SƏmayə MƏMMƏD qızı mustafayeva şƏhla müZƏFFƏR qızı qurbanova z əRİFƏ ŞAMİL qızı cavadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/23
tarix24.04.2017
ölçüsü2,8 Kb.
#15645
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

 
 
Ərəb-İsrail münaqişəsinin inkiaşfı və ABŞ-ın buna 
münasib
əti 
Ərəb-İsrail münaqişəsini aşağıdakı mərhələlərə bölmək olar: 
1)  Birinci 
ərəb-İsrail müharibəsi (1848-49-cu illər)   
2)İngiltərə, Fransa, İsrailin Misirə qarşı təcavüzü (1956)   
3)1967-ci il “6 günlük” müharib
əsi 
4)1973-cü il “oktyabr” müharib
əsi 
5)1970-ci ill
ərdə Fələstin problemi və onun aktuallaşması 
6)1980-ci ill
ər Ərəb-İsrail münaqişəsinin inkişafı 
7)Yaxın Şərqdə sülh prosesi (1991)   
8)Al-aksa intif
adı (2000-ci ildə və onun nəticələri)   
Birinci 
Ərəb-İsrail müharibəsi (1848-49-cu illər)və ABŞ 
İsrail dövlətinin birtərəfli qaydada yaradıldığı elan edildikdən 
sonra 1848-49-cu ill
ərdə birinci İsrail-ərəb müharibəsi başlandı ki, 
buna F
ələstin müharibəsi də deyirlər.  1948-ci il mayın 15-də İsrail 
dövl
ətinə qonşu olan ərəb dövlətlərinin ona qarşı hücumu başladı.  
Bu dövl
ətlər Misir, İordaniya, Suriya və Livan idi.  Tezliklə İraq və 
S
əudiyyə  Ərəbistanı,  Yəmən də  İsrailə  müharibə  elan etdilər.  
Yaxın  Şərqdəki  bu  şəraitdə  BMT  işə  qarışmalı  oldu.  BMT  ərəb 
dövl
ətlərinin bu hərəkətini mühakimə  edərək  onları  günahkar 
hesab etdi. 
Dünyanın super dövləti olan ABŞ ərəb dövlətlərini təq-
sirl
əndirdi.  BMT-nin işə qarışması nəticəsində 1948-ci ilin mayın 
29-
da barışıq əldə edildi.  Barışıq 1948-ci ilin iyunun 11-də qüv-
v
əyə mindi.  Lakin barışıq uzun sürmədi.  1948-ci il iyulun 8-də 
İsraillə  ərəb dövlətləri  arasında  döyüşlər  başlandı.    İyulun  8-dən 
18-
ə  qədər davam edən  döyüşlərdə  İsrail  ərəb ölkələrinin  qoşun-
larına  qarşı  müvəffəqiyyətli hücumlar etdi ki, bu da həmin 
ölk
ələrin müdafiəyə keçməsinə səbəb oldu.  İlk əvvəl İsrailin neçə 
d
əfə  müharibənin  əvvəlində  məğlubiyyətinə  baxmayaraq tezliklə 
onun ordusu 
ərəb ölkələrinin ərazisinə daxil oldu, səmərəli əməliy-

 
133 
yatlar keçirdi.  N
əticədə Fələstinin xeyli ərazisini işğal etdi.  İsrail 
əlavə  daha  6,7 km
2
 
ərazini  işğal  etdi.    Halbuki,  bu  ərazi  BMT 
q
ətnaməsinə əsasən Fələstin  ərəb dövlətinə aid idi.  Bu məsələdə 
h
əm SSRİ, həm ABŞ İsraili müdafiə etdilər.  1948-ci ilin iyulun 8-
d
ə  barışıq  bağlandı  və  bu  oktyabrın  13-nə  qədər davam etdi.  
F
ələstin məsələsində BMT-də vasitəçi olan F. Bernadotun 1948-ci 
ilin  sentyabrın  17-də  öldürülməsi, 1948-ci  il  oktyabrın  15-də 
müharib
ənin yenidən başlanmasına səbəb oldu.  İsrail bu dəfə digər 
rayonları da işğal etdi.  1948-ci ilin dekabrın 11-də BMT bu məsə-
l
ə ilə əlaqədar ABŞ-ın təşəbbüsü ilə 194 saylı qətnamə qəbul etdi.   
Müharib
ə 1949-cu il iyulun 20-nə qədər davam etdi və İsrail dövlə-
tinin q
ələbəsi ilə qurtardı Yerusəlimin qərb hissəsi İsrailin nəzarəti 
altına düşdü. Öz növbəsində Fələstinin hələ təşkil edilməmiş ərəb 
dövl
əti hissəsində  qalan  ərazilərində  Misir və  İordaniya  öz 
n
əzarətlərini təşkil etdilər. Aralıq dənizi boyunca Qəzzə rayonunun 
sahil boyu 
ərazisi Misirə, Fələstinin şərq hissəsi Transiorodaniyaya 
keçdi.  Bunların  ikisinin  birləşdirilməsi nəticəsində  1950-ci ildə 
İordaniya  krallığı  yaradıldı.  Onu  Haşimilər sülaləsi idarə  edirdi.  
İlk gündən ABŞ-İordaniya münasibətləri yaxşılaşdı.  1949-cu ilin 
iyulunda 
Rodos adasında İsraillə Misir, Suriya, İordaniya və Livan 
arasında müqavilə bağlandı. Birinci ərəb-İsrail müharibəsi nəticə-
sind
ə Fələstin ərəbləri öz doğma torpaqlarından qovuldular.  9000-
d
ən çox fələstinli ərəb qaçqın oldu.  BMT-də Fələstin qaçqınları ilə 
əlaqədar  olaraq  xüsusi  komissiya  yaradıldı.    Lakin  indiyə  qədər 
F
ələstin qaçqınlarının problemi həll edilməmiş qalır.  1948-ci ilin 
noyabr
ında BMT-nin Baş Məclisində Fələstin qaçqınlarına kömək 
etm
ək haqqında ilk qətnamə qəbul edildi.  1949-cu ilin aprelində 
keçiril
ən  Lozanna  konfransında  İsrail,  Misir,  Suriya,  Livan, 
İordaniya  arasındakı  seperat  danışıqların  nəticəsi olaraq protokol 
imzala
dı ki, burada sərhədlərdən istifadə etmək razılaşdırıldı.  
 
ABŞ TƏRƏFİNDƏN DƏSTƏKLƏNƏN İSRAİLİN 
YAXIN ŞƏRQ STRATEGİYASI 
 
 
İsrail Yaxın Şərqdə sanki Müsəlman dənizinin ortasında bir 
adada  yaşayırdı  və  varlığını  davam  etdirə  bilməsi müsəlman 

 
134 
ölk
ələrin zəif və passiv qalması ilə bağlı idi.  Ancaq ABŞ-ın gücü 
say
əsində  İsrail  qarşılaşdığı  təhlükələri  asanlıqla  uzaqlaşdıra 
bilirdi. 
Potensial olaraq h
ər bir israillinin beyninin bir küncündə 
özün
ə yer tutmuş bu qorxu, İsrailli psixoloq professor və politop-
loq Benjamin-Beit Hallahmiy
ə görə bir növ "Hıttin Sindromu"dur 
(Hıttin Müharibəsi - Qüdsdə qurulan və bir əsrdən çox ömür sürən 
Xaçlı  Krallığının  1187-ci ildə  Səlahəddin  Eyyubinin  orduları 
t
ərəfindən məğlub edildiyi döyüş idi.  Güclü hərbi güc sayəsində 
Q
ərbdən  gələrək  Qüdsü  işğal  edən  Xaçlı  qüvvələr, nəticədə 
F
ələstindən uzaqlaşdırılmışdı). Benjamin Beit-Hallahmi yazırdı ki, 
"1187-ci ild
əki Hıttin Müharibəsi bu gün Yaxın Şərqdə demək olar 
ki, heç k
əs tərəfindən  unudulmayıb.    Bu,  Səlahaddinin  Xaçlı 
ordusunu m
əğlub etdiyi böyük döyüşdür”. Bu səbəbdəndir ki, İs-
railin 1950-ci ill
ərdən bu yana əsas məntiqini qətiyyən dəyiş-
dirm
ədən tətbiq  etdiyi  strategiyası  -  Yaxın  Şərqdəki Müsəlman-
Ərəb  dünyasını  özünə  qarşı  birləşmiş  bir  cəbhə  meydana gətir-
m
əkdən uzaq tutmaq idi.  Buna görə də Müsəlman-Ərəb dünyasını 
birl
əşdirməyə  və  İsrailə  qarşı  fəaliyyətə  keçirməyə  çalışan  bütün 
c
ərəyanlar İsrailin hər zaman bir nömrəli düşməni olmuşdur. 
Yaxşı, bəs ən təhlükəli strateji təhdid olaraq qəbul etdiyi bu 
düşmənə qarşı İsrail nə kimi regional tənzimləmə siyasəti izləyir? 
Yaşadığı  coğrafiyada,  yəni  Yaxın  Şərqdə  qonşularına  və  digər 
Ərəb və  Müsəlman dövlətlərə  qarşı  hansı  siyasi  tənzimlənmə 
mexanizmin
ə sahibdir? 
Bu  problemin  cavabı  tapmaq  üçün  əvvəlcə  yaxın  keçmişə 
n
əzər salmaq lazımdır.  
İsrail  qurulduğu  gündən etibarən onu təhdid edən  "Hıttin 
Qo
rxusu"na  qarşı  laqeyd  qalmadı.  Yəhudi dövləti sanki "Müsəl-
man d
ənizi" mövqeydə  olan  Yaxın  Şərqdə  həyatda qala bilmək 
üçün geniş miqyaslı "daimilik strategiyası"nı formalaşdırdı.  Strate-
giya  - 
Yaxın  Şərq ölkələrinin  İsrailə  qarşı  birləşmiş  cəbhə  halına 
g
əlməkdən uzaq tutulmasını nəzərdə tuturdu.  
 
İsrail  liderlərinin bu məqsədlə  1950-ci illərdə  ortaya 
qoyduqları  "həll  yolu"  Yaxın  Şərqin sadəcə  müstəmləkə  bölgəsi 
olaraq  qalmasını  təmin etmək idi.    İsrail  Baş  naziri  Ben-Qurion 

 
135 
1956-
cı ilin oktyabrında Fransa və İsrail liderləri arasında keçirilən 
Sevr  konfransında  ortaya  atdığı  Yaxın  Şərqdə  "məskunlaşma" 
planına belə  bir təklif gətirmişdi:  "İordaniyanın  mövcud  olma 
haqqı  yoxdur  və  bölünməlidir.  İordan  çayının  şərq  sahili  İraq 
ərazisinə daxil ediləcək və Ərəb köçkünləri bura yerləşəcək.  Qərbi 
Şəriyə  (çayın  qərb sahili)muxtar vilayət  kimi  İsrailə  veriləcək.  
Livan is
ə  Xristian bölgəsində  tarazlığı  pozan  Müsəlman 
bölg
ələrdən xilas olacaq.  İraq, Şərqi Şəriyə və Ərəb yarımadasının 
c
ənubu  İngilislərin  olacaq.    Süveyş  Kanalı  beynəlxalq statusa 
malik olacaq v
ə  Qırmızı  dəniz  boğazları  İsrailin  idarəsi  altına 
alınacaq".   
  Ben-
Qurion  Yaxın  Şərqin  İsrail  baxımından  etibarlı  hala 
g
ətirilməsi üçün bəzi bölgələrin İsrail tərəfindən  işğal edilməsini, 
b
əzi bölgələrin də  İngiltərə  kimi Qərb gücləri tərəfindən yenidən 
müst
əmləkələşdirilməsini istəyirdi. Yəni bölgə  təkrarən müstəm-
l
əkələşdirilməli və  İsrail  bu  işin  reallaşmasına  kömək etməli  idi.  
Hayfa Universitetind
ən Benjamin Beit-Hallahmi bu mövzuda belə 
deyirdi: "1950-ci ill
ərin  əvvəllərindən etibarən  İsrail  liderləri 
Üçüncü Dünya ölk
ələrində  və  Yaxın  Şərqdə  müstəmləkəçiliyin 
l
əğvinə  yönəlmiş  bütün  fəaliyyətləri  İsrail  üçün  təhdid ünsürü 
olduğunun fərqində idilər və buna görə davranırdılar.  
 
İsrail bu strategiyanın tələblərinə uyğun olaraq 1950-ci illər 
boyu  Yaxın  Şərqdəki müstəmləkəçi güclərlə, yəni Fransa və 
İngiltərə  ilə  bu sahədə  əməkdaşlıq  etdi.    Fransanın  Əlcəzairdəki 
müst
əqillik hərəkatını  yatırtmaq  üçün həyata  keçirdiyi  qanlı 
müharib
ənin və  Müsəlmanlara  qarşı  reallaşdırdığı  qırğınların  ən 
böyük d
əstəkçisi İsrail idi.  İsrail 1956-cı ildə İngiltərə və Fransa 
il
ə ittifaq halında Misirə hücum etdi.  
Lakin  İsrailin  1950-ci illərin  əvvəlində  hazırladığı  və  tətbiq 
etdiyi bu strategiya, çox da uğurlu olmadı.  Yəhudi dövləti keçən 
əsrin ilk yarısında Yaxın Şərqi əsarətdə saxlamış Qərbin müstəm-
l
əkəçi güclərinin bölgəyə istədiyi kimi hakim ola bilməsini təmin 
ed
ə bilmədi.  
Y
əhudi dövlətini quran və  ilk iki onillikdə  dövlətin idarə 
olunmasında  yaxından  iştirak  edən David Ben-Qurion və  onun 
ətrafı bu məqamda daha həqiqi və tutarlı bir "daimilik strategiya" 

 
136 
ortaya qoymalı idilər. İsrailin, düşmən bir "Müsəlman-Ərəb dənizi" 
t
ərəfindən bir "ada" kimi əhatə  olunduğu  həqiqət  olduğundan  bu 
v
əziyyətdə görülə biləcək iki şey vardı: 
1)Müs
əlman Ərəb dənizinin kənarlarına əl atmaq, bu dənizin 
"
ətrafındakı" ölkələrlə ittifaq şəraiti axtarmaq idi.  "Ətraf strategi-
yası" adı verilən bu plan, İran və Efiopiya kimi Ərəb Yaxın Şər-
qinin 
ətrafındakı Ərəb olmayan ölkələrlə ittifaqı nəzərdə tuturdu.  
2)Müs
əlman-Ərəb ölkələrindəki  daxili  çaxnaşmaları,  iqtidar 
uğrunda  gedən mübarizələri  qızışdırmaq,  vətəndaş  müharibələri 
meydana çıxarmaq və beləliklə də bu ölkələri parçalamaq.  
İsrail hər iki strategiyasını israrla tətbiq etdi.  ABŞ-ın dəstəyi 
il
ə Efiopiya və İran ilə (Şah dövründə)çox güclü ittifaq qurdu və bu 
minvalla  Ərəb ölkələrinə  qarşı  strateji  bir  güc  əldə  etmiş  oldu.  
M
əsələn, İraqın şimalında 1960-cı illərdə başlayan və 70-ci illərin 
ortalarına qədər davam edən Kürd üsyanı İsrail və İran tərəfindən 
ortaq şəkildə dəstəklənildi.  
Dig
ər tərəfdən İsrail Yaxın Şərqdəki bir çox Ərəb ölkələrini 
daxili  çaxnaşmalarla  qarışdırmaq  və  mövcud  qarşıdurmaları 
qızışdırmaq üçün ciddi səy göstərdi.  Livan, Yəmən, Oman, Çad və 
Sudandakı  vətəndaş  müharibələrinin  hamısında  "İsrail  barmağı" 
vardı.  İsrail bu vətəndaş müharibələrinin hər birində, müharibənin 
Müs
əlman və ya Ərəb olmayan tərəflərini dəstəkləyərək bu ölkələri 
z
əiflətmək və parçalamağa çalışırdı.  
İsrail Xarici işlər Nazirliyində vəzifədə olmuş Oded Yinonun, 
1982-ci ild
ə  Dünya Sionist Təşkilatına  bağlı  İnformasiya  mərkə-
zinin İbrit dilində nəşr orqanı olan Kivunimdə yayımladığı hesabat 
Y
əhudi Dövlətinin Yaxın Şərqdə nə kimi strateji plan yürütdüyünü  
göst
ərən çox əhəmiyyətli bir sənəd idi.  Çünki "1980-ci illərdə İs-
rail Üçün Strategiya"  başlığı ilə nəşr olunan hesabat İsrailin bütün 
Yaxın Şərqi öz daimilik strategiyasına uyğun olaraq tənzimləmək 
ist
ədiyini, bütün bölgəni idarəsi  altına  almaqla  hədələdiyini 
göst
ərirdi.    Yinonun  hesabatı,  Yaxın  Şərq ölkələrinin xüsusilə 
demoqrafik strukturunu 
əsas tuturdu.  Bu demoqrafik strukturun 
xülas
əsi bu idi: Yaxın Şərq ölkələrinin heç biri monoetnik - yalnız 
bir mill
ətdən ibarət olan  sabit və köklü dövlətlər deyildi.  Əksinə, 
süni şəkildə bir-birinə qarşı qoyulmuş etnik tərkibə malik idi.  Bu 

 
137 
v
əziyyət, XIX əsrin sonu və XX əsrin ilk qərinəsində Yaxın Şərqi 
müst
əmləkələşdirən  Avropalı  güclərin müəyyən məqsədlər üçün 
h
əyata keçirdiyi bir tənzimləmə  siyasətinin nəticəsi  idi.  
Müst
əmləkəçilər  İraq,  Suriya,  Livan,  İordaniya  kimi  Yaxın  Şərq 
ölk
ələrini əhali tərkibi və ya məzhəb təməlinə görə deyil, öz idarə-
etm
ə xüsusiyyətlərinə görə meydana çıxartmışdılar.  Sərhədləri isə 
masa üz
ərində  xətkeşlə  çəkmişdilər.  Bu səbəbdən sözügedən 
ölk
ələrin heç biri, fundament millətçilik tarixinə  sahib olmayan, 
süni v
ə dolayısı ilə də asanlıqla dağıla biləcək dövlətlərdir. Suriya  
v
ə ya İraq ölkəsi var, amma nə "Suriya milləti", nə də  "İraq mil-
l
əti" kimi sosial bir gerçəklik  yoxdur.  Bir sözlə, bu dövlətlərin 
s
ərhədləri daxilində  bir-birlərinə  heç də  normal münasibət bəslə-
m
əyən müxtəlif dini və etnik qruplar var.  Belə bir şəraitdə Yaxın 
Şərqdə İsrailin strategiyası nədir? Cavab sadədir; "parçala və idarə 
et" y
əni bu süni dövlətləri  parçalayıb  asanlıqla  nəzarət olun-
malarını təmin etmək.  
"1980-ci ill
ərdə  İsrailin  hazırladığı  Strategiyada  Yaxın 
Şərqdəki hər bir Ərəb ölkəsi təhlil edilir və İsrail tərəfindən necə 
parçalana bil
əcəyi  haqqında  fikir  yürüdülürdü.    (Məsələn,  İraqın 
şimalında  bir  Kürd  dövləti, mərkəzində  bir  Sünni  Ərəb dövləti, 
c
ənubunda isə  Şiə  Ərəb dövləti olmaqla üç yerə  bölünməsinin 
mümkün  olduğu,  İsrailin  bu  istiqamətdə  ciddi səy göstərməsinin 
lazım olduğu bildirilirdi).   
"1980-ci ill
ərdə  İsrail  Üçün  Strategiya"  hesabatında  Suriya 
haqqında yazılan "parçalanma ssenarisi" isə belə idi: "Suriya etnik 
t
ərkibinə  uyğun  olaraq,  bu  günki  Livanda  olduğu  kimi  müxtəlif 
dövl
ətlərə  parçalanacaq.  Beləcə  sahildə  bir  Şiə  dövləti, Hələb 
bölg
əsində də bir Sünni dövləti, Şamda isə buna düşmən mövqedə 
başqa bir Sünni dövləti və Havran, şimali İordaniya və bəlkə bizim 
Holanda bir Dürzi dövl
əti yaranacaq.  Belə bir dövlətləşmə prosesi 
uzun zaman bölg
ədə barış və təhlükəsizliyin zəmanəti olacaq və bu 
h
ədəf bu gün artıq çata biləcəyimiz qədər yaxındır.  
Yinon,  Suriyanın  parçalanmasının  bölgədə  "sülh və  təhlü-
k
əsizliyin zəmanəti" olacağını söyləməklə, şübhəsiz ki, İsrailin təh-
lük
əsizliyini nəzərdə tutur.  Yəhudi dövlətinin təhlükəsizliyi ancaq 
Ərəb dövlətlərinin parçalanması ilə mümkün ola bilər.   

 
138 
İsrail Suriyanın bu cür formada parçalanma fikrini irəli sürər-
k
ən, ölkədəki  Şiə  azlığın  əlində  olan  iqtidarının  yaratdığı  gər-
ginliy
ə diqqət cəlb edirdi: "Bu gün Suriya ordusunun böyük hissəsi 
Sünnidir, amma r
əhbərlik  Şiə  zabitlərindədir.    İraq ordusu isə 
əsasən Şiədir, amma zabitləri Sünnidir.  Bu, böyük əhəmiyyət kəsb 
edir v
ə ordunun sədaqəti uzun ömürlü ola bilməz.  
İqtidardakı güclü hərbi rejim (Hafiz Əsədin rejimi)xaricində 
Suriyanın Livandan heç bir fərqi yoxdur.  Necə ki, bu gün Sünni 
çoxluq il
ə  iqtidardakı  Şiə  azlıq  (əhalinin  yalnız  15%-i)arasında 
davam ed
ən vətəndaş  müharibəsi, mövcud problemin dəhşətini 
ortaya qoyur”. 
XX 
əsrdə  dünyanın  ən  qanlı,  ən narahat və  ən  gərgin 
nöqt
ələrindən ikisi Yaxın Şərq və Balkan Yarımadası oldu.  Hər iki 
bölg
ədə  qanlı  müharibələr, vətəndaş  qarşıdurmaları,  işğallar, 
partizan h
ərəkatlarşı, etnik qırğınlar, sürgünlər baş verdi.  Xüsusilə 
etnik v
ə dini müxtəlifliyə əsaslanan qarşıdurmalar hər iki bölgəni 
qan v
ə gözyaşı ilə suladı. Bir sözlə, son zamanlarda hər iki bölgədə 
zorakı  bir  sülh  küləyi  əsdirilir,  amma  qarşıdurmalara  səbəb olan 
t
ərəflər hələ də soyumayıblar və hər fürsətdə bir-birlərinə girmək 
üçün hazır vəziyyətdə gözləyirlər. Halbuki həm Balkan yarımadası, 
h
əm də  Yaxın  Şərq bir zamanlar belə  deyildi.    Əksinə, hər iki 
bölg
ədə  əsrlərlə  davam edən sabitlik, sülh və  hüzur dövrü 
yaşamışdı.  Balkan yarımadası bölgəsində XIX əsrə qədər, Yaxın 
Şərqdə isə XX əsrə qədər sabitlik əsas hökm sürürdü.
 
 
1956-
cı ildə Misirə İngiltərə-Fransa-İsrail təcavüzü və ABŞ-ın 
buna münasib
əti 
  
Afrikanın  Ərəb dövlətlərindən  olan  Misir  İkinici  Dünya 
müharib
əsindən  sonrakı  illərdə  də  rəsmən müstəqil dövlət hesab 
olunsa da , faktiki olaraq s
ənayesi İngiltərədən asılı olaraq qalırdı.  
O,  İngiltərənin toxuculuq sənayesi  üçün  “pambıq  plantasiyası” 
rolunu  oynayırdı.  Həm də  İngiltərə  Süveyş  kanalından  və  onun 
zonasında  yerləşdirilmiş  hərbi bazalardan Misir və  digər  Ərəb 
ölk
ələri üzərində  ağalıq  üçün  istifadə  edirdi.    Misir  xalqı  İngilis 
əsarəti ilə razılaşmaq istəmirdi, İngilis qoşunlarının Süveyş kanalı 
zonasından  çıxardılması  və  ölkənin həqiqi müstəqilliyinin bərpa 

 
139 
edilm
əsi uğrunda qətiyyətli mübarizə aparırdı. 1952-ci il iyulun 22-
d
ən 23-nə  keçən gecə  Qahirə  qarnizonu hissələrirnirn  üsyanı 
başladı. Üsyana Camal Əbdül Nasirin liderlik etdiyi “Azad zabit-
l
ər” təşkilatı  rəhbərlik edirdi. Üsyan nəticəsində  kral Faruq haki-
miy
ətdən əl çəkməyə və ölkəni tərk etməyə məcbur oldu.   
1952-
ci  il  iyun  inqilabından  sonra  prezident  seçilən Kamal 
Abdul  Nasir  milli  iqtisadiyyatı  inkişaf  etdirmək kursu  götürdü.  
ABŞ  və  İngiltərə  ilə  birlikdə  Misir Asuan bəndinin tikintisinə 
başladı.    Bu  bəndin tikintisi ilə  əlaqədar edilən  bir  sıra  tələbləri 
Misir yerin
ə  yetirmədikdə  İngiltərə  və  ABŞ  güzəştə  getməyə 
m
əcbur oldular.  Bununla bərabər Misirə verdikləri krediti dayan-
dıracaqlarını bildirdilər.  1956-cı ilin iyulun 20-də  Kamal Abdul 
Nasir s
əhmlərinin  əksər hissəsi Böyük Britaniya və  Fransaya 
m
əxsus olan.  Suveyş kanalını milliləşdirilməsi haqqında qərar qə-
bul  etdi.  Süveyş  kanalının  gəlirinin o vaxta qədər ancaq 7%-i 
Misir
ə aid idi. Kanalın gəlirinin xeyli hissəsinə sahib olmaq üçün 
Misir Süveyş kanalını özünə götürməyi vacib hesab etdi. O bildirdi 
ki, bu günd
ən sonra kanal müstəqil  Misirin  iqtisadi  maraqlarına 
cavab verm
əlidir.  Bu, əlbəttə, İngiltərə və Fransanın, eyni zaman-
da onları müdafiə edən ABŞ-ın maraqlarına toxunurdu.  1956-cı il 
avqustun 7-d
ə  Böyük Britaniyada keçirilən  konfransda  “Suveyş 
m
əsələsi”  adlı  məsələni həll etmək üçün 2 plan təqdim  edildi.  
Böyük Britaniya, Fransa v
ə  ABŞ  kanalın  milliləşdirilməsi ilə 
əlaqədar  Dallesin  planına  baxaraq  gəmiçiliyin sərbəstliyi üçün 
aşağıdakıları vacib bildilər: 
a)Kanal Misir
ə aid olmaqla yanaşı, onun üzərində beynəlxalq 
idar
ə qoyulmalıdır.  Misir hökuməti razılaşmalıdır ki, Suveyş kana-
lından gələn gəlirdən ədalətli istifadə etmək hüququ əldə etsin.  
b)Suveyş  dəniz  kanalının  ümumi  kompaniyasının  ədalətli 
kompensasiyasının ödənilməsi haqqında saziş bağlansın.   
SSRİ nümayəndə heyəti öz mənafeyinə uyğun olaraq bildirdi 
ki,  Suveyş  kanalının  sahibi  Misirdir  və  onun taleyini o, həll edə 
bil
ər.  
1956-
ci  ilin  sentyabrın  3-ü ilə  9-u  arasında  Misirdə  Böyük 
Britaniya, Fransa, ABŞ-ın nümayəndələri missiyası yerləşdi. Nasir-
l
ə  Dalles  planı  əsasında  danışıqlar  aparılsa  da,  nəticəsiz  qaldı.  

 
140 
1956-
cı  ilin  sentyabrın  10-da Misir hökuməti  Suveyş  kanalının 
g
əmiçiliyi ilə  əlaqədar dövlətlərə  danışıqlar  aparmaq  üçün  xüsusi 
orqan t
əşkil etmək təklifi ilə müraciət etdi.  Lakin, dövlətlər bunu 
soyuq qarşıladılar.  Elə həmin gün, yəni 1956-cı il sentyabrın 15-də 
Nasir elan etdi ki, 
əgər  Suveyş  kanalından  hər  hansı  bir  gəmi  
keç
ərsə, bu Misirin suverenliyini pozmaq kimi qimətləndiriləcək 
v
ə  buna  qarşı  mübarizə  aparılacaq.  1956-cı  sentyabrın  23-də 
Böyük Britaniya, Fransa ABŞ-ın dəstəyilə BMT-nin Təhlükəsizlik 
Şurasına  Misir  hadisələri ilə  əlaqədar məsələ  qoyuldu.  Misirin 
h
ərəkətlərinin BMT-nin nizamnaməsini  pozduğu  və  ümumi sülh 
üçün t
əhlükə yaratdığı barədə qətnamə qəbul edildi.  Ümumiyyətlə, 
1956-
cı il sentyabrın 26-dan oktyabrın 13-dək BMT Təhlükəsizlik 
şurası Suveyş məsələsinə baxsa da, yenə  də “Suveyş böhranı” həll 
edilm
əmiş qaldı.  1956-cı ilin oktyabrında Dalles planının tərəfdarı 
olan 18 dövl
ətin iştirakı ilə müşavirə keçirildi.  Böyük Britaniya və 
Fransa, h
əmçinin onları müdafiə edən ABŞ yenə də Dalles planı ilə 
əlaqədar layihə  çıxardı.Misir  oktyabrın  12-də  kompromisə  get-
diyini bildirs
ə də, qəbul edilmədi.  Bu dövrdə faktiki olaraq möv-
qeyinin Misird
ə zəifləməsi Böyük Britaniyanı narahat edirdi.   
“Suveyş  böhranı”ndan  dərhal sonra Fransa və  İngiltərə 
İsraillə əlaqəyə girdi.  İsrailin seçilməsi təsadüfi deyildi.  Artıq bu 
dövrd
ə  İsrailin  kifayət qədər  silahlı  qüvvələri  var  ildi.    İsrailin 
siyas
əti də Yaxın Şərqdə mühüm rol oynayırldı.  Çünki İsrail ya-
ran
dığı gündən “Böyük İsrail” yaratmaq fikrində idi.  Ekspansiya 
İsrailin  xarici siyasət kursunun əsas istiqaməti idi.  1950-ci ildə 
İsrail Yerusəlimin qərb hissəsini rəsmən özünün paytaxtı elan etdi.  
Artıq  1956-cı  il  oktyabrın  16-da Misirə  hücum etmək üçün, 
İngiltərə  və  Fransanın,  həmçinin  İsrailin  birgə  hərbi  əməliyyat 
planı hazırlandı.  1956-cı il oktyabrın 29-dan 30-na keçən gecə Mi-
sir
ə ümumi sayı 100 min olan İsrailin qoşunu hücum etdi.  Tezliklə 
İngiltərə  və  Fransa  da  Suveyş  kanalı  zonasında  qoşun  çıxardı  və 
onun üz
ərində  nəzarəti öz əlinə  aldı.    1956-cı  il  oktyabrın  30-da 
Fran
sanın baş naziri Gi Mollin və İngiltərənin bas naziri  Antoni 
İden  arasında  görüş  oldu  və  Misirə  birgə  ultimatum  verildi.  
Ultimatumda göst
ərilirdi ki, 12 saatdan gec olmayaraq Misir hərbi 
əməliyyatları dayandırmalı və öz qoşunlarını Suveyş kanalından 10 

 
141 
mil uzaqlaşdırmalı idi.  Misir İngiltərə və Fransa qoşunlarının Su-
veyş  kanalı  zonasına  daxil  olmasına  razılaşmalı  idi.    Əgər bu 
t
ələblər yerinə yetirilməsə idi, İngiltərə və Fransa qoşunları Misirə 
daxil olmalı idi.  Bundan istifadə edən İsrail Şinay yarımadasının 
xeyli hiss
əsini tutdu. Lakin bu ərazi  Suveyş  kanalından  hələ  200 
km aralıda yerləşirdi.  Misir İngiltərə və Fransanın ultimatumunu 
r
ədd etdi.  1956-cı il oktyabrın 30-da BMT-nin Təhlükəsizlik Şura-
sı  Misirə  İsrailin  təcavüzünü müzakirə  etdi.    SSRİ  Misirə  qarşı 
t
əcavüzün  dayandırılmasını  tələb etdi.  Lakin Fransa və  İngiltərə 
bunun 
əksinə çıxdılar.  ABŞ-da onları müdafiə etdi.  İngiltərə və 
Fransa Misirin Qahir
ə, Port Səid,  Suveyş,  İsmaliyyə  şəhərlərini 
bombardman etdi.  1956-
cı il noyabrın 1-də BMT Baş Assamble-
ya
sı,  İngiltərə,  Fransa,  İsraildən tələb etdi ki, hərbi  əməliyyatları 
dayandırsınlar.  Lakin, onlar bunu qəbul etmədilər.  Belə olduqda, 
SSRİ  ABŞ-a  Yaxın  Şərqdəki vəziyyəti  normallaşdırmaq  işində 
əməkdaşlıq etməyi təklif etdi.  ABŞ təcavüz əleyhinə çıxış etsə də, 
SSRİ ilə əməkdaşlıqdan əvvəl imtina etdi.  Lakin SSRİ-nin təkidini 
gördükd
ə bu təklifə razı oldu.  1956-cı il noyabrın 6-da ABŞ prezi-
denti Eyzenhauer d
ə  hərbi  əməliyyatları  dayandırmaq  tələbi ilə 
çıxış  etdi.    1956-cı  il  noyabrın  7-də  BMT-nin  64  üzvü  İngiltərə, 
Fran
sa, İsrail qoşunlarının Misir ərazisindən çıxarılması lehinə səs 
verdi.  1956-
cı il noyabrın 15-də Misirə BMT qoşunlarının ilk dəs-
t
ələri gətirildi.  Tezliklə  təcavüzkar  qoşunlar  Misirdən  çıxarıldı 
Misird
ə BMT-nin nəzarəti qoyuldu.  Misir bu müharibədə SSRİ və 
ABŞ-ın köməyi ilə qalib gəldi.  
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin