SƏmayə MƏMMƏD qızı mustafayeva şƏhla müZƏFFƏR qızı qurbanova z əRİFƏ ŞAMİL qızı cavadova



Yüklə 2.8 Kb.
PDF просмотр
səhifə21/23
tarix24.04.2017
ölçüsü2.8 Kb.
1   ...   15   16   17   18   19   20   21   22   23

 
ABŞ-ın Şimali Qafqaz siyasəti 
Şimali  Qafqazı  Rusiya  özünün  ayrılmaz  hissəsi hesab edir. 
Bu bölg
ə  Rusiyanın  ərazisinin 2,1%-ni,  əhalisinin 12%-ni təşkil 
edir.  Şimali  Qafqaz  ərazisində  RF-nın  subyektlərini  –  Adıgey, 
Dağıstan,  İnquşetiya,  Kabarda-Balkar, Qaraçay-Çərkəz,  Şimali, 
Osetiya-
Alaniya, Çeçenistan Respublikaları yerləşir. Şimali Qafqaz 
özünün geosiyasi, geostrateji v
əziyyətinə  görə  mühüm  əhəmiyyət 
k
əsb  edir.  O,  Rusiyanın  cənub sərhədlərində  onun milli maraq-
larının  müdafiəsində  forpost kimi  çıxış  edir.  Həmçinin bütün 
Qafqazı,  Orta  və  Yaxın  Şərqi, Mərkəzi  Asiyanı  əhatə  edən  geniş 
bir m
əkana təsir edəcək vəziyyətdədir. 
İndi Şimal Qafqaz Rusiyanın ən münaqişəli ərazisi sayılır. Bu 
regionda  münaqişələr,  separatçılıq,  əkstermist  əhval-ruhiyyə  daha 
k
əskin formada təzahür edir. Ona görə də, çoxlarının təsdiq etdiyi 
kimi müasir rus dövl
ətinin möhkəmliyi məhz bu bölgədə sınaqdan 
keçirilir. 
Şimali  Qafqazdakı  gərginlik və  qarşıdurmalara  səbəb olan-
faktorlardan biri: onun 
əhalisinin çoxmillətli olmasıdır. Burada hər 

 
243 
bir mill
ətin özünün tarixi taleyi, mədəniyyəti və mentaliteti vardır. 
Bundan  başqa,  1944-cü ildə  çeçenlərin,  inquşların,  qaraçayların, 
balkarların  və  kalmukların  Orta  Asiyaya  və  Sibirə  deportasiya 
olunması haqqındakı tarixi yaddaşda münaqişə törədən əlavə amil 
kimi ortaya çıxır. 
Şimali Qafqazda narahatlıq  yaradan səbəblərdən digəri həll 
olun
mamış  çoxlu  sosial-iqtisadi problemlərin  olmasıdır.  Belə  ki, 
iqitsadi  inkişaf  cəhətdən bu bölgə  RF-nin  ən geridə  qalmış 
regionlarındandır. Şimali Qafqaz Ümumrusiya sənaye istehsalının 
4%-ni verir, real 
əməkhaqqı bütövlükdə Rusiyadan 3 dəfə aşağıdır. 
Neft v
ə  qazçıxarma,  neft-kimya,  maşınqayırma,  kənd təsərrüfatı, 
turizm  biznesi  böhran  keçirir.  İşsizlik,  yaşayış  səviyyəsinin  aşağı 
düşməsi, cinayətkarlıq bu regionda kütlə hala çevrilmşidir. “Çirkli 
seçki”l
ər, bir çox rəhbərlərin qohumlarının cinayətlərdə əli olması, 
əhalinin təhlükəsizliyinin təmin  olunmaması  hakimiyyət  uğrunda 
mübariz
ə və s. regionda sabitliyə ciddi əngəl törədir. 
Milli ideyasızlıq Rusiyadakı etnosların birliyini çətinləşdirir. 
İmperiya  və  kommunizm  ideallarından  məhrum  olmuş  Şimali 
Qafqaz  xalqları  ideya  boşluğuna  düşmüşlər.  İndi  onlar  özlərinin 
milli-dövl
ət quruculuğuna dair yeni ideya və proyektlər axtarışın-
dadırlar. 
Şimali Qafqazdakı geosiyasi vəziyyəti təyin edən ən mühüm 
amill
ərdən biri də islam faktorudur. o region xalqlarının dini ideo-
logiyası olmaqla yanaşı, ondan milli ideologiya və millətçilikdə də 
baza komponenti kimi heç d
ə az istifadə olunmur. 
Dünyanın iri dövlətləri öz sərhədlərinin təhlükəsizliyini təmin 
etm
ək üçün ətraflarında  yerləşən  xırda  dövlətləri öz tərəflərinə 
ç
əkərək hərbi siyasi və iqtisadi  birliklər, ititfaqlar yaratmağa çalı-
şırlar. Bu birliklərə daxil olan dövlətlər böyük dövlətlər üçün təhlü-
k
əsizlik zonaları, qurşaqları rolunu oynayır. 
Xırda  dövlətləri öz tərəfinə  çəkmək üçün iri dövlətlər müx-
t
əlif metodlardan istifadə edirlər. Rusiya əvvəlcə özünün “parçala, 
hökm sür!” siyas
ətini həyata keçirərək  ətrafındakı    xırda  dövlət-
l
ərdə milli, etnik münaqişə ocaqları yaradır, onu alovlandırır, sonra 
is
ə bölgədə sülhün təminatçısı kimi çıxış edərək kollektiv təhlükə-

 
244 
sizlik sistemi yaradaraq h
əmin dövlətləri o sistemə  cəlb etməyə 
çalışır. 
ABŞ-ın  ənənəvi metodu isə, “əvvəl yemək, sonra dəyə-
n
ək”dır.  Bunu  başqa  sözlə  həvəsləndirici və  təzyiq  üsulları  da 
hesab etm
ək olar. Həvəsləndirici üsula olaraq maddi yardım etmək, 
güz
əştli  əsaslarla iqitsadi əlaqələr yaratmaq, elmi-texniki, hərbi-
texniki yardımlar göstərmək və s. amillər daxildir. 
C
əlbetmə  siyasətində  bu üsul fayda vermədikdə  təzyiqetmə 
üsullarından  istifadə  olunur. Təzyiq vasitəsi olaraq hərbi güc tət-
biqetm
ə, etnik amillərdən istifadə  etmək,  münaqişələri dəstəklə-
m
ək, viza rejimini çətinləşdirmək, iqitsadi güzəştləri ləğv etmək və 
dig
ər bu kimi metodlardan istifadə edilir. 
Bir çox t
ədqiqatçıların  fikrincə,  Şimali  Qafqazda  baş  verən 
prosesl
ər geosiyasi faktorlara əsaslanır. Bu isə Qərblə Şərq arasın-
dakı tarixi mübarizə meydanında dünya dövlətlərinin öz hökmran-
lığını  təmin etməyə  və  təbii resurslar üzərində  nəzarəti  ələ  keçir-
m
əyə cəhdlə əlaqələndirilir. 
Şimali Qafqaz – sosial-iqtisadi vəziyyət, dövlət idarəçiliyi və 
Rusiyanın  milli  təhlükəsizliyinin təmini nöqteyi-nəzərindən həm 
ən mürəkkəb, həm də ən mühüm regiondur. Bu region  bir sıra si-
lah
lı toqquşmalarla müşahidə olunur ki, bunlardan biri Çeçen mü-
harib
əsidir. Məhz  bu  zonada  baş  verən hadisələr Rusiya Federa-
siyasının  milli  təhlükəsizliyinə, onun suverenliyinə,  ərazi bütöv-
lüyün
ə real təhlükə törədir. 
SSRİ  dağıldıqdan  sonra  –  Şimal  Qafqaz  xalqları  da  azadlıq 
uğrunda  müharibəyə  qalxdılar.  Çeçen-İnquş  MSSR-da vəziyyət 
daha g
ərgin idi. 1990-cı  ilin  noyabrın  27-də  Çeçenistan və 
İnquşetiya  respublikasının  Ali  Soveti  respublikasının  dövlət 
müst
əqilliyi haqqında bəyannamə qəbul etdi. 1991-ci ilin may-iyun 
aylarında  çağırılmış  ikinci  konqres  Çeçen  Respublikasının 
müst
əqilliyini, RSFSR və  SSRİ-nin tərkibindən  çıxdığını,  Çeçen-
İnquş  Respublikasının  RSFSR-in tərkibində  iki suveren 
respublikaya  – Çeçen-
İnquş Respublikalarına ayrıldığını elan etdi. 
C.Dudayev Çeçenistan Res
publikasının prezidenti seçildi. 1992-ci 
il  martın  31-də  imzalanan Federasiya müqaviləsinə  qoşulmaşdan 
imtina ed
ərək  Çeçenistan  Federasiyadan  çıxmaq,  hərbi vəziyyət 

 
245 
elan etm
ək  hüququ,  respublika  konstitusiyasının  Federasiyanın 
əsas qanunundan aliliyi haqqında qərarlar qəbul etdi. 1992-1993-cü 
ill
ərdə  Çeçenistan  Federasiyanın  büdcəsinə  vergi ödənişini 
dayandırdı.  C.Dudayev  parlamenti  buraxdı.  Respublikada  15 
minlik  nizami  ordu  yaradıldı.  Çeçenistanın  hərəkətləri RF 
t
ərəfindən separatizm kimi qiymətləndirildi. 1994-cu ilin noyabrın 
31-d
ə  RF prezidenti B.Yeltsin “Çeçen Respublikasının  ərazisində 
konstitusiya qanun
çuluğu  və  qaydalarının  bərpası  üzrə  tədbirlər 
haqqında”  gizli  fərman  imzaladı.  Birinci  Çeçenistan müharibəsi 
başlandı.  Dudayevi  başlıca maneə  hesab edən Rusiya hökuməti 
onun aradan götürülm
əsinə  nail oldu. Vitse-prezident  
Z.Yandarbayev onu 
əvəz etdi. Avqust  ayında  Çeçen  qüvvələri 
Qorznını  azad  etdilər. 1996-cı  ilin  sentyabrında  Rusiya  ilə 
Çeçenistan  arasında  imzalanmış  Xasavyurd razılaşmasına  əsasən 
Rusiya  qoşunları  Çeçnistanı  tərk etdi. Lakin hadisələrin  sonrakı 
gedişi  Çeçenistanı  öz  müstəqilliyini möhkəmləndirməyə  imkan 
verm
ədi. 1999-cu  ilin  noyabrında  keçirilən  ATƏT-in  İstanbul 
sammitind
ə  RF-nin  Çeçenistandakı  hərəkətləri böyük  dövlətlər, 
xüsusil
ə ABŞ tərəfindən kəskin tənqid edildi. Rusiya bu məsələyə 
qarşı qəti mövqeyini sammitdə bir daha nümayiş etdirdi. 1999-cu 
ilin  sonlarında  Rusiya  yenidən Çeçenistana təcavüz  etdi.  İkinci 
Çeçenistan müharib
əsi başlandı. Qanlı döyüşlər nəticəsində Qroznı 
şəhəri ruslar tərəfindən işğal edildi. Çeçen xalqı amansız soyqırı-
mına  məruz  qaldı.  Bu  dünya  dövlətləri, xüsusilə  ABŞ  tərəfindən 
ciddi t
ənqidə məruz qaldı. 
B
əs, Çeçenistandakı vəziyyət kimlərə sərf edir? Rus tədqiqat-
çılarının  bəziləri, bu  ərazidəki qeyri-stabil vəziyyətə  ABŞ-ın 
Qafqaz
dakı    siyasətinin  əsas fiquru kimi  Türkiyənin nəzarət 
etdiyini bildirir. 
Qeyd edilir ki, ABŞ-la Qərb Bakı-Tbilisi-Ceyhan 
neft k
əmərini çəkməklə  Xəzər neftini Rusiyadan yan keçməklə 
Q
ərbə  axıtmaq,  özlərinin  rus kəmərlərindən və  Yaxın  Şərq 
regionundan enerji asıldığını heçə endirmək istəyir. Rusiyanın isə 
alternativ neft x
əttləri  Şimali  Qafqaz  ərazisindən  (Dağıstan  və 
Çeçen-
İçgeriya)  keçir  və  münaqişələrin bu regionda 
g
ərginləşməsində  ABŞ-ın  və  Qərbin  əli olduğu  iddia  edilir. 
M
əsələyə  başqa  prizmadan  baxanda  Şimali  Qafqazda  teokratik 

 
246 
rejiml
ərin yaranmasını nə ABŞ-ı, nə də Qərbi qane etmədiyi aydın 
olur. Bu 
ən çox siyasiləşmiş  islam  fundamentalizminin 
nümay
əndələrinə,  ərəb  neft  şeyxlərinə, Fars körfəzi ölkələrinin 
maliy
ə  oliqarxiyalarına  sərf edir ki, onlar öz neftlərini 
Novorossiyski vasit
əsilə  Xəzərdən Qərb  bazarına  ötürə  bilsinlər 
(Tranzit x
ətti  Şimali  Qafqazdan  keçir).  Qərbi Avropaya və 
Rusiyaya narkotikl
ərin  daşınmasının  mümkünlüyünü    genişlən-
dirm
əklə bu vəziyyət beynəlxalq narkomaniya üçün də əlverişlidir. 
H
əmçinin Qərb ölkələri,  Yaxın  və  Orta  Şərqdə,  Şimali  Qafqazda 
Rusi
yanın  təsirini azaltmaqla  strateji  maraqlarını  burada  təsdiqlə-
m
ək  imkanları  qazanmaq  istəyirlər. Məhz bu qüvvələr  Rusiyanın 
Qafqazı  parçalamaq siyasətini indi onun özünə  qarşı  yeridərək 
Şimali  Qafqazda  etnik  münaqişələri  qızışdırır  və  Rusiyanı 
parçalamağa çalışırlar. 
Çeçen-rus müharibd
əsi nəinki ətraf regionlarda islami dirçə-
lişi  stimullaşdırır,  həm də  islam  intibahının  yüksək siyasiləşmə 
d
ərəcəsini müəyyənləşdirir.  Bu  müharibə  rus tədqiqatçılarının 
fikrinc
ə,  İslam  faktorunu  Rusiyanın  cənubunda və  hətta bütün 
Qafqazda sabitliyi pozan 
əsas amilə çevirir. Çeçenlərin dini dövlət 
yaratmaq ist
əyi Moskva üçün yolverilməzdir. Bəs islamı siyasiləş-
m
ə nədir? 
Bu  münaqişədə  Moskva  Şimali  Osetiyanın  tərəfində  idi. 
Rusiya,  Osetiya  Respubilkasını  özünün  Qafqazdakı  dayağı  say-
maq
la  yanaşı,  Moskva  həm də  qorxurdu  ki,  inquşlar  ərazilərini 
genişləndirib müstəqillik tələb edəcəklər. Həmçinin Moskva ose-
tinl
əri  əli ilə  vayxanaları  sarsıtmaq,  yəni  inquşlarla  yanaşı çeçen-
l
ərin də  müqavimətini  qırmaq  istəyirdilər. Osetinlər qeyri-
müs
əlman xalqları olduqları üçün Şimali Osetiya güclü olmalı idi 
ki, g
ələcəkdə Rusiya Gürcüstan və Cənubi Osetiya arasında müna-
qi
şələrdə ondan istifadə etsin. 
1980-ci ild
ə Səudiyyə Ərəbistanı kralı Fəhd elan etmişdi ki, 
Müq
ədəds cihad – kommunizm kimi sərhəd bilməyən bir inqilab-
dır.  İndi  bu  inqilabın  təsiri  Yaxın  və  Orta  Şərqi,  Qafqazı,  Orta, 
M
ərkəzi, Cənub və  Cənub-Şərqi  Asiyanı,  Avropanı  (Balkanlar), 
Şimali Afrika, Uzaq Şərqi (Çində uyqur seperatçıları) əhatə edir. 

 
247 
Onların  əsas vəzifəsi  –  bu  ərazilərdə  qərbyönümlü rejimləri 
devirm
ək və  qlobal  cihadı  genişləndirimək üçün plasdarm 
yaratmaqdan ibar
ətdir. 
Bundan ötrü onlar h
ər vasitədən:  populist  şüarlardan,  terror 
aktlarından, partlayışlardan istifadə edirlər. 
Müs
əlman  dünyasının  professional  inqilabçıları  –  müca-
hidl
ərdir.  Onlar  qarşısına  islam  inqilabını  bütün  dünyaya  yaymaq 
m
əqsədini  qoymuşlar.  Müasir  mücahidizmin  əsas mənbəyində 
1928-ci ild
ə  Britaniya xüsusi xidmət  orqanları  tərəfindən yara-
dılmış  “Müsəlman  qardaşları”  cəmiyyəti durur. Bu cəmiyyəti 
yaratmaqda Londonun m
əqsədi Britaniya müstəmləkə  siyasətinə 
qarşı  çıxan  müsəlman  dünyasınn  milli  və  dini birliyini parçala-
maqdan ibar
ətdir. 
“Soyuq müharib
ə”  zamanı  Britaniya  estafeti  ABŞ-a ötürdü. 
ABŞ isə Qafqazda və Orta Asiyada dini narazılıqları süni surətdə 
q
ızışdıraraq  əvvəl  SSRİ-də, indi isə  Rusiyada vəziyəti gərgin-
l
əşdirir. “Müsəlman qardaşları”nın idarə mərkəzlərinin böyük his-
s
əsi Münhendə, Hamburqda, Parisdə, Londonda və  b. Avropa 
m
ərkəzlərində yerləşir. 
Mücahidl
ərin  əsas  ideologiyası  –  islamçılıqdır.  İslamçılığın 
iki 
əsas cərəyanı  mövcuddur.  Bu  cərəyanlardan  biri  ağlar  –  gizli 
sufi t
əşkilatlarının  üzvləridir. Bu cərəyan daha  çox  liberal  elitanı  
v
ə ziyalıları özündə birləşirən bir cərəyandır. Onun öz təsirini daha 
çox göst
ərdiyi ölkə  Türkiyədir. Berə  ki, müasir Türkiyə  üçün 
s
əciyyəvi cəhət məhz yeni dünya düzənində  “Türkiyə” dinindən 
daha çox etnik  s
əpgidə çıxış edir. İkinci cərəyan olan -  qırmızılar 

əsasən “müsəlman  qardaşları”  cəmiyyətinin  əsasında  meydana 
çıxan qurumlardır. Onların “mayakı” vəhabizm adını almış siyasi 
islamçılıqdır.  Vəhabizm  qlobal  cihadın  avanqardı  hesab olunur. 
İslamda  bu  ideya  cərəyanı  xristianlıqda protestantlıq,  sosializmdə 
bolşevizmlə eynilik təşkil edir. Onun əsas maliyyə dəstəyi narkotik 
ticar
ət  kontrobandası  və  həmçinin Səudiyyə  Ərəbistanı,  Pakistan 
v
ə başqa ölkələrdir. 
İndiki dövrdə “qırmızı”ların dayaq bazası, generatoru Əfqa-
nıstandır. Hansı ki, cihad burada vəhabizmin övladlarından sayılan 
talibanizm bayrağı altında aparılır. 

 
248 
Çeçenistan hadis
ələrinin ilk dövrü “ağlar”ın, sonrakı dövrləri 
m
əhz  “qırmızılar”ın  təsiri  altında  baş  vermişdi.  Çeçnistan 
inqilabının “Dudayev” dövrü (1991-1996-cı illər) “mədəni oyanış”, 
“azadlıq əldə etmə” istiqaməti götürmüşdü və ona “mədəni”, “zi-
yalı”  C.Dudayev  rəhbərlik edirdi. O, terrorizmdənkənar, terrorçu 
fondlarından ehtiyat edən adam idi. Onun xarici işlər naziri Ş.Beno 
deyirdi ki, C.Dudayev respublikaya daxil olan çekl
əri yoxlatmağı 
əmr  etmişdi.  O  əmin olmaq istəyirdi ki, bu pullar ölkəyə  terror-
çulardan daxil olunmur. Amma C.Dudayevin ölümünd
ən bir neçə 
il sonra 1999-cu ild
ə  Çeçen  cihadının  siması  “Ərəb Çe-Gevarı” 
X
əttab oldu. Simvolu isə terror aktları və şəhidlər, əsas himayədarı 
is
ə “Müsəlman qardaşları” oldu. 
Yaxın Sərq terrorçularına qarşı müharibədə qələbə qazanmaq 
üçün gücü 
əsasən iki istiqamətə yönəltmək, yəni terrorçuluğu məhv 
etm
əklə  yanaşı  onları  yaradan  səbəbləri də  aradan  qaldırmağa 
yön
əlmiş  siyasi prosessləri qaydaya salmaq lazımdır.  Məhz 
rusların Çeçenistandakı hərəkətləri bu istiqamətdədir. 
Son dövrl
ər dünyada əsas qaynar nöqtələrin  İslam  dininə 
m
ənsub xalqların yaşadığı bölgələrin olduğunu da nəzərdən qaçır-
maq olmaz. 
Eyni zamanda müs
əlman  azadlıq  hərəkatında,  sözsüz  ki, 
əlahiddə əhəmiyyətə malik, bir çox hallarda həmin hərəkatın əsas 
stimulu v
ə ideoloji bazası olan İslamın rolunun, potensial imkan-
larının dərk edilib qiymətləndirilməsi baxımından da çeçen azadlıq 
h
ərəkatının öyrənilməsi son dərəcə zəruridir. 
Şimali  Qafqazda  ilk  münaqişə  çeçenlərlə  inquşlar  arasında 
baş  verdi.  Tarix  boyu  bu  iki  xalq  bir-birinə  o qədər  qaynayıb-
qarışıb ki, onlar özlərinə “vazkar” yəni “bizim xalq” deyirlər. La-
kin  Rusiyanın  ənənəvi “Parçala, hökm sür!” siyasəti “Vaynax 
Respublikası”nı Çeçenistana və İnquşetiyaya parçaladı.  
1990-
cı  ilin  noyabrında  RF  xalq  deputatları  qurultayının 
q
ərarına əsasən Çeçnistan və İnquşetiya ayrılan zaman regionların 
s
ərhədləri müəyyənləşmədi. 1992-ci ildə “Çeçen-İsgeriya”nın par-
la
menti  İnquşetiya  ilə  sərhəd xəttini 1934-cü ildə  olduğu  kimi 
q
əbul etdi. 1993-cü ildə R.Auşev və C.Duduayev arasında separat 
müqavil
ə imzalandı ki, buna əsasən Sunjenski rayonu İnquşetiya-

 
249 
ya, Çernovodsk v
ə  Assinovski  yaşayış  məntəqələri Çeçenistana 
verildi. Amma Dudayevin ölümünd
ən sonra Çeçenistan, İnquşeti-
ya
ya qarşı torpaq iddiası qaldırdı. İndi həm inquşlar, həm də çeçen-
l
ər Sunjenski rayonunu özününkü hesab edir. 2001-ci ilin 
yanvarında  Çeçenistanda inzibati mərkəzi Sernovodsk olan 
Sunjenski rayon
u  yaradılmışdı.  İnquşların  Sundenski  rayonunun 
çah
əsi 881 km
2
-
dir. Burada neft yataqları mövcuddur. 
Repre
ssiyaya uğramış xalqların reabilitasiya problemi, əsasən 
ərazi  reabilitasiyası  çox  böyük  partlayışa  səbəb  oldu.  Şimali 
Qafqazda ikinci 
ən böyük etno-siyasi münaqişə osetin-inquş müna-
qi
şəsidir. Onun da kökləri 1944-cü ilə  gedib  çıxır.  1944-cü ilin 
yanvarın 31-də SSRİ DTK-nın qərarına əsasən Çeçen-inquş MSSR 
l
əğv olunaraq 100 minə yaxın inquş Qazaxıstana sürgün edilmişdir. 
SSRİ  dağıldıqdan  sonra  RF  parlamenti  “İrticaya  məruz  qalmış 
xalqlar  haqqında”  qərar qəbul etdi. Həmin qərara  əsasən Sibirə, 
Qazaxıstana  sürgün  edilmiş  Qafqaz  xalqlarının  təkcə  hüquqları 
deyil, h
əm də əvvəlki inzibati-ərazi bölgələri də özlərinə qaytarıl-
malı  idi.  Bu  qərar  Şimali  Osetiyada  narahatçılıq  yaratdı.  Onların 
sürgünd
ən sonra  sahib  olduqları  inquşlara  məxsus münbit 
Priqorodik rayonunu qaytarmaq ist
əməməsi 1992-ci ilin oktyabrın 
31-d
ə inquşlarla osetinlər arasında münaqişəyə səbəb oldu. Həmin 
gün Şimali Osetiyada soyqırım baş verdi. 
Rus  siyas
ətçiləri  Çeçenistandakı  hadisələri  Rusiyanın  bu 
regiondakı  milli  və  geosiyasi  maraqlarına  açıq  meydan  oxumaq 
kimi qiym
ətləndirirlər. Rusiya Geosiyasi Ekspertiza Mərkəzinin 
direktoru A.Q.Dugin qeyd edirdi ki, müasir Rus dövl
ətinin 
efektivliyi bu gün indikatorun bir nöqt
əsi ilə - Şimali Qafqazdakı, 
əsasən  Çeçenistandakı  vəziyyətlə  qiymətləndirilir.  Rusiyaya  qarşı 
çıxış edən qüvvələr qarşılarına Rusiyada, xüsusilə Şimali Qafqazda 
v
əziyyəti gərginləşdirmək, postsovet məkanında Rusiyanın təsirini 
l
əğv  etmək, sonra isə  RF  timsalında  Avrasiya  məkanını 
bölüşdürmək məqsədi qoymuşdular. Rusiya dilemma qarşısındadır. 
O siyasi c
əhətdən o qədər zəifdir ki, regiona daxil olan xarici 
qüvv
ələrin qarşısını ala bilmir. Həm də o qədər kasıbdır ki, öz gücü 
il
ə bu bölgədə fəaliyyət göstərə bilmir. Rus liderlərinin bir hissəsi 
başa düşürlər ki, indiki yeni dövlətlərdəki demoqrafik proses onu 

 
250 
göst
ərir  ki,  iqtisadi  inkişafı  saxlamaq  məsələsindəki  uğursuzluq 
axırda Rusiyanın cənub sərhədlərində (Çeçenistan, Dağıstan və s.) 
v
əziyyəti  partlayış  səviyyəsinə  gətirib  çıxara  bilər.  Bunu  başa 
düşən Rusiya Türkiyə və İranın Qafqazdakı fəaliyyətinin qarşısını 
almaq, Amerikanın yeni suveren respublikalara  geosiyasi təsirini 
m
əhdudlaşdırmaqdan  ötrü  yeni  qarşılıqlı  münasibətlər sistemi 
yaratmağa  səy edir. Bandan məqsəd  Rusiyanın  yeni  yaranmış 
dövl
ətlərdə öz üstün geosiyasi və iqtisadi mövqeyini saxlamaqdır. 
Qafqazda inzibati-
ərazi sərhədlərinin əsassız dəyişməsi də bu 
regi
onda  çoxlu  münaqişələrə  yol  açmışdır.  XX  əsrin sonlarından 
başlanmış  erməni-Azərbaycan, gürcü-abxaz, gürcü-cənubi osetin 
ziddiyy
ətləri əvvəl münaqişələrə, sonra isə qanlı müharibələrə çev-
rildi. İki Çeçen müharibəsi, osetin-inquş qarşıdurması çoxlu insan 
itkisin
ə və dağıntılara yol açdı. 
Tarixi t
əcrübə  göstərir ki, mərkəzi hakimiyyətin zəifləməsi 
bir t
ərəfdən, ölkənin bu və ya başqa regionunda milli münaqişələri 
g
ərginləşdirir,  digər tərəfdən mərkəzdənqaçma meyllərini surət-
l
əndirir. 
XX 
əsrin sonu -  XXI  əsrin  əvvəllərində  Qafqaz regionunun 
geosiyasi 
əhəmiyyətinin armtasının bir çox səbəbləri vardır. Bunlar 
əsasən aşağıdakılardır: 
1)  Qafqaz  (geniş  mənada  –  Qafqaz-Xəzər-Qara dəniz 
regionu) z
əngin təbi sərvətlərə  (ən çox da krbohidrogen 
xammalına) malik bir bölgə kimi diqqət mərkəzindədir. 
2) Bu bölg
ə gələcəkdə “Şərq-Qərb” və “Şimal-Cənub” xətti 
üzr
ə  mühüm transmilli nəqliyyat  qovşağına  çevrilə  və  Fars 
körf
əzinin neft emalı ölkələrinə alternativ təşkil edə bilər. 
3) Geosiyasi nöqteyi-n
əzərdən  Qafqaz  Rusiyanın  ən kövrək 
yer v
ə  “yumşaq  qarınaltısı”dır.  Burada  milli  münaqişələr daim 
köz
ərməkdə  və  alovlanmaqdadır.  Qafqazın  müstəqililk  qazanmış 
ölk
ələri «Qərbə meyl edərək Rusiyadan ayrı düşürlər». 
4) Bir çox t
ədqiqatçılar  hesab  edirlər ki, Qafqaz regionu 
“Rusiya Balkanlarına” və “Qeyri-sabit Avrasiya qurşağı”nda möh-
k
əmlənmiş həlqəyə çevrilə bilər. 
5) Qafqaz dünya siyas
ətinin lokal, regional və qlobal maraq-
ların hökm sürdüyü və toqquşduğu ən mühüm mərkəzlərdən birinə 

 
251 
çevrilm
əkdədir. Burada təsir dairələri uğrunda Rusiya, ABŞ, Qərbi 
Avropa ölk
ələri, Türkiyə və İran mübarizə aparırlar. 
Neft bazarı elə bazardır ki, o bazar iqitsadiyyatının yazılmış 
v
ə  yazılmamış  qanunlarına  tabe  olmur.  Məsələn, son onililklər 
ərzində  dünyada bütün xammal məhsulları  ucuzlaşsa  da,  neftə 
bunu aid etm
ək olmaz. Demək olar ki, neft qədər siyasiləşən, 
qloballaşan,  imicli strateji məhsul yoxdur. II dünya 
müharib
əsindən  sonra  baş  vermiş  müharibələrin  əksəriyyətinin 
t
əməlində  neft faktoru durur. Gələcəkdə  neft istehlak edən 
ölk
ələrin neft istehsal edən ölkələrə qarşı müharibəsi mümkündür. 
Bunun  üçün motiv, güc v
ə  vəsait də  vardır.  Nə  İngiltərə, nə  də 
ABŞ  həmişə  ideoloji cəhətdən  əsaslandırmaqdan  müharibə 
aparmırlar.  Belə  bir deyim var ki, heç vaxt ovdan sonra və 
müharib
ədən qabaq danışılan qədər yalan danışılmır. 
 
ABŞ-ın Dağıstan siyasəti 
 
Rusiya
nın  cənubunda  etnosların  daha  çox  məskunlaşdığı 
bölg
ə Dağıstandır. İki milyondan çox əhalisi olan Dağıstanda 40-a 
q
ədər yerli etnoslar yaşayır. 
Müasir Avrasiya geosiyasi sistemind
ə Dağıstan həm regional, 
h
əm də  ümumdünya  xarakterli  maraqların  kəsişdiyi  bir  zonadır. 
Respublikanın  geosiyasi  mövqeyinin  mühümlüyü  onun  Avropanı 
Yaxın  və  Orta  Şərqlə  və  həmçinin, Mərkəzi Asiya ilə  birləşdirən 
əsas kommunikasiyaların kəsiyində yerləşməsidir. 
Dağıstan  bir  tərəfdən Cənubi Qafqaz ölkələri ilə, digər 
t
ərəfdən İran və Türkiyə ilə həmsərhəddir. Bundan başqa bu bölgə 
X
əzər və  Qara dəniz regionunu birləşdirən mühüm  coğrafi  bir 
m
əkandır. 
Rusiya üçün 
Dağıstan Cənubi Qafqaz ölkələri ilə iqitsadi və 
dig
ər əlaqələri yaratmağa imkan verən ən cənub sərhəd zonasıdır. 
Bundan  başqa,  Dağıstanın  donmayan  dəniz  limanları  Rusiyaya 
X
əzər dənizi vasitəsilə  xarici ölkələrlə  əlaqə  yaratmağa  imkan 
verir. Bel
əliklə, Dağsıtanın, Rusiyanın strateji və geosiyasi maraq-
larının  qorunmasında,  cənub sərhədlərindəki siyasi və  sosial-iqit-
sadi sabitliyin t
əminində,  Qafqazdan  tutmuş  Mərkəzi Asiyayadək 

 
252 
geniş  bir  regionda  öz  təsirini möhkəmləndirməkdə  böyük rolu 
vardır. Onu da unutmaq olmaz ki, bu bölgənin Xəzər dənizi şelfin-
d
əki karbohidrogen yataqlarının yaxınlığında yerləşməsi XXI əsrdə 
Dağıstanın  mühüm  neft  emalı  rayonuna  çevriləcəyini ehtimal et-
m
əyə əsas verir. Xəzər nefti və qazını Arvopa bazarına daşınması 
üçün 
ən qısa yolun gələcəkdə buradan keçməsi mümkündür. 
M
əhz Xəzər neti Cənubi  Rusiyanı  dünya  regional 
dövl
ətlərinin rəqabət zonasına çevirir. 
Geosiyasi yerd
əyişmə nəticəsində Dağıstanın həm ümumrus, 
h
əm də Qafqaz geosiyasi regionunda mövqeyi dəyişilmiş oldu. Bu 
is
ə  respublikada geosiyasi vəziyyətin dəyişkən və  zididyyətli xa-
rak
ter almasına gətirib çıxardır. Münaqişə törədici faktorlar Dağıs-
ta
nın geosiyasi sabitliyinə təsir etməklə yanaşı, həm də Rusiyanın 
c
ənubu, həm də digər dövlətlər üçün real və potensial təhlükə mən-
b
əyidir. Dağıstanın  sosial-mədəni xarakteristikasının əsasını təşkil 
ed
ən etnosiyasi və  siyasi-dini faktorlar,  həm də  xarici  təsirlər 
respublikada münaqişələri, zididyyətləri, etno-siyasi təhlükəni daha 
da artırır. 
Dağıstan  Respubilkasında  sabitlik  ən çox Qafqaz, Xəzər və 
Asiya  regionunda  Rusiyanın  hərbi və  iqitsadi  iştirakının  saxlan-
masından asılıdır. Yuxarıda qeyd etdiyimiz kimi bu sabitilk həm də 
bölg
ədə etno-siyasi vəziyyətlə xarakterizə olunur. Belə ki, 1990-cı 
ill
ərdən  başalyaraq  Dağıstanda  etnik  separatizm  geniş  vüsət 
almışdır.  XX  əsrin 90-cı  illərində  artıq  əhalinin etnik özünüdər-
kind
ə və dindarlığında artım müşahidə olunur. Milli və dini radika-
lizmin artması Dağıstanda etnoslararası qarşıdurmaları, münaqişə-
l
əri qızışdırır. 
Dağıstandakı daxili-siyasi proseslərin birinci mərhələsi 1980-
ci ill
ərin sonundan –  1993-cü ilə  qədər olan dövrdə  dini cəmiy-
y
ətlərin  yaranması  və  onların  ictimai  xarakterli  ilk  aksiyları  ilə 
başlamışdır.  
1993-1995-ci ill
əri əhatə edən ikinci mərhələdə milli müna-
sib
ətlər kəskinləşir, milli hərəkatlar yaranır və fəallaşır, milli əla-
m
ətlərə  görə  dindarların  və  onlar idarə  orqanlarının  parçalanması 
prosesi baş verir. 

 
253 
1995-1999-cu ill
əri əhatə edən üçüncü mərhələdə vəhabilərin 
siyasi f
əallığının artması müşahidə edilirdi. 
1999-cu ild
ən  başlayan  dördüncü mərhələ  isə  vəhabilərin 
h
ərbi məğlubiyyəti və onların fəaliyyətinə siyasi qadağanın qoyul-
mas
ı ilə əhlavətdardır. 
Dağıstandakı  proseslərə  xarici qüvvələrin də  təsirinin  az 
olma
dığını  da  nəzərdən  qaçırmaq  olmaz.  1990-cı  illərin ikinci 
yarısından  başlayaraq  xarici  qüvvələrin  respublikada  baş  verən 
daxili siyasi prosesl
ərə  təsiri güclənməyə  başlamışdır.  Bununla 
yanaşı  etno-elitanın  regionda  mülkiyyətin  bölüşdürülməsi, 
hakimiyy
ət və  siyasi  nüfüz  uğrunda  mübarizəsi də  müşahidə 
edilm
əyə başlandı. 
Rusiya bu m
əsələnin həllinə MDB-ni təşkil etməklə başladı. 
Bu sistem Rusiyaya MDB-y
ə daxil olan respublikaları bir mərkəz-
d
ən idarə etməyə imkan yaratdı. MDB-də liderlik qazanan Rusiya 
h
əmçinin “Birliyin xarici sərhədlərinə vahid mərkəzdən nəzarətini 
t
əmin etməyə səy göstərirdi. Məqsəd isə əvvəlki neft kəmərlərinin 
ç
əkilişini genişləndirmək və Rusiyadan yan keçən yeni kəmərlərin 
ç
əkilişinə yol verməmək idi. 
Tipoloji  olaraq  Dağıstandakı  sabitliyi  təhlükə  altına  alan 
etno-siyasi, sosial-iqtisadi, ideoloji v
ə  geosiyasi amilləri xüsusi 
qeyd etm
ək vacibdir. 
Geosiyasi amil respubilkada müasir etno-siyasi, etno-dini 
prosesl
ərin təsiri  altında  münaqişə  və  ziddiyyətlərin törətmə  qa-
biliyy
ətini yüksəldir. Radikal millətçilik, siyasi və dini ekstremizm, 
h
əll  olunmamış  hərbi  münaqişələr, sosial-iqitsadi  inkişafın  çətin-
likl
əri və s. amillər Şimali Qafqaz respubilkalarında gərginliyi daha 
artırır.  Bu  isə  Rusiyanın  geosiyasi rəqiblərinə bölgədə  qeyri-sabit 
v
əziyyət  yaratmaq  üçün  imkan  vermiş  olur.  NATO-nun öz təsir 
zonalarından  kənarda hərbi  əməliyyatlar aparmaq səlahiyyətləri 
əldə etməsi və 1993-cü ildə bu blokun qəbul etdiyi proqram sənədi 
əsasında  Qafqazda  “sülhməramlı  əməliyyatların  aparılma 
mexanizml
ərinin işlənməsi” ideyası əsasında fəaliyyət proqramının 
hazırlanması məhz bu məqsədə xidmət edirdi. 

 
254 
Geosiyasi amil ölk
ələrin etno-konfessional vəziyyətinə  də 
açıq  təsir göstərir.  İdeoloji  boşluq  bu  bölgədə  dini idleyalarla 
doldurul
muşdur. 
Bu  gün  Dağıstanda  islam  hərəkatı  yekcins  deyildir.  2001-ci 
ild
ə Şimali Qafqazda  mövcud olan 1499-müsəlman cəmiyyətləri-
nin 1099-
u Dağıstanda fəaliyyət göstərirdi. Dağıstan islamın sünni 
m
əzhəbi üzrə Qafqazın forpostudur. Dağıstan Respubilkası Şimali 
Qafqazda radikal islam h
ərəkatının  genişlənməsində  mühüm yer 
tutur. M
əhz ilk dəfə 1999-cu ilin avqustunda onun ərazisində cihad 
şüarları  altında  mövcud  hakimiyyət devirmək və  konstitusiyalı 
qu
ruluşu  dəyişdirmək məqsədi güdən hərbi  qiyam  baş  verdi.  Bu 
qiyam çeçenistanda v
əziyyəti kəskinləşdirdi. 
Buradan bel
ə  bir nəticəyə  gəlmək olur ki, məhz  Dağıstan 
“Ra
dikal islamçılığın” real “təzyiq” dərəcəsini
  
göst
ərən  dəqiq ba-
rometrldir. Dini-estremist  c
ərəyan olan vəhabiliyin təmsilçilərinin 
Dağıstana gəlişi ildən-ilə dəyişir. Belə ki, buraya 2001-ci ildə 2538 
n
əfər, 2002-ci ildə  864 nəfər, 2003-cü ildə  -  957 nəfər, 2004-cu 
ild
ə 1004 nəfər onların nümayəndələrindən gəlmişdir. 
Lakin  Dağıstanda  məscidlərin, dini tədris müəssisələrinin 
dini partiya v
ə  təşkilatlarının  və  ədəbiyyatlarının  artmasına  bax-
mayaraq dini düşüncə aşağı səviyyədədir. Bu isə iqitsadi və siyasi 
faktorlarla birilkd
ə  bölgədə  dini  ekstremizm  üçün  münasib  şərait 
yaradır. 
Dağıstanda  milli  ekstemizm isə  respubilka  ərazisini milli 
t
ərkibə  görə  parçalamağa  cəhd göstərən terrorçu təşkilatlar  və  ya 
qüvv
ələrin timsalında özünü büruzə verir. Əgər belə olarsa, Dağıs-
tan 
ərazisində  ən  azı  11,  ən çoxu 30 respubilka yarana bilər. Bu 
prinsipi bölg
ədə irəli sürən terrorçu «Sadval» təşkilatıdır. 
1992-
ci  ilin  noyabrında  Dağıstan  xalqlarının  II  qurultayı 
keçirildi. Bel
ə  nəticəyə  gəlindi  ki,  Dağıstan  bölünməzdir və  böl-
g
ədə əmin-amanlığa burada yaşayan xalqların maraqlarındakı bəra-
b
ərlik hesabına nail olmaq olar. əgər millətlər “öz problemlərini” 
ayrılıqda həll etmək istəsələr, bu region üçün faciəli sonluğa gətirib 
çıxara bilər. 
“Sadval” is
ə öz fəaliyyətini genişləndirməklə bütün Qafqazda 
terror kül
əyi əsdirir. Bu təşkilatın cızmış olduğu xəritəyə Azərbay-

 
255 
canın  Şimal  əraziləri də  daxil  edilmişdir.  Tarixən Azərbaycanla 
Dağıstan arasında sərhəd olmamışdır.  Yeni münaqişə ocağı yarat-
maq üçün Rusiya 1992-
ci ilin yayında ciddi sərhəd rejimi yaradıl-
ması fikrini irəli sürdü. 

 
256 
1   ...   15   16   17   18   19   20   21   22   23


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə