SəQƏleyn həDİSİNİN ŞƏRHİ Rəhmli və Mərhəmətli Allahın adı ilə


Yenə də Küfənin hədis uyduran sənətkarları!!!



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə60/84
tarix02.01.2022
ölçüsü0,6 Mb.
#44090
1   ...   56   57   58   59   60   61   62   63   ...   84
saqaleyn hedisinin sherhi

Yenə də Küfənin hədis uyduran sənətkarları!!!  

İmam  Cəfər  demişdir:  “Allah  Muğirə  ibn  Səidə  lənət  etsin! 

O,  atamın  adından  hədis  uydururdu..”  (“İxtiyaru  mərifətur-ricəlil-

məruf bi ricəlil-kəşşi”3/297). 

Şiə kitablarında rəvayət olunduğu kimi Muğirə ibn Səid özü 

də bunu etiraf etmişdir. O, belə deyir: “ Mən (əhli-beytin adından) 

çox  sayda,  təqribən  100  min  hədis  uydurdum.”  (Məməqani 

“Tənqihul məqal fi ilmir-rical” 1/174-175 Nəcəf çapı). 

İmam  Cəfər  demişdir:  “Biz,  əhli-beyt  doğru  danışanlarıq. 

Ancaq  biz,  bizim  adımızdan  yalan  danışan  yalançılardan  azad  da 

deyilik.  Onların  bizim  üzərimizə  yaxdıqları  yalanlardan  ötrü 

insanların  nəzərində  bizə  etibar  da  azalıb...”



36

  (“Ricalul-kəşşi” 

səh.108). 

Hətta  İmam  Cəfər  demişdir:  “İnsanlar  bizdən  bir  söz  eşidir-

lər,  sonra  da  o  sözün  üstünə  onunu  qoyurlar.”  (“Kitəbul-kəfi” 

8/192).  

Onların  İmam  Cəfərin  başına  gətirdikləri  müsibətlərinə  bir 

baxın: “Cahil camaat imamın ətrafına yığışar, onun yanına girər və 

ordan çıxarkən belə deyərdilər: “Bizə Cəfər ibn Muhəmməd hədis 

                                                



36

  Elə  bu  səbəbdən  də  İmam  Buxari  “əs-Səhih”  əsərində  Cəfər  əs-Sadiqdən 

bir dənə də olsa, hədis nəql etməyib. Çünki o, İmam Cəfərin zamanında yaşama-

dığından ötrü, birbaşa ondan hədis nəql edə bilməyib. Ancaq o, imamın adından 

yalan hədislərin çox  yayıldığını və doğrunu yalandan ayırd etməyin də həddən 

çox  çətin  olduğunu  bildiyi  üçün,  hədis  ravilərinin  onun  adından  nəql  etdikləri 

hədislərə  güvənməmiş  və  bu  hədisləri  kitabına  götürməmişdi.  Çünki  ondan 

hədis rəvayət edən ravilərin əksəriyyəti yuxarıda da qeyd etdiyim kimi, Küfənin 

hədis uyduran şiə sənətkarları” idi. 



 

39 


rəvayət etdi”. Beləcə onun adından hamısı yalan və uydurma olan 

hədislər  rəvayət  edərlər.  Üstəlik  də  bu  yalan  rəvayətlər  ilə 

insanlardan qazanc qazanar və onlardan bu rəvayətlərin müqabilin-

də  dirhəmlər  alarlar.”  (“İxtiyaru  mərifətur-ricəlil-məruf  bi  ricəlil-

kəşşi” 4/391, “Biharul-ənvər” 25/302 və ya 20/302) 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin