SƏmayə MƏMMƏD qızı mustafayeva şƏhla müZƏFFƏR qızı qurbanova z əRİFƏ ŞAMİL qızı cavadova



Yüklə 2.8 Kb.
PDF просмотр
səhifə19/23
tarix24.04.2017
ölçüsü2.8 Kb.
1   ...   15   16   17   18   19   20   21   22   23

2003–
cü İraq müharibəsi 
İraqın  zenit,  raket  kompleksində  kütləvi  qırğın  silahların 
olmasının  yoxlamaq  üçün  TŞ-nın  687  saylı  qətnaməsinə  əsasən 
BMT-
nin  xüsusi  komissiyası  yoxlama  aparmalı  olsa  da,  1998-ci 
ild
ə İraqda heç nə tapmayıb geri qayıtdı.  
1998-ci ild
ə  ABŞ-ın  İraqda  apardığı  əməliyyat “Səhrada 
tülkü”  adlanırdı.    2001-ci ilin 11 sentyabr terror aktından  sonra 
ABŞ  Əfqanıstanda  Talıban  rejimini  devirmək üçün hərbi  əmə-
liyyata  başladı.    2002-ci ildə  Taliban  rejimi  devrildi.    ABŞ  İraqa 
yenid
ən beynəlxalq müfəttiş  göndərilməsini tələb etdi.  2002-ci 
ild
ə Səddam Hüseyn buna razılıq verdi: Lakin axtarış heç bir nəticə 
verm
ədi. Hadisələrin gedişi göstərirdi ki, İraqla sülh mümkün deyil.  
ABŞ  dünyaya  sübut  etməyə  çalışırdı    ki,  İraqda  S.  Hüseyn 
rejiminin qalması planetdə sülh üçün təhlükəlidir.  ABŞ-ın özünün 
bir sıra komissiyası təsdiq etdi ki, İraqda bakterioloji silah yoxdur.   
2003–cü ild
ə C.  Buş öz hökumətinə, “qlobal sürətli zərbə” 
konsep
siyasının hazırlanması haqqında sərəncam verdi.   
  2003–
cü  ilin  fevralı  5–də  ABŞ–ın  dövlət katibi K. Pauell 
BMT T
əhlükəsizlik  Şurasına  İraqın  silahları  haqqında  məruzə 
t
əqdim etdi.  Məruzədə  İraqın  kütləvi  qırğın  silahları  hazırlaması 
haq
qında  təkzibolunmaz sübutlar öz əksini  tapmışdı.  ABŞ    İraqa 
qarşı  hərbi qüvvədən istifadə  olunmasını  tələb edirdi. Lakin  
MAQATE–
nin  baş  katibi  Əl  Baradeinin  məruzəsində  deylirdi ki, 
İraqda  nüvə  silahı  yoxdur.  BMT Təhlükəsizlik  Şuarsında    Çin, 
Rusiya, v
ə Fransa İraqa qarşı hərbi qüvvə tətbiqinin əleyhinə çıxış 
edir
di.    ABŞ–la BMT  Təhlükəsizlik  Şurası  arasında  ziddiyyətlər 
k
əskinləşdi və ABŞ İraqa qarşı müharibəyə başlamaq üçün BMT 
T
əhlükəsizlik Şurasının mandatını ala bilmədi.   
1991–ci il müharib
əsinin başqa uzun müddətli nəticələrindən 
biri d
ə 687 saylı qətnamədə nəzərdə tutulduğu kimi İraqda döyüş 
aviasiyasının  uçuşunu  qadağan  edən  hava  zonasının  yaradılması 
idi.  Bu zonalar ölk
ənin cənubu və şimalında Səddam rejimi tərə-
find
ən kütləvi təqiblərə  məruz qalan kürdləri və  şiələri qorumaq 

 
209 
üçün t
əşkil edilmişdi.  Zonanın qorunması işi ABŞ və Böyük Bri-
taniya aviasiya t
ərəfindən həyata keçirilirdi.   
1990–
cı illər ərzində kütləvi qırğın silahlarının  ləğvi prosesi 
dövrü olaraq ç
ətinliklərlə qarşılaşırdı.  Bu isə İraq hakimiyyətinin, 
xüsussi komissiya il
ə  əməkdaşlıq  etməyi    arzulaması  idi.    Digər 
probleml
ər də mövcud idi.  1993–cü ilin yanvarında ABŞ, Böyük 
Britaniya v
ə  Fransanın  Hərbi Hava Qüvvələri ölkənin cənubunda 
yerl
əşən hava -  raket kompleksinin mövqelərini  üzrə  iki raket 
bomba z
ərbəsi vurdular. Halbuki müttəfiqlərin aviasiyası üçün təh-
lük
ə uçuş olmayan zonalardan ola bilərdi.1998–ci ilin dekabrında 
İraqın əməkdaşlığa etirazından sonra ABŞ və Böyük Britaniyanın 
beyn
əlxalq müfəttişləri  İraqa  qarşı  “Səhrada tülkü” hərbi  əməliy-
yatını həyata keçirdi.  O qurtardıqdan sonra İraqın müdafiə sistem-
l
ərini  ABŞ–Böyük Britaniya təyyarələri müntəzəm olaraq bom-
balamağa  başladı.  Bu yerli əhali içərisində  xeyli itkilərə  səbəb 
oldu.  İraq səmasında silahlı pozuntular mütamadi olaraq 1998–ci 
ilin  dekabrında  2003–cü  ilin  mart  ayına  qədər davam etdi.  Bu 
pozuntular 2002–
ci ilin ortalarından sonra daha da artdı.   
Birinci d
əfə  İraqa  qarşı  ABŞ–ın  hərbi  əməliyyatının 
mümkünlüyü haqqında 2001–ci il 11 sentyabr terror aktından sonra 
kütl
əvi informasiya vasitələrində  təkliflər irəli sürülməyə  başladı.  
Bununla bel
ə  terror aktından  sonrakı  birinci  aylarda  C.Buş(kiçik) 
inzibati idar
əsində  Əfqanıstandakı  Taliban hərəkatına  qarşı  hərbi 
əməliyyata  başlamaq  düşünülürdü.  2002–ci ilin əvvəllərində  tali-
banlar m
əğlubiyyətə  düçar oldular və  hakimiyyətdən kənar edil-
dil
ər.  ABŞ 2002–ci ilin ortalarında İraqa beynəlxalq müfəttişlərin 
qa
yıtmasını tələb etdi.   
Böy
ük Britaniyanın baş naziri E.  Bller 2002–ci ilin aprelində 
artıq öz ölkəsinin İraqa qarşı gələcək müharibədə iştirakını ilə ra-
zılaşdığını bildirdi.İrqa müfəttişlərin gəlməsi ətrafındakı vəziyyəti 
yay–
payız  aylarında  ABŞ–İraq  böhranını  daha  da  kəskinləşdirdi.  
ABŞ–ın təzyiqi altında BMT TŞ–nın qəbul etdiyi 1441 saylı (2002, 
noyabr)q
ətnaməsi ilə Səddam Hüseyn nəhayət, ölkəyə beynəlxalq 
müf
əttişlərin gəlməsi ilə  razılaşdı.    Komissiya  İraqda  müharibə 
başlandığı  dövrdəki vəziyyət  haqqında  dinləyicilərə  məlumat 
ver
ərkən Böyük Britaniya kəşfiyyatçısı Con Sours elan etdi ki, İraq 

 
210 
münaqişəsinin sülh yolu ilə  həlli nəticədə  Rusiyanın  mövqeyinin 
n
əticəsi olaraq mümkün deyildi.  Rusiyanın İraqla əlaqədar ticarət 
maraqlarından  irəli gələn  narahatlıq  Rusiyanın  BMT–nin  TŞ–da 
S
əddam Hüseyn rejiminə  qarşı  “ağıllı  sanksiya”  irəli sürmək 
t
əklifini verməsi  ilə əlaqədar idi.   
2002–2003–cü ilil
ərdə  ABŞ  administrasiyası  böyük  səy 
hesabına  Səddam Hüseyn rejiminin beynəlxalq ictimaiyyət üçün 
t
əhlükə yaratdığını sübut etməyə çalışırdı.İraq kütləvi qırğın silah-
ları istehsalı etməkdə və beynəlxalq terrorçu təşkilatlarla ilk növ-
b
ədə “ Əl -  Qaida” ilə əməkdaşlıqda günahlandırıldı.   
ABŞ  kəşfiyyatının  verdiyi  məlumatlar bir–birinə  zidd idi. 
2002–
ci  ilin  sentyabrın  18–də  MKİ–nin  (Mərkəzi Kəşfiyyat 
İdarəsi) direktoru  C.  Tenet  C.Buşa  məlumat verirdi ki, Səddam 
Hüseyn
ə  yaxın  dairələrin məlumatına  görə  İraqda  kütləvi  qırğın 
silahları  yerləşdirilməmişdir.Bu məlumat konqresə  verilmədi və 
b
əyənimədi.  2002–ci ilin əvvəllərində  MKİ  Nigeriyada  ABŞ–ın 
keçirmiş  səfiri Cozef Reidson belə  bir məlumat təhqiq etməyə 
başladı  ki,  guya  İran  Nigeriyadan  uran  alır.    Təhqiqat apararaq 
Uilson bel
ə bir nəticəyə gəldi ki, bu müqaviləni təsdiq edən heç bir 
fakt yoxdur.  Bütün bunlara baxmayaraq C. 
Buş mütəmadi olaraq 
qeyd edirdi ki, 
İraq Nigeriyadan uran alır.   
2004–cü ild
ə isə Pauel etiraf edirdi ki, onun  söylədiklərinin 
çoxu d
əqiq deyildir və hərdən saxtalaşdırılmış idi. O deyirdi :“Mən 
2003–
cü ilin fevralında MKİ–nin mənə verdiyi ən yaxşı məlumatı 
t
əqdim edirdim.  Çox təəssüf ki, müəyyən müddət keçdikdən sonra 
m
ənbələr düzgün və  dəqiq deyildir.  Bu əvvəlcədən 
planlaşdırılmışdı və səhv idi.  Mən buna dərindən kədərlənirəm və 
t
əəssüf edirəm”.   
T
əhlükəsizlik Şurası İraqa qarşı silah işlədilməsinə sanksiya 
verm
ədi.  ABŞ və müttəfiqləri BMT  Nizamnaməsini pozdular.   
Böyük  Britaniyanın  2002–ci ilin iyulunda Böyük Britani-
yanın leyborist hökumətinin müşavirəsinə həsr edilmiş və 2005–ci 
ild
ə  nəşr  edilmiş  “Dauninq–Strit” memorandumunda göstərilirdi 
ki
, “Buş Səddamı hərbi yolla yıxmaq istəyirdi, lakin o bunu terro-
rizm v
ə  kütləvi  qırğın  silahı  ilə  əlaqələndirirdi.2002–ci ilin 
oktyabrında  ABŞ  konqresi  bu  məsələ  ilə  əlaqədar qətnamə  qəbul 

 
211 
etdi.    Eyni  zamanda  ABŞ  hərbi hissələri  İran  körfəzi regionunda 
yerl
əşdirildi.Hərbi  əməliyyatların  2003–cü ilin yanvar və  fevra-
lında başlanması nəzərdə tutulurdu.Eyni zamanda İraqda komissiya 
qadağan  edilmiş  silahların  axtarışını  davam  etdirildi.    Missiyanın 
r
əhbəri  Hans  Blinks  şikayət  edirdi  ki,  İraq  axtarışların  keçiril-
m
əsində xoşagəlməz hallar yaradır. Gözlənilən hərbi əməliyyatlar 
bir  sıra  ölkələrin ictimai və  siyasi xadimləri, o cümlədən Fransa 
prezidenti J. 
Şirak, AFR kansleri Herhard Şröder və RF prezidenti 
V.  Putin t
ərəfindən qəti pislənilirdi.  Müxtəlif ölkələrdə müharibə 
əleyhinə kütləvi nümayişlər keçirilirdi.   
ABŞ–ın  mülki  məsuliyyət mərkəzi  jurnalistikanın  müstəqil-
liyi uğrunda Fondla birlikdə apardıqları tədqiqatın gedişində hesab-
la
mışdılar ki, 2001–ci ilin sentyabrından 2003- cü ilin sentyabrına 
q
ədər  İraq  haqqında  ABŞ  rəhbərliyi 935 məlumat  elan  etmişdir. 
Bundan  başqa,  Rusiya  kəşfiyyatı  öyrənmişdir  ki,  2001–ci ilin 11 
sentyabrından  İraq  müharibəsinə  qədər  İraq  hakimiyyət  orqanları 
ABŞ  əleyhinə  yönəldilmiş  terror  aktı  həyata keçirməyi 
planlaşdırmışdılar.  Həmçinin ABŞ da İraqda dövlət çevrilişinə və 
S.  Hüseynin q
ətlinə hazırlaşırdı.   
Bir  sıra  ölkələrdən, o cümlədən NATO xətti ilə  İngiltərə, 
İspaniya və s.  kimi müttəfiqlərdən yardım alan ABŞ 2003–cü ilin 
martın  20  də  İraqa  qarşı  müharibəyə  başladı.    Mərkəzi Kəşfiyyat 
İdarəsinin Yaxın Şərq üzrə keçmiş məsləhətçisi Kennt Pollak 2002 
ci ild
ə  nəşr  olunmuş  “  Tufanın  yaxınlaşması:  İraqa  müdaxilənin 
əsaslandırılması” adlı kitabında yazmışdı:”Əgər indi S.  Hüseynin 
kütl
əvi  qırğın  silahını  yaratmasının  qarşısı  alınmasa,  tezliklə  İraq 
əlçatmaz olacaq.  Diktatorun təhlükəsizliyi İraqın nüvə bombası və 
ya dig
ər kütləvi qırğın silahı ilə təmin ediləcək”.   
 
Aparıcı  Qərbi Avropa ölkələri  əvvəlcə  İraqa  qarşı  müha-
rib
ədə NATO xətti ilə əsas müttəfiq olan ABŞ–ın müdafiə  etmə-
dil
ər.ABŞ–ı  müdafiə  etməməsində  hər bir Avropa ölkəsinin öz 
s
əbəbləri var idi.  Lakin tədricən Avropa ölkələri ilə ABŞ arasında 
müharib
ə ilə bağlı mübahisə aradan qalxdı.   
 
ABŞ dövlət katibi K.  Pauell “İraq problemi” üzrə öz tərəf-
darlarını  “arzu  edilənlərin  koalisiyası”  (the  colaition  of  illing) 
adlan
dırmışdı.  49 ölkə ABŞ–ın İraqdakı müharibəsini müdafiə et-

 
212 
mişdi. ABŞ əhalisinin 70%-i (respublikaçıların 93%, demokratların 
50%  -  i) hökum
ətin siyasətini dəstəkləyirdi.ABŞ–ı  dəstəkləyən 
ölk
ələrdən biri Azərbaycan  Respublikası  idi.Azərbaycan həm də 
Əfqanısatndakı antiterror koalisiyasına qoşulmuşdu.   
 
S.  Hüseyn  rejimi  qısa  müddətə  və  asanlıqla  darmadağın 
edildi.  2003–cü ilin aprelin 9–
da antiterror koalisiyasının qoşunları 
Bağdada daxil oldu, mayın 1–də ABŞ prezidenti C. Buş San–Di-
yeqo rayonunda yerl
əşən “Avraam Linkoln” adlı aviasiya daşıyan 
g
əmidə  çıxış  edib  İraqda  müharibənin  əsasən  başa  çatdığını  bil-
dirdi.  İraq prezidenti S. Hüseyn həbs və edam edildi.  
İraq  müharibəsi  (2003–cü  ilin  martın  20–dən 2010–cu ilin 
sentyabrın 1–dək)ABŞ silahlı qüvvələrinin və onun müttəfiqlərinin 
S
əddam Hüseyn rejimini devirmək  üçün  İraqa  soxulması  ilə 
başlamışdır.    
İraqda hərbi əməliyyat 2003–cü ilin mart ayının 20–də baş-
ladı. “Onun kodu”, “İraqın azadlığı” adlanırdı.  Hərdən onu səhv 
ola
raq “Şok və əsmə” də adlandırırlar.  Lakin bu ad daha çox hərbi 
doktrinaya aiddir.  Bu doktrina 1996–
cı ildə İraqla bağlı olaraq ve-
ril
mişdir.  
D
əniz  piyadAları  Bağdadın  darvazasında  Səddam Hüseynin 
saraylarından birinə 2003–cü ilin aprelin 9 –da daxil oldular.   
1991–
ci  il  İran  körfəzindəki müharibədən fərqli olaraq bu 
hadis
ədən 12 il keçdikdən sonra, demək olar ki, ABŞ və onun müt-
t
əfiqləri quruda hücuma başladılar.Onlar uzunmüddətli hava kom-
pa
niyası aparmadılar. Bunun üçün plasdarm Küveyt oldu.  Koalisi-
ya komandanlığı şimal cəbhəsi də təşkil etməyi məsləhət görürdü. 
Lakin buna 
əhəmiyyətli dərəcədə Türkiyə parlamentinin etirazı da 
mane oldu. 
Parlament  ABŞ  qoşunlarının  ölkədə  yerləşdirilməsinə 
icaz
ə vermədi. ABŞ və Böyük Britaniyanın beş diviziyası İrqaın 23 
divizyası tərəfindən ciddi müqavimətlə qarşılaşdı. İraq Hərbi Hava 
Qüvv
ələri tam hərəkətsiz idi. Aprelə  yaxın  ABŞ  qüvvələri  Bağ-
dadın yaxınlığında yerləşdilər. Aprelin 9 –da İraqın paytaxtı döyüş-
süz  tutuldu.  S
əddam Hüseynin bütün heykəlləri dağıdıldı.  Bütün 
bunlar çoxlu dünya telekompaniyaları tərəfindən efirdə göstərildi. 
Şimal  istiqamətinə  hərəkət  başlandı.  Aprelin 15–də  ABŞ–ın 
qoşunları  Tiqriti  tutdular,  hərbi  əməliyyatların  aktiv  fazası  başa 

 
213 
ça
tdı. Tədricən Bağdad və İraqın digər şəhərlərini tüfeylilik dalğası 
bürüdü.  Müv
əqqəti hakimiyyətsizlik  şəraitində  çoxlu  şəxsi evlər, 
mağazalar  və  dövlət idarələri qarət edildi. Ayyarım  ərazisində 
koalisiyanın itkisi 172 nəfər oldu. Onlardan 139 nəfəri amerikalı, 
33 n
əfəri  Böyük  Britaniyalı  idi.  Bu dövrdə  İraqın  itkisi  haqqında 
d
əqiq məlumat verilmirdi.Tədqiqatçı  Karl  Konnetanın  verdiyi 
m
əlumata görə, hücum zamanı 920 İraq hərbi qulluqçusu və 7300 
mülki  şəxs həlak  olmuşdur.1991–ci ildə  verilən itkidən bu 
müharib
ədəki itki iki dəfə  çox idi.Londonda  çıxan  “Hardian” 
q
əzeti 2008–ci ildə yazırdı ki, təkcə müharibə başlayandan keçən 
10 gün 
ərzində ABŞ hərbi əməliyyatlara 5 mlrd dollar vəsait sərf 
etmişdi.    Dolayı  və  birbaşa  hərbi xərclər isə  bu müharibədə 
b
əşəriyyətə 6 mlrd. dollara başa gəlmişdir ki, onun yarısı ABŞ–ın 
payına düşür.   
2003-
cü  ilin  yazında  İraqa  hücum  zamanı  əməliyyatın 
m
ərkəzi Doxa (Qatar)şəhərində yerləşirdi.  Hərbi əməliyyat sahə-
sind
ə bütün qüvvələrə ABŞ Mərkəzi komandanlığının komandanı 
general 
Tommi  Frenks  başçılıq  edirdi.    İyulda  onu  general  Con 
Abisaid 
əvəz etdi.   
Sonra  çoxmilli  silahlı  qüvvələrə  fasiləsiz  olaraq  aşağıdakı 
şəxslər komandanlıq etmişdilər: Rikardo Sançes (2003, iyun–2004, 
iyun). 
Corc Keysi (2004, iyun–2008, fevral)  
Devid Petrues (2007, fevral–2008, sentyabr) 
Reymond Odierno (2008 sentyabrından) 
Müharib
ə  ərəfəsində  İraqda  ABŞ–ın  hərəkətlərinə  qarşı 
müxalif
ət yarandı.  2003–cü ilin yanvarın 20–də Fransanın xarici 
işlər naziri Dominik de Vilper elan edirdi ki, “Biz belə hesab edirik 
ki,  İraqa  hərbi hücum ən pis qərar  olacaqdır”.  Bu dövrdə  bütün 
dünyada İraqda müharibəyə qarşı güclü etirazlar başladı.  Fransız 
alimi  Dominik  Peinyenin  hesablamasına  görə  2003–cü ilin yan-
varın  3–dən aprelin, 12–dək müharibə  əleyhinə  çıxışlarda  36 
mi
lyon adam iştirak etmişdir.  Bütün dünya üzrə 300 iri nümayişlər 
baş vermişdir.  2003–cü ilin fevralın 15–də ən böyük nümayiçlər 
keçirilmişdir.  

 
214 
Böyük Britaniya c
əmiyyətində  də  müharibəyə  kifayət qədər 
güclü müxalif
ət formalaşmışdı. Kütləvi məlumat vasitələrində Toni 
Bleer v
ə ABŞ–ın siyasəti qətiyyətlə pislənirdi.2003–cü ilin fevralın 
15–d
ə  Londonda kütləvi antimüharibə  nümayişləri keçiri-
lirdi.Müxt
əlif məlumatlara görə, çıxışlarda 750 mindən 2 milyona 
q
ədər  adam  iştirak  etmişdi.2003  –cü  ilin  martında  Londonda ke-
çiril
ən sülh xalq assambleyasının  konfransında  baş  nazirin  dərhal 
istefası  tələb edildi.  Toni Bleerin reytingi 35% -  ə  qədər  düşdü.  
Ölk
ə  üzrə  rəyi  soruşulanlardan  62%  -  I  Toni  Bleerin  İraqdakı 
siyas
ətini müdafiə etmədiklərini bildirdilər.   
ABŞ  prezidenti  C.    B  uş  “S-  3”  təyyarəsindən yerə  enərək 
t
əyyarə  daşıyan  “Avraam  Linkoln”  gəmisinin göyərtəsində  döyüş 
əməliyyatlarından  qayıdanlar  qarşısında  çıxış  edərək təntənəli 
şəkildə bildirdi ki, “vəzifə yerinə yetirilmişdir”.  Burada o faktiki 
olaraq, 
İraq müharibəsində ABŞ–ın qələbəsini elan etdi.  
İraq  bir  neçə  işğal  zonasına  bölündü:  Bağdad  “sünni üç-
bucağı”, İraqın şimal rayonları və Əl–Anbarın qərb əyalətləri.  On-
ların hamısına ABŞ qoşunları nəzarət edirdi.  Bağdadın cənubunda 
yerl
əşən  şiələrin yaşadığı  rayonlar  çoxmillətli  divizyaların  məsu-
liyy
ət  zonası  hesab  edilirdi.  Onun tərkibi  Polşa,  İspaniya,  İtaliya, 
Ukrayna v
ə  bir neçə  Mərkəzi Amerika ölkələrindən təşkil  edil-
mişdi.   
İraqın  ucqar  cənubunda yerləşən Bəsrədə  Britaniya 
kontingenti yerl
əşirdi.  Müvəqqəti koalisiya inzibati idarəsinə 
istefada olan general Cem Qarher başçılıq edirdi.  Onu mayda Pol 
Brener 
əvəz etdi.   
İnzibati  idarənin  əsas vəzifəsi hakimiyyəti  yeni  İraq  höku-
m
ətinə vermək üçün lazimi şəraiti yaratmaq idi.  Müvvəqəti inzi-
bati idra
ənin birinci vəzifəsi İraq ordusu və polisini buraxmaq idi.   
Müharib
ə qurtardıqdan sonra İraqı öyrənmək üçün İşçi qrupu 
f
əaliyyətə başladı.  O, ilk növbədə kütləvi qırğın silahlarının axtarı-
şına başladı.  2004–cü ildə bu qrupa öz işini qurtardı, yekun hesa-
batda göst
ərdi ki, hərbi  əməliyyatların  başlandığı  gündən  İraqda 
kütl
əvi qırğın silahları tapılmamışdır.    
Döyüş  əməliyyatları    başa  çatdıqdan  sonra  ölkədə  partisan 
müharib
əsi  başlandı.    May  ayı  ərzində  partiyadakılar  koalilisiya 

 
215 
qoşunlarına  qarşı  hücuma  keçdi.    İyun  aylarında  ABŞ  silahlı 
qüvv
ələri birinci əhəmiyyətli  əməliyyat həyata keçirdilər.  Bu 
S
əddam rejimi devildikdən sonra ilk hərbi  əməliyyat idi.O 
“Yarımada  üzrə  zərbə”  əməliyyatı  adlandı.  Əvvəllər  partizanlar 
əsasən Səddam Hüseyn tərəfdarlarından  və  BƏƏS  partiyasının 
f
əallarından təşkil edilirdi.  Bu qruplaşmalar çoxlu sayda silah və 
döyüş vasitələri ələ keçirdilər.    
Koalisiyaya  qarşı  partisan  hərəkatının  təşkili  2003–cü ilin 
payızında başa çatdı.  Bu hərəkat müsəlmanların bayramı Ramazan 
şərəfinə oktyabr–noyabr aylarında “Ramazan hücumu” adını aldı.  
Bu dövrd
ə  bir neçə  ABŞ  təyyarəsi  vuruldu.  2003–cü ilin 
noyabrında  koalisyanın  110  hərbi qulluqçusu həlak oldu. 
Üsyançılar 
tipik 
partizan 
taktikasından–minomyotlardan, 
sinayperl
ərdən,  ölüməməhkum  olanların  hücumlarından  istifadə 
edirdil
ər.  Mübarizə  vasitələrindən biri də  terror  aktlarının 
tör
ədilməsi idi. İlk  belə  terror  aktı  2003–cü ilin avqustunda 
İordaniya səfirliyində oldu.  Terroristlər sonrakı dövrdə Bağdadda 
BMT–nin m
ənzil qərargahını dağıtdılar ki, nəticədə ölənlər arsında 
BMT–
nin İraq missiyasının rəhbəri Serjio Vneyr di Mello da var 
idi.    Ən  müvəffəqiyyətli  terror  aktı  Nasiriyyə  şəhərində  2003–cü 
ilin  noyabrında  İtalyan  kontingentinin  kazarmasında  baş  verən 
partlayış idi.   
Bu dövrd
ə koalisiya qüvvələrinin əməliyyatları uğurla davam 
edirdi.  Bir  il 
ərzində  köhnə  rejimin  bir  sıra  xadimləri  tutuldu.  
İyulun  22–də  Mosulda 101–ci hava–desant  əsgərlərlə  atışmada 
S
əddam Hüseynin oğlanları Udey və Kusey həlak oldular.  Dekab-
rın 13–də Tikrit rayonunda 4–cü piyada diviziyasının hərbi qulluq-
çuları S.  Hüseynin özünü həbs etdilər.  Belə hesab edirdilər ki, o 
partizan h
ərəkatının  ilhamvericilərindən və  təşkilatçılarından  biri-
dir.  Lakin onun h
əbsindən sonra da partizan hərəkatı sönmədi.   
2004–cü ilin fevral–
martında  İraqda  nisbi  sabitlik  yarandı.  
Üsyançların  hərbi  aksiyalarının  azalması  nəticəsində  beynəlxalq 
k
oalisyanın itkisi aşağı düşdü. Lakin bu sabitlik aldadıcı idi.  Artıq 
2004–
cü  ilin  yazında  ABŞ  və  onun müttəfiqlləri Bağdadı  götür-
dükd
ən sonra  sünni partizan hərəkatı və şiə müxalifəti ilə toqquş-
ma oldu.   

 
216 
2003–
cü ilin sonunda şiələrin dini və siyasi liderləri ümumi 
seçkil
ər keçirilməsi və  hakimiyyətin  seçilmiş  hökumətə  verilməsi 
t
ələbi ilə çıxış etdilər.  onlar belə hesab edirdilər ki, ənənəvi olaraq 
hakimiyy
ətdə olan süni azlıqdan (xüsusiilə S.Hüseynin hakimiyyəti 
dövrü)yaxa qurtara, ölk
ədə  siyasi hakimiyyəti öz əllərinə  ala 
bil
ərlər.  Müvəqqəti koalisiya inzibati idarəsi seçkilərə qədər ölkəni 
idar
ə etmək niyyətində idi.  ABŞ–ın mövqeyi şiələrin bir qrupunda 
narazılıq  yaratdı.  Onların  ən radikal nümayəndələrindən biri olan 
molla Mukatada–
Əs–Sədr  xarici  qoşunların  İraqdan  çıxarılması, 
plüarist demoktarik islam dövl
ətinin  yaradılması  tələbi ilə  çıxış 
etdi.  
Əs–Sədr  “  Mehdi  ordusu”  adlanan  silahlı  dəstə  təşkil  etdi.  
Bu  qruplaşmanın  köməyi ilə  o çoxmillətli qüvvələrə  qarşı  üsyan 
t
əşkil etməyi qərara aldı.   
Şiələrin  üsyanı  Falludcadakı  hadisələrlə  üst–üstə  düşdü.  
Bağdadın  qərbindəki bu əhali məntəqəsi 2003–cü ilin  ortalarında 
sünni müqavim
ət hərəkatının  əsas  dayağı  hesab  edilirdi.    ABŞ 
döyüşçüləri İraqda xeyli itki verdilər.  yazın əvvəllərində buradan 
82–ci hava–
desant diviziyası köçürüldü və o, dəniz piyadları hissə-
l
əri ilə  əvəz edildi. Onlarla  İraq  camaatı  arasında  güclü  toqquş-
malar oldu. Falludcaya ABŞ qoşunları nəzarət edə bilmirdilər.   
Şiə  üsyanı  aprelin  4–də  başlandı  və  sonrakı  bir  neçə  gündə 
İraqın cənub və mərkəzinindəki şəhərlərdə güclü toqquşmalar oldu.  
Eyni zamanda aprelin 5–d
ən ABŞ piayda qoşunları Falludcaya hü-
cum etdil
ər.  Lakin məlum oldu ki, əməliyyat üçün qüvvələr kifa-
y
ət deyildir.   
Şiə üsyanlarının gözlənilməzliyi ABŞ silahlı qüvvələrinə mü-
əyyən qədər itki versə də, ABŞ qüvvələri aprelin sonunda müqa-
vim
ətin əsas ocaqlarını söndürə bildilər.  Əs–Sədrdə yerləşən En–
N
əcəfdə də döyüşlər getdi.  Nəhayət, «Mehdi ordusu» atəşin kəsil-
diyini elan etdi.  Fallud
cada da qarşıdurmalar dayandırıldı.  Xüsusi 
İraq briqadası təşkil edildi ki, şəhərdə asayişə nəzarət etsin.  Fal-
luqca üz
ərində nəzarəti itirdikdən sonra 2004–cü ilin iyulun 28–də 
Müv
əqqəti koalisiya inzibati idarəsi bir neçə şiə şəhərində öz səla-
hiyy
ətlərini başda baş nazir Ayyad Allani olamqla İraq keçid höku-
m
ətinə verdi. Kağız üzərində İraqın xariclər tərəfindən işğalına son 
qoyulmuş oldu. Beynəlxalq koalisiyanın qoşunları BMT TŞ–nın (8 

 
217 
iyun 2004–cü ild
ə  qəbul etdiyi)  qətnaməsi  əsasında BMT–nin 
mandatı ilə və yeni İraq hökumətinin xahişi ilə qaldılar.Yeni İraq 
ordusu v
ə təşkili üzrə iş getməyə başladı. Danışıqlar tezliklə pozul-
du.  İraq hökumətinin təkbaşına ölkəni idarə etməyi bacarmaması 
n
əticəsində  2004–cü  ilin  noyabrın  8–də  ABŞ  İraq  qüvvələrinin 
birg
ə  Falludcaya  ikinci  hücumu  başlandı.  ABŞ  silahlı  Qüvvələri 
üçün  bu  Vyetnam müharib
əsindəki  Hyue  döyüşündən sonra ən 
intensiv  döyüş  oldu.  Falludca  bu  hücumun  gedişində  çox güclü 
əzab çəkdi,  lakin  ayın  axırına  qədər  onlar  bütün koalisiya 
qoşunlarına nəzarət edə bildilər.  Lakin ayın sonunda süni partizan 
h
ərəkatı özünün başlıca mərkəzindən məhrum oldu.  
2005–
ci  ilin  yanvarın  30-da təhlükəsizlik tədbirlərinin güc-
l
ənməsi  şəraitində  İraqda  yarım  əsr  ərzində  birinci dəfə  olaraq 
çoxpartiyalı  parlament  seçkiləri keçirildi. Seçki  baş  tuta  bildi.  
Birl
əşmiş  Şiə  İraq  Alyansı  seçkilərdə  qələbə  qazandı  və  48% səs 
topladı.  Apreldə  keçid hökuməti təşkil  edildi.  Onun  qarşısında 
ölk
ənin konstitusiyasını hazırlamaq bir vəzifə kimi qoyuldu.  Və-
ziyy
ət getdikcə  pisləşməyə  başladı.  2005–ci  ilin  payızında  İraqa 
g
ətirilmiş  ABŞ–ın  dəniz  piyadaları  sərhəd  rayonlarında  bir  sıra 
əməliyyatlar, o cümlədən “Matador”, “Polad pərdə”  əməliyyatla-
rını  keçirdilər.  Bağdadda  terror  aktları  həyata keçirildi. 700–dən 
çox insan 
terror  aktının  qurbanı  oldu.  Onların  arasında  yüksək 
postlarda 
əyləşən hərbi və dini İraq liderləri də var idi.  Buna cavab 
ola
raq  ABŞ  komandanlığı  Bağdadda  iri  miqyaslı  “İldırım”  adlı 
əməliyyat keçirdi. Bu  əməliyyatda  40  min  ABŞ  və  İraq  hərbi 
qulluqçusu iştirak edirdi.  
Yeni konstitusiyanın hazırlanması prosesində şiə, kürd, digər 
t
ərəfdən isə süni partiyaları içərisində ziddiyyətlər meydana çıxdı.  
Sünnil
ər dövlətin  federal  quruluşu  məsələsi ilə  razılaşmırdılar.   
H
əmçinin onlar BAAS partiyasının ləğvi və İraqın ərəb dünyasına 
aid etm
əklə  də  razılaşmırdılar.Konstitusiya layihəsi  əsasən  şiə  və 
kürdl
ərin baxışlarını özündə əks etdirirdi.   
İraq  cəmiyyətində  parçalanma  konstitusiyanın  qəbulu ilə 
əlaqədar 2005–ci  il  oktyabrın  15–də  keçirilən referendumda bir 
d
aha özünü aydın çəkildə göstərdi.   

 
218 
 
Konstitusiyanın  qəbulundan  sonra  dekabrın  15–də  yeni 
parlament seçkil
əri keçirildi.  Ölkənin daimi hökuməti təşkil edildi.  
Milli  yığıncaqda  ölkənin birləşmiş  İraq  Aliyansı  yenidən qələbə 
qazanaraq 128 yer tutdu.  Bütün sünn
i partiyaları 58 yer, kürdlər 
is
ə 53 yer aldılar. .   
İraqda şiələrin hakimiyyətə gəlməsi islamın cərəyanlarına eti-
qad ed
ənlərlə  şiələr  arasındakı  münasibətləri kəskinləşdirdi.  
Sünnil
ər  azlıq  təşkil  etsələr də, həmişə  ölkənin  siyasi  elitasının 
əksəriyyətini ənənəvi olaraq təşkil etmişlər.  süniləri bürüyən əsas 
t
əhlükə  ondan ibarət  idi  ki,  İraq  ərazisində  Şiələr və  kürdlər öz 
suveren dövl
ətlərini təşkil etsinlər.  Belə olan təqdirdə ölkə özünün 
əsas neft mənbələrindən məhrum ola bilərdi.  2006–cı  ildə 
beyn
əlxalq koalisiya qüvvələrinə qarşı mübarizə ikinci plana keçdi. 
Dinl
ərarası münaqişə  zəminində  ölkədə  həyəcanlar  başladı.Şiə  və 
süni m
əscidləri  dağıdıldı,  çoxlu  dinc  iraqlıları  oğurladılar  və 
öldürdül
ər.  İraqda  vətəndaş  müharibəsi  başlandı.  C.  Bu 
administrasiyası  bu  formuldan  qaçmağa  çalışsa  da,  bu fakt idi.  
Daxili  münaqişələr nəticəsində  365  min  iraqlı  qaçqın  vəziyyətinə 
düşdü.    Zorakılıq  nəticəsində  hər ay ölkənin 100–dən  artıq 
v
ətəndaşı həlak oldu.   
2006–
cı  ilin  may  ayının  20  də  İraq  birinci  dəfə  olaraq  S.  
Hüseyn rejimi devrildikd
ən sonra daimi milli hökumət təşkil etdi.  
Baş nazir Nuri Məlik oldu.  İyunun 7–də beynəlxalq koalisiya qüv-
v
ələri  üsyançılarla  mübarizədə  böyük  uğur  qazandılar.  Nəticədə 
t
əyyarə  zərbəsi nəticəsində  həmin ilin iyulunda Mutanna əyaləti 
üz
ərində  ilk dəfə  İraq  ordusu  onun  təhlükəsizliyinin təmin edil-
m
əsinin öz üzərinə götürdü.   
2006–
cı ilin sonunda ABŞ administrasiyası özünün İran siya-
s
ətində  məcburi köklü dəyişiklər etdi. 2006–cı  ilin  yadda  qalan 
hadis
ələrindən biri də  keçmiş  İraq  prezidenti  Səddam Hüseynin 
edamı idi.   
2007–
ci illin yanvarın 10–da C. Buş İraqa qarşı ABŞ –ın yeni 
strateg
iyasını elan etdi.  Bunun qeyri–rəsmi adı “İrəliyə yeni yol” 
adlandırdı.Lakin bu “Böyük dalğa” kimi məşhur idi.O, öz çıxışında 
göst
əriridi ki, əvvəllər İraq məsələsində Böyük səhvlər buraxmış-
dır.İraqda daha çox müvvəfəqiyyətlər qazanmaq üçün çatışmayan 

 
219 
c
əhət həm qoşunun sayının, həm də ABŞ komandanlığının sərbəst 
h
ərəkətinin  lazımi  səviyyədə  olmamsaı  idi.  Sərhədləri qorumaq 
t
ədbirləri gücləndirildi.  Hərbi  qulluqçuların sayı 21, 5  min  nəfər 
artırıldı.  Bu tədbirlər uzunmüddətli xarakter daşımalı idi. C. Buş 
qeyd edirdi ki, b
izi ağır və qanlı illər gözləyir. Bu həm İraq əhalisi, 
h
əm də  bizim hərbi qulluqçular içərisində  yeni  qurbanlara səbəb 
olacaq.   
İqtisadi böhranla yanaşı, ABŞ hökumətini ciddi narahat edən 
probleml
ərdən  biri  İraqdakı  vəziyyət  idi.    İraqdakı  müharibəsinin 
ABŞ  üçün  maliyyə, humanitar və  beynəlxalq cəhətdən  baha  başa 
g
əldiyi məlum oldu.  2008–ci ilin sonunda İraq müharibəsi ABŞ-a 
1  trilyon  dollara  başa  gəlirdi.  ABŞ–ın  İraqdakı  əsgərlərinin  sayı 
126 min n
əfər idi.  İraqda ABŞ–ın 4 min nəfər hərbi qulluqçusu hə-
lak  olmuş,  30  min  nəfəri  yaralanmışdı.  Müharibənin  uzanması 
ABŞ–ın beynəlxalq mövqelərinin zəifləməsinə, ona etimadın azal-
masına səbəb olmuşdu.  Xüsusilə islam dünyasında ABŞ–a nifrət 
artmışdı.  2008–ci ilin  dekabrın 31-də 35 ölkədən olan əsgərlərin 
İraqda  qalmasının  müddəti  başa  çatmışdı.    Bu  vaxta  qədər xarici 
qo
şunların  İraqda  olması  BMT  Təhlükəsizlik    Şurasının  qərarına 
əsaslanırdı. 2008–ci ilin sonundan isə xarici qoşunların İraqda qal-
ması ikitərəfli sazişlə tənzimlənməli idi.  ABŞ–la İraq arasında ora-
dakı  Amerika  əsgərlərinin  statusu  haqqında  saziş  2008–ci ilin 
payızında  imzalanmışdı.Bu  saziş  ABŞ  hərbiçilərinin İraq  şəhərlə-
rind
ən 2009–cu ilin iyunun 31–dək çıxarılmasını nəzərdə tuturdu.  
İraq  hökuməti  xahiş  etməsə, 2011–ci  ilin  dekabrın  31–dək  ABŞ 
qoşunları İraq ərazisini tərk etməli idi.  Sazişə görə, ABŞ qoşunları 
İraq qanunlarına tabe deyildi, əgər qanun pozuntusu əsgərin yerləş-
diyi h
ərbi bazadan kənarda  baş  versə, istintaqda yerli hakimiyyət 
orqanları iştirak edə bilərdi.   
 
Əfqanıstandakı  antiterror  əməliyyatlarının  da  sonu  görün-
mürdü.  2008–
ci  ilin  oktyabrında buradakı  ABŞ  əsgərlərinin  sayı 
t
əqribən 32 min nəfər idi.  C. Buş hökuməti əsgərlərinin sayını 20–
30 min n
əfər artırmaq fikrində idi.  İraqda və Əfqanıstanda aparılan 
h
ərbi əməliyyatlar böyük xərc tələb edirdi.   
ABŞ  administrasiyasının  yeni  strategiyası  kifayət qədər bir-
m
ənalı qarşılanmadı.Respublikaçı–senator Çorc Xahel onu “Vyet-

 
220 
nam müharib
əsi  zamanında  olduğu  kimi  bu  ən təhlükəli xarici 
siyas
ət xətti” adlandırmışdı. 2007–ci ildə bir konqresdə İraqda aid 
olan yeni 
işlənib hazırlandı.  48 nəfər bu planın lehinə, 60 nəfər isə 
əleyinə səs verdi.   
Bağdadda ABŞ–İraq əməliyyatı “Qanun və intizam” adlandı 
v
ə bu əməliyyat fevraldan noyabra qədər davam etdi.  Əməliyyatın 
başlanğıcında ABŞ qüvvələri şəhərin 20% - nə nəzarət edirdi.   Dö-
yüşçülər xeyli dərəcədə  öz fəaliyyətlərini  genişləndirdilər.  Yan-
varın  sonu  fevralın  əvvələrində  onlar  bir  neşə  ABŞ  təyyarələrini 
vura bildil
ər.  Müharibə başlandıqdan sonra İraqda həlak olan hərbi 
qulluqçuların sayı 2007–ci ildə rekord həddinə çatdı.  Onların sayı 
901 n
əfər  təşkil edirdi.   
2008–ci ild
ə İraqda nisbi sabitliyin hökm sürməsinin səbəbi 
“Mehdi ordusu” nun 2004–cü ild
ə məğlubiyyətindən sonra İranın 
t
əsiri ilə onun 2007–ci ilin ortalarında yarım il atəşi kəsməsini elan 
etm
əsi idi.  2008–ci ilin əvvəllərində bu müddət daha da uzadıldı.  
Bu işdə molla Əs–Sədr Muktada–Əs sədrin böyük rolu olmuşdur. 
“Əl–Qaida” təşkilatının yerləşdiyi yerlər Bağdad, Bəsrə, Mosul idi.  
Xüsusil
ə Mosul, ABŞ Tədqiqat idarəsi direktoru Maykl Heydenin 
fikrin
ə görə, ölkədə ən təhlükəli şəhər idi.  2008–ci ilin aprelində 
koalisiya  qoşunlarının  komandanı  Devid  Petrens  ABŞ 
konqresind
əki çıxışındada göstərirdi ki, biz hələ bu tunelin axrına 
g
əlməmiş və heç bir işıq görmürük.  2008–ci ildə iraqlılardan hər 
ay öl
ənlərin  sayı  xeyli  azaldı,  300 nəfərə  yaxın  idi.    Beynəlxalq 
koalisiya is
ə 2008–ci ildə 320 nəfər hərbi qulluqçu itirdi.   
2009–
cu ilin yayında İraqı ABŞ–la müttəfiq ölkələrin sonun-
cu qoşun kontingenti tərk etdi.  Avqustun 1–dən İraqda ancaq ABŞ 
qoşunları qaldı.   
İraqa müdaxilədə iştirak edən ölkələr aşağıdakılar idi:  
1)
 
ABŞ–ın  250 min qoşun daxil olmuşdu.  2010–cu ilin av-
qustun  sonu  Barak  Obamanın  əmri  ilə  orada  cəmi  50  min  əsgər 
qalmışdı.   
2)
 
Avstraliya–2000 (2009–
cu ilin iyulunda çıxarıldı).   
3)
 
Azərbaycan–250 (2008–ci ilin dekabrında çıxarıldı).   
4)
 
Albaniya–240  (2003–
cü  ilin  aprelindən  2008–ci ilin 
dekabrına qədər iştirak etmişdir).   

 
221 
5)
 
Ermənistan–50  (2005–ci  ilin  yanvarından  2008–ci ilin 
oktyabr
ına qədər iştirak etmişdir).   
6)
 
Bolqarısatn–490 (əsas hissəsi 2005–ci ildə, qalan hissə isə 
2008–
ci ilin dekabrında çıxarılmışdır).   
7)
 
Bosniya  və  Hersoqovin–40 (2005–ci ilin iyunundan 
2008–
ci ilin noyabrna qədər iştirak etmişdir).   
8)
 
Böyük Britaniya–45000  (2009–cu ilin iyulunda 
çıxar-
mışdır) 
9)
 
Macarıstan–300  (2003–cü ilin avqustundan 2005–ci ilin 
martına qədər iştirak etmişdir) 
10)
 
Honduras-  370  (2003–cü ilin avqustundan 2005–ci ilin 
martına qədər iştirak etmişdir) 
11)
 
Gürcüstan–2000 (2003–
cü ilin avqustundan iştirak etmiş, 
Cənubi  Osetiyadakı  münaqişə  ilə  əlaqədar  olaraq2008–ci ilin 
avqustunda çıxarılmışdır) 
12)
 
Danimarka–550 (2003–
cü ilin aprelindən 2007–ci ilin de-
kabrına qədər iştirak etmişdir) 
13)
 
Dominikan  respublikası  -  300  (2004–cü  ilin  mayında 
çıxarılımışdır) 
14)
 
İslandiya–2 (2003–cü ilin mayında çıxarılmışdır) 
15)
 
İspaniya–1300  (2003–cü  ilin  apreldən  iştirak  etmiş, 
2004–
cü ilin 11 mart terror aktından  sonra çıxarılmışdır) 
16)
 
İtaliya–3200  (2003–cü ilin iyulundan  2006–cı  ilin 
noyabrına qədər iştirak etmişdir) 
17)
 
Qazaxıstan–30  (2003–cü  ilin  sentyabrından  2008–ci ilin 
oktyabrına qədər iştirak etmişdir) 
18)
 
Latviya 140 (2004–
cü ilin aprelindən iştirak etmiş, 2008–
cü ilin aprelində tamamilə çıxarılmışdır) 
19)
 
Litva–120 (2003–cü ilin iyunundan 2007–cü ilin avqus-
tuna qədər iştirak etmişdir)   
20)
 
Makedoniya–80 (2003–cü ilin iyulundan 2008–cü ilin 
noyabrına qədər iştirak etmişdir)   
21)
 
Moldaviya–20 (2003–
cü  ilin  sentyabrından  2008–cü ilin 
dekabrına qədər iştirak etmişdir) 
22)
 
Monqolustan–180 (2003–cü ilin avqustundan 2008–cü 
ilin sentyabrına qədər iştirak etmişdir) 

 
222 
23)
 
Niderland–1350  (2003–cü ilin iyulundan 2005–cü ilin 
martına qədər iştirak etmişdir)   
24)
 
Nikaraqua–230 (2003–
cü ilin sentyabrından 2004–cü ilin 
fevralına qədər iştirak etmişdir)   
25)
 
Yeni Zelandiya–60 (2003–
cü ilin sentyabrından 2004–cü 
ilin sentyabrına qədər iştirak etmişdir)   
26)
 
Norveç–150 (2003–cü ilin iyulundan 2006–cü ilin 
avqustuna qədər iştirak etmişdir)   
27)
 
Polşa–2500 (2003–cü  ilindən,  2008–cü  ilin  oktyabrına 
qədər iştirak etmişdir) 
28)
 
Portuqaliya–130 (2003–
cü ilin noyabrından 2005–cü ilin 
fevralına qədər iştirak etmişdir)   
29)
 
Koreya  respublikası–3600 (2003–cü  ilin  mayınadan 
2008–
cü ilin dekabrına qədər iştirak etmişdir)   
30)
 
Ruminya–730 (2003–cü ilin iyulundan 2009–cu ilin 
iyuluna qədər iştirak etmişdir)   
31)
 
Salvador–380 (2003–cü ilin avqustundan 2009–cu ilin 
yanvarına qədər iştirak etmişdir)   
32)
 
Sinqapur–160 (2003–
cü  ilin  dekabrından  2004–cü ilin 
sonunadək iştirak etmişdir)   
33)
 
Slovakiya–110 (2003–cü ilin avqustundan 2007–cu ilin 
yanvarına qədər iştirak etmişdir)   
34)
 
Tailand–420 (2003–cü ilin avqustundan 2004–cu ilin 
avqustuna qədər iştirak etmişdir)   
35)
 
Tonqo–60  (2004– 
cü  ilin  dekabrından  2008–cü ilin 
dekabrına qədər iştirak etmişdir)   
36)
 
Ukrayna–1650 (2003–cü ilin avqustundan 2008–cü ilin 
dekabrına qədər iştirak etmişdir) 
37)
 
Filippin–50 (2003–cü ilin iyulundan 2004–cu ilin iyuluna 
qədər iştirak etmişdir)   
38)
 
Çexiya–300 (2003–
cü  ilin  dekabrından  2004–cü ilin 
iyuluna qədər iştirak etmişdir)   
39)
 
Estoniya–40 (2005–cü ilin iyulundan 2009–cu ilin 
fevralına qədər iştirak etmişdir)   
40)
 
Yaponiya–600 (2003–
cü  ilin  yanvarından  2006–cu ilin 
iyuluna qədər iştirak etmişdir)   

 
223 
Ümumiyy
ətlə, 2003–cü  ilin  martın  27–də  təşkil  edilmiş 
koalisiyada 49 ölk
ə iştirak etmişdir.    
  2010–
cu  ilin  dekabrın  6–na qədər  İraq  müharibəsində 
ABŞ–dan 4432 nəfər  ölmüş,  32  min  nəfər  yaralanmışdı.    O 
cüml
ədən ABŞ 2003–cü ildə 486, 2004–cü ildə 849, 2005–ci ildə 
846, 2006–
cı ildə 822; 2007–ci ildə 804, 2008–ci ildə 314, 2009–
cu ild
ə 149, 2010–cu ildə 52 nəfər hərbi qulluqçu itirmişdi.   
Koalisiyada  iştirak  edən 21 ölkənin hərbi kontingentindən 
1s
ə 137 hərbi qulluqçu həlak olmuşdu ki, onlardan 179–u İngiltərə-
d
ən idi.    
Hesablamalara gör
ə  bu müharibə  nəticəsində  İraqda  həlak 
olmuş 733 158 nəfərdən 1446 063- ə qədəri dinc sakin idi.  Ailə-
l
ərin 20,21 % - I həlak olmuşdur.  İraqda isə o zaman 405 milyon 
ail
ə  var idi.  Digər bir hesablamaya görə  isə  İraqdan  89 612–dən 
97 840–a q
ədər dinc sakin həlak  olmuşdu.    Ümumdünya  səhiyyə 
t
əşkilatının  hesablamasına  görə  isə  2006–cıı  ilə  qədər  İraqdan 
10400–d
ən, 223000 - ə qədər dinc əhali həlak olmuşdur.  ABŞ–ın 
İraqdakı əməliyyatına dair sənədlərdə isə göstərilir ki, 2010–cu ilə 
q
ədər İraqdan 66000 dinc sakin həlak olmuşdur.  
İraq  müharibəsi  zamanı  fosforlu  aşılayıcı  bombalardan  və 
dig
ər kimyəvi silahlardan istifadə edilmişdir. Bu silahlar 150 metr 
radiusda bütün canlıları məhv etmək gücünə malik idi.  Təkcə Əf–
F
əlludca  əməliyyatı  zamanı  1200  partizan  öldürüldü.Halbuki 
BMT–nin q
əbul etdiyi konvensiyaya əsasən bu silahlardan istifadə 
qadağan edilmişdi.   
2004–cü ilin 
əvvələrindən 2005–ci  ilin  ortalarına  qədər 12 
min iraklı terror aktı nəticəsində öldürülmüşdür.  İraqda BMT–nin 
ştab–mənzilindəki  partlayış  nəticəsində  2  Əlcazair  və  Misir 
v
ətəndaşı, beş Rusiya diplomatı həlak olmuşdur.   
Bu müharib
ə  nəticəsində  İraq  regional dövlət kimi öz 
əhəmiyyətini itirsə  də,  ABŞ–ın  da  qələbəsi o qədər də  ürək açan 
deyildi.  Bu q
ələbə ABŞ–a böyük hərbi xərclər və xeyli insan itkisi 
hesabına başa gəldi.  ABŞ İraqda Səddam Hüseyn rejimini devirsə 
d
ə, sülhə nail olmağı bacarmadı.   
 

 
224 
1   ...   15   16   17   18   19   20   21   22   23


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə