SəRBƏst iŞ №1 HƏyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİNİn nəZƏRİ Əsaslari



Yüklə 40,72 Kb.
səhifə4/4
tarix02.01.2022
ölçüsü40,72 Kb.
#39564
1   2   3   4
HFT sərbəst iş1

Təhlükələrin nomenklaturası-Müəyyən əlamətlərə görə sis­tem­ləşdirilmiş terminallar və adlar siyahısı təhlükənin nomen­kla­turası adlanır. Ümumi nomenklaturaya aşağıdakılar misal ola bilər: havanın anomal temperaturu, havanın anomal nəmliyi, hava axınının anomal sürəti, anomal işıqlandırma, havanın boşluğu, part­layış, titrəyiş, lazer şüalanmaları, elektrik cərəyanı, yanğın, toksiki maddələr və s. Müəyyən tədqiqat apardıqda ayrı-ayrı obyektlər üçün təhlükələrin nomenklaturası tərtib edilir.

Təhlükələrin kvantifikasiyası-Kvantifikasiya kəmiyyət göstəricilərini daxil etməklə mü­rək­kəb, keyfiyyətcə təyin olunan anlayışları qiymətləndirmək üçün tədbiq edilir. Kvantifikasiyanın rəqəm, bal və digər qiymətləndirmə üsulları vardır. Təhlükələri qiymətləndirmək üçün ən geniş tətbiq edilən risk üsuludur.

Təhlükələrin eyniləşdirilməsi-Təhlükələr potensial, yəni gizli xarakter daşıyırlar. Həyat fəaliyyətinin təmin olunmasına yönəldilən operativ və profilaktik tədbirlər hazırlamaq üçün miq­dar, vaxt və digər göstəriciləri və müəyyən etmək prosesi təhlü­kə­lərin eyniləşdirilməsi adlanır. Eyniləşdirmə prosesində təhlükə­lərin nomenklaturası, onların yaranması ehtimalı, lokallaş­dırıl­ma­sı mümkün olan ziyan və digər göstəricilər müəyyən olunur.

Səbəb və nəticələr-Potensial təhlükələrin baş verməsini təmin edən şərait səbəblər adlanır. Başqa sözlə səbəblər təhlükənin yaranmasına və nəticədə bu və ya digər xoşagəlməz hallara, zərərə səbəb olan şəraitlərin məzmununu xarakterizə edir.

Zərər və xoşagəlməz halların formaları müxtəlifdir: müxtəlif ağırlıqlı zədələnmələr, xəstələnmələr, xarici mühitdə dağıntılar və başqaları. Bədbəxt hadisə, fövqəladə vəziyyət, yanğın və digər hallar üçün təhlükə, səbəblər və nəticələr əsas xarakteristikalardır. Təhlükə-səbəblər-nəticələr üçlaylı potensial təhlükəni real ziyan­lara gətirib çıxaran məntiqi inkişaf prosesidir. Bu proses bir qayda olaraq bir neçə səbəblər nəticəsində baş verir, yəni proses çox səbəblidir.



Eyni təhlükə müxtəlif səbəblər nəticəsində xoşagəlməz hadi­sə­lər törədə bilər. Təhlükə-səbəblər-nəticələr üçlüyünə misallar gətirək: zərər – əczacının səhvi zəhərlənmə elektrik cərəyanı (təhlükə)–qısaqapanma (səbəb)–yanğın (nəticə).

Fəaliyyətin potensial təhlükəsi haqqında aksioma- Həyat təcrübəsi göstərir ki, hər hansı fəaliyyət potensial təhlükədir. Heç bir növ fəaliyyətdə mütləq təhlükəsizlik əldə etmək müm­kün deyil. Bununla əlaqədər aşağıdakı nəticəni çıxarmaq olar: hər hansı fəaliyyət təhlükəlidir. Bu nəticə aksioma xarakteri daşıyır. Lakin təhlükəni idarə etmək olar.
Yüklə 40,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin