Sənaye klasterləri ilə bağlı Arayış I. Klasterin anlayışı



Yüklə 386,34 Kb.
Pdf görüntüsü
səhifə8/10
tarix02.01.2022
ölçüsü386,34 Kb.
#1680
1   2   3   4   5   6   7   8   9   10
III.

 

Beynəlxalq təcrübə 

Ölkə  ərazisində  klasterlərin  yaradılması  ilə  əlaqədar  olaraq  dünyanın  bəzi 

ölkələrinin  bu  sahədə  təcrübələri  araşdırılmışdır.  Müəyyən  olunmuşdur  ki,  klaster 

modeli, xüsusilə XX əsrin 60-70-ci illərindən başlayaraq tətbiq edilən bir mexanizmdir 

və  bu  modelin  tətbiq  edildiyi  ölkələrin  əksəriyyətində  klasterlər  iqtisadi  cəhətdən  çox 

əhəmiyyətli  mövqeyə  malikdir.  Klasterlərin  ən  yaxşı  inkişaf  etdiyi  ölkələrə  nümunə 

kimi,  İtaliya,  Almaniya,  İngiltərə,  İsveç,  Yaponiya,  Fransa,  ABŞ,  Çin,  Hindistan, 

Pakistan, Braziliya, Meksika və s. göstərilə bilər. Təyinatına görə klasterlər sənayenin 

bütün sahələrini  əhatə  edir  və  Sinqapur, Malayziya, Tayvan  və  digər ölkələrdə  yüksək 

texnoloji məhsul istehsalına stimul verir. 

Ənənəvi sənaye istehsalı ilə məşğul olan klasterlərə bəzi Avropa ölkələrini nümunə 

göstərmək olar. Belə ki, İtaliyanın müxtəlif sektorları əhatə edən və yüksək keyfiyyətli 

məhsulları  ilə  böyük  həcmli  ixracı  həyata  keçirən  tekstil,  dəri,  zərgərlik  məmulatları, 

optik şüşələr və s. klasterləri bu sahədə böyük təcrübəyə malikdir. İtaliyanın “Made in 

Italy” olaraq dünyada məşhurlaşmasının əsas səbəblərindən biri bu ölkədə inkişaf etmiş 

klasterlərin mövcudluğudur. Həmçinin bir sıra kosmetika və tekstil məhsulları istehsalı 

ilə məşğul olan  “Gucci”, “Armani”, “Genny”, “Byblos”, “Guigiaro Valentino”, “Yves 



 

 



Saint  Laurent”,  “Burberry”,  “Dizel”,  “Christian  Dior”  və  s.  brendlərin  uğur 

qazanmasının və Asiya ölkələrinin irimiqyaslı istehsal gücü ilə rəqabət apara bilməsinin 

əsas  səbəblərindən  biri  müvafiq  sahələrdə  klaster  modelinin  tətbiq  olunmasıdır. 

Tanınmış  italyan  klasterlərinə  nümunə  kimi  Prato  (yun  trikotaj),  Trevisio  (toxuma), 

Reggio  Emilia  (kənd  təsərrüfatı  maşınqayırması),  Bologna  (avtomat  maşınlar)  və 

digərləri göstərilə bilər. 

İsveçdə  ümumi  ixracın  50%-dən  çoxu  (nəqliyyat,  meşə  məhsulları,  metal  və  s.) 

sənaye  klasterləri  vasitəsilə  həyata  keçirilir.  “Tuttlingen”  (cərrahi  avadanlıqlar), 

“Munich”  (avtomobil)  və  “Frankfurt”  (kimyəvi  məmulatlar)  Almaniyanın  məşhur 

klasterlərindəndir.  ABŞ-da isə,  “Silikon vadisi”  İKT  üzrə,  “Hollywood”  əyləncə  üzrə, 

Nyu-York maliyyə bazarları üzrə, Naorth Carolina mebel üzrə dünyada ən çox tanınmış 

klasterlərdən sayılır. Klasterlər inkişaf etməkdə olan bir çox ölkələrin iqtisadiyyatında 

da əhəmiyyətli yer tutur. Bu ölkələrə Braziliyanı (dəri və dəri ayaqqabılar), Meksikanı 

(maşınqayırma,  ayaqqabı),  Hindistanı  (trikotaj,  ənənəvi  hazır  geyim,  daş-qaş  və 

zərgərlik məmulatları, dəri və dəri məhsulları, əl işləri və s.) misal göstərmək olar. 

Belə dövlətlər iqtisadi siyasət vasitələri və investisiyaların stimullaşdırılması yolu 

ilə klasterlərin inkişafını dəstəkləyərək, biznes mühitinin inkişafı istiqamətində müxtəlif 

tədbirlər həyata keçirirlər. Hazırda qlobal rəqabət şəraitində inkişaf səviyyəsindən asılı 

olmayaraq  dünyanın  bir  çox  ölkələrində  kiçik  və  orta  sahibkarlığın  rəqabətə 

davamlılığının  təmin  olunması,  o  cümlədən,  xammal  əldə  etmə,  istehsal  prosesində 

yenilik tətbiq etmə, marketinq, məhsulların bazara çıxarılması və s. mövzularda yaranan 

problemlərin  klasterlərin  tərkibində,  eləcə  də  digər  iqtisadi  subyektlərlə  aktiv 

əməkdaşlığın qurulması ilə aradan qaldırılması daha asandır. 

Beynəlxalq  təcrübəyə  müraciət  etsək,  klasterlərin  yaradılması  istiqamətində 

dövlətlərin  birbaşa  iştirak  etmədiyini  müşahidə  edərik.  Klasterlər  uzun  dövr  ərzində 

formalaşır  və  dövlətlərin  hər  hansı  bir  müdaxiləsi  ilə  klasterlərin  yaradılması 

təcrübəsinə  rast  gəlinmir.  Lakin,  yaranmış  və  formalaşmış  klasterlərin  dövlətlər 

tərəfindən  müxtəlif  tədbirlərlə  dəstəklənməsinə  dünya  təcrübəsində  çox  rast  gəlmək 

olar.  Klasterdə  fəaliyyət  göstərən  sahibkarların  güzəştli  kreditlərlə  təmin  edilməsi  ən 

başlıca dəstək mexanizmlərindən biridir. 




 

 




Yüklə 386,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin