SƏmayə MƏMMƏD qızı mustafayeva şƏhla müZƏFFƏR qızı qurbanova z əRİFƏ ŞAMİL qızı cavadova



Yüklə 2.8 Kb.
PDF просмотр
səhifə22/23
tarix24.04.2017
ölçüsü2.8 Kb.
1   ...   15   16   17   18   19   20   21   22   23

IV. 
ABŞ və Rusiyanın Şərqi Avropa və keçmiş Sovet 
m
əkanında nüfuz dairəsi uğrunda mübarizəsi 
İkinci  Dünya  müharibəsindən  sonra  Şərqi və  Cənubi-Şərqi 
Avropanın  bir  sıra  ölkələrində  SSRİ-nin təsiri nəticəsində  sosia-
lizm c
əmiyyəti quruldu. Lakin bu ölkələrdə (Polşa, Çexoslovakiya, 
Macarıstan,  Pribaltika ölkələri) “sovet modeli”nin  tətbiqi, milli 
xüsusiyy
ətlərin nəzərə  alınmaması  əhali içərisində  böyük 
narazılığa səbəb oldu. Hələ XX əsrin 50-ci illərində ADR, Polşa və 
Macarıstanda SSRİ-nin siyasəti və sosializm quruluşuna qarşı olan 
çıxışlar,  1968-ci il Çexoslovakiyada,  70-ci illərdə  Polşada  baş 
ver
ən hadisələr bunun əyani sübutu idi. O zaman bu çıxışlar SSRİ 
t
ərəfindən yatırıldı.  
XX 
əsrin 70-ci illərinin sonunda dünyada sağa doğru dönüş 
baş verdi. “Firavanlıq dövləti” anlayışından əl çəkilməyə başladı. 
“Dünyanın  böyük  dövlətlərində” yeni mühafizəkarlığı  müdafiə 
ed
ən qüvvələr hakimiyyətə gəldilər. Məlum oldu ki, artıq dünyada 
vahid status-
kovu saxlamaq mümkün deyildir. SSRİ  xarici siyasət-
d
ə  “yeni siyasi təfəkkür  tərzi”  doktrinasını  irəli sürdü  ki, bunun 
mahiyy
əti inzibati-amirlik  metodlarından  əl çəkmək,  ən kiçik 
dövl
ətin də mənafeyi ilə də hesablaşmaq demək idi. SSRİ ilə ABŞ 
arasındakı  münasibətlərdəki  mülayimləşmə  dünya hadisələrinin 
gedişinə də öz təsirini göstərdi. Şərqi Avropanın sosialist ölkələri 
SSRİ-də  yaranan vəziyyətdən məharətlə  istifadə  edərək, 
demokratik  inkişaf  yolunu  seçdilər,  çoxpartiyalılığı  tətbiq etdilər. 
bazar  iqtisadiyyatına  keçdilər.  SSRİ  dağılmağa  başladı.  onun 
t
ərkibindən 1990-cı  ilin  martında  Pribaltika  ölkələri  çıxdıqlarını 
bildirdil
ər. 1991-ci  ilin  dekabrın  8-də  Rusiya, Ukrayna və 
Belarusiya 1922-
ci  il  SSRİ-nin təşkili  haqqında  İttifaq  müqa-
vil
əsindən imtina etdilər və  MDB-nin (Müstəqil Dövlətlər Birli-
yinin) yaradılması haqqında saziş bağladılar. 1991-ci ilin dekabrın 
27-d
ə SSRİ-nin mövcudluğuna son qoyuldu. 
B.Yeltsinin  baş  məsləhətçisi  Dmitri  Ryurikov  “İnterfaks”da 
(20 noyabr 1996-
cı il) Ukraynanı “müvəqqəti fenomen” kimi gös-
t
ərir.  Moskvada  çıxan  “Obşaya  qazeta” (10 dekabr 1996-cı  il) 
yazırdı  ki,  Ukraynanın  Şərq hissəsi Rusiya üçün gələcəkdə  çətin 
bir m
əsələ  ola bilər. Təzahür edən  ümumi  narazılıq...belə  bir 

 
257 
çağırış,  hətta tələblə  nəticələnə  bilər ki, Rusiya bu regiondan 
tamamil
ə əlini çəksin. Moskvada da bu “planla razı olanlar kifayət 
q
ədərdir”. Qərb dövlətləri Rusiyanın  Krıma  və  Sevastopola  qarşı 
ir
əli sürdüyü iddialardan narahat olduğunu da açıqca bildirməkdən 
ç
əkinmir. 
Rusiya üçün yegan
ə  geostrateji  seçim  Avropanın  timsalında 
öz c
əmiyyətini yeni dəyişikliyə  uyğun  surətdə  qurmaq və 
modernl
əşdirmək yolu ilə maksimum imkanlar qazanmaq, nəticədə 
beyn
əlxalq aləmdə real rolunu oynamağı bacarmaq idi. Həm də bu 
sad
əcə Avropa deyil, Aİ və NATO-nun genişlənməsi ilə müşayiət 
olunan transatlantik Avropası ola bilər. Belə Avropa isə ABŞ-la sıx 
əlaqədar  idi.  Rusiyanın  təhlükəli geosiyasi təcrid olunmadan 
qurtarmaq üçün yegan
ə çıxış yolu bu ola bilərdi. 
Amerika üçün Rusiya o q
ədər zəifdir ki, partnyor ola bilməz. 
Lakin 
əvvəlki kimi Rusiya yenə də hərbiyə görə güclü rəqib olaraq 
qalırdı.  Amerika  üçün  Rusiyanın  diqqətini mühüm geosiyasi se-
çimd
ən yayındırmaq vacid idi. Ona görə də ABŞ-ın Çin və İranla 
münasib
ətləri də bu müstəvidə qurulmalı və bu vəziyyət ABŞ məq-
s
ədinə  çatana qədər davam etdirilməli idi.  Rusiya  öz  ağır  xəstə-
liyind
ən xilas almaq üçün böyük geostrateji variant haqqındakı 
x
əyallarının saxlanmasını tarixin seçimi üçün təxirə salmağa məc-
bur idi. 
Sovet  İttifaqının  mövcudluğuna  son  qoyulması,  onun 
ərazisində yeni müstəqil dövlətlərin yaranması dünyada, geopolitik 
şəraiti köklü surətdə dəyişdirdi. İki çox qüdrətli dövlətdən birinin, 
eyni zamanda dünyada nüfuzlu cazib
ə qüvvəsi olan dövlətin siyasi 
meydandan getm
əsini dünya ictimaiyyəti yeni keyfiyyət dəyişikliyi 
kimi başa düşdü. Rusiyanın və MDB-nin üzvü olan digər ölkələrin 
keçirdiyi ciddi ç
ətinliklərin – iqtisadiyyatın dağılmasının, əhalinin 
əksəriyyətinin yaşayış səviyyəsinin pisləşməsinin, siyasi mütərəd-
didliyin, etnik qruplar arasındakı münaqişələrin və cinayətkarlığın 
artmasının dərk edilməsi bu baxışın təsdiq olunmasını tamamladı. 
M
ərkəzi və Cənub-Şərqi Avropa ölkələrində  yeni rejimlərin 
qurulması və VMT-nin özünü buraxması ilə əlaqədar olaraq sosia-
list birliyi adlanan ç
ərçivə daxilində fəaliyyət göstərən beynəlxalq 
münasib
ətlərin əvvəlki sistemi öz mövcudluğunu dayandırdı. Şərqi 

 
258 
Avropa ölk
ələrinin ticarət-iqtisadi  əlaqələrinin  inkişafının  Qərbə 
istiqam
ətlənməsi və Rusiyanın onlarla dünya qiymətləri üzrə val-
yuta haqq-
hesabına keçməsi ənənəvi dostluğun müxtəlif sahələrdə 
z
əifləməsinə  səbəb oldu. Gündəlikdə  Rusiyanın  keçmişdə  SSRİ-
nin  Varşava  Müqaviləsi üzrə  müttəfiqləri və  QİYŞ  üzrə  partn-
yorları olan dövlətlərlə qarşılıqlı münaqişələrin yeni əsasda hüququ 
müqavil
ə şəklində rəsmiləşdirilməsi vəzifəsi dururdu. Dərhal dərk 
olundu  ki,  Rusiyanın  xarici  siyasətində  birinci istiqamət  yaxın 
xarici ölk
ələrlə  -  MDB-yə  daxil olan və  onun  işində  iştirak 
etm
əkdə bitərəf qalan ölkələrlə qarşılıqlı əlaqə yaratması idi. SSRİ-
nin dağılması həllini təcili surətdə tələb edən mürəkkəb problemlər 
doğurdu. Bunlar Rusiyanın milli təhlükəsizliyinin təmin edilməsi, 
SSRİ-nin  silahlı  qüvvələrinin  taleyi,  İttifaqın  xarici  borclarının 
öd
ənilməsi və iqtisadi islahatların aparılması üçün kredit alınması, 
SSRİ-nin xarici mülkiyyətinin bölünməsi,  yaxın  xarici  ölkələrdə 
yaşayan  rusdilli  əhalinin qanuni hüquq və  azadlıqlarının  müdafiə 
edilm
əsi, Rusiyanın və MDB-nin bir sıra ölkələrinin sərhədlərində 
baş  verən, bəzi hallarda dövlətlərarası  münaqişələrə  çevrilən və 
böyük insan itkisin
ə səbəb olan, qanlı toqquşmalara gətirib çıxaran 
münaqişələrin nizama salınması idi. 
Uzunmüdd
ətli amillərin ölçülüb-biçilmiş hesabının olmaması 
xarici iqtisadiyyat v
ə  xarici siyasətin  inkişaf  etmiş    Qərb ölkə-
l
ərinin xeyrinə birtərəfli qaydada yerini dəyişməsinə gətirib çıxart-
dı. Rusiyanın xarici siyasətini yüksək səviyyədə təmin etmək üçün 
onun  tarazlaşdırılması,  rus  diplomatiyasının    lüzumsuz  qorxaqlı-
ğının aradan qaldırılması, müdafiə mövqeyindən və başqa dövlətlə-
rin f
əaliyyət tərzini təqlid etməkdən imtina edilməsi, böyük cəsarət 
v
ə sərbəstlik göstərilməsi vacib idi. lakin XX əsrin 90-cı illərinin 
ortalarına qədər Rusiya hələ özündə güc tapmaqda çətinlik çəkirdi. 
Bu fürs
ətdən Qərb dövlətləri, ilk növbədə ABŞ məharətlə istifadə 
edir,  keçmiş  postsovet  məkanında  yaranan  respublikalara  iqtisadi 
müdaxil
əni gücləndirirdi. 
Byezinski  yazırdı  ki,  “Rusiya...böyük  geosiyasi  təsirə  malik 
olaraq  qalır,  baxmayaraq  ki,  hazırda  zəifləmiş  dövlətdir və  ola 
bilsin ki, x
əstəliyi uzun çəkəcək. O, geosiyasi məqsədlər iddiasında 
üzür, qonşularına gec-tez mühüm təsirini göstərəcəkdir”. 

 
259 
 
Dünya  sosializm  sistemi  iflasa  uğradıqdan sonra  keçmiş 
sosialist ölk
ələri əvvəl heç bir nüfuz dairəsinə daxil olmadılar. Elə 
bil  ilk  anlar  Avropanın  mərkəzində  bir  boşluq,  “qara  dəlik” 
yaranmış oldu. SSRİ-nin varisi olan Rusiyanın ilk anlar başı daha 
çox öz daxili probleml
ərinə qarışdığına görə artıq dünyanın yeganə 
güclü super dövl
əti olan ABŞ Avrasiya onun xarici siyasətinin əsas 
istiqam
ətlərindən biri olduğu üçün bu fürsətdən məharətlə istifadə 
etm
əyə  başladı.  Çünki,  ABŞ  üçün Avrasiya materikinə  sahib 
olmaq dünyaya sahib olmağın açarı idi. bir çox Amerika siyasət-
çil
əri “Yerin ürəyi” konsepsiyasını irəli sürürlər. Bu konsepsiyaya 
gör
ə  Şərqi Avropa Yer kürəsinin ürəyiditr. Ona görə  də  Şərqi 
Avropaya sahib olmaq Avrasiyaya sahib olmaq, Avrasiyaya  sahib 
olmaq is
ə  dünyaya sahib olmaq deməkdir. Ona görə  də  Şərqi 
A
vropadakı boşluğu doldurmaq, “qara dəliyi” işıqlandırmaq ABŞ-
ın xarici siyasətində mühüm yer tutmağa başladı. ABŞ əvvəllər də 
Şərqi  Avropaya  qarşı  laqeyd  olmamışdı.  Belə  ki, hələ  Lindon 
Consonun prezidentliyi dövründ
ə” “”Körpülər salma”, “Qurucu-
luq” doktr
inası, R.Reyqanın prezidentliyi dövründə “Kütləvi diplo-
matiya v
ə demokratiya” doktrinası məhz Şərqi Avropa ölkələri ilə 
əlaqədar  verilmişdir.  Lakin  o  zaman,  onun  SSRİ,  XX  əsrin 90-cı 
ill
ərində  isə  onun  varisi  olan  Rusiya  qarşısında  dururdu.  Hərbi 
c
əhətdən  bir qədər zəifləsə  də, Rusiya Avrasiya kontingenti ilə 
əlaqədar şahmat lövhəsində özünün bir sıra parçalarını itirsə də,öz 
geosiyasi m
əqsədində iddialıdır və yenə də bir sıra əsas mövqeləri 
öz 
əlində  saxlamaq  iqtidarında  idi.  Almaniya,  Fransa  və  Rusiya 
ar
asında yaxınlıq olmamaq üçün Şərqi Avropa onları ayıran başlıca 
ərazi olduğuna görə də ABŞ-ın diqqətini cəlb etməyə bilməzdi. 
Şərqi  Avropanın  keçmiş  sosialist  ölkələri  SSRİ-nin təsir 
dair
əsindən  çıxdıqdan  sonra.  Avropa  qurumları  və  NATO ilə 
əməkdaşlığa öz xarici siyasətlərində xüsusi üstünlük verirdilər.  
H
ələ 1991-ci ilin iyun ayında Şərqi Avropa ölkələrinin gərgin 
h
ərbi-siyasi və iqtisadi strukturlarına inteqrasiyası başlandı. 
1994-
cü  ilin  yanvar  ayında  NATO-nun Brüsseldə  keçirilən 
sessiyasında  qəbul edilən “Sülh naminə  tərəfdaşlıq  proqramı”nı 
Şərqi Avropa ölkələri də  imzaladılar.  1994-cü  ilin  may  ayında 
VMT-
nin keçmiş üzvü olan Polşa, Çexiya, Slovakiya, Macarıstan, 

 
260 
Rumıniya, Bolqarıstan və Baltikyanı ölkələr Lüksemburqda Qərbi 
Avropa İttifaqının assosiativ üzvlüyünə qəbul edildilər. 
Əvvəllər Rusiya buna öz maraqlarına zidd olmayan bir hadisə 
kimi  baxırdı.  Hətta 1993-cü ilin avqustunda RF prezidenti 
B.Yeltsin bunu öz çıxışında da bir daha təsdiq etdi. Lakin bundan 
iki il keçm
əmiş  Rusiya  “valı  dəyişdirdi”  və  bu məsələyə  başqa 
münasib
ət bəsləməyə başladı.  
Sovet h
ərbi təhlükəsi və  kommunizmin Qərbə  doğru  geniş-
l
ənməsi  qorxusu  aradan  qalxdığı  üçün  NATO  potensial  rəqib və 
mümkün ola bil
əcək  münaqişənin xarakteri barədə  əvvəlki təsəv-
vürl
ərdən məhrum oldu. Buna görə də dünyada baş verən dəyişik-
likl
əri nəzərə alan doktrinanın hazırlanmasına kəskin ehtiyac duyu-
lur
du.  Bu  yolda  birinci addım  1992-ci ildə  ATƏM-in HElsinkidə 
keçiril
ən sammitində  atıldı.  Helsinki  sammitində  NATO qüvvə-
l
ərindən ATƏM-in sülhməramlı əməliyyatlarında istifadə edilməsi 
haqqında  qərar qəbul edildi. Həmin  ilin  dekabr  ayında  NATO 
regional  münaqişələrin  Avropanın  təhlükəsizliyi üçün əsas qorxu 
olmasına  dair  qərar qəbul etdi. Bu iki qərar blokun yeni konsep-
siyası  üçün  təməl  rolunu  oynadı.  NATO-nun  yeni  konsepsiyası 
blokun 1999-
cu  ilin  aprel  ayında  Vaşinqtonda  keçirilən yubiley 
sessiyasında  rəsmi olaraq qəbul edildi. Doktrinaya görə  xarici 
t
əcavüzdən müdafiə  tələbinə  kütləvi  qırğın  silahının  yayılmasına 
v
ə  terrorizmə  qarşı  mübarizə  aparmaq tələbi də  əlavə  edildi. 
Potensial düşmən tərəfindən kütləvi qırğın silahından istifadə təh-
lük
əsi yarandıqda NATO bloku birinci olaraq atom zərbəsi endirə 
bil
ərdi. NATO həmçinin 19 dövlətin  ərazisindən  kənarda  baş 
ver
ən  münaqişələrin  nizama  salınması  üçün  silahlı  qüvvələrdən 
istifad
ə edəcəyini bəyan etdi. Beləliklə, NATO özü üçün suveren 
dövl
ətlərin  daxili  işlərinə  qarışmaq  hüququ  əldə  etdi. NATO 
bununla da regional h
ərbi-siyasi təşkilatdan qlobal güc strukturuna 
çevril
ərək  münaqişələrin tənzimlənməsində  əsas  rol  oynamağa 
başladı. 
1994-cü ild
ə NATO-nun Şərqə doğru genişlənməsi haqqında 
q
ərar qəbul  edildi.ABŞ  1996-cı  ildə  NATO-nun  Şərqə  doğru 
genişlənməsi məsələsini mərkəzi vəzifələrindən biri kimi irəli 
sürdükd
ə Rusiya bu məsələni çox sərt qarşıladı.  

 
261 
1989-cu i
lin  noyabr  ayında  Berlin  hasarlarının  sökülməsi, 
“soyuq müharib
ə”nin  qurtarması,  Varvara  müqaviləsi təşkilatının 
buraxılması,  SSRİ-nin  süqutu  Avropada  parçalanmanın  sonundan 
x
əbər verirdi. 1990-cı ilin oktyabrında AFR və ADR-in birləşməsi 
n
əticəsində  keçmiş  Şərqi Almaniya NATO-ya daxil oldu. Öz 
azadlıqlarına təminat almaq üçün Şərqi Avropanın digər ölkələri də 
bu quruma girm
ək qərarına gəldilər. 
NATO-
nun  Şərqə  doğru  genişlənməsi məsələsinin müza-
kir
əsi hələ 1990-cu ildən Almaniyanın birləşdirilməsi məsələsi ilə 
əlaqədar  başlamışdı.  Lakin  o  zaman  bu  fikirlər sənədlərlə  möh-
k
əmləndirilmədiyindən Rusiya buna kifayət qədər  əhəmiyyət 
vermirdi. 
NATO-nun fasil
əsiz genişlənməsi prosesi hər hansı bir ölkə 
üçün özlüyünd
ə  təhlükə  təşkil  etmir.  O,  sabitlik  və  əməkdaşlığa, 
vahid, sülhsev
ər,  demokratik  Avropanın  qurulmasına,  ümumi 
d
əyərlərin qorunmasına doğru yönəldilmişdir. 
1995-ci ild
ə  Şimali  Atlantika  İttifaqı  “NATO-nun  genişlən-
m
əsi haqqında tədqiqatlar” haqqında nəticəni nəşr etdirdi. 
T
ədqiqatdan belə  bir nəticə  çıxarılırdı  ki,  “Soyuq  müha-
rib
ə”nin qurtarması ilə bağlı bütün Avroatlantik regionda təhlükə-
sizliyi möhk
əmləndirmək üçün nadir imkanlar meydana gəlmişdir 
v
ə  NATO-nun  genişlənməsi ümumi sabitliyin və  təhlükəsizliyin 
möhk
əmlənməsini təmin edir. Həmçinin bu proses demokratik 
islahatların keçirilməsinə təsir edəcək, o cümlədən silahlı qüvvələr 
üz
ərində demokratik və mülki nəzarətə imkan verəcək. NATO-nun 
genişlənməsi əməkdaşlığın, məsləhətləşmənin, konsersusun nailiy-
y
ətlərinin model və  ənənələrinin yenidən təkmilləşməsinə  səbəb 
olacaq, NATO-
nun  genişlənməsi həmçinin transatlantik tərəfdaş-
lığının  möhkəmlənməsinə  və  dərinləşməsinə  gətirib  çıxaracaqdır. 
NATO-nun üzvlüyün
ə daxil olmaq istəyən dövlətlərdə demokratik 
siyasi sistem f
əaliyyət göstərməli və o, bazar iqtisadiyyatına əsas-
lan
malı, milli azlıqlara ədalətli münasibət bəsləməli, münaqişələri 
dinc yollu h
əll etməyə çalışmalı, NATO-nun əməliyyatlarında ba-
ca
rıq  və  hazırlığı  ilə  öz hərbi  gücünü  nümayiş  etdirməli, 
demokratik h
ərbi-mülki münasibətlərə  və  institutlara etimad 
göst
ərməli idi. 

 
262 
1997-
ci  ilin  mayın  27-də  Parisdə  “Rusiya  Federasiyası  ilə 
NATO arasında qarşılıqlı münasibətlər, əməkdaşlıq və təhlükəsiz-
lik haqqında əsas akt” imzalandı. Bu sənəddə tərəflərin məqsədinin 
demokratiya v
ə  təhlükəsizlik prinsipləri  əsasında  Avroatlantika 
m
əkanında  uzun  müddətli və  hərtərəfli sülhün təmin edilməsi 
olduğu bildirildi. NATO ölkələri bloka daxil olan dövlətlərin əra-
zisind
ə  nüvə  silahı  yerləşdirməmək, hərbi fəallığı  məhdudlaş-
dırmaq,  Avropada  silahlanmanın  əvvəlki səviyyəsini saxlamaq 
haqqında öhdəlik götürdülər. NATO-nun 16 üzvü və Rusiya birgə 
daimi  şura  yaratdılar.  Birgə  daimi  şuraya  daxil  olanların  hamısı 
t
əhlükəsizlik təmin edilməsində, o cümlədən sülhsevər qüvvələr-
d
ən istifadə  edilməsində  Veto hüququna malik idilər. Lakin bu, 
ancaq BMT-nin v
ə ya ATƏT-in razılığı ilə ola bilərdi. Daimi şura 
bununla bel
ə  böhran vəziyyətində  kollegial qərar qəbul edən bir 
orqana çevrilm
ədi. 
Rusiya  Federasiyası  sənədi imzalamaqla Avropada hərbi-
siyasi qüvv
ələrin yeni nisbəti ilə razılaşmış oldu.  
Macarıstan,  Polşa  və  Çexoslovakiya NATO-ya 1999-cu ilin 
martında  “dördüncü  genişlənmə”  zamanı  daxil  oldu.  1997-ci ildə 
ölk
ədə  keçirilən referendum nəticəsində  seçicilərin 85%-i 
Macarıstanın  NATO-ya girməsi lehinə  səs verdilər. Macarıstan, 
Çexiya Polşanın NATO-ya girməsində çətinlik ondan ibarət idi ki, 
bu ölk
ələr  alyansa  uyğun  olaraq  öz  ordularını  yenidən 
silahlandırmalı  idilər. Onlarda sovet-hərbi-texniki  bazası  üstünlük 
t
əşkil  edirdi.  Bunları  yeniləşdirmək üçün isə  kifayət qədər 
im
kanları yox idi. Bu vaxta qədər onların büdcəsinin cəmi 1,6%-i 
orduya x
ərclənirdi.  Onların  şəxsi heyəti də  lazımınca  yüksək 
s
əviyyədə  deyildi. Ordunun  sayı  bu  ölkələrdə  NATO-ya girmək 
ərəfəsində 40-45 min nəfərə yaxın idi. 
1999-
cu  ilin  mart  ayının  12-si  həm  Çexiya,  Polşa,  Macarıs-
tanın həyatında, həm də bütün Avropanın həyatında məşhur tarixi 
gün
ə çevrildi. “Soyuq müharibə” qurtardıqdan sonra Şimali Atlan-
tika  alyansının  Şərqə  doğru  genişlənməsinin  birinci  dalğası  başa 
çatdı. Həmin gün yuxarıda qeyd etdiyimiz ölkələr NATO-nun üzvü 
oldular. Bu ölk
ələr NATO-ya girməklə ilk növbədə ABŞ-a rəğbət 
b
əslədiklərini və  onun  Şərqi Avropa ölkələrinə  münasibətini 

 
263 
b
əyəndikləri göstərmək istəyirdilər. Təsadüfi deyildir ki, 2003-cü 
ilin martında ABŞ  İraqa qarşı müharibəyə başladıqda bu üç dövlət 
“razılaşmış  koalisiya”nın  tərkibində  İraqa  qarşı  müharibəyə 
girdil
ər. Halbuki İraqa qarşı əməliyyat heç də Əfqanıstandan fərqli 
olaraq NATO-
nun missiyası deyildi. Ona görə də bu üç dövlətin bu 
müharib
ədə  iştirakı  Vaşinqton tərəfindən  razılıqla  qarşılandı.  O, 
zaman  Pentaqonun  başçısı  olan  Donald  Ramsfeld  bu  hadisə  ilə 
əlaqədar Avropanı “yeni” və “köhnə” hissələrə bölmüşdü.  O, de-
yir
di ki, çoxları Avropa dedikdə, Almaniya və Fransanı dərhal göz 
önün
ə gətirirlər. Lakin bu artıq köhnə Avropadır. Əgər NATO-nun 
x
əritəsini nəzərdən keçirsək, görərik ki, Avropanın ağırlıq mərkəzi 
artıq onun Şərq hissəsinə düşür. 
Vaşinqtona sədaqət Polşa və Çexiyanın öz ərazilərində ABŞ-
ın  raket  əleyhinə  müdafiə  sistemlərinin yerləşdirilməsinə  razılıq 
verm
əsində də özünü göstərirdi.  
Polşa,  Çexiya  və  Macarıstan  NATO-nun bütün müasir 
əməliyyatlarında iştirak edirlər. Macarıstan ərazisində NATO-nun 
əsas  döyüş  qüvvələri keyfiyyətində  olan Hərbi Hava Qüvvələri 
bazalarının yerləşdiyi ölkələrindən birinə çevrildi. 
Bu m
əsələ  ilə  əlaqədar Rusiya ilə münasibətlərin kəskinləş-
m
əsi bu dövlətləri o qədər də narahat etmirdi. Varşava və Praqanı 
narahat ed
ən səbəblər  başqa  idi.  ABŞ-da  Barak  Obamanın  haki-
miyy
ətə gəlməsi ilə bu məsələyə münasibət də dəyişdi. Barak Oba-
ma  Rusiyaya münasib
ətdə ehtiyatlı olmağı vacib hesab edərək bu 
m
əsələdən  yayınmalı  oldu.  Bundan  başqa  NATO-nun üzvü olan 
dövl
ətlərin  xarici  işlər nazirlərinin 2009-cu  ilin  mart  ayının  5-də 
olan  görüşündən sonra alyans yenidən üzünü Rusiyaya çevirməli 
oldu. 
Xarici  işlər nazirləri  razılığa gəldilər ki, NATO-nun  Stras-
burq v
ə Keldə olan sammitlərindən sonra mümkün qədər tezliklə 
NATO-Rusiya birg
ə işinin rəsmi statusunu bərpa etmək lazımdır. 
Polşa,  Çexiya,  Macarıstanı  ən çox qorxudan cəhət odur ki, 
Alyans Moskva il
ə dialoqda onların maraqlarını qurban verə bilər. 
Bu h
əyəcan  ABŞ-ın  dövlət  katibi  Hillari  Klintonun  çıxışında  da 
hiss edilirdi. H.Klinton bildirirdi ki, biz NATO üzr
ə  bütün 
mütt
əfiqlərimizlə əməkdaşlıq etmək və onları bütün hallarda müda-
fi
ə etmək fikrindəyik. Bizə həm də bəzi Şərqi Avropa ölkələrinin 

 
264 
narahatlığı  da  yaxşı  məlumdur. Onlar Rusiya ilə  münasibətdə 
böyük t
əcrübəyə  malikdirlər.  Bu səbəbdən də  onlar NATO ilə 
Moskva,  ABŞ-la  Rusiya  arasında istənilən dialoqdan ehtiyat 
edirl
ər. H.Klintonun bu etirafına  baxmayaraq,  təəccüblü deyildir 
ki, geosiyasi oyunda x
əritələrin ölçüsündə  Şərqi Avropa 
ölk
ələrində yenə də qorxu yaşamaqda davam edir. 
Çexiya  respublikasında  belə  hesab edirlər ki, ölkənin  əsas 
nailiyy
ətlərindən biri onun NATO-ya qəbul edilməsidir. Çexiyanın 
xarici işlər naziri Karl Şvartsenburq öz çıxışında qeyd edirdi ki, 90-
cı  illərdə  regionda demokratik dəyərlərin bərpa edilməsində 
NATO-nun rolu “son d
ərəcə mühüm” rol olmuşdur. Onun fikrincə, 
Avropada d
əmir pərdə  götürüldükdən sonra da NATO-nun öz 
f
əaliyyətini davam etdirməsi onların ən böyük uduşlarından biridir 
v
ə bu yeni təhlükələrə əks-təsir göstərir. 
Çexiya,  Polşa  və  Macarıstan  NATO-ya  qəbul edildikdən 
d
ərhal sonra NATO-nun  əsas hərbi  əməliyyatlarından  birində-
Kosovo  böhranının  aradan  qaldırılmasında  da  iştirak  etdilər. Bu 
onu sübut edirdi ki, alyans müv
əffəqiyyətlə yeni eraya uyğunlaşır. 
ABŞ  həmçinin belə  hesab edir ki, raket əleyhinə  müdafiə 
sisteml
ərinin obyektlərini də Şərqi Avropada yerləşdirə bilər. O, on 
(10) 
ədəd raketi əvvəlcədən  saxlayan  qurğunu  Polşada  yerləş-
dirm
əyi nəzərdə  tutmuşdur.  Çexiyada  isə  radar  qurğuları  yerləş-
dirm
ək qərarına  gəlmişdir.  Vaşinqton  bunu  İran  tərəfindən təhlü-
k
ənin gözlənilməsi ilə motivləşdirsə də, bunun Rusiya ilə əlaqədar 
olması  şübhəsizdir. Bu sistemlərin 2011-2013-cü illərdə  yerləş-
dirilm
əsi nəzərdə  tutulmuşdur.  Aydındır  ki,  Rusiya  bu  məsələyə 
k
əskin etirazını nümayiş etdirməyə bilməzdi. 
Söhb
ət geosiyasət  haqqında  getdikdə  bəzən  situasiyanın 
q
əbuledilməzliyi haqqında fikir söyləyirlər. Lakin beynəlxalq real-
lıq  sübut  edir  ki,  heç  bir  geosiyasətin xarakterik xüsusiyyətlərini 
özünd
ə  əks etdirən uzunmüddətli strategiyadan söhbət gedə  bil-
m
əz. Ona görə  də  ən böyük dövlət belə  tam  şəkildə  geosiyasi 
m
ənliyə malik deyildir və yaxın gələcək üçün də onun belə qalması 
ehtimal olunur. Avropa v
ə  ABŞ-da siyasi mərkəzlərin  maraqları 
göst
ərir ki, ABŞ-Rusiya münasibətlərinin yüklənməsi nə az, nə də 
çox, h
ər  şeydən  əvvəl,  Şərqi Avropada yeni geosiyasi situasiya 

 
265 
yaranmasına  səbəb olur. Buraya həmçinin Mərkəzi və  Cənubi-
Şərqi Avropanı da aid etmək məqsədəuyğun olardı. Ona görə də bu 
ölk
ələrin liderləri  Barak  Obamadan  xahiş  edirlər  ki,  ABŞ  onların 
maraq
larını  qorusun,  onları  Rusiyaya  “təhvil verməsin”. Həqi-
q
ətənmi, Rusiya NATO-nun həqiqi üzvləri üçün də mühüm təhlükə 
m
ənbəyi  olaraq  qalır?  ABŞ-ın  Şərqi Avropa siyasəti bütövlükdə 
götürüldükd
ə səmərəli xarakter daşıyır və Rusiyanı Şərqi Avropa-
dan k
ənarlaşdırmağa  xidmət  edir.  Şərqi Avropa dövlətləri də 
Fransa, Almaniya, Böyük Britaniyaya etibar etm
ədiklərini bildirir, 
a
ncaq  ABŞ-a söykəndiklərini etiraf edirlər. Bu isə  ABŞ-a imkan 
verir ki, yuxarıda adlarını qeyd etdiyimiz dövlətlərin Şərqi Arvo-
paya t
əsirini məhdudlaşdıran istənilən layihəni irəli sürsün. Lakin 
Almaniya v
ə  Fransa tezliklə  ABŞ-ı  yeni  keyfiyyətdə  -  “xarici” 
siyas
ət məsuliyyətini məhdudlaşdıran  bir  dövlət kimi təqdim 
etdil
ər.  Şübhəsiz  ki,  ABŞ  Rusiyanın  Şərqi Avropaya təsirinin 
m
əhdudlaşmasında  kifayət qədər  böyük  rol  oynamışdır.  Lakin 
N.Sarkozi d
ə  Avropanı  Rusiya  təcavüzündən qoruyan “xilaskar” 
kimi  tanındı.  Məhz Sarkozinin fəal mövqeyi Merkelin Rusiya-
p
ərəst mövqeyi ilə  birləşərək Avropada anti-amerikan ictimai 
r
əyinin  formalaşmasına  təkan  verdi.  ABŞ-ın  Qafqazda  məğlu-
biyy
əti ABŞ-ın qüdrətinin tənəzzülünün güclü siqnalı idi. Avropa-
da  ABŞ  üçün  təhlükəli olan  proseslər  baş  verməyə  başladı.  ABŞ 
özünün 
əvvəlki mövqeyini qaytarmaq üçün bütün siyasi resursla-
rını  təqdim etməli  oldu.  Şübhəsiz, Avropa müxtəlif regionlarda 
gözl
ənilməz hadisələr gözləyir. Hər halda istənilən layihədə ABŞ 
v
ə  Aİ  birlikdə  çıxış  etdikləri  zaman dünya siyasətinin iki sahəsi 
arasında mübarizə baş verir. Hər bir partnyor digər partnyoru sıxış-
dırmağa cəhd edir. 
Dünyanın iki güc mərkəzi olan ABŞ və Rusiya dövlət sərhəd-
l
ərinin yenidən düzəldilməsində maraqlıdırlar. Lakin əməli olaraq 
ancaq  ABŞ  fəal regional siyasət həyata keçirmək  imkanlarına 
malikdir. Bu dokt
rina ABŞ-ın xarici siyasətində avanqard rol oyna-
yır.  ABŞ  təkcə  Yaxın  Şərq və  Cənubi  Asiyanın  deyil,  həmçinin 
Avropanın da bölünməsini istəyir. Avropalılar bu meylin əleyhinə 
olsalar da,  h
ələlik  onun  qarşısını  almağa  tam  hazır  deyillər. 
Mahiyy
ət etibarilə  ABŞ  çalışırdı  ki,  partnyorların  yeni  sırasını 

 
266 
t
əşkil etsin və daha adekvat regional idarəetmə üçün yeni şərtlərin 
z
əruriliyini onlara təqdim  etsin.  Avropanın  sülh  təşəbbüsünə 
münasib
ətdə ABŞ-ın siyasəti ziddiyyətli və ikili xarakter daşıyırdı. 
ABŞ-ın  bu  konsepsiyası  Şərqi  Avropa  üçün  xüsusi  rol  oynayırdı. 
ABŞ  bu  regionun  Rusiyadan  əlavə,  Almaniyanın  geo-iqtisadi 
impe
riyasına daxil olmasından da ehtiyat edir. 
Pribaltika ölk
ələri  SSRİ  və  RSFSR tərəfindən müstəqilliyi 
1991-ci ild
ə tanınandan dərhal sonra Şimali Atlantika əməkdaşlıq 
şurasının işində iştirak etməyə başladılar. NATO ilə münasibətlərin 
f
əallaşması  Pribaltika  ölkələri üçün, hər  şeydən  əvvəl, 
müst
əqillikləri üçün təminat, Qərbyönümlü kursa sədaqəti nümayiş 
etdirm
ək demək idi. 1994-cü ildən 1997-ci ilə  qədər Pribaltika 
ölk
ələri partnyor ölkədən Bosniya ə  Herseqovinada NATO-nun 
h
ərbi missiyasının iştirakçısına qədər yol keçmişdilər. Onlar 1994-
cü ild
ə NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramını imzala-
dılar.  1999-cü ilin aprelində  NATO-nun  Vaşinqtonda  keçirilmiş 
sammitind
ə  Pribaltika ölkələri NATO üzvlüyünə  namizəd kimi 
göst
ərildilər və  NATO-nun Yuqoslaviyada keçirdiyi əməliyyat-
larda iştirak etdilər. 
2002-ci ild
ə NATO-nun Praqada keçirilən sammitində Pribal-
tika respublikaları Bolqarıstan, Rumıniya, Slovakiya və Sloveniya 
il
ə  birlikdə  alyansa  daxil  olmaq  üçün  danışıqlarda  iştirak  etmək 
t
əklifini aldılar, 2004-cu ildə isə rəsmən NATO-nun üzvü oldular. 
Pribaltika ölk
ələri bunu onunla izah edirlər ki, alyansın üzvü olmaq 
onların şərq sərhədlərinin təhlükəsizliyinə təminat verir. Məsələyə 
bu t
ərzdə  yanaşma  isə  Rusiya tərəfindən  çoxlu sayda 
xoşagəlməyən  reaksiyalarla  qarşılanmışdır.  Baltik  səmasının 
genişliyi monitorinq proqramlarında mühüm rol oynayır. Pribaltika 
ərazisi üzərində  ABŞ-ın  Hərbi Hava Qüvvələrinin  4  qırıcı 
t
əyyarələri və  100 nəfərdən çox hərbi  kontingenti  uçuşlar  həyat 
keçirirl
ər.  ABŞ-ın  qırıcı  təyyarələri 2005-ci ilin sonunda Tallin 
aerodromuna endil
ər. 2008-ci ildə  isə  Baltik ölkələri səması 
üz
ərində  ABŞ  Hərbi Hava qüvvələrinin kütləvi miqyasda təlimi 
keçirildi.  Lakin  Pribaltika  xalqlarının  ancaq  az  hissəsi 
özölk
ələrinin NATO-da iştirakını dəstəkləyirlər. 

 
267 
NATO-
nun  yuxarı  dairələrinin 2008-ci ilin aprelində  Buxa-
rest g
örüşündə NATO ölkələrinin rəhbərləri Şimali Atlantika İttifa-
qını gələcəkdə daha genişləndirmək üçün mühüm addımlar atdılar. 
Bir sıra qərarlar Balkan ölkələrinə də toxunurdu. NATO-nun 
üzvl
əri belə  hesab edirdilər ki, Qərbi Balkan ölkələrinin Avroan-
lantik 
institutlarının  işində  iştirakı  onlar  üçün  səmərəli ola bilər. 
Albaniya v
ə  Xorvatiya NATO-ya  daxil  olmaq  üçün  danışıqlara 
başlamaq üçün təklif aldılar və 2009-cu ilin aprelində bu təşkilatın 
üzvü oldular. 
Keçmiş Yuqoslaviyanın tərkibində olan Makedoniya respub-
likasına bildirildi ki, o, ancaq bu şərtlə Şimali Atlantika İttifaqına 
daxil ola bil
ər ki, Yunanıstanla birlikdə Makedoniyanın adı haqqın-
da m
əsələ üzrə düzgün qərara gəlsinlər. Bosniya, Herseqovina və 
Çernoqoriyaya islahatlarla v
ə təşkilatın üzvü olmaqla bağlı onların 
gör
əcəyi tədbirlərlə bağlı güclü dialoqa başlamaq təklif edildi. 
Bu p
ərtlikdən  Rusiya  o  zaman  uzaqlaşmağı  bacarardı  ki, 
Amerika 
əvvəllər “Amerika-Rusiya  bal  ayı”  zamanı  NATO-nun 
genişlənməsi konsepsiyasına əsasən eyni zamanda Rusiya tərəfin-
d
ən inkar edilməsi  mümkün  olmayan  saziş  təklif  etsin.  Bu  saziş 
Rusiya il
ə  NATO-nun  əməkdaşlığına  münasibətlə  bağlı  idi.  Əgər 
ABŞ, NATO-nun genişləndirilməsi konsepsiyasını başlıqsız qəbul 
ets
ə idi, yəqin ki, Moskva o qədər də pərişan olmazdı. 
1993-cü  ilin avqustuna  q
ədər  Yeltsin belə  hesab edirdi ki, 
Polşanın  NATO-ya  daxil  olması  Rusiya  üçün  heç  bir  narahatlıq 
doğurmur  və  Rusiyanın  maraqlarına  zidd  deyildir.  Buna  baxma-
yaraq  B.Klinton  administrasiyası  Rusiyanı  nəzərə  almaq “siyasəti 
yerid
ərək”, iki il daha gözləməli oldu. Bu iki il ərzində Kreml valı 
d
əyişdirdi,  baş  verənlərə  düşmən münasibət bəsləməyə  başladı. 
1996-
cı ildə Vaşinqton NATO-nu genişləndirmək qərarına gəldik-
d
ə və Amerika siyasətinin əsas vəzifəsi daha böyük və daha təhlü-
k
əsiz Avroatlantik cəmiyyətini təşkil  etmək  olduğunu  bildirdikdə 
Rusiya m
əsələyə  qarşı  qəti müxalifətə  keçdi və  sərt mövqe 
nümayiş etdirdi. Bu zaman Rusiya artıq yəqin etdi ki, o, 1993-cü 
ild
əki tarixi imkanı itirmişdir. 
Etiraf etm
əmək  olmaz  ki,  Rusiyanın  NATO-nun  genişlən-
m
əsi məsələsinə münasibət məsələsindəki həyəcan qanuni əsasdan 

 
268 
m
əhrum idi və  xeyirxah səslənmirdi. NATO-nun  Şərqə  doğru 
genişlənməsinin əleyhdarları olan rus hərbçilərinin çoxu belə hesab 
edirdil
ər ki, bu proses ABŞ və onun rəhbərliyi altında olan NATO-
n
un  Rusiyanın  sərhədlərinə  yaxınlaşması  deməkdir. Rusiya xarici 
siyas
ətinin  yuxarı  elitası  isə  belə  hesab  edirdi  ki,  ABŞ  və  onun 
r
əhbərlik etdiyi NATO üçün Avroasiyada yer yoxdur. Onlar belə 
güman edirdil
ər ki, Rusiya yenidən “düzələcək” və  Mərkəzi 
Avropanı yenidən öz geosiyasi nüfuz dairəsinə salacaqdır. 
NATO-
nun  genişlənməsi  Rusiyanın  Avropadan  kənarda 
qalmaq  qorxusunu 
da  artırdı.  Vaşinqtonla  Moskva  arasındakı 
uçurumu d
ərinləşdirən amillərdən biri də  Stalinin hakimiyyəti 
dövründ
ə işğal edilmiş bütün ərazilərdən Rusiyanın imtina etmək 
arzusunda olmaması idi. Qərb ictimai rəyi, xüsusilə Skandinaviya 
ölk
ələrində, o cümlədən  ABŞ-da  Rusiyanın  Pribaltika  ölkələrinə 
ikit
ərəfli münasibətindən  çox  narahatlıq  var  idi.  Kreml  SSRİ 
dağıldıqdan  beş  il  sonra da 1996-cı  il  sentyabrın  10-da rəsmi 
b
əyanat  vermişdir  ki,  Pribaltika  respublikaları  könüllü  surətdə 
1940-ci il
ə  SSRİ-nin tərkibinə  daxil  olmuşdular.  Əslində  bu 
m
əsələdə,  Moskva  haqlı  idi.  Çünki,  1939-cu  il  SSRİ-Almaniya 
müqavil
əsinə  əsasən Pribaltika  respublikaları  SSRİ-nin təsir 
dair
əsinə  daxil edilsə  də, 1941-ci ilin iyunun 22-də  Almaniyanın 
SSRİ-yə  hücumu ilə  həmin müqavilə  öz qüvvəsini  itirmişdir. 
Pribaltika  respublikaları  da  SSRİ-nin təsir dairəsindən  çıxırdılar. 
Sonradan  onların  SSRİ-nin tərkibində  qalması  ancaq könüllü ola 
bil
ərdi. 
Rusiyanın postsovet elitası belə hesab edir və gözləyirdi ki, 
Q
ərb ona ya kömək edər, ya da heç olmasa, keçmiş postsovet mə-
ka
nında  Rusiyanın  rəhbər rolunun bərpa  olunmasına  maneçilik 
tör
ətməz Sovet məkanında olub müstəqillik alan ölkələrə ABŞ-ın 
h
ərtərəfli kömək etməsi Rusiyanı daha da qıcıqlandırırdı. 
ABŞ-ın  xarici  siyasətini öyrənməklə  məşğul  olan  rus  ana-
litikl
əri göstərirlər ki, ABŞ bütün Avrasiya üzrə dövlətlərarası mü-
nasib
ətləri yenidən təşkil  edən bir qurum təşkil  etmək  niyyətin-
d
ədir.  ABŞ-ın  planına  görə  kontinentdə  bir  aparıcı  dövlət  olmalı, 
bununla yanaşı həmin dövlətin ətarfında çoxlu orta, nisbətən sabit 
v
ə  müəyyən qədər güclü dövlətlər də  toplanmalıdır.  Lakin  onlar 

 
269 
ABŞ-la müqayisədə istər ayrılıqda, istərsə də birlikdə mütləq daha 
z
əif olmalıdırlar”. 
1997-
ci  ilin  martın  21-22-də  Helsinkidə  Yeltsinlə  ABŞ 
prezidenti Bill Klinton arasında görüş keçirildi. NATO-nun Şərqə 
doğru  genişlənməsinə  heç cür mane ola bilməyən Rusiya rəhbər-
liyi, heç olmasa mü
əyyən imtiyazlar (ilk növbədə  NATO-nun 
q
ərarları üzərində Veto hüququ) qazanmaq istəyirdi. ABŞ Rusiya-
nın    Veto  hüququna  iddiasını  rədd etdi, lakin NATO ilə  Rusiya 
arasında  xüsusi  müqavilə  imzalanacağına,  üzvlüyə  yeni qəbul 
edilmiş  dövlətlərin  ərazisində  nüvə  silahı  yerləşdirilməyəcəyinə 
söz verdi. 
T
əkcə ölkə daxili böhran deyil, həm də beynəlxalq statusunu 
itirm
əsi Rusiyaya dəhşətli əzab verən amillərdən idi. 90-cı illərdə 
Rusiyanın  geosiyasi  vəziyyəti  xoşagələn  deyildi.  SSRİ-nin  dağıl-
ması  və  keçmiş  Sovet  respublikalarının öz müstəqilliklərini elan 
etm
əsi onun sərhədlərinin də  dəyişməsinə  səbəb oldu. 1700-ci 
ild
ən  Rusiyanın  nəzarəti  altında  olan  Pribaltika  respublikalarının 
onun t
ərkibindən çıxması Baltik dənizində onun hüquqlarının məh-
dullaşmasına  səbəb oldu. Onun nəzarəti  altında  olan  Şərqi Avro-
padakı Varşava müqaviləsinin iştirakçısı olan dövlətlər də yüksək 
sür
ətlə  NATO və  Aİ-yə  üz  tutdular.  Onların  içərisində  SSRİ-yə 
daha yaxın olan Polşa bu məsələdə birinci yeri tutdu. Ukraynanın 
itirilm
əsi Rusiya üçün daha ağır idi. Bu Rusiya üçün böyük geo-
siyasi uğursuzluq idi. 300 ildən artıq Rusiyanın tərkibində olmuş, 
etnik v
ə  dini  baxımdan  rus  xalqı  ilə  bağlı  olan,  sənaye və  kənd 
t
əsərrüfatı iqtisadiyyatında potensial zənginliyə, 52 milyon əhaliyə 
malik Ukraynanın itirilməsi Rusiyanı, həqiqətən, böyük və özünə 
inanan imperiya dövl
əti olmaqdan məhrum etdi. Ukraynanın  öz 
müst
əqilliyini elan etməsi, həm də  Rusiyanı  Qara  dənizdəki 
imtiyazlarından  da  məhrum  edirdi.  Odessa  limanı  Qara  dəniz 
ölk
ələri və  bütövlükdə  bütün dünya ölkələri ilə  ticarətdə  Rusiya 
üçün h
əyati əhəmiyyətə malik idi. Ukraynanın itirilməsi Rusiyanın 
geositateji seçimini mahiyy
ət etibarı ilə məhdudlaşdırırdı.  
Ukraynanın  itirilməsi Rusiya üçün təkcə  geosiyasi hadisə 
olmayıb, həm də geosiyasi katalizator rolunu oynadı. 

 
270 
H
ətta Pribaltika respubilkaları və Polşasız da Rusiya Ukrayna 
üz
ərində nəzarətini saxlaya bilsə idi, Avroasiya imperiyasına təsir 
etm
ək gücünə  malik ola bilərdi. 52 milyon əhalisi olan Ukrayna 
olmadan is
ə Rusiya hətta öz tərkibində olan qeyri-slavyan əhalisi 
il
ə mübarizədə acizliyini hər an hiss edirdi. 
Ukrayna Rusiyanın MDB çərçivəsində hegemonluq iddiasına 
qarşı çıxır, tamamilə müstəqil siyasət yeridirdi. Rusiyanın imperiya 
dair
ələri  Ukraynanı  asılı  vəziyyətə  salmaq üçün müxtəlif üsullar-
dan istifad
ə  edirdilər.  Ukraynadakı  rusdilli  əhalini mərkəzi haki-
miyy
ətə  qarşı  qaldırılır,  Krımın  Ukraynadan  qoparılmasına  cəhd 
edilirdi. Rusiya il
ə Ukrayna arasında əsas mübahisə obyekti Qara 
d
əniz  donanması,  ən çoxu da Sevastopolun statusu barədə  idi. 
Rusiya Sevastopolu v
ə  ya heç olmasa, onun bir hissəsini özünün 
Qara d
əniz  donanmasının  bazası  kimi  saxlamağa  xüsusi cəhdlə 
çalışırdı.  Ukrayna  isə  Rusiyanın  təzyiqinə  davam gətirmək üçün 
ABŞ-la yaxınlaşmağa daha çox meyl göstərirdi. 
Nisbi siyasi sabitliyi il
ə  fərqlənən digər Orta Asiya respub-
likalarından  fərqli olaraq Tacikistanda  da müstəqillik qazanan 
andan hadis
ələr dramatik axarda davam edirdi. Burada Rusiya, 
Çin,  Pakistan,  Əfqanıstan,  o  cümlədən  ABŞ-ın  maraqları 
toqquşurdu.  1992-ci  ilin  mayında  müxalifət  zorakılıq  yolu  ilə 
hakimiyy
əti ələ keçirdi. Lakin onlar Pakistan və Əfqanıstana meyl 
etdiyind
ən Rusiya bununla hesablaşmadı. Tacikistanda yerləşən rus 
qoşunlarının  açıq  yardımı  ilə  ruspərəst qüvvələr yenidən 
hakimiyy
ətə  gətirildilər.  O  zamandan Tacikistanda fasilələrlə 
v
ətəndaş müharibəsi davam edir. 
Rusiya üçün yeni şəraitin strateji nəticələrini Rusiyada kom-
munist rejimi devrildikd
ən  sonra  ABŞ-da  Rusiyanın  ilk  səfiri 
olmuş,  sonra  isə  Dövlət  Dumasında  xarici  işlər üzrə  Komitənin 
s
ədri işləmiş Vladimir Lukin belə ifadə etmişdir: “Keçmiş Rusiya 
özünü 
əvvəl  Asiyanın,  sonra  da  Avropanın  başında  görürdü.  Bu-
nunla bel
ə, sonra Asiya daha yüksək templə  inkişaf  etməyə  baş-
ladı... və biz ancaq “müasir Avropa ilə geridə qalmış Asiya arasın-
da qalan 
əraziyə sahib ola bildik. Bu iki Avropa arasındakı məsafə 
idi”. 

 
271 
Qısaca  desək,  bu  yaxın  zamanlara  qədər  Rusiya  dünyanın 
ərazi cəhətdən ən böyük dövləti idi. O, həm də satellit dövlətlərin 
ideoloji blokunun lideri idi. O zaman Rusiyanın ərazisi Avropanın 
m
ərkəzindən Cənubi Çin dənizinə qədər uzanırdı. Bu dövlət 90-cı 
ill
ərin əvvəllərində narahat milli dövlətə çevrildi. Beləliklə, Rusiya 
post-
imperiyasında  tarixi  və  strateji  qarışıqlıq  dövrü  keçirməyə 
başladı.  O,  belə  bir  sual  qarşısında  durdu  ki,  “Rusiyada  nə  var? 
Rusiya haradad
ır?”, “Rus olmaq nə deməkdir”. Bu suallara verilən 
cavablar h
əm də, tam geosiyasi məzmunla dolu idi. Belə bir fakt 
danılmaz idi ki, Rusiya qəfildən təkcə imperiya missioner rolundan 
m
əhrum olmadı, həm də özünün şəxsi modernizatorlarının təzyiqi 
altına düşdü, sosial sahədə geridə qalmış Rusiya ilə inkişafı etmiş 
Avrasiya ölk
ələri  arasında  fərq  daha  aydın  nəzərə  çarpmağa 
başladı.  Bu  isə  tələb edirdi ki, o,  istər ölkə  daxilində, istərsə  də 
beyn
əlxalq arenada inqilabi rolunu məhdudlaşdırsın. Postimperiya 
v
ə  postkommunist  imperiyasının  ilk  xarici  işlər  naziri  olmuş 
Andrey  Kozerev SSRİ dağıldıqdan sonra qeyd edirdi ki, “Bİz artıq 
missionerlik v
əzifəsindən imtina edirik, biz  praqmatizm kursunu 
götürürük, biz tezlikl
ə  belə  bir  anlayışı  qəbul etməli olduq ki, 
geosiyas
ət  ideologiyanı  əvəz edir”. Beləliklə,  SSRİ  dağıldıqdan 
sonra Rusiyada üç himnli geostrateji variant meydana g
əldi. Bu ilk 
növb
ədə  ABŞ-la müqayisədə  Rusiyanın  statusuna  qayğı  ilə 
əlaqədar idi. Bu variantlar aşağıdakılar idi: 
1.  ABŞ-da “kamil strateji” tərəfdaşlığın  prioritet  olması  və 
g
ələcəkdə bunun arxasında qlobal kondominimum şifrələnməsi; 
2.  “Yaxın  xaric”  ləhcəsinin  Rusiyanın  əsas maraq obyekti 
olması, Avropa ilə ABŞ arasında tarazlıq yaratmaqla bəzi imperiya 
maraqlarına  nəzarəti bərpa etməyə  imkan verən dövlət təşkil 
etm
ək. 
3. ABŞ-ın “Avropada mövqeyini alçaltmaqdan ötrü Avrasiya 
antiamerikan alyansı təşkil etmək ki, bu NATO-ya qarşı durmağı 
bacarsın”. 
T
əklif edilən üçüncü variant XX əsrin 90-cı illərinin ortala-
rında  meydana  gəldi.  SSRİ  dağıldıqdan sonra ilk əvvəl Yeltsinin 
mövqeyi bel
ə idi ki, Rusiya Qərb ölkəsidir, Qərbə daha çox söy-
k
ənməlidir. Onun  mövqeyi aşağıdakı nitqində daha çox öz əksini 

 
272 
tapmışdı.  “Rusiya  hər  hansı  formada  yeni  imperiyanın  mərkəzi 
olmağa  çalışmır.  Rusiya  başqalarından  daha  yaxşı  başa  düşür  ki, 
onun bu vaxta q
ədər  oynadığı  rol  onu  xoşbəxt etməmişdir.  Tarix 
biz
ə  öyrədir  ki,  başqa  xalqları  idarə  edən  xalq  özü  xoşbəxt ola 
bilm
əz”.  Lakin tezliklə  Rusiya məsələ  qaldırdı  ki,  dünya  onu  da 
ABŞ-la bərabər səviyyədə  olan dövlət kimi görməli və  dünyada 
baş  verən bütün hadisələrə  münasibət  onun  iştirakı  və  icazəsi 
olmadan h
əll edilməlidir. Təsadüfi deyildir ki ,Yeltsin 1996-cı ilə 
Çin
ə Səfər edərkən elan etdi ki, Rusiya və Çin dünyaya diktə edir. 
Bu bar
ədə  açıq  danışılmasa  da,  üstüörtülü bildirildi ki, Mərkəzi 
Avropa el
ə  bir  region  olmalıdır  ki,  heç  olmasa  siyasi  cəhətdən 
Rusiyaya  yaxın  olsun.  Lakin  belə  bir kursun götürülməsi ölkəni 
daxili v
ə  xarici siyasətdə  realizmdən məhrum etdi. Çünki bu 
siyas
ət xülya idi. ABŞ dünyada hökmranlığını heç vaxt Rusiya ilə 
bölm
əyə  razı  ola  bilməzdi.  Rusiya  dünyada  ABŞ-ın  partnyoru 
olmaq üçün h
ələ  sosial və  iqtisadi cəhətdən çox zəif idi. 
Vaşinqtonun fikrincə, Almaniya, Yaponiya və Çin kiçik ərazilərdə 
yerl
əşsələr də, Rusiyaya nisbətən daha çox nüfuzetmə  qüvvəsinə 
malikdirl
ər.  Bundan  başqa,  bir  sıra  geostrateji  məsələlərdə, 
m
əsələn,  Avropa,  Yaxın  və  Uzaq  Şərqdə  ABŞ-ın  milli  maraqları 
il
ə Rusiyanın milli maraqları da toqquşurdu. 
Siyasi güc, maliyy
ə xərcləri, texniki yenilik, mədəni yüksəliş 
sah
əsində  bu iki dövlət  arasındakı  fərqlər dərhal  fikir  ayrılığının 
yaranmasına,  nəticədə  “kamil  strateji  partnyorluq”  ideyasının  puç 
olmasına səbəb oldu. 
1   ...   15   16   17   18   19   20   21   22   23


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə