SəRBƏst iŞ №2 Müəllim: Əliyeva Elmira Fakültə


Birliyin tərkibinə daxil olan müəssisələr birlikdən çıxmaq hüququna malikdirlər. Bu halda birlikdən çıxan müəssisə bağlanmış müqavilələrə əsasən birliyə daxil olan digər müəssisələr qarşısında öz öhdə



Yüklə 22,75 Kb.
səhifə11/11
tarix02.01.2022
ölçüsü22,75 Kb.
#39087
1   2   3   4   5   6   7   8   9   10   11
Elmar Həsənzadə 657A4 2

Birliyin tərkibinə daxil olan müəssisələr birlikdən çıxmaq hüququna malikdirlər. Bu halda birlikdən çıxan müəssisə bağlanmış müqavilələrə əsasən birliyə daxil olan digər müəssisələr qarşısında öz öhdəliklərini saxlayır.

Birlik onun tərkibinə daxil olan müəssisələrin qərarına əsasən ləğv edilir. Birliyin ləğvi bu Qanunla müəssisələrin ləğvi üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Birliyin ləğvindən sonra qalmış əmlak birliyin nizamnaməsinə uyğun olaraq onun iştirakçıları arasında bölüşdürülür.


Müəssisənin maddi texniki təminatı

İqtisadiyyatın davamlı inkişafı üçün bütün istehsallar təkrar olunmalı, istehsal prosesləri daima istehsal vasitələri ilə təmin edilməlidir. Maddi-texniki təminat istehsal prosesinin maddi-texniki resurslarla və bir sıra texniki vasitələrlə, o cümlədən maşın, avadanlıq, nəqliyyat vasitələri, ehtiyat hissələri, qurğular və s. ilə təminatı üzrə kommersiya fəaliyyətinin bir formasıdır. Düzgün təşkil olunmuş maddi- texniki təminat istehsalın sabit işlənməsinə və məhsulun maya dəyərinin

aşağı düşməsinə münbit şərait yaradır, keyfiyyət və rentabellik kimi göstəricilərin səviyyəsini yüksəldir. Maddi-texniki təminat istehsaldan əvvəl həyata keçirilir və onun məqsədi material resurslarının konkret istehsal müəssisəsinədək çatdırılmasıdır.

Müəssisələrdə maddi-texniki təminatın əsas vəzifələrinə aşağıdakıları aid etmək olar:

-istehsal prosesinə qədər istehsalı xammal və materiallarla təmin etmək;

-maddi-texniki təminat xidmətinin strukturunu modernləşdirmək;

-materialların itgisiz saxlanmasını təşkil etmək;

- xammal gondərənlərlə təsərrüfat əlaqələri yaratmaq;

-maddi-texnuki təminatın planlarını tərtib etmək və s.

Müəssisələrin bir çoxunda maddi-texniki təminat xidməti materialların alınmasının təşkili, materialların qəbulu, material ehtiyatlarına nəzarət, istehsalın xammal və materiallarla təmin edilməsi, xammal bazarında müşahidələr və s. bu kimi işlər həyata keçirilir.

Müəssisənin istehsal vasitələri ilə təchizatı onların təminat xidmətləri tərəfindən icra edilir. Onlar bilavasitə istehsal üçün zəruri olan istehsal vasitələrinin optimal həcmini müəyyən edir, müəssisənin istehsal vasitələrilə vaxtlı-vaxtında və fasiləsiz təmin edilməsini həyata keçirirlər. Maddi resursların tədarük ediməsi, daşınması və qorunub saxlanılması tədbirlərinin az məsrəflə başa gəlməsi, xammal və materiallardan səmərəli istifadə ediməsi də məhz həmin orqanların işindən bilavasitə asılı olur.

Maddi-texniki təminat xidmətinin əsas vəzifəsi az məsrəflə müəssisəni lazım olan yüksək keyfiyyətli material resursları ilə vaxtli- vaxtında və dəst halında təmin etməkdir. Müəssisənin maddi-texniki xidməti onun istehsal bölmələri, müstəqil kommersiya firmaları, habelə, məhsulgöndərənlərlə qarşılıqlı əlaqədardır və birgə fəaliyyət göstərir. Bu işlərdə ən önəmlisi material resurslarının alınmasıdır. Çünki materialların alınması maddi-texniki təminat işinin əsas və ən məsuliyyətli tərəfidir. Bundan sonrakı proseslər isə istehsal vasitələrinin alinmasındakı uğurlardan asılıdır. Ona gorə də müəssisələrin bir çoxunda material resurslarının alınması ilə məşğul olan şöbələr mövcuddur. Müəssisələrin maddi-texniki təminat xidmətinin tərkibində mövcud olan alış şöbəsi müəs- sisə ilə onun məhsulgöndərənləri arasında əlaqələndirici bir bölmədir.

Maddi-texniki təminatın əsas və köməkçi funksiyaları vardır və bunlar da öz növbəsində kommersiya və texnoloji funksiyalara bölünür.

Kommersiya xarakterli əsas funksiyalara sənaye müəssisələri tərəfindən material resurslarının bilavasitə alınması və icarəsi daxildir ki, bu da dəyərin formasının dəyişilməsi ilə müşayiət olunur.

Texnoloji xarakterli funksiyalar material resurslarının daşınması və saxlanılması məsələlərini əhatə edir.

Ümumiyyətlə sənaye müəssisələrində əldə olunan material resurslarını əsas və köməkçi materiallara ayırmaq olar. Əsas materiallara ilkin emaldan keçmiş xam materiallar daxildir. Müəyyən qədər emal keçmiş materiallar yarımfabrikatlar kateqoriyasına aid olunur. Köməkçi materiallar son məhsulin tərkibində az payı hissə təşkil edir. Buraya hər cür metal məmulatları aid etmək olar.

Müəssisənin maddi-təminat işi başlanğıçdan sonuna qədər – məhsul göndərənlərin siyahısının hazırlanması; spesifikasiya sənədlərinin hazırlanması; məsrəf normalarına görə material resurslarına olan tələbatin müəyyənləşdirilməsi; əmək məhsulunun qiyməti, keyfiyyəti və s. gorə ən əlverişlisinin seçilməsi; müqavilələrin bağlanılması; məhsulgöndərənlərlə istehlakçının qarşılıqlı fəaliyyəti; müəssisənin material resurslarına olan tələbatın təmin edilməsi; sexlərin xammalla təchizinin təşkili; kimi məsələləri əhatə edir.

Onu da qeyd etmək lazımdır ki, sadalanan bu mərhələlərdən hər hansı birində səhvə yol verilərsə, müəssisənin material resursları ilə təminatı pozulacaqdır.

Müəssisələrdə maddi-texniki təminatın idarə edilməsinin təşkilinin mərkəzləşdirilmiş, qeyri-mərkəzləşdirilmiş və qarışıq kimi formaları mövcuddur. Mərkəzləşdirilmiş formada bütün mövcud funksi- yaların vahid maddi-texniki təminat xidmətində cəmlənməsini nəzərdə tutur. Bu müəssisənin istehsal vəhdəti, müəssisənin ərazicə tamlığı, alınan malların nomenklaturasının nisbətən məhdud olması ilə əlaqədardır.

İdarəetmənin qeyri-mərkəzləşdirilmiş sistemi funksiyaların pay- laşdırılmasını nəzərdə tutur. Bu müəssisələrin ərazicə dağınıqlığı, bölmə- lərin istehsal müstəqilliyi, materialların geniş nomenklaturasilə əlaqədardır. Maddi-texniki təminatın qarışıq sistemi əvvəlki iki strukturu birləşdirir.

Müasir dövrdə maddi-texniki təminat formalarının əsasında kontrakt sistemi durur. Bu sistemə görə müəssisələr xammal, material və digər məmulatları başqa müəssisələrdən kontrakt əsasında əldə edirlər. Maddi-texniki təminatın kontrakt forması istehlakçı müəssisələr üçün

sərfəlidir. Çünki, istehlakçı müəssisələr böyük həcmdə material ehti- yatları saxlamaqdan azad olurlar və daha ucuz qiymətlə məhsul alırlar.

Maddi-texniki təminat fəaliyyətinin əsas məqsədi ehtiyatların həcminin mümkün qədər minimuma endirilməsi yolu ilə istehsal tapşırıq- larının vaxtlı-vaxtında yerinə yetirilməsinə nail olmaqdır. İnkişaf etmiş ölkələrdə maddi-texniki təminat xidməti bazardan əldə edilməsi asan olan xammal, yarımfabrikat və müxtəlif dəstləşdirici məmulatlardan normativ- dən artıq istehsal ehtiyatını yaratmağa ehtiyac duymurlar. Lakin xammal istehsal edən regionlarda iqtisadi dəyişikliklərin təsiri şəraitində müəssi- sələr istehsal vasitələrindən əlavə ehtiyat yaratmaq məcburiyyətində qalırlar.

Maddi-texniki təminat prosesində də istehsal prosesində olduğu kimi, iş qüvvəsi, əmək cisimləri və əmək vasitələri iştirak edirlər. Maddi- texniki təminatda “əmək vasitələri” nəqliyyat vasitələri, ölçü cihazları, hesablama texnikası və s. hesab olunur. “Əmək cisimləri” rolunda isə texniki təyinatlı əmək cisimlərinin özləri cıxış edirlər. Bütün bunlardan əlavə, maddi-texniki təminatın səviyyəsi əmək məhsuldarlığının yüksəldilməsinə təsir göstərir. İş yerlərinin zəruri xammal və materiallarla vaxtlı-vaxtında təchiz edilməsi fəhlələrin və avadanlıqların boşdayanmalarının qarşısını alır. Belə olan halda hər bir iş növbəsində istehsal edilən məhsulların həcmi artır.

Maddi-texniki təminat istehsal vasitələrindən səmərəli və qənaətlə istifadəni, əmək məhsuldarlığının yüksəldilməsini və yüksək keyfiyyətli məhsul buraxılışını təmin etməklə yanaşı məhsulun maya dəyərini də aşağı salır. Məhsulun maya dəyərinin aşağı salınması nəticəsində istehsal fondlarından istifadə yaxşılaşır, mənfəətin həcmi artır və istehsalın rentabelliyi yüksəlir.

Bazar iqtisadiyyatı şəraitində müəssisənin maddi-texniki təminatının düzgün qurulması, iqtisadi və maliyyə gostəricilərini yaxşılaşdırır və istehsalın iqtisadi səmərəliliyini yüksəldir.

Müəssisələrdə material resurslarına aid olan qərarların alınması maddi-texniki təminatın planlaşdırılmasıdır. Planlaşdırma zamanı material resurslarına olan tələbatı dəqiq müəyyən etmək vacibdir.

İlkin olaraq xammal və material bazarının öyrənilməsi, alınan mallar üzrə müəssisənin tələbatının araşdırılması və materialların alınması zamanı planın tərtibi planlaşdırma prosesinin mərhələlərini əks etdirir.

Müəyyən dövr ərzində müəssisənin inkişafı və fəaliyyəti məqsədlərinin, həmçinin qarşıya qoyulmuş məqsədlərin əldə edilməsi

üçün vəsaitlərdən istifadə təsərrüfat strategiyasının formalaşmasını əks etdirir. Rəqabət mübarizəsinin ölçüsü və onun gərginliyi dərəcəsi; inflyasiyanın sürəti; dövlətin iqtisadi siyasəti; müəssisənin daxili və xarici amilləri təsərrüfat strategiyasının şərtlərini səciyyələndirir.

Rəqabət mühitinin mövcud olduğu bazar şəraitində istehsalın səmərəliliyinin artırılması üçün təsərrüfat strategiyalarının olması labüddür. Onlar uzun dövr üçün mənfəətin əldə edilməsinə və rəqabət qabiliyyətinin yüksəldilməsinə yönəlməlidirlər.

Qısa zaman kəsiyində müəssisə yüksək mənfəət əldə etmək üçün istehsalın səmərəliliyini artırmaya bilər. Lakin belə olan təqdirdə müəssisə rəqabət mübarizəsində öz mövqeyini itirəcəkdir. Əksinə olaraq uzun müddət üçün istehsalın səmərəliliyini artirmalıdır ki, müəssisə daha çox mənfəət əldə etsin.

Hər bir müəssisə öz strateji təyinatını, missiyasını və məqsədlərini təyin etdikdən sonra onların “necə” reallaşdırılması sualı ilə qarşılaşır. Məqsədə necə nail olmalı? Rəqabətdə üstünlüyü necə əldə etmək? Bazarda müəssisələrin rəqabət qabiliyyətini hansı formada möhkəmləndirməli? Bu və ya digər suallar müəssisənin iqtisadi strate- giyasi vasitəsilə cavablandırılır. Strategiya müəssisələr üçün tam formada lazım olduğu kimi, onun ayrı-ayrı bölmələri üçün də əhəmiyyətlidir.

Müəssisənin iqtisadi strategiyası onun hazırki mövcud olduğu vəziyyətdən, başqa bir olmaq istədiyi vəziyyətə keçiddir və ya istənilən məqsədlərə, nəticələrə və s. nail olmaq üçün vasıtədir.

Müəssisənin strategiyası daim inkişaf etməlidir. Belə ki, müəs- sisənin idarə edə bilmədiyi xarici mühit amillərinin təsiri ilə onun stra- tegiyası köhnələ bilər və onun təkmilləşdirilməsinə zərurət yarana bilər.

Hər zaman bazarlarda baş verən yeniliklər təşkilatları bu yeniliklərə reaksiya verməyə sövq edir və bu yeniliklər yeni strateji ideyaların yaranmamasına təkan verir. Buna gorə də strategiyanın təkmilləşdirilməsi işi daimi və fasiləsiz olaraq aparılmalıdır. Strategiya özündə düşünülmüş və planlaşdırılmış davranış xəttini və yeniliklərə reaksiya vermək imkanlarını birləşdirilməlidir.

Müəssisənin strategiyası hazırlanarkən onun xarici mühitinin hər bir amilinin təsiri nəzərə alınmalıdır. Bu amillər həm birgə, həm də ayrı-ayrılıqda hər bir müəssisəyə müxtəlif dərəcədə təsir göstərir. Bu müxtəliflik müəssisələrin vəziyyətlərində, bazar mövqelərində, imkan və məqsədlərindəki müxtəlifliklə izah olunur. Xarici mühit bu mühitdə fəaliyyət göstərən hər bir təsərrüfat subyekti üçün müəyyən şəraiti əks

etdirir. Bu mühitin amilləri təsərrüfat subyektləri tərəfindən idarə edilmir. Belə ki, həmin mühit bütün iqtisadi subyektlərin və bütövlükdə cəmiyyətin fəaliyyətinin iqtisadi, siyasi, hüquqi və sosial cəhətləri ilə müəyyən edilir. Bu mühitin təsirinə uyğunlaşmaq üçün onun yaratdığı problemləri və verdiyi imkanları düzgün qiymətləndirmək böyük əhəmiyyət kəsb edir. Xarici mühitin şirkət üçün müəyyən edilmiş hər bir problemin həlli və ya yaratdığı imkanlardan istifadə üzrə qərarlar şirkətin daxili mühit amillərinin vəziyyətindən asılı olaraq qəbul edilir.

Cəmiyyətdə demokratikləşmə prosesi dərinləşdikcə həm tərəfdaş, həm də istehlakçı rolunda çıxış edən iqtisadi subyektlər daha çox müstəqillik əldə edərək şirkətə və onun məhsullarına müxtəlif tələblərlə yanaşırlar. Cəmiyyətin şirkətlərə təsir dərəcəsi yüksəldikcə strategiyaların hazırlanmasında sosial tələblərin nəzərə alınmasının əhəmiyyəti artmağa başlayır.

İşgüzar fəallığın cəmiyyətin maraqları və etik normaları çərçivəsində reallaşdırılması; cəmiyyətin tələblərinə və sosial prioritetlərinə diqqətli reaksiya verilməsi; tənzimləyici normalara riayət edilməsi; səhmdarlar və cəmiyyətin maraqları arasında balansın qorunması, müəssisəninn strategiyasının sosial tələblərə cavab verməsini əks etdirən amillərdəndir.

Strategiyanın müəyyən edilməsində ən mühüm amillərdən biri də sahənin cəlbediciliyi və rəqabətin intensivliyidir. Bu amillərin qiymətləndirilməsi şirkətə ”bazarda hansı mövqenin tutulması” və “hansı rəqabət strategiyasından istifadə etməli” suallarına cavab verməyə imkan verir. Müəssisənin strategiyası sahənin xüsusiyyətlərinə və rəqabət mühitinə tamamən uyğun olmalıdır.

Ümumiyyətlə xarici mühitin yaratdığı təhlükələr strategiyaya təsir göstərən amillərdəndir. Strategiya elə qurulmalıdır ki, yaranmış imkanlardan, xüsusilə rəqabət üstünlüyünün yüksəldilməsi ilə əlaqədar olan imkanlardan mümkün qədər yüksək səviyyədə istifadə olunsun.

Xarici şirkətlərin strtegiyaların hazırlanması üzrə təcrübə göstərir ki, strateji alternativlərin seçilməsinə əsas meyar kimi şirkətin rəqiblərə nisbətən peşəkarlığının yüksəkliyi qəbul edilsə daha yaxşı olar. Strategiya şirkətin güclü və zəif cəhətlərini nəzərə alaraq onun rəqabət imkanları üzərində qurulmalıdır. Yapon menecerləri strategiyaları işləyərkən əsas məqsədləri bazarlarda rəqabət üstünlüyünün qorunub saxlanmasıdır.

ABŞ şirkətləri isə uzunmüddətli rəqabət üstünlüyünü qoruyub saxlamaqdansa, qısamüddətli gəlirlərin əldə edilməsinə üstünlük

verirlər. Yapon menecerləri malgöndərənlərlə uzunmüddətli əlaqələr qurmağa maraqlıdırlar. Ona görə ki, bu əlaqələr nəticəsində anbarların saxlanması xərclərini azaldırlar. Amerika və avropa şırkətləri isə hər dəfə şirkət üçün daha yaxşı təklifi verən tərəfdaşa üstünlük verirlər.

Hər bir müəssisə fəaliyyət sferasından və istehsalın həcmindən asılı olmayaraq öz fəaliyyətini planlaşdırmalıdır. Planlaşdırma məqsədlərin formalaşdırılması, prioritetlərin əldə edilməsi vasitələrinin və metodlarının müəyyən edilməsi prosesidir. Planlaşdırma prosesi bir neçə istiqaməti əhatə edir. Onlardan ən əsası perspektiv və strateji proqnozlaşdırmadır.

Strateji planlaşdlrma müəssisə fəaliyyətinin müxtəlif tərəflərinin inkişaf meyllərinin müəyyən edilməsi məqsədi daşıyır. Strateji planlaşdırmanın fərqləndirici cəhəti perspektiv siyasətin hazırlandığı vaxt dövrlərinin dəyişkənliyindən irəli gələn çevikliyidir.

Strateji planlaşdırmanın baçlıca vəzifəsi müəssisənin kapital qoyuluşları strategiyasını,strukturunu, həcmini və istiqamətlərini hazırlamaqdan ibarətdir. Strateji planlaşdırmanın mənası investisiyaların, istehsalın, satışın səviyyəsini yüksəltməkdir. Bazar iqtisadiyyatı şəraitində strateji planlaşdırma yalnız istehsal həcminin artirilmasına, keyfiyyətin yüksəldilməsinə deyil, həm də istehlakçı qruplarının tələbatlarının öyrənilməsinə yönəldilmişdir.

Strateji planlaşdırma ilə məşğul olan müəssisə xarici mühitin təsirini nəzərə almalıdır. Xarici mühitin təhlili nəticəsində müəssisə təhlükələr zamanı əvvəlcədən xəbərdarlıq sistemini hazırlayır və bunun nəticəsində də təhlükələri əlverişli imkanlara çevirmək mümkün olur. Müəssisənin qarşılaşdığı təhlükəli və imkanları adətən iqtisadiyyat, siyasət, bazar, texnologiya, rəqabət, beynəlxalq vəziyyət və sosial davranış sahələrinə bölünür.

Planlaşdırma prosesi ümumilikdə düzgün təşkil olunduğu halda müəssisədaxili planlaşdırma yaxşı nəticə verir.

İri müəssisələr bir qayda olaraq planlaşdırma prosesini mühüm istisnalar olmadan tam halda həyata keçirirlər. Mürəkkəb struktura malik olan təşkilatlar, müəssisələr həm strateji və orta müddətli planlara, proqramlara, həmçinin də operativ planlaşdırmanın bütün növlərinə ehtiyacı vardır. Böyük müəssisələr yeni məhsulların, istehsal layihələrinin hazırlanması və satılması məsuliyyətini daşıyır.

Daha kiçik müəssisələr planlaşdırma prosesini sadələşdirib beş illik strateji və illik operativ planların tərtibDaha kiçik müəssisələr

planlaşdırma prosesini sadələşdirib beş illik strateji və illik operativ planların tərtibi ilə kifayətlənirlər. Əgər kiçik müəssisələr hücum planlarının yaradılmasına istiqamətləniblərsə, belə halda onlar istehsalının inkişafı layihəsini hazırlayırlar.

Məntiqi cəhətdən planlaşdırma prosesinin strukturundan görün- düyü kimi, taktiki planların tərtibi strateji planlaşdırmadan sonra gəlir. Lakin operativ planlaşdırmada geniş təcrübəyə malik olan menecerlər və planlaşdırıcılar stateji planlaşdırmanın ilk addımlarından plan fəaliyyətini strategiyanın müəyyən edilməsindən başlamağa ehtiyat edirlər. Müəssisə fəaliyyətinin ən ümumi istiqamətlərinin formalaşmasını onlar həddən zi- yadə mücərrəd məşğuliyyət kimi təsəvvür edirlər, vaxtın itirilməsi və təxirəsalınmaz vəzifələrə diqqət nöqteyi nəzərındən nəinki xeyirli, hətta təhlükəli sayırlar. Bu cür menecerlər operativ planların işlənməsi ilə məşğul olurlar.

Elə hallar da olur ki, strateji və operativ planlar eyni vaxtda yerinə yetirilir. Bu cür təcrübənin başlıca nöqsanı effektiv planlaşdırma üçün maneələrin yaranmasıdır. Operativ qərarlar strateji problemlərdən üstün olurlar və müəssisə öz fəaliyyətinin əsas istiqamətlərini itirir.

Əgər prosesin məzmunu və ardıcıllığı müəyyən olunubsa, planlaşdırma prosesini təqvim ardıcıllığı ilə canalndıran stryprosesini təqvim ardıcıllığı ilə canlandıran strukturun tərtibi müəssisə üçün xeyirlidir. Bütün hallarda belə struktur müəssisəyə kömək edir ki; bütövlükdə planlaşdırma prosesinin mənimsənilməsi, planlaşdırma prosesinin hər bir mərhələsinin yerinə yetirilməsi üzərində nəzarət prosesini təşkil etmək və s. daha aydın olsun.

Xarici mühit amillərinin təhlili nəticəsində müəssisənin güclü və zəif tərəfləri haqqında tam təsəvvür əldə etmək mümkün olur. Bundan sonra isə müəssisədaxili proqnozlaşdırma həyata keçirilir.

Bir çox müəssisələr maliyyə və təqvim ili üçün satışın qısamüddətli proqnozlarını hazırlayırlar. Hazırlanan bu proqnozlardan maliyyədə, işçi qüvvələrinə və digər resurslara olan tələbatı planlaşdırmada, istehsal xərclərinin smetasını tərtib etməkdə və s. yerlərdə istifadə olunur. Ümumiyyətlə belə proqnozlar üç və ya altı aylıq tərtib edilir. Ortamüddətli proqnozlar iki ildən beş ilədək olan dövrü əhatə edir.

Satışın proqnozlaşdırılması üçün bir çox metodlardan istifadə olunur. Bunlara aşağıdakıları aid etmək olar:

- Müəssisələrdə müxtəlif bölmə və şöbələrin rəhbərləri arasında sorğuların keçirilməsi;

- Müəssisələrin marketinq şöbələri rəhbərlərinin təkliflərinin qiymətləndirilməsi və ümumiləşdirilməsi;

- Əvvəlki dövrlərin dövriyyəsinə əsasən proqnozlaşdırma;

- Satışın artıb və ya azalmasına səbəb olmuş meyllərin, tsikllərin və amillərin analizi;

- Müəssisələrdə məhsulun satışına təsir göstərən statistik amillərin müəyyən edilməsi;

- Məhsulların çeşidinin təhlili;

- Marketinq araşdırmaları

Planlaşdırma üzrə informasiyanın çox hissəsi şifahi formada iclaslarda xüsusi xəbərlər şəklində və s. verilir. Bununla belə sxemlərin tətbiqi planlaşdırmanın iştirakçıları üçün cox xeyirlidir, belə ki, bu plan fəaliyyətini intizamlı edir.

Strateji planlaşdırmanın həyata keçirilməsində onun təşkilati strukturunun rolu böyükdür. Belə ki, planlaşdırma proseslərində təşkilatın yüksək rəhbərliyi, planlaşdırıcılar komandası, bölmələrin rəhbərləri və mütəxəssisləri iştirak edirlər. Planın tərtibinə və müzakirəsinə təşkilatın bütün işçilərinin cəlb olunması ideal şərait yaradır və vacib sayılır. Onlar arasında iearxiyaya uyğun vəzifə bölgüsü aparılır.

Planlaşdırma xidməti müəssisənin strategiyasının işlənməsində, onun əsas məqsədlərinin aydınlaşdırılmasında iştirak edir. Ancaq bu funksiyanı yerinə yetirərkən planlaşdırıcılar məsləhətçi rolunda çıxış edirlər. Çox hallarda strategiyanın əsas məsələlərini onların iştirakı ilə yüksək vəzifəli şəxslər söhbətlərdə, diskussiyalarda müzakirə edirlər. Strategiyanın təsdiqi ilə bağlı yekun qərarı yüksək rəhbərlik qəbul edir.

Müəssisə planlaşdırma xidmətinin tərkibi və həcmi təşkilatın strukturunun tipindən, idarəetmə stili barədə təsəvvürlərdən asılıdır. Planlaşdırma strukturunu müəyyən edən mühüm amillərdən biri də təşkilatın ölçüsüdür.



Ədəbiyyat

R. İsgəndərov, K. Kərimov, Q. Hüseynov – Mühəndis İqtisadiyyatı (BAKI – 2015)
Yüklə 22,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin