduqca yüksək  dərəcədə 
idi. 
Əhalinin hər 1000 nəfərinə görə hərbi qüvvələrin sayı cəhətdən 
m
əhz  İsrail  dünyada  birinci  yeri  tuturdu.    Bundan  əlavə,  İsrail 
ehtiyatda olanlardan 250 min n
əfərlik  ordu  yaratmışdır.  İsrail 
n
əinki xaricdən külli miqdarda hərbi texnika satın alır, həm də özü 
yüks
ək inkişaf etmiş hərbi sənayeyə malik idi, bu sənaye həm öz 
ordusu üçün, h
əm də  ixrac edilmək üçün silah istehsal edirdi. 
1978-ci ild
ə ixrac üçün 425 milyon dollar məbləğində silah istehsal 
edilmişdisə, bu rəqəm  artıb  1980-cı  ildə  1 milyard 450 milyon, 

 
170 
1981-ci ild
ə isə, bəzi məlumatlara görə, 2 milyard dollara çatmışdı. 
Dünyada silah satan ölk
ələr arasında İsrail yeddinci yeri tuturdu, o, 
40 ölk
əyə  hərbi məhsul  ixrac  edirdi.    İsrail  üçün  xammalın  xeyli 
hiss
əsi, habelə  silah üçün bəzi hissələr  ABŞ-dan gətirilirdi. 
Vaşinqton İsrailin silah ixracına nəinki müqavimət göstərmir, hətta 
əksinə, birinci növbədə  xalqa zidd rejimli ölkələrə  (Çili, ÇAR, 
Qvatemala v
ə s. )silah ixracını hər vəchlə şirnikdirirdi.  
Ərəb dövlətləri  ABŞ-ın  İsrail  ilə  hərbi  ittifaqının  dərin-
l
əşməsini regionda vəziyyətin daha da kəskinləşməsinin  ərəfəsi 
hesab edirdil
ər.   
Bel
əliklə,  Vaşinqton  Təl-Əvivin  təcavüzkar hərəkətlərini öz 
müdafi
əsi altına alaraq bütün dünyaya göstərdi ki, kim İsrail təca-
vüzkarlarının qəyyumu və himayədarıdır, Yaxın Şərqdə hadisələrin 
t
əhlükəli inkişafı üçün bilavasitə məsuliyyət daşıyır.   
 
Ərəb-İsrail münaqişəsinin 1980-ci illərdə inkişafı və ABŞ 
1980-ci ild
ə Yerusəlimin İsrailin vahid və bölünməz paytaxrtı 
elan edilm
əsi  Yaxın Şərqdə şəraiti daha da gərginləşdirdi.  1981-ci 
ilin dekab
rın  14-də  İsrail  knesseti  Holan  təpələrinin  İsrail 
t
ərəfindən ilhaq edilməsinə səs verdi.  
Bu  ABŞ-ı  məcbur etdi ki, sülhsevərlik fəaliyyətini daha da 
f
əallaşdırsın.  Bu dəfə yeni plan meydana gəldi ki, bu 1981-ci ilin 
sentyabrın 1-də təsdiq edilmiş “Reyqan planı” idi.  Reyqan Fələstin 
m
əsələsini həll etmək  üçün  işğal  edilmiş  ərazilərdə, yəni  İordan 
çayının  Qərb sahilində  və  Qəzza bölgəsində  muxtariyyət təşkil 
edilm
əsini və  gələcək 5 il ərzində  onun  İordaniyanın  tərkibinə 
daxil edilm
əsini təklif edirdi.  
Bu plan da baş tutmadı.  Bütün bunlarla bərabər, ABŞ Yaxın 
Şərqdə öz müttəfiqi olan İsraili tam müdafiə edə bilmədi.  Reyqan 
inzibati idar
əsi faktiki olaraq bu mürəkkəb problemin həllinə hazır 
olmadığını  göstərdi.1987-ci ilin əvvəllərinə, yəni  ərəblərin intifa-
dına qədər regionda fələstinlilərin terror fəallığı davam etdi.  ABŞ 
m
əcbur oldu ki, bu regionda çox ehtiyatlı siyasət yeritsin.  Yenə də 
çalışırdı ki, ikitərəfli danışıqlara daha çox üstünülk verilsin.  1982-
ci ild
ə İsrailin Livana soxulması bir daha göstərdi ki, Yaxın Şərqdə 
v
əziyyət sabit deyildir.   

 
171 
1987-
ci  ilin  dekabrında  fələstinlilərin  birinci  intifadı,  yəni 
üsyanı başlandı.  Bu Vaşiqtonu məcbur etdi ki, yeni sülh təşəbbüsü 
hazırlığını surətləndirsin.  
1988-
ci  ilin  martın  4-də  ABŞ-ın    dövlət  katibi  Corc  Şults 
problemi nizama salmaq üçün yeni plan t
əklif etdi.  Plan elə onun 
adı ilə də adlandırıldı.Bu sənədə BMT-nin Təhlükəsizlik Şurasında 
da baxıldı.  Xüsusi konfrans çağrılmalı və İsraillə qonşu ərəb döv-
l
ətlərinin hər biri sülh danışıqlarına başlamalı idi.  Reyqan çalışırdı 
ki, bu plan ilk növb
ədə  İsraildə  bəyənilsin.   ABŞ  burada FAT-ın 
iştirakını zəruri saymasa da, hadisələrin inkiaşfı göstərirdi ki, FAT-
ın iştirakı olmadan bu mümkün deyildir.  “Şults planı” tam reallaşa 
bilm
ədi.    Amma  Yaxın  Şərq siyasətində  müsbət  rol  oynadı.    Bu 
plan  İsrailə  anlatdı  ki,  Yaxın  Şərqdə  status-  kvonu saxlamaq 
mümkün deyildir.  
Bu dövrd
ə  Fələstin problemi ilə  əlaqədar qəbul  edilmiş 
Vyana b
əyannaməsində  (1980-ci il)göstərilirdi ki, Fələstin prob-
leminin “
ədalətli həlli” vacibdir.  Xüsusilə “qaçqınlar problemi” nə 
daha ciddi yanaşılmalıdır.  
BMT-d
ə məsələ qaldırılsa da, Fələstin məsələsi üzrə 1981-ci 
ild
ə benəlxalq konfrans çağırılması baş tutmadı.  Həmin konfrans 
1983-cü ilin  avqustun 29-
dan  sentyabrın  7-nə  qədər Cenevrədə 
çağırıldı.  Orada 137 ölkədən nümayəndə iştirak edirdi.  Konfrans 
“F
ələstin haqqında bəyanat” qəbul etdi.  Konfrans göstərdi ki, Ya-
xın Şərq məsələsi ilə əlaqədar beynəlxalq sülh konfransı çağırılsın.  
S
əudiyyə  Ərəbistanının  kralı  Fahdın    müəllifliyi ilə  ərəb-İsrail 
münasib
ətlərini  nizama  salmaq  üçün  plan  hazırlandı.    Həmin 
planın  məzmunu  aşağıdakılardan  ibarət idi: 1967-ci ildə  zəbt 
edilmiş ərazilərdən İsrail qoşunları çıxarılsın, İordan çayının qərb 
sahilind
ə və Qəzzə bölgəsində olan yəhudi məskənləri ləğv edilsin.  
F
ələstin  qaçqınlarının  qayıtmaq  hüququ  və  onlara dəymiş  zərərin 
öd
ənilməsi təmin edilsin; Müstəqil Fələstin dövləti  yaradılsın  və 
onun  paytaxtı  Şərqi Yerusəlim olsun, BMT-nin  İordan  çayının 
Q
ərb  sahili və  Qəzzə  bölgəsində  “keçid dövrü” adlanan bir neçə 
aylıq nəzarəti təşkil edilsin, bütün region dövlətlərinin, o cümlədən 
İsrailin sülh şəraitində yaşaması, bütün dinlərə itaət edənlərin dini 
azadlığı  təmin edilsin.  BMT, onun üzvləri, ilk növbədə  TŞ 

 
172 
üzvl
ərinin bu prinsiplərin təminatçısı  kimi  çıxış  etməsi  də  bu 
planda n
əzərdə tutulurdu.   
“Fahd planı” ərəb dövlətləri tərəfindən irəli sürülmüş birinci 
sülh t
əşəbbüsü idi.  
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin