SəRBƏst iŞ №5 Müəllim: Hüseynova Gülnarə Fakültə



Yüklə 0,57 Mb.
səhifə2/11
tarix02.01.2022
ölçüsü0,57 Mb.
#46807
1   2   3   4   5   6   7   8   9   10   11
Həsən 679A3 EMƏ(5) (3)

= P1 P1 P 1 P

(1.54)

P1 P1 P1





Burada

Pem =Ea İa ; P2 =Ua İa ; Paa 2 Ra


Onda (1.52) ifadəsinə görə


Ua İa =Ea İa - İa 2 Ra (1.55)
Güclərin müvazinət tənliyi olan (1.55) ifadəsinin hər bir həddini İa -ya bölsək generator üçün gərginliklərin müvazinət tənliyini alarıq:
Ua = Ea - İa Ra (1.56)

GENERATORLARIN XARAKTERİSTİKALARI

Xarakteristika generatorun iki rejim kəmiyyəti arasındakı asılılığa deyilir.

Ua , Ea , İa , İ1 və n- kəmiyyətlərinin hər hansı ikisinin arasındakı asılılıq qurularkən qalanları sabit qəbul olunur. Əsas xarakteristikalar:


  1. Yüksüz işləmə;

  2. Qısa qapanma;

  3. Yük;

  4. Xarici;

  1. Tənzim.

Bütün bu xarakteristikalar hesablama yolu ilə, qrafiki üsulla, və ya təcrübə yolu ilə qurula bilər.

    1. Kənardan təsirlənən generatorlar.



Yüuküz işləmə (y.i.) xarakteristikası Ea =f(İ1).

Lövbər dövrəsinin açıq halında yəni İa =0 və n=const olanda lövbər e.h.q.-sinin təsirlənmə cərəyanından asılılığına yüksüz işləmə xarakteristikası deyilir.



Bu xarakteristikanı təcrübə yolu ilə almaqdan ötrü şəkil 1.39.-da göstərilən sxemdən istifadə etmək olar.

Lövbər dövrəsinin sıxaclarına voltmetr qoşulur və təsirlənmə cərəyanını 0-dan başlayaraq Ea =1,25Un alınana qədər artırıb, sonra da 0-a qədər azaldaraq it -nin istiqamətini dəyişdirir və əks istiqamətdə həmin əməliyyatı yenə də icra edərək, y.i. xarakteristikanı tam ilgək şəklində ala bilərik (şəkil 1.40).

Xarakteristikanın simmetrik alına bilməsi üçün başlanğıc halda maşının qalıq maqnitizmi yox edilir. Hesablama aparmaq üçün xarakteristikanın koordinat başlanğıcından keçən orta (qırıq-qırıq) xəttindən istifadə edirlər.

Orta xətt müəyyən miqyasda generatorun maqnit xarakteristikasını verir və bu əyri üzrə maşının doyma əmsalını təyin etmək olur. Şəkil 1.39


Histerezis ilgəyindən görünür ki, İ1 =0 qiymətində e.h.q. müəyyən qiymətə malik olur. Bu qiymət qalıq maqnitizmi hesabına alınır və qalıq e.h.q.-si adlanır.

Qısa qapanma xarakteristikası İa =f 1). Lövbər dolağının qısa qapanmış halında, yəni Ua =0 və n=const şəraitində lövbər cərəyanının təsirldənmə cərəyanından asılılığına qısa qapanma xarakteristikası deyilir.

Bu xarakteristikanı təcrübə yolu ilə almaq üçün əvvəlki sxemdə (şəkil 1.39) voltmetr yerinə ampermetr qoşmaq kifayətdir.

Təsirlənmə cərəyanının bir neçə kiçik qiymətləri üçün lövbər cərəyanı qeyd edilir və xarakteristika qurulur (şəkil 1.41).

İ1 -nin 0 qiymətində lövbər cərəyanı müəyyən qiymətə malik olur. Bu, qalıq e.h.q.-nin təsiri ilə alınan cərəyandır.


Şəkil 1.40
Gərginliklərin müvazinət tənliyi olan Ua = Ea - İa Ra ifadəsində Ua =0 yazsaq Ea = İa Ra alarıq. Onda İa = Ea /Ra olar.

Məlumdur ki, lövbər dolağının müqaviməti Ra çox kiçikdir. Odur ki, İa -nın çox böyük alınmaması üçün Ea -da çox kiçik olmalıdır, yəni təsirlənmə cərəyanı çox kiçik olmalıdır. İ1 -nin kiçik qiymətində maqnit dövrəsi doymamış olduğundan xarakteristika xətti alınır.


Şəkil 1.41

Xarici xarakteristika Ua =f (İa ) . İ1 =const şəraitində generatorun sıxaclarındakı gərginliyin lövbər cərəyanından asılılığına xarici xarakteristika deyilir. Təcrübə yolu ilə bu xarakteristikanı almaqdan ötrü lövbər dövrəsi xarici yük müqavimətinə qoşulmalıdır.

Təsirlənmə cərəyanının sabitliyi şəraitində xarici yük müqavimətini dəyişməklə lövbər dövrəsindəki cihazlar vasitəsilə lövbər cərəyanının və lövbər gərginliyinin bir neçə qiyməti qeyd olunur və alınmış cədvələ əsasən xarici xarakteristika qurulur (şəkil 1.44).



Xarici yük müqavimətinin 0 qiymətində, yəni lövbər dövrəsi qısa qapanmış olarsa, lövbər cərəyanı İak çox böyük qiymət alar və belə kənardan təsirlənən generatorlarda İk =15-20İn ola bilər. Bu, dolaqlar üçün təhlükəlidir. Maşını qısa qapanmadan mühafizə etmək üçün lövbər dövrəsində qlouyucular qoyulur.

Qrafikdən görünür ki, lövbər cərəyanı 0-dan İn -ə qədər artdıqda lövbər gərginliyi U0 -dan Un -a qədər azalır. Bunların fərqinin faizlə ifadə olunmuş qiyməti:




U% = U 0 U n 100%

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin