SƏmayə MƏMMƏD qızı mustafayeva şƏhla müZƏFFƏR qızı qurbanova z əRİFƏ ŞAMİL qızı cavadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/23
tarix24.04.2017
ölçüsü2,8 Kb.
#15645
1   ...   15   16   17   18   19   20   21   22   23

III. 
ABŞ-ın Qafqaz siyasəti 
Dünyadüz
əninin  geosiyasi  strukturundakı  dərin keyfiyyət 
d
əyişikliklərinə  ən  güclü  stimul  olan  dünya  sisteminin  dağılması 
kimi geosiyasi d
əyişikliyi  müasir  dövrdə  geosiyasi iqnilab da 
adlandırırlar. 
SSRİ-nin  dağılması,  dünyanın  ikiqütblükdən çoxqütblülüyə 
keçm
əsi; yeni dünya quruculuğunda ABŞ-ın vahid mərkəzi qüvvə 
o
lmağa  can  atması;  dünyanın  siyasi  arenasında  transformasiya 
(yerd
əyişmə) proseslərinin  sonrakı  inkişafı;  ölkədaxili etnik və 
dig
ər münaqişələrin qlobal və milli təhlükəsizliyə qorxu törətməsi 
müasir geosiyasi inqilabın əsas parametrləri hesab edilir. 
M
əhz  bu  baxımdan müasir dövrdə  Qafqaz regionu bey-
n
əlxalq münasibətlərin əsas subyektlərindən birinə çevrilmişdir. Bu 
regiona Rusiyanın imperiya nəzarətindən çıxıb müstəqililk qazan-
mış  Azərbaycan, Gürcüstan, Ermənistan və  hələ  də  Rusiyanın 
hakimiyy
əti  altında  olan  Şimali  Qafqazın  çoxlu  xırda  etnik  an-
klavları  daxildir.  Regionda  müxtəlif mədəniyyətlərin, dil qrup-
larının,  konfessiaların  (dini  məzhəblərin), mədəni-tarixi cəmiy-
y
ətlərin çoxluğu və s. kimi Qafqazın spesifik xüsusiyyətləri onu ən 
narahat, ziddiyy
ətli  qarşüdarmalar və  münaqişələr bölgəsinə  çe-
virir. 
Qafqazın  sakinləri: gürcülər,  Dağıstanın  dağlı  xalqları, 
vayxanalar,  adıgeylər  –  qafqaz-iber dil ailəsinə; azərbaycanlılar, 
kumuklar, noqaylar, qaraçaylar v
ə balkarlar – türk dil ailəsinə; ese-
tinl
ər, talışlar, ermənilər – hind-avropa dil ailəsinə aid edilir. Gür-
cül
ərdə  -  provoslavlığa;  ermənilərdə  -  xristianlığın  monofizit  qo-
luna;    Dağıstan  xalqlarında,  vayxanalarda  və  adıgeylərdə  islamın 
sünni m
əzhəbinə, azərbaycanlılarda  şiəliyə  və  sünniliyə, tatlarda 
iudaizm
ə ibadət olunur. Bu rəngarənglik bölgənin siyasi ab-hava-
sının  kənar qüvvələrin təsiri  altında  tez-tez  dəyişilməsinə  imkan 
yaradır. Həmçinin bu müxtəliflik daim etnoslar arasında qarşıdur-
malarla, ziddiyy
ətlərlə xarakterizə olunaraq regionun bütövlüyünə 
z
ərbə vurur. 
“K
əskin etnik və  dini  qarşıdurmalar  nəticəsində  daxildən 
parçalanmış  bu region daim Rusiyanın, Türkiyənin və İranın təsir 
dair
əsi  uğrunda  mübarizə  mərkəzinə  çevrilmiş  hazırda  bu  köhnə 

 
225 
mübariz
əyə  Xəzər dənizinin  enerji  resurslarının  bölünməsi  ətra-
fında intensiv rəqabət də əlavə olunmuşdur”. 
Qafqaz m
əsələsində  ABŞ  Türkiyənin müdafiəçisi kimi 
göst
ərilsə  də,  əslində  Türkiyə  ABŞ-ın  Qafqaz  siyasətinin  ən fəal 
oyunçusu  kimi  çıxış  edir.  Bu  siyasət  əslində  Rusiya və  İranı 
regiondan uzaqlaşdırmağa istiqamətlənmişdir. 
Hazırda bu regiona ididaçı olan dövlətlərin heç biri təklikdə 
bu regionu öz irad
əsinə  tabe etmək gücündə  deyildir. Bu dövlət-
l
ərin ikisi (Rusiya və  İran)  digərinə  qarşı  birlikdə  çıxış  etmək 
ist
əsələr də  belə,  bu  mümkün  deyildir.  Çünki  ABŞ  dərhal 
Türkiy
əni müdafiə edəcəkdir. Kənardan müdaxilə Qafqazda sosial, 
siyasi, etnik v
ə dini münaqişələrin 1990-cı ildən bəri bir neçə dəfə 
baş  verməsinə  gətirib  çıxarmışdır.  Bu  vəziyyət  Rusiyanı  Qafqazı 
daha sabit v
ə  inkişaf  etmiş  bir  regiona  çevirmək istiqaməti 
götürmüş  avroatlantik  qurumla  birilkdə  hərəkət etməyə  məcbur 
edir. 
Qafqazın siyasi xəritəsinin konturları, tarixi keçmişdə onunla 
qonşu  olan  müxtəlif  imperiyaların  arasındakı  onun  üstündə 
mübariz
əsi nəticəsində Qafqaz anlayışı bütövlükdə heç bir zaman 
siyasi m
əzmun daşımamışlar. 
Qafqaz h
əmişə gah İran, gah Türkiyə, gah da Rusiyanın təsiri 
altına düşmüşdü. Hər iki və ya hər üç dövlətin ərazi vahidinə çev-
rilirdi. 
Qafqazda inzibati-
ərazi sərhədlərinin əsassız təyini bu region-
da çoxlu münaqişələrə yol açmışdır. Bu özünü indi də birüzə ver-
m
əkdə  davam edir. XX əsrin  sonlarından  başlanmış  erməni-
az
ərbaycan, gürcü-abxaz, gürcü-cənubi osetin ziddiyyətləri  əvvəl 
münaqişələrə, sonra isə qanlı müharibələrə çevrildi. İki çeçen-rus 
müharib
əsi, osetin-inquş  qarşıdurması  çoxlu  insan  itkisinə  və 
dağıntılara gətirib çıxartdı. 
Tarix göst
ərir ki, mərkəzi hakimiyyət zəifləyən zaman ölkədə 
m
ərkəzdənqaçma meylləri sürələnir. Digər tərəfdən də ölkənin bu 
v
ə  ya  başqa  regionda  milli  münaqişələr gərginləşir.  Məhz Sovet 
imperiy
asının  zəifləyib çökməsi də  bu təzahürlərlə  müşayiət 
olundu. 

 
226 
Lakin  özünü  SSRİ-nin varisi hesab edən Rusiya onun üçün 
geosiyasi 
əhəmiyyət  daşıyan  bir  çox  regionları  əldən verməmək 
üçün h
əmin əraziləri öz təsir dairəsində saxlamağa çalışır. 
XX 
əsrin sonu XXI  əsrin  əvvəllərində  Qafqaz regionunun 
geosiyasi 
əhəmiyyətinin artmasının səbəbləri ilk növbədə Qafqazın 
(geniş  mənada Qafqaz-Xəzər-Qara dəniz regionu) zəngin təbii 
s
ərvətlərə (ən çox karbohidrogen xammalı) malik bir bölgə olması, 
bu bölg
ənin gələcəkdə  “Şərq-Qərb” və  “Şimal-Cənub” xətti üzrə 
mühüm transmilli n
əqliyyat  qovşağına  çevrilib  və  fars körfəzinin 
neft  emalı  öklələrinə  alternativ təşkil  edə  bilməsi,  geosiyasi 
nöqteyi-n
əzərdən Qafqazın Rusiyanın ən kövrək yeri və “yumşaq 
qarınaltısı”  olması  ilə  əlaqədardır.  Bu həm də  Qafqazın  dünya 
siyas
ətinin lokal, regional və qlobal maraqlarının hökm sürdüyü və 
toq
quşduğu  ən mühüm mərkəzlərdən birinə  çevrilməsi  ilə 
əlaqədardır. Burada təsir dairələri  uğrunda  Rusiya,  ABŞ,  Qərbi 
Arvopa ölk
ələri, Türkiyə və İran mübarizə aparması. 
Bütün bunlarla yanaşı Qafqaz regionu “Rusiya Balkanları”na 
v
ə  “qeyri=-sabit  Avrasiya  qurşağı”nda  möhkəmlənmiş  həlqəyə 
çevril
ə bilər. 
X
əzər  ətarfında  oyun  1992-ci ildə  beynəlxalq neft konsor-
siumu AMOKO-nun X
əzər neftinin dünya bazarına nəqlini (ildə 68 
mln.ton)  reallaşdıracaq  Tbilisi-Bakı-Ceyhan neft kəmərinin 
tikintisi il
ə  başlandı.  Bu  kəmərin Rusiyadan yan keçərək Qərbə 
uzanmasına Moskva heç vəchlə rəvac verə bilməzdi, ona görə də 
k
əmərin səmtini Novorossiyskə tərəf dəyişmək planı cızırdı. Lakin 
bu  vaxt  Rusiyanı  Xəzər dənizi ilə  birləşdirən yeganə  Kizlar-
Qroznı-Novorossiysk  neft kəməri Çeçen-İskeriyanın  ərazisindən 
keçirdi (Qrodenski). 
Bildiyimiz  kimi,  Yaxın  Şərqdən sonra ən zəngin və  keyfiy-
y
ətli neft yataqları Xəzər zonasında yerləşir. Ekspertlərin fikrincə, 
X
əzər  regionu  yaxın  gələcəkdə  neft və  qaz  emalına  görə  Yaxın 
Şərq və Sibirdən sonra üçüncü yerəə çıxacaqdır. 
Ümumiyy
ətlə,  dünya  neftinin  yarıdan  çoxu  “böyük  beşliyə 
aiddir. Onlardjan b
əzisi Qərbdən tam  asılıdır  (Küveyt),  bəzisi isə 
s
ərbəst və nəzarətsiz neftini sata bilmir (İraq)”. 

 
227 
Neft  bazarı  iqtisadiyyatının  yazılmış  və  yazılmamış  qanun-
larına tabe olmayan yeganə bazardır. 
Neft q
ədər siyasiləşən,  qloballaşan  ikinci  strateji  məhsul 
yoxduur. II Dünya müharib
əsindən sonra baş verən müharibələrin 
çoxunun t
əməlində neft faktoru durur. 
Geosiyas
ətdə  belə  bir prinsip fəaliyyət göstərir ki, rəqibini 
mümkün q
ədər pis vəziyyətə  salmalı  və  əgər o belə  bir vəziy-
y
ətdədirsə  ona kömək göstərməməlisən.  İran,  İraq, Livan –  dün-
yanın 20% neft və qaz ehtiyatlarının cəmləşdiyi bu ölkələr ABŞ-ın 
t
ərəfində olmadığı üçün “terrorizmi dəstəkləyən”, insan haqlarının 
v
ə demokratiyanın pozulduğu ölkələr hesab edilir. BƏƏ, Küveyt, 
S
əudiyyə  Ərəbistanı  –  ABŞ-ın  tərəfdaşı  olduqları  üçün  bk  öklə-
l
ərdə münaqişə ocaqları yoxdur. 
İndi ABŞ-ın planının dünya neft ehtiyatlarını ələ keçirmək və 
onun  birinci növb
ədə  ABŞ-ın  maraqları  üçün  istifadəsini təmin 
etm
ək olduğu aydındır. Bu şübhəsizdir. 
Rusların  fikrincə,  Rusiya  ABŞ-ın  subyekti  yox,  obyektidir. 
ABŞ  Rusiyanı  İslam  dünyasından, Qərbi Avropa isə  ABŞ-dan 
xammal c
əhətdən  asılı  olmamaq  üçün  təminatçı  kimi  görür. 
Dem
əli, Avropa, Rusiyadan ABŞ-ın üstünlüyünü, ABŞ isə Aİ-nin 
v
ə Aİ-də Almaniyanın üstünlüyünü ləğv etmək üçün istifadə etmək 
niyy
əti güdür. 
Bu “qlobal oyun”da Rusiya da 
öz  konsepsiyaları  ilə  çıxış 
edir. Rus siyas
ətçilərinin bəzilərinin fikrincə, Rusiya öz kiçik oyu-
nunu  oynamalıdır.  Digər  neft    xammalçılarını  ağır  ticarət müqa-
vil
ələrindən  qorumalı,  OPEK-lə  birləşib  bütün  neft  ixracatçılarını 
onun 
ətrafında  birləşdirməli,  İraqla  Səudiyyə  Ərəbistanını 
yaxınlaşdırmalı,  İranla  əlaqələri möhkəmləndirməlidir.  Bu  işdə 
Rusiya Qafqazda özünün 
ən  yaxın  müttəfiqi Ermənistandan 
istifad
ə etməlidir.  
Dem
əli, Qafqaz həm Rusiyanın, həm də ABŞ-ın həm siyasi, 
h
əm də iqtisadi maraqlar sferasına daxildir. 
Rusiya bu regionda Q
ərbin təsirini azaltmaq və Xəzər nefti-
nin daşınmasına nəzarət etməklə burada öz mövqelərini möhkəm-
l
ətmək niyyəti güdür. Rusiya üçün Qafqaza nəzarət radikal müsəl-
man ideyalarının hərəkət təhlükəsizliyini təmin edir. 

 
228 
ABŞ üçün isə bu, iki mühüm məsələnin həllinə imkan yara-
dır.  Birincisi,  Qərbin  ərəb neftindən  asılılığını  azaldacaq  Xəzərin 
iri  neft  rayonları  onun  nəzarəti  altına  keçir;  ikincisi  isə  Rusiyanı 
iqtisadi v
ə  siyasi cəhətdən zəiflədir, neft tranziti sayəsində  Rusi-
yanın ərazisindən istifadə etməməklə Ukraynada Rusiyanın təsirini 
z
əiflədilməsini təmin etməyə  imkan  yaradır  (Ukrayna,  tamamilə 
rus enerjidaşıyıcılarından asılı vəziyyətdədir). 
Qafqaz  Rusiyanın  “Axilles  dabanı”dır:  onu  hədəfə  almaq 
Rusiyanı məğlub etmək deməkdir. 
Bunun üçün ABŞ ilk növbədə Türkiyə kartından geniş istifa-
d
ə edir. Rusiya Türkiyəni onun |mumi təhlükəsizliyinə qorxu tXrə-
d
ən, onõn c˙nub regionunu nəzarətə almaa can atan bir q|vvə kimi 
görür. Türkiy
ə  isə  öz din və  dil  qardaşlarını  Rusiya  zülmündYn 
azad ed
əcək  bir  xilaskar  kim  çıxış  edir.  Rusiya  isə  “ilanı  Seyid 
Əhməd  əli tutmaq” istəyərək  İranı  Türkiyəyə  qarşı  qıcıqlandırır. 
Türkiy
ə, Qafqazda və  Mərkəzi Asiyada təsir dairəsinin  genişlən-
m
əsinə  şərait  yaradan  bir  sıra  amillərə  sahibdir ki, digər rəqib-
l
ərində  bu yoxdur. Etnolinqvistik nöqteyi-nəzərdən bu regionun 
türkdilli  xalqları  ilə  kökləri dərinə  gedən  qohumluğu  mövcuddur. 
Türkiy
ə  özünü qeyri-müəyyən  şəkildə  səpələnmiş  türkdilli ölkə-
l
ərin potensial lideri kimi görür. Deməli, göstərilən regionda ideo-
loji c
əbhədə Türkiyə həm ABŞ, həm də Rusiyanı qabaqlayır. İran-
da m
əzhəb fərqi, Səudiyyə Ərəbistanında isə dini radikolizm onları 
bir addım geri atır. 
Türkiy
ənin  müasir  inkişaf  səviyyəsi,  dil  qohumluğu,  cəlbe-
dici iqtisadiyyatı, xüsusi iqtisadi imkanları şərait yaradır ki, göstə-
ril
ən regionda türk millətinin  formalaşması  prosesinə  güclü təsir 
göst
ərsin. Bu isə  nəinki  Rusiyanı,  İranı,  Avropa  ölkələrini, hətta 
ABŞ-ı  da  düşünməyə  vadar edir. Türkiyəni “Avropa süfrəsi”nə 
buraxmamaqla  Q
ərb, onun  şərqə  doğru  meylini  artırır.  Məhz son 
zamanlaarda Türkiy
ənin  Yaxın  Sərqdə  getdikcə  fəallaşması  buna 
sübutdur. Almaniya v
ə Fransadan sonra artıq Türkiyə də geosiyasi 
m
əkanda özünə sərbəst mövqe axtarışındadır. 
Yaxın  Şərqin  iri  neft  ehtiyatlarına  çıxışı  təmin edən müsəl-
man v
ə  xristian mədəniyyətlərinin sərhədində  yerləşən Qafqaz 
regionunda n
əzarəti bərqərar etmək uğrunda mübarizə artıq öz fəal 

 
229 
fazasına  çatmışdır.  Bu  mübarizə  iri hərbi  münaqişələrə  də gətirib 
çıxara bilər. 
 
ABŞ-ın Cənubi Qafqaz siyasəti 
Beyn
əlxalq münasibətlər sistemində  Cənubi  Qafqazın 
oynadığı rol müasir dünyanın siyasi və iqtisadi sferalarında Qafqaz 
amilinin mühüm 
əhəmiyyətini önə çıxardır. Ayrıca bir region kimi 
C
ənubi Qafqaz dünyanın siyasi xəritəsinə SSRİ dağıldıqdan sonra 
daxil olmu
şdur.  Belə  ki, regionu təmsil edən Azərbaycan, 
Gürcüstan v
ə  Ermənistan müstəqililk qazanaraq beynəlxalq 
c
əmiyyətin tam hüquqlu üzvünə  çevrilmişdir.  o  dövrdən etibarən 
çox da böyük 
əraziyə  malik  olmayan  bu  region  aparıcı  dünya  və 
regional dövl
ətlərin diqqət mərkəzindədir. 
C
ənubi Qafqaz mühüm geosiyasi və  geoiqtisadi  əhəmiyyət 
daşıyan bir regiondur. o öz coğrafi vəziyyətinə görə regionl siyasi 
əhəmiyyət kəsb etməklə yanaşı, həm də Rusiya ilə ABŞ və Qərbi 
Avropa ittifaqları arasında siyasi mübarizə meydanlarından biridir. 
C
ənubi  Qafqaz  ABŞ  başda  olmaqla  NATO-nun Rusiya ətrafında 
yaratdığı hərbi-siyasi “təhlükəsizlik qurşağı” ərazisinin əsas zona-
larından  biridir.  Rusiyanın  ABŞ  və  Böyük  Britaniyadan da əsas 
qorxdu
ğu  coğrafi  istiqamət məkanları  mövcuddur ki, bunlardan 
birincisi 
Şərqi Avropa, ikincisi Cənubi Qafqazdır. Cənubi Qafqaza 
Qara d
əniz bölgəsini də əlavə etmək olar. 
Rusiya 
əgər  Sərqi  Avropa istiqamətindən daha çox iqitsadi 
t
əzyiqlərə görə ehtiyat edirsə, Cənubi Qafqaz Rusiyanın parçalan-
masına dəstək vermək baxımından ABŞ və Avropa dövlətləri üçün 
ən əhəmiyyətli coğrafi məkandıır. 
Qafqaz bölg
əsi öz etnik tərkibinə  və  siyasi fəallığına  görə 
Rusiya üçün 
ən təhlükəli bir bölgədir. Rusiya Şərqi Avropa üçün 
keçirm
ədiyi narahatçılığı burada keçirir. Buna bazmayaraq, Rusiya 
özünü Qafqaz dövl
əti sayır və hesab edir ki, onun iştirakı olmadan 
bu bölg
ədə təhlükəsizliyin təmin edilməsi mümkün deyildir. 
ABŞ-ın  Qafqazdakı  maraq  dairəsi ildən-ilə  genişlənir və  bu 
regionun dövl
ətləri amerikan siyasətinin daimi obyektinə çevrilir-
l
ər.  SSRİ  dağıldıqdan  sonra  Vaşinqtonun  Qafqaz  siyasəti region-
dan Rusiya v
ə İranı uzaqlaşdırmağa istiqamətləndirilmişdir. 

 
230 
Son inililkl
ərdə Cənubi Qafqazda siyasi vəziyyət gərgin ola-
raq  qalır.  Bu  regiona  daxil  olan  qeyri-stabilliyin üç əsas amili 
xarakterikdir: qlobal  (müxt
əlif xarici qüvvələrin təzyiqi) region-
lararası (ərazi münaqişələri və milli azlıqların vəziyyəti) və daxili 
(siyasi inkişafın neqativ dinamikası). 
Qloballıq  əsasən bu bölgədə  regiondankənar  “oyunçuların” 
h
ər  şeydən  əvvəl Rusiya,  ABŞ,  Aİ,  NATO,  İran  və  s. güclərin 
bilavasit
ə təsiri ilə ölçülür. 
ABŞ-ın  Qafqazda  hərbi təsirinin  artması  rus  siyasətçilərini 
ciddi narahat edir. bunun qarşısını almaq üçün o bir sıra tədbirlər 
planı hazırlayır. Bu, bölgədə Rusiya hətta özünün “parçala, hökm 
sür!” prinsipl
ərindən də əl çəkməyə razıdır. 
Bunun 
əvəzində isə Cənubi Qafqazda uzunmüddətli kollektiv 
t
əhlükəsizlik sistemini qurmaq niyyətindədir. Çünki, Rusiya anla-
yır  ki,  ABŞ  bu  bölgədəki  regional  münaqişələrin həllinə  kömək 
göst
ərə  bilər və  keçmiş  Rusi  imperiyasının  sərhədlərində  öz 
sabitliyini v
ə təhlükəsizliyini bərpa edə bilər. 
ABŞ-ın Cənubi Qafqazla bağlı siyasətini bu regionun siyasi-
iqtisadi inkişafına görə üç mərhələyə bölmək olar: 
Birinci m
ərhələ 1990-cı ildən 1994-cü ilədək olan dövrü əha-
t
ə edir. Bu mərhələdə ABŞ-ın Cənubi Qafqazın ölkələrinə müna-
sib
əti bir qədər ləng xarakter daşıyırdı. Onu bu bölgədəki fəaliyyəti 
Rusiyanın “qarşısını almaq” üçün Türkiyənin imkanlarından istifa-
d
ə etməklə məhdudlaşırdı. 
Bu dövrd
ə ABŞ-ın qarşısında duran əsas məsələ regiona daxil 
olan bu üç respublikanı Avroatlantik məkana inteqrasiya etməkdən 
“Rusiya rudimentl
ərini” bu ərazidə  tamamilə  yerləşdirməkdən 
ibar
ət idi. Belə  ki, 1990-cı  ildə  Cənubi  Qafqaz  respublikalarının 
NATO il
ə əlaqələrinin əsas qoyuldu. 1991-ci ilin dekabrında Şima-
liat
lantika    Əməkdaşlıq  Şurası  yaradıldı.  NATO-nun daxilindəki 
t
əşkilati  dəyişiklik  VMT-nin  üzvü  olmuş  ölkələrlə  və  Cənubi 
Qafqazın müstəqililk qazanmış respubilkaları ilə sıx siyasi əlaqələr 
yaradılmasına gətirib çıxartdı. 1992-ci ildə Azərbaycan, Gürcüstan 
v
ə Ermənistan NATO Əməkdaşlıq Şurasının üzvü oldular. 1994-cü 
ild
ə  Cənubi Qafqaz ölkələri NATO-nun  « Sülh Naminə 
T
ərəfdaşlıq» layihəsinə qoşuldular. 1994-2001-ci illəri əhatə edən 

 
231 
ikinci m
ərhələ daha əlamətdardır. 1994-cü ilin sentyabrında “Əsrin 
Müqavil
əsi”  adını  almış  neıt  müqaviləsinin  imzalanması  ABŞ-ın 
bu bölg
ədəki siyasətini fəallaşdırdı.  Bununla  belə, Cənubi 
Qafqazın  ayrı-ayrı  dövlətlərinə  münasibətdə  ABŞ-ın  siyasəti bir-
biri il
ə uzlaşmayan, ziddiyyətli xarakter daşıyırdı. Bu isə ABŞ-da 
müxt
əlif qrupların bir-birinə zidd maraqları, Azərbaycan və erməni 
lobbisinin  ABŞ  Konqresinin  qətnamələrinin qəbuluna göstərdiyi 
müxt
əlif təziyiqlərlə izah olunurdu. 
2001-ci ild
ən müasir günümüzədək davam edən üçüncü 
m
ərhələdə  2001-ci il 11 sentyabr hadisələrindən sonra Cənubi 
Qafqazdaa ABŞ-ın strateji məqsədləri dəyişikliyə uğradı. İndi ABŞ 
bu bölg
əyə Yaxın və Orta Şərqdə yeritdiyi siyasətin tərkib hissəsi 
kimi baxmağa başladı. Bu siyasətin əsasını Yaxın və Orta Şərqdə 
ABŞ-ın nüfuzunun möhkəmlənməsi və terrorizmə qarşı mübarizə-
d
ə ümumi məsələlərin birgə həlli təşkil edir. 
Artıq bu mərhələdə Xəzər hövzəsinin enerji ehtiyatları əlavə 
xammal m
ənbəyi kimi deyil, dünyada neft qiymətlərinin minimum 
h
əddini tənzimləyən bir vasitə kimi böyük əhəmiyyət daşıyır. 
2001-
ci  ilin  oktyabrında  konqresin  dinləmə  materiallarına 
əsasən müəyyən etmək olar ki, ABŞ-ın strateji  maraqalrı, onların 
Fars körf
əzinə  alternativ  olaraq  NİDB-nin üzvü olmayan Xəzər 
regionunun enerji t
ədarükü ilə  məşğul  olan  ölkələrinin fəaliyyət 
dair
əsini  genişləndirmək, Cənubi Qafqaz dövlətlərinin müstəqilli-
yin
ə  dəstək verərək  onların  demokratiya  yolunda  irəliləyişini 
genişləndirmək proqramı ilə üst-üstə düşür. 
ABŞ hazırda Cənubi Qafqaz siyasətinə Balkanlardan Mərkəzi 
Asiyaya q
ədər  geniş  ərazini  əhatə  edəcək  sabitlik  zonasının 
yaradılması  və  NATO-nun Mərkəzi və  Şərqi  Avropaya  doğru 
genişlənməsinə göstərdiyi geniş strateji səyin bir hissəsi kimi baxır. 
Bunu Erm
ənistana və  Gürcüstana göstərilən maliyyə  dəstəyinin 
miqyası  bir  daha təsdiqləyir. Bu ölkələr  dünya üzrə  ən böyük 
maliyy
ə dəstəyi alan ölkələr sırasındadırlar. 
NATO-nun t
ədricən regiona müdaxiləsi həm də Bakı-Tbilisi-
Ceyhan neft k
əmərinin mühafizəsi məsələsi ilə əlaqəlidir. 2004-cü 
ild
ən başlayaraq Gürcüstanda həyata keçirilən “Təlim və təchizat” 
proqramının dəyəri  64 mln. dollar təşkil edir. 

 
232 
Gürcüstan 
1990-
cı  ildə  dünyanın  iki  super  gücündən birinin çökməsi, 
t
ək qütblülüyün yaranması Rusiya ilə ABŞ arasında soyuq yelləri 
yenid
ən  əsdirdi. Bunun əsasında  Rusiyanın  ABŞ-ın  dünya hege-
monluq siyas
əti ilə barışmaması, keçmiş SSRİ respubilkalarında və 
Şərqi Avropada öz əvvəlki iqtisadi və siyasi nüfuzunu bərpa etmək 
siyas
əti dururdu. Belə  ki,  SSRİ  dağıldıqdan  sonra  Rusiya  keçmiş 
postso
vet respublikalarını əldən verməmək, onların Qərbə inteqra-
siyasının  qarşısını  almaq  üçün  MDB-ni  yaratdı.  Çünki  Rusiya 
keçmiş SSRİ dövlətlərinin Qərbi nteqarsiyasını qısqanclıqla qəbul 
edir v
ə  bu dövlətlərin, xüsusilə  NATO  ittifaqı  ilə  hərbi-siyasi 
əməkdaşlıqlarını öz dövləti üçün təhlükə hesab edirdi. Bu baxım-
dan NATO-nun Rusiya 
ətarfında yaratdığı “təhlükəsilik qurşağı”na 
qarşı  bir  çox  keçmiş  postsovet  respublikalarından  ibarət  yaratmış 
olduğu  “sərhəd təhlükəsizliyi  zonası”nı    genişləndirmək istəyirdi 
Rusiya harada bu ist
əyini həyata keçirə bilməyəndə oraya müxtəlif 
iqtisadi v
ə  siyasi təzyiq  metodlarından  və  hərbi gücdən istifadə 
edir. Rusiya ilk növb
ədə Cənubi Qafqazı öz siyasi və hərbi nəzarəti 
altına  almaq  istəyir və  bu regionun Qərbdə  əməkdaşlığının  baş 
tutmasına  çalışır. 
Gürcüstan  keçmiş  postsovet məkanında  Rusiya  ilə 
münasib
ətləri kəskinləşdirən ilk respublikalardandır.  Onun  Qərb 
yönümlü siyas
ət götürməsi Rusiyanı narahat etməyə bilməzdi. 
Gürcüstan Rusiya il
ə sərhəddə yerləşdiyinə görə Rusiya üçün 
coğrayi  baxımdan  xüsusi  əhəmiyyət kəsb  edir.  Bu  respubilkanın 
Qara d
əniz sahillərində  yerləşməsi  Cənubi  Qafqazın  Türkiyə  və 
Q
ərbə, xüsusilə  də  ABŞ-a  inteqrasiyasında  mühüm  rol  oynayır. 
Eyni zamanda bu region M
ərkəzi Asiyanın gələcək regional layihə-
l
ərinin Qərbə inteqarsiyasında həlledici tranzit mövqeyə malikdir. 
Gürcüstanın  Qərbyönümlü siyasət  götürməsi respublikada 
Rusiya t
ərəfindən etnosiyasi gərginliyin qızışdırılmasına, rus-gürcü 
müharib
əsinə səbəb oldu. 
SSRİ  dağıldıqdan  sonra  dünya  dövlətləri onun tərkibindəə 
olmuş müttəfiq respublikaların ərazilərini olduğu sərhədlərdə qəbul 
ed
ərək  bu  respubilkaların  müstəqililyini  tanıdılar.  Bu  prizmadan 
yanaşanda  həm Abxaziya, həm də  Cənubi  Osetiya  Gürcüstanın 

 
233 
hüquqi 
əraziləridir. 1992-ci ildən  başalyaraq  neçə  illərdir ki, 
Gürcüstan öz 
ərazi bütövlüyünü  bərpa etməyə  çalışır.  Bu  onun 
konstitusiya hüququdur. Bu hüququnu t
əmin etmək üçün güc tətbiq 
etm
əsi də normal haldır. 
Abxazlar  Şimali  Qafqazın  qərb hissəsində  məskunlaşmış 
ç
ərkəzlərlə, kobardinlərlə və adıgeylərlə qohum xalqdır. Avropa və 
Asiyanın  qovuşuğunda  yerləşən abxazlar dünya ticarət və  strateji 
yollarının  kəsişdiyi,  xüsusi  əlverişli  təbii  şəraiti olan ərazidə 
m
əskunlaşmışlar.  Rus  imperiyası  dağıldıqdan  sonra  Abxaziya 
1918-
ci  ilin  mayından  Gürcüstan  Respublikasının  tərkibinə  daxil 
edilmişdir.    1921-ci ilin  martın  4-də  “Qızıl”  ordunun  köməyi ilə 
Abxaziyada  Gürcüstanın  hakimiyyəti ləğv  edildi.  1921-ci ilin 
mart
ın 31-də Abxaziya müstəqil Sovet Sosialist Respublikası elan 
edildi. 1921-
ci  ilin  dekabrında  RSFSR-də  milli siyasətin həyata 
keçirilm
əsinə  rəhbərlik edən  İ.Stalinin  təkidilə  GSSR və  ASSR 
arasında  hüquqi-dövlət münasibətlərinin  əsası  qoyuldu.  1931-ci 
ild
ə  Abxaziya Gürcüstan SSR-in tərkibində  muxtar respublikaya 
çevrildi. Bundan  sonra gürcül
ər Abxaziyada demoqrafik vəziyyəti 
d
əyişmək siyasəti  həyata keçirməyə  başladılar.  Bu  iki  üsulla: 
m
əcburi assimilyasiya və  gürcü millətinin Abxaziyaya kütləvi 
köçm
əsi ilə həyata keçirilirdi. 
Lakin  SSRİ  ağıldıqdan  sonra  Rusiya  bu  muxtar  qurumu  öz 
t
əsir zonasına aid etməyə çalışdı. Buna nail olmaq üçün isə SSRİ-
nin federasiya subyektl
əri hesab olunur. Bundan məqsəd  SSRİ 
dağıldığı təqdirdə bu subyektlərdə  Rusiyanın təsirini saxlamaqdan 
ibar
ət idi. Abxaziya bundan istifadə edərək 1990-cı ilin  avqustun 
25-d
ə  dövlət  suverenliyi  haqqında  Bəyənnamə  qəbul etdi. Bu isə 
Gürcüstan il
ə Abxaziya arasında münasibətləri gərginləşdirdi. 
Z.Qamsakurdiyanın  hakimiyyətə  gəlişilə  Gürcüstanın  dövlət 
müst
əqililyi əldə edilməsi uğrunda mübarizəsi genişləndi. 1991-ci 
ilin aprelind
ə Gürcüstunda referendumun nəticələrinə əsasən Gür-

stanın dövlət müstəqililyi haqqında Akt qəbul edildi. Gürcüstan 
1918-1921-ci ill
ərdəki GDR-in qanuni varisi elan edildi. Lakin 
Rusiya t
ərəfindən qızışdırılan Abxaziya SSR-in Ali Sovetinin sədri  
V.Ardzinba bununla razılaşmayaraq BMT-yə müraciət etdi. 1992-
ci ilin fevralında hərbi çevriliş nəticəsində hakimiyyəti zəəbt etmiş 

 
234 
Müv
əqqəti Hərbi  Şura  GDR-in 1921-ci  il  Konstitusiyasını  qəbul 
etdi. Amma orada Abxaziya il
ə  münasibətlər təyin edilməmişdi. 
Gürcüstan hökum
əti qeyd edirdi ki, tezliklə  Abxaziya ilə  əvvəlki 
prinsipl
ər  əsasında  münasibətlər tənzimlənəcək. Bunu qəbul 
etm
əyən Abxaziya Ali Soveti 1992-ci ilin  iyulun 23-də 1978-ci il 
Konstitusiyasını ləğv etdi, 1925-ci il Konstitusiyasına keçdi. Çünki 
bu Konstitusiyasının II bölməsində Abxaziya beynəlxalq hüququn 
subyekti kimi öz suverenliyini elan edirdi. Bunu özünün torpaq 
bütövlüyün
ə  qəsd kimi qiymətləndirən Gürcüstan 1992-ci ilin 
avqustun 14-d
ə Abxaziyaya hərbi güc tətbiq etdi. 1992-1993-cü il 
müharib
əsi çoxlu insan ölümü ilə müşayət olundu. 
BMT, RF v
ə ATƏT-in vasitəçiliyi lə Abxaziya və Gürcüstan 
arasında danışıqlar başlandı və 1994-cü ilin aprelin 4-də « Gürcü-
abxaz  münaqişəsinin siyasi cəhətdən  nizamlanması  tədbirləri 
haqqında» Bəyanat imzalandı. BMT Abxaziya və Gürcüstana yeni 
ittifaq dövl
əti yaratmaq təklif etdi. Bəyənatdan keçən üç il ərzində 
t
ərəflər  arasında  hüquqi-dövlət münasibətlərini bərpa etmək üçün 
danışıqlar aparıldı. 1997-ci ildə “Gürcü-abxaz münasibətlərini qay-
daya salmaq bar
ədə  Protokol”  imzalandı.  Ona  əsasən iki 
b
ərabərhüquqlu tərəflər ümumdövlət yaradırlar. Amma gürcü tərəfi 
bu s
ənədi imzalamaqdan imtina etdi. 
E.Şevardnadzenin  hakimiyyəti dövründə  Gürcüstanın  XXI 
əsr  milli  inkişaf  strategiyası  hazırlanması  başlandı.  Bu  strate-
giyanın əsas prinsipləri tarixi rus-gürcü əlaqələrinin və münasibət-
l
ərinin məhdudlaşdırılmasına, özünün xarici maraq dairəsini Qərb 
dövl
ətlərinə,  onların  hərbi-siyasi və  iqtisadi təşkilatlarına 
yön
əltməkdən ibarət idi. 
Gürcüstan XX 
əsrin 90-cı  illərinin  sonlarından  başalyaraq 
NATO-
nun  genişlənməsində  və  ABŞ-la ikitərəfli hərbi  əlaqələr 
əsasında  Cənubi Qafqazda yeni qüvvələr  balansının  formalaş-
masında aktiv iştirak edir. 
Yeni milli strategiyanın seçilməsini iki cür izah etmək müm-
kündür: birincisi, 
artıq  Rusiya  bir  dövlət  kimi  gürcü  elitasının 
marağından düşmüşdü. Gürcüstan Moskvaya onu parçalamağa yö-
n
əlmiş  milli-etnik münaqişələri qızışdıran bir şimal qonşusu kimi 
baxırdı.  İkincisi  təklənmiş  Şevardnadze  və  onun tərəfdarları 

 
235 
özl
ərinə arxa tapmaq üçün başqa azimuta üz tutmalı idilər. Bu da 
Qafqazda özünün xüsusi geos
iyasi maraqları olan Qərb idi. 
Gürcüstanın  bir  tranzit ölkə  kimi Asiya və  Avropanı  birləş-
dir
ən  “İpək  yolu”  marşrutunda  mühüm  strateji  mövqe  tutması 
Q
ərbin maraq dairəsindən kənarda qala bilməzdi.  Bundan  başqa 
E.Şevardnadze  məhz  “Gürcüstanın  xüsusi  geostrateji vəziyyətin-
d
ən” və onun Rusiya ilə ümumi sərhədlərinin olmasından bir kart 
kimi istifad
ə  etməsi  də  ABŞ  və  NATO-nun XXI əsrdə  qlobal 
strategiyasında nəzərə alınmaya bilməzdi. Gürcüstanın bu dövrdəki 
xarici siyas
əti ABŞ-ı tam qane edirdi. ABŞ xarici siyasət idarəsinin 
yeni  doktrinasında  Rusiyadan  asılı  olmayan  yazad  dövlətləri 
d
əstəkləmək, Xəzər neftini beynəlxalq  bazara  çıxartmaq,  keçmiş 
Sovet  İttifaqının  cənub  cinahının  güclənməsinə  yol verməmək, 
Rusiya v
ə İranın Qara dəniz və Xəzər regionunda hərbi və siyasi 
t
əşəbbüslərinin qarşısını almaq məsələsi ön planda idi. 
1998-
ci  ilin  ortalarında  ABŞ  konqresində  “Qafqazda və 
M
ərkəzi  Asiyada  ABŞ-ın  rolu”  mövzusunda  dinləmələr oldu. Bu 
dinl
əmələrdə  Qafqazın  ABŞ-ın  qlobal  siyasətində  xüsusi çəkisi 
olduğu qeyd edilirdi. Həmçinin burada rəqiblərinin Qafqaza bura-
xılmaması və rus faktorunun bölgədən sıxışdırıb çıxarılması açıq-
aydın  vurğulanırdı.  Bunun  üçün  ABŞ  birinci  növbədə  Gürcüstanı 
MDB ölk
ələrinin kollektiv təhlükəsizlik sistemindən ayırıb atlantik 
t
əhlükəsizlik sisteminə cəlb etməyi nəzərdə tuturdu. 
Gürcüstanda  yardım  üçün  NATO-ya ilk müraciət  ideyası 
1989-cu il Tbilisi hadis
ələri  zamanı  yarandı.  NATO  ilə  yaxınlıq 
E.Şevardnadze  hakimiyyəti dövründə  olmuşdur.  Gürcüstanın 
m
ərhələlərlə  NATO-ya inteqarsiya edilməsi üçün NATO üzvləri, 
xüsus
ən ABŞ və AFR xüsusi hazırlıq işləri aparırlar. 
1994-
cü ilin  martın 23-də Brüsseldəə Gürcüstanın “Sülh” na-
min
ə  tərəfdaşlıq”  proqramına  qoşulması  haqqıda  çərçivə  sazişi 
imzalandı. 
1995-
ci  ilin  dekabrında  « Sülh naminə  tərəfdaşlıq » 
ç
ərçivəsində Gürcüstanın NATO ilə əməkdaşlığının fərdi proqramı 
r
əsi şəkildəə imzalandı. 
Bu proqrama 
əsasən  Gürcüstanın  müdafiə  nazirliyi  alyansın 
t
ələbinə  uyğun  yenidən quruldu. 1999-cu ilin aprelində  Gürcüs-

 
236 
tanda beyn
əlxalq hərbi məsləhətçilər  Şurası  yaradıldı.  Onun 
t
ərkibinə NATO-nun istefada olan generalları Q.Conson, Xenninq 
fon Ondorsa v
ə Devid Okmans daxil oldular. Şura 2004-cü ilə qə-
d
ər nəzərdə tutulan Proqram hazırladı. Proqramla 4 əsas istiqamətə 
baxılırdı:  milli  təhlükəsizlik siyasəti, dövlət təhlükəsizlik sistemi-
nin strukturu, müdafi
əni təkmilləşdirmək və  demokratiyanı 
möhk
əmləndirmək. 
ABŞ-ın məhz bu regionda Rusiyaya qarşı ardıcıl və məqsəd-
yönlü siyas
əti  keçmiş  dövlət  katibi  Henri  Kissincerin Tbilisiyə 
s
əfəri zamanı özünü açıq şəkildə biruzə verdi. O deyirdi ki, bizim 
strateji maraq
larımız üçün Rusiyanın Qafqazda rolunun artmasına 
yol verm
əmək xüsusilə  vacibdir.  Bunun  üçün  E.Şevardnadzenin 
Rusiyanı  uzaqlaşdırmaq  istiqamətinə  yönəlmiş  səylərini müdafiə 
etm
ək zəruridir. 
« Dövl
ət sərhədlərinin birgə müdafiəsi haqqında » rus-gürcü 
sazişinin ləğv olunması və rus sərhədçilərinin Gürcüstan ərazisin-
d
ən çıxarılmasından sonra 1999-cu ildə ABŞ hökuməti Gürcüstana 
onun dövl
ət sərhədlərinin infrastrukturlarının yaranması və inkişafı 
üçün 12000378000 dollar v
əsait ayırmışdı. 
NATO h
ər vəchlə rus hərbi bazalarını Gürcüstanın ərazisin-
d
ən çıxarmağa çalışırdı. 1998-ci ildə NATO-nun Baş katibi X.So-
lana Gürcüstanda olark
ən  qeyd  etmişdi  ki,  Gürcüstan  təhlükə-
sizliyini  qorumaq  üçün  ATƏT-in  adi silahların  məhdudlaşdırıl-
ması  haqqında  sazişinə  qoşularaq  rus  hərbi  bazalarını 
Gürcüstandan  çıxarmalıdır.  Bundan  istifadə  edən  E.Şevardnadze 
NATO-nun abxaz 
münaqişəsinin həllinə  kömək göstərməsini 
ist
əmişdi. 
Gürcüstanın NATO ilə əməkdaşlıq proqramı intensiv şəkildə 
v
ə müxtəlif formalarda həyata keçirilir: 
1999-
cu ilin noyabrında NATO-nun “Sülh naminə əməkdaş-
lıq” proqramı əsasında çoxmillətli orduda təlimin planlaşdırılması 
haqqında  konfransa keçirildi. Həmçinin  eyni  vaxtda  İstanbulda 
Qafqaz ölk
ələri, ABŞ və Türkiyənin işhtirakı ilə Bakı-Tbilisi-Cey-
han neft k
əmərinin tikinti layihəsi haqqında sənədlər paketi imza-
landı ki, bu da NATO-nun Cənubi Qafqaza müdaxiləsinin tezləş-
m
əsinə  imkan  yaratdı.  Gürcüstanla  bağlı  nəqliyyat layihəsinə 

 
237 
QUAM üzvü olan Ukrayna da qoşuldu. Odessa (İliçevsk) ilə Poti 
arasında yük gəmilərinin keçidinin tikintisi başa çatdırıldı. 
Aİ bu tikintiyə 20 mln. dollar xərclədi. Məhz bu keçid gələ-
c
əkdə Rusiyadan yan keçməklə neftin Qərbə çatdırılmasına ikinci 
alternativ  marşrutun  meydana  gəlməsi demək idi. Bütün bunlar 
Rusiyanın geosiyasi mövqeyi üçün mənfi nəticələr törədəcəkdi. 
1999-cu ild
ə  Türkiyə  Gürcüstana 2 mln. dollar dəyərində 
h
ərbi  kadrlara  hazırlıq  keçmək üçün hərbi vəsait göndərmişdi. 
M
əhz Qərb Türkiyənin köməyi ilə  hərbi-əməli xarakterli infras-
trukturların inkişafını həyata keçirirdi. 
1999-
cu ilin yanvarında Gürcüstan AŞ-ya üzv qəbul edildi. 
Bu t
əşkilatın  üzvləri dəfələrlə  Gürcüstanın  geosiyasi  möv-
qeyinin Avropa üçün böyük 
əhəmiyyət daşıdığını qeyd etmişdir. 
NATO il
ə hərtərəfli əməkdaşlığın inkişafı fonunda Rusiya ilə 
h
ərbi  əlaqələrinin sürətlə  məhdudlaşdırılması  Gürcüstan  üçün 
xüsusi 
əhəmiyyət kəsb etmişdir. 
Gürcüstanda rus h
ərbi  bazalarının  ləğvi  Rusiyanın  imkan-
larını  zəiflədirdi. Bu imkanlar NATO-nun cənub  cinahında  lazım 
g
ələrsə  güclü rus hərbi qüvvələrinin  “bufer”  yaratmasına,  rus 
n
əzarətindən çıxmaş mühüm infrastrukturların vacib obyektlərinin 
istifad
əsinə, MDB ölkələri ərazisində (PRO  və PVO) vahid siste-
minin yaradılmasına geniş şərait yarada bilərdi. 
Bu  bazarların  ləğvi,  şübhəsiz,  Rusiyanın  bu  regiondakı 
hadis
ələrin  gedişinə  təsir göstərmək  imkanlarını  azaltmış, gürcü-
abxaz, gürcü-
osetin  münaqişələrinə  Rusiyanın  hərbi müdaxiləsini 
m
əhdudlaşdırdı. 
Rus  ordusunun  çıxarılması  həm Gürcüstan,  həm də  bütöv-
lükd
ə Cənubi Qafqazda Qərbin (ABŞ və Türkiyənin) mövqelərini 
gücl
ədirmiş,  Rusiyanın  regiondan  sıxışdırılmasına  və  NATO-nun 
şərnqə doğru genişlənməsinə şərait yaratmışdı. 
Rusiyanın  Qafqazdakı  siyasətinin  “yubanması”nın  əsas 
s
əbəblərindən biri yerlərdəki gerçəkliyin real mənzərəsinin olma-
ması  və  regionda,  formal  da  olsa,  öz  iştirakının  “çəkisini 
dan
ma”masıdır.  Məsələn,  ABŞ  demokratiyanı  günişləndirmək 
bayrağı  altında  Qafqazda  fəaliyyət göstərir (Bəzən isə  öz iqitsadi 
maraqlarının  təmin edilməsi naminə  demokratiyanın  boğulmasına 

 
238 
göz  d
ə yumur). Bəs Rusiya kimi böyük bir dövlət xırda xalqlarla 
münasib
ətini niyə tənzimləyə bilmir? 
Tanınmamış  Abxaziyadakı  biabırçı  seçkilərdə  Rusiyanın 
“balta siyas
əti” özünü göstərdi. Hələ  seçkilərə  qədər Abxaziyada 
v
ətəndaş  cəmiyyəti  formalaşmamışdır.  Onlar  prezident Ardzinba 
v
ə onun tərəfdarlarının özbaşınalığından cana doymuşdular. Bunu 
bil
ə-bilə  rus təbliğatçıları  abxazlara  ona  səs verməyə  çağırır,  əks 
t
əqdirdə  Xadjibayevə  səs versələr,  onları  Acarıstanın  taleyi  göz-
l
ədiyini və sərhədləri bağlayacaqları ilə hədələyirdilər. Bu kövrək 
Qafqaz m
əsələsinə Rusiyanın “baltalı” yanaşması idi. 
Gürcü-
osetin  münaqişəsi gürcü və  osetinlər  arasında  milli 
dözümsüzlüyün n
əticəsidir. Hər iki xalq provoslavdır. Cənubi Ose-
tiyada  etnik  qrup  olan  kudarlılar,  Şimali  Osetiyada isə  ruslaş-
dırılmış  iranlılar  məskunlaşmışlar.  Cənubi Osetiyada millətçiliyin 
əsas mənbəyi Aristraxa görə  Balkariya ilə  sərhəddə  yaşayan  və 
Şimali Osetiyanın siyasi və təsərrüfat həyatında vacib rol oynayan 
etnik qrup-diqorlar hesab olunurlar. Bel
ə  ki,  diqorların  əksər 
hiss
əsi müsəlmanlardırlar. Məhz separatçılıq təşəbbüsləri onlardan 
çıxır.  Diqorlar  antirus  əhval-ruhiyyəli  Şimali  Qafqazın  mürtəce 
islam t
əşkilatları  ilə  əməkdaşlığa  səy edirlər.  Əslində  isə  müasir 
münaqişənin kökləri çar Rusiyada  dövrünə  gedib  çıxır.  O  dövrdə 
Gürcüstan hakimiyy
əti və  kilsə  osetinlərə  qarşı  assimilyasiya 
siyas
əti  yürüdürdü.  Rusiyanı  vətəndaş  müharibəsi  zamanı  Cənubi 
Osetiya  üsyan  qaldıraraq  menşevik  Gürcüstanından  ayrılıb  Sovet 
Rusiyasının tərkibinə keçmək istədi. 
Osetinl
ər qeyd edirlər ki, 1774-cü ildən onlar Rus imperi-
yasının tərkibinə  daxil  olmuşlar.  Qış  dövründə Osetiyanın cənubi 
v
ə şimalı arasında dağ keçidi vasitəsilə kommunikasiyaların olma-
ması  Valdıqafqazda  onun idarəsini çətinləşdirirdi.  Bunu  nəzərə 
alan çar R
usiyası  Cənubi  Osetiyanı  1801-ci ildə  Rusiyanın 
t
ərkibinə  qatılan  Şərqi Gürcüstanun  ərazisində  yeni  yaradılmış 
Tiflis quberni
yasının tərkibinə daxil etdi. O dövrdən gürcülərin bu 
ərazilərə siyasi müdaxiləsi davam etməyə başladı. 
Gürcü m
ənbələri təsdiq edirlər ki, osetinlər  alanların  varis-
l
əridir və onların tarixi əsasən Şimali Qafqazla bağlıdır. 

 
239 
1917-ci ild
ə  Rusiya imperiyasının  süqutundan  sonra  Cənubi 
Osetiya yeni yaranmış Gürcüstan  Deokratik Respubilkasının tərki-
bind
ə qaldı. Şimali Osetiya isə Terek Sovet Respublkasının tərki-
bind
ə idi. 
Gürcüstanda Sovet hakimiyy
əti qurulduqdan sonra Cənubi 
Osetiya onun t
ərkib hissəsi  oldu.  Əslində  Moskva  Osetiyanın 
c
ənub hissəsini Gürcüstanın tərkibinə daxil etməkdən ikitərəfli fay-
dalandı. Bir tərəfdən, gürcüstan ərazisində mərkəzi sovet hakimiy-
y
ətinə loyal münasibət bəsləyən və tamamilə ondan asılı olan əhali 
qrupu sakin olurdu. Dig
ər tərəfdən isə, Gürcüstan rəhbərliyinin bu 
əraziyə  olan  çoxdankı  iddiaları  təmin olunurdu. Sonralar 1922-ci 
ild
ə Cənubi Osetiya Muxtar vilayəti yaradıldı. 
Bel
əliklə, osetinlər  SSRİ-nin milli-ərazi təşkili  nəticəsində 
süni sur
ətdə  iki hissəyə  ayrıldı.  Lakin 1990-cı  ilin  iyunun  20-də 
q
əbul  edilmiş  Gürcüstan Ali Sovetinin qərarına  əsasən 1922-ci il 
İttifaq sazişini və 1921-ci ilin 25 fevralından bu yana qəbul edilmiş 
bütün hüquqi aktlar v
ə sazişləər qanundankənar və etibarsız hesab 
olundu. 
XX 
əsrin 80-ci illərinin  sonlarında Gürcüstanda  qeyri-gürcü 
əhalinin  diskriminasiyası  ilə  müşayət olunan millətçilik hərəkatı, 
Gürcüstanın tərkibindəki muxtar qurumların ləğvi uğrunda çıxışlar 
başlıdı. Belə  bir  şəraitdə  Cənubi Osetiya siyasətçiləri təşkilat-
lanmağa başladılar, 1989-cu ildə gürcü dilinin dövlət dili elan edil-
m
əsindən istifadə edən osetin siyasətçiləri Gürcüstandan ayrılmağa 
v
ə Rusiya ilə birləşməyə cəhd edirdilər. 
Bütün bunlar gürcü-
osetin  münaqişəsini labüd etdi və  bu 
münaqişə  silahlı  müdaxiləyə  çevrildi. Belə  girgin vəziyyət iki il 
davam etdi v
ə  1992-ci ilin iyunun 24-də  Rusiya, Gürcüstan və 
Osetiya müqavil
əsi ilə başa çatdı. 1992-ci ildən 1995-ci ilə qədər 
C
ənubi Osetiya faktiki olaraq “dondurulmuş” vəziyyətdə oldu. 90-
cı  illərin  II  yarısından  başlayaraq  Gürcüstanın  geosiyasi 
mövqeyinin  armtası,  regionun  dünyanın  “güc  mərkəz”ləri olan 
dövl
ətlərin strateji maraq dairəsinə  daxil  olması,  bu  münaqişəni 
yenid
ən qızışdırdı və gürcü-rus müharibəsinə çevirdi. 
Bel
ə ki, Rusiya SSRİ dağıldıqdan sonra digər respublikaları 
əldən verməmək və onların birtərəfli olaraq Qərbə inteqrasiyasının 

 
240 
qarşısını  almaq  üçün,  Pribaltika  respublikalarını  çıxmaq  şərtilə, 
dig
ər respublikaların daxil olduğbu MDB qurumunu yaradaraq bu 
yolla özünün postsovet m
əkanında  təsirini  saxlamağa  çalışır. 
N
əzərə  almaq  lazımdır ki,  digər bölgələrə  nisbətən Qafqaz-Xəzər 
d
ənizi bölgəsi öz etnik tərkibinə  görə  Rusiya üçün cənub 
s
ərhədlərində ən təhlükəli bir zonadır. Bu baxımdan da Rusiya öz 
g
ələcək  ərazi  bütövlüyünün  saxlanması  naminə  Cənubi Qafqazda 
tam h
ərbi və siyasi nəzarəti ələ keçirməyə çalışır. Məhz ona görə 
d
ə  Rusiya öz sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi 
istiqam
ətində  iqitsadi və  hərbi-siyasi cəhətdən Qərbə  üz  tutmuş 
Gürcüstana t
əzyiq vasitəsi olaraq sərhəd bölgələrində  yerləşən 
Abxaziya v
ə Cənubi Osetiyanı dəstəkləməklə, bu qurumlara maddi 
v
ə  hərbi kömək etməklə  strateji  əhəmiyyət kəsb edən  ərazilərə 
n
əzarəti öz əlinə  almağa  çalışır. Həmçinin son zamanlarda bu 
qurumların əhalisinin əksəriyyətinə Rusiya vətəndaşlığı verərək öz 
g
ələcək təsirlərini, bölgəyə  müdaxilə  etmək niyyətini 
qanunil
əşdirmək siyasəti yeritdi. Gürcüstanın  Cənubi Osetiyaya 
hücumları  Rusiyanı adekvat tədbirlər görməyə  sövq etdi. Bundan 
başqa, Gürcüstanın son zamanlarda regionda Rusiya amilini nəzərə 
almayaraq bu dövl
ətin əleyhinə olaraq birtərəfli siyasət yeritməsi, 
Q
ərblə, xüsusilə  ABŞ-la müttəfiqlik etməsi  və  NATO-ya daxl 
olmaq ist
əyini Rusiya öz təhlükəsizliyinə zidd hesab edirdi. 
Dem
əli rus-gürcü müharibəsini  yetişdirən  əsas amillər kimi 
biz m
əhz Gürcüstanın NATO ilə,  ABŞ-la  sıx  strateji  müttəfiqlik 
siyas
ətini, gürcü hərbi hissələrinin NATO tərəfindən yenidən 
qurulmasını,  bir  çox  hərbi obyektlərin və  bazaların  NATO-nun 
istifad
əsinə verilməsini, Rusiya hərbi hissələrinin ölkə ərazisindən 
çıxarılmasını,  Gürcüstan  rəhbərliyinin Rusiya əleyhinə  yönəlmiş 
xarici siyas
ətini və Rusiyanı düşmənçilikdə ittiham etməsini və s. 
göst
ərmək olar. 
Bütün bunlar 2008-ci ilin avqustun 8-d
ə Gürcüstanın Cənubi 
Osetiyaya qoşun yeritməsinə gətirib çıxartdı. 
SSRİ dağıldıqdan sonra dünya dövlətləri Rusiyadan ayrılmış 
mütt
əfiq  respubilkaların  ərazilərini  olduğu  sərhədlərlə  qəbul 
etdil
ər. Deməli, həm Abxaziya, həm də  Cənubi  Osetiya 
Gürcüstanın  hüquqi  əraziləridir. 1992-ci ildən  başlayaraq  neçə 

 
241 
ill
ərdir ki, Gürcüstan öz ərazi bütövlüyünü bərpa etməyə çalışır və 
bu onun konstitusiya hüququdur. Bundan ötrü güc t
ətbiq etməsi də 
normal hal sayılmalıdır. 
Gürcüstan 1990-
cı illərin  əvvəllərindən bu məqsəd üçün bir 
çox h
ərbi və  siyasi cəhdlər göstərsə  də,  uğursuzluğa  düçar 
olmuşdur.  Lakin  indi  Qərb yönümlü Gürcüstan hakimiyyəti bunu 
özünün xarici siyas
ətinin  əsas prioritetinə  çevirmişdir.  Acarıstan 
Muxtar qurumunun m
ərkəzi hakimiyyətə  tabe edilməsi məhz 
Gürcüstanın  müvafiq  siyasətinin  bir  sübutu  idi.  Acarıstan 
Gürcüstanın mərkəzində yerləşdiyinə görə Rusiyanın xüsusi maraq 
dair
əsində deyildi. Ona görə də Saakaşvili ABŞ-dan dəstək alaraq 
asanlıqla onu tabe edə bildi. 
C
ənubi Osetiya və Abxaziya qurumları isə Rusiya ilə sərhəd-
d
ə  yerləşdiyinə  görə  ondan  birbaşa  hərbi və  iqtisadi  yadım  ala 
bilirl
ər. Bu da separatçı qüvvələri şirnikləndirir. Məhz bütün bunlar 
2008-ci il avqustun 8-d
ə  Gürcüstanı  Cənubi Osetiyaya hərbi güc 
t
ətbiq etməyə vadar etdi və bir neçə saat ərzində Sxinvali şəhərini 
ələ keçirtdi. 
Rusiya C
ənubi Osetiyaya və Abxaziyaya istər regional səviy-
y
ədə, istərsə  də  beynəlxalq səviyyədə  dəstək verərək bu yolla 
Gürcüstana daim  t
əzyiq göstərir. Qondarma qurumların vətəndaş-
larının  böyük  əksəriyyətinə  hətta Rusiya vətəndaşlığı  da  verir. 
Rusiya bundan istifad
ə  edərək öz vətəndaşlarını  müdafiə  etmək 
hüququnu 
əsas gətirərək  Şimali  Osetiya  ərazisindən Cənubi Ose-
tiyaya h
ərbi dəstək verdi. Abxaziya da bu dəstəyə qoşuldu. Tez bir 
zamanda  Sxinvali azad olundu. H
ərbi  əməliyyatlar Cənubi Ose-
tiyanın  sərhədlərini keçərək Gürcüstan ərazisinin böyük bir his-
s
əsini əhatə etdi. 
Avqustun 8-d
ə  Rusiyanın  və  Gürüstanın  təklifləri ilə  BMT-
nin T
əhlükəsizlik  Şurasının  iclasları  keçirilsə  də,  hər  hansı  bir 
s
ənədin qəbuluna  nail  olunmadı.  Çünki  Gürcüstan  Rusiya 
t
ərəfindən işğal olunduğunu bəyan edirdi. 
Rusiya is
ə  Gürcüstanın  hərbi müdaxiləsini Cənubi Osetin 
xalqının  soyqırımı  kimi  qələmə  verir və  öz  diplomatiyasında  bu 
amild
ən geniş istifadə edirdi. 

 
242 
ABŞ və bir çox Avropa dövlətləri Rusiyadan Gürcüstan əra-
zisind
əki qoşunlarının çıxarlmasını tələb etdilər. Fransanın vasitə-
çiliyi il
ə  avqustun 12-də  Rusiya ilə  Gürcüstan  arasında  gücdən 
istifad
ə  etməmək, qəti olaraq bütün hərbi  əməliyyatları  dayan-
dırmaq, humanitar yardım üçün azad çıxışın təmin edilməsi, Gür-
cüstan h
ərbi qüvvələrinin daimi diskolasiya olunduqları yerə qayıt-
ması,  Rusiya hərbi qüvvələrinin  əvvəlki xəttə  qaytarılması,  Res-
publi
kaların təhlükəsizliyi üçün beynəlxalq zəmanətin yaradılması 
m
əsələləri öz əksini tapan sənəd imzalandı. 
Bu müharib
ə  Rusiyanın  təkrar olaraq Gürcüstana hərbi və 
siyasi t
əsirini gücləndirdi. Rusiya Cənubi Osetiyaya və Abxaziyaya 
qoşun  yeridərək Gürcüstana hərbi zərbələr endirməklə,  əslində 
Q
ərbə, xüsusilə  də  ABŞ-a öz hərbi və  siyasi gücünü göstərmiş 
olduğunu  nümayiş  etdirdi.  Rusiya  həmçinin Qərbə  göstərdi ki, 
Rusiyadan yan keçm
əklə  Mərkəzi  Asiyanın  enerjisinin  Qərbə 
inteqarsiyasında  layihələrin  qarşısını  almaq  üçün  tranzit  rolunu 
oynayan Gürcüstana h
ər zaman təzyiq göstərə bilər. 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin