SəRBƏst iŞ №5 Müəllim: Hüseynova Gülnarə Fakültə



Yüklə 0,57 Mb.
səhifə7/11
tarix02.01.2022
ölçüsü0,57 Mb.
#46807
1   2   3   4   5   6   7   8   9   10   11
Həsən 679A3 EMƏ(5) (3)

 tg


It
Rt -nin hər hansı bir kiçik qiymətində volt-amper xarakteristikasına toxunan olur (şəkil 1.48-də 4). Rt - nin bu qiymətinə kritik müqavimət deyilir.

Rtkr = tgkr

Əgər Rt  Rkr olarsa 1 və 2 xarakteristikaları kəsişməz və aydındır ki, belə halda generatorun sıxaclarında gərginlik alına bilməz. Deməli generatorun öz-özünə təsirlənə bilməsi üçün Rt  Rkr olmalıdır.

Beləliklə, gördük ki, paralel təsirlənən generatorun öz-özünə təsirlənməsi üçün, yəni onun sıxaclarında lazımi gərginliyin qərarlaşması üçün aşağıdakı şərtlər ödənilməlidir.



  1. Təsirlənmə dolağı lövbər dolağına elə qoşulmalıdır ki, onun yaratdığı maqnit seli qalıq maqnit seli ilə toplansın, belə olmasa verilmiş fırlanma istiqamətində təsirlənmə dolağının uclarının yerini dəyişmək lazımdır.

  2. Təsirlənmə dövrəsinin ümumi müqaviməti kritik müqavimətdən kiçik olmalıdır.

Yüksüz işləmə xarakteristikası paralel təsirlənən generatorlarda yalnız koordinat sisteminin birinci rübündə alına bilər.

Təsirlənmə cərəyanı nominal cərəyanının çox kiçik faizini təşkil etdiyindən y.i. xarakteristikasının forması əvvəlki generatorda olduğu kimi alınır.



Qısa qapanma xarakteristikasını bu generatorda adi qaydada almaq olmaz, çünki Ua=0, olanda U1

=0 və İ1 =0.

Əgər q.q. xarakteristikasını almaq tələb olunarsa, onda təsirlənmə dolağı kənar mənbədən doydurulmalıdır.

Yük tənzimləmə xarakteristikaları eynilə kənardan təsirlənən generatorda olduğu kimi çıxarılır və həmin formaya malik olur.

Xarici xarakteristika, yəni Ua= f (İa) asılılığı R1=const, n=const şəraitində çıxarılır və aşağıdakı formaya malikdir (şəkil 1.49- da 1).

Müqayisə üçün şəkil 1.49-da 2 əyrisi ilə kənardan təsirlənən generatorun xarici xarakteristikası verilmişdir.

Yük cərəyanının artması ilə gərginliyin azalması burada yuxarıda göstərilən 2 səbəbdən başqa 3-cü bir səbəbir, yəni təsirlənmə cərəyanının azalması hesabına da baş verir.

1-ci səbəb gərginlik düşgüsü, 2-ci səbəb isəeninə lövbər reaksi- yasının təsiridir.

Şəkil 1.49

Xüsusiyyətlərinə görə kənardan təsirlənən və paralel təsirlənən generatorlar eynidir. Yalnız xarakteristikaları müxtəlifdir.



    1. Ardıcıl təsirlənən generatorlar.

Ardıcıl təsirlənən generatorlarda İ1 = İa = İ. Odur ki, n=const

şəraitində generatorda yadnız iki sərbəst dəyişən kəmiyyət (U və İ) qalır və buna görə də maşın yalnız bir xarakteristikaya, yəni ancaq xarici

xarakteristikaya U=f (İ) - asılılığına malik olur. (şəkil 1.51-də 1 əyrisi).



Şəkil 1.51

Yük cərəyanının artması ilə təsirlənmə cərəyanı da artdığından e.h.q. və sıxaclardakı gərginlik əvvəocə xətti olaraq artır, sonra maqnit dövrəsinin doyması ilə əlaqədar olaraq gərginliyin artım sürəti azalır, cərəyanın çox böyük qiymətlərində lövbər reaksiyasının və gərginlik düşgüsünün təsiri nəticəsində generatorun gərginliyi azalır.

Ardıcıl təsirlənən generator qısa qapanarsa, öz-özünə təsirlənmə nəticəsində lövbər cərəyanı çox böyük qiymət alar və dolaq sıradan çıxa bilər.

Ardıcıl təsirlənən generatorda yüksüz işləmə zamanı gərginlik sıfra yaxın olub yükün dəyişməsilə kəskin dəyişdiyindən, bir çox elektrik tələbatçılarının qidalandırılması üçün belə generatorlar yararsızdır. Onlardan yalnız bəzi xüsusi qurğularda istifadəedilir.




    1. Yüklə 0,57 Mb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin