SəRBƏst iŞ №1 HƏyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİNİn nəZƏRİ Əsaslari



Yüklə 40,72 Kb.
səhifə1/4
tarix02.01.2022
ölçüsü40,72 Kb.
#39564
  1   2   3   4
HFT sərbəst iş1


AZƏRBAYCAN RESPUPLİKASI TƏHSİL NAZİRLİYİ

A
ZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


KAFEDRA: Sənaye ekologiyası və həyat fəaliyyətinin təhlükəsizliyi

FƏNNİN ADI: Həyat fəaliyyətinin təhlükəsizliyi

SƏRBƏST İŞ № 1

HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİNİN NƏZƏRİ ƏSASLARI

MÜƏLLİM: Hüseynova Sevil

FAKÜLTƏ: XTT

QRUP:748a

KURS: 3

TƏLƏBƏ: Əzimov Tofiq

BAKI-2021

İnsan cəmiyyətinin varlığı üçün tələb olunan şərt onun fəaliyyətidir. Əmək fəaliyyətin yüksək formasıdır. Fəaliyyət və onun formaları müxtəlif və çoxşaxəlidir. Bunlar təcrübə, intellektual və mənəvi prosesləri əhatə etməklə məişətdə, ictimai, mədəni, istehsalat, elmi və digər fəaliyyət sahələrində baş verir. Ümumi şəkildə fəaliyyət prosesinin modelini iki elementdən ibarət kimi təsəvvür etmək olar: bir-biri ilə bir­başa və əks əlaqələri olan insan və mühit. Əks əlaqə maddi dün­yanın ümumi qanunlarının reaktiv təsiri ilə xarakterizə olunur.

İnsan-mühit sistemi iki məqsədlidir. Birinci məqsəd fəaliyyət prosesində müəyyən effektə nail olmaq, ikinci isə bu prosesdə xoşagəlməz nəticələri aradan qaldırmaq. Xoşagəlməz nəticələrə insanın sağlamlığına və həyatına zərər gətirən hallar, yanğınlar, qəzalar, fəlakətlər və başqaları daxildir. Bu cür xoşagəlməz nəticələri törədən hadisələr, təsirlər və digər proseslər təhlükələr adlanır.

Təhlükələr potensial və real olurlar. Təh­lü­kələr üçün aşağıdakı əlamətlər xarakterikdir: insan həyatına qorxunun yaranması; sağlamlığa zərərin gözlənilməsi; orqan­la­rın funksiyalarının çətinləşməsi. Potensial təhlükənin baş verməsi üçün şərait olmalıdır. Bu cür şəraitlər səbəblər adlanır. Təhlü­kənin və onun nəticələrini xarakterizə edən bəzi məlumatları göstərək. Yer kürəsində təbii fəlakəkətlərin sayı ildən ilə artır. Ümumdünya sağlamlıq təşkilatının məlumatına görə nevrozla xəstələnənlərin sayı il-ildən sürətlə artır. Dün­yada 500 mln-dan çox əlil var və onların beşindən biri bədbəxt hadisə nəticəsində baş verib. Hər il insanlar bu və digər səbəbdən zədə alırlar və onların yarısı həlak olur. Çox zədələr və ölümlər yol-hərəkət nəticəsində, yanğınlardan, istehsalatda və s.

Təcrübə göstərir ki, istənilən fəaliyyət potensial təhlükəyə malikdir. Bununla yanaşı təhlükənin səviyyəsini idarə etmək olar. Məsələnin bu cür qoyuluşu münasib riskin konsepsiyasını təşkil edir. Bu, mütləq təhlükə­sizliyin mümkün olmadığı prinsipə əsaslanır.

Təhlükəsizlik müəyyən ehtimalla təhlükənin yaranmasını is­tis­na edən fəaliyyətin vəziyyətidir. Təhlükəsizlik – həyat fəaliy­yətinin məqsədini təşkil edir və buna nail olmaq üçün həyat fəaliyyətinin təhlükəsizliyi fənni təhlükələri öyrənir və onları ara­dan qaldırmaq üçün vasitələr, yollar və metodlar hazırlayır. Bununla əlaqədar olaraq HFT bir-biri ilə əlaqəli üç məsələni həll edir.



1. Təhlükələrin eyniləşdirilməsi, yəni kəmiyyət göstəri­ci­lərini və təhlükənin koordinatlarını müəyyən etməklə hadi­sələri aşkara çıxarmaq və öyrənmək.

2. Xərclərin və mənfəətin müqayisəsi əsasında təhlükə­lər­dən müdafiə olunma yollarını müəyyən etmək.


Yüklə 40,72 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin