Sərbəst iş Ad: Cahəddin Soyad: Cavadzadə İxtisas: Tarix müəllimliyi Qrup: 841a kurs: II fənn



Yüklə 191,36 Kb.
səhifə6/8
tarix06.12.2022
ölçüsü191,36 Kb.
#72808
1   2   3   4   5   6   7   8
Təhsildə İKT. Cahəddin Cavadzadə

Convert Text To Table (Преобразовать в таблицу, mətni cədvələ çevir). Əmr qeyd olunmuş mətn fraqmentini cədvəl şəklinə salır. Əmri yerinə yetirdikdə açılmış dialoq pəncərəsində lazımi parametrləri qeyd etmək lazımdır. Excel Spreadsheet (Таблица Excel, Excel cədvəli)- əmrini yerinə yetirdikdə cari sənədə Excel cədvəli yerləşdiriləcək və Excel lenti əks olunacaqdır. Quick (Экспресс-таблицы, Çevik cədvəllər)- əmri hazır şablon cədvəl bloklarını əks elətdirir. Bu formatlardan lazım olanı seçib sənədə daxil etmək olar.
Picture (Рисунок, Rəsm). Əmr sənədə şəkilləri daxil etməyi təmin edir. Əmr yerinə yetirildikdə açılmış dialoq pəncərəsində şəkilin ünvanını təyin edib şəkli sənədə gətirmək olar.
Clip Art (Картинкa, Şəkillər) əmrini yerinə yetirdikdə pəncərənin sağ tərəfində açılmış «şəkil qalereyasından» tələb olunan şəkli seçib daxil etmək düyməsini sıxmaqla həmin şəkli mətndə kursorun durduğu mövqeyə daxil etmək olar .
Shapes (Фигуры, Fiqurlar) əmrini yerinə yetirdikdə ekranda həndəsi fiqurlar paneli əks olunur. Bu və digər aləti seçdikdə ilk növbədə kursor öz formasını dəyişərək “+” formasını alır. Siçanın sol düyməsini sıxmaqla sənəd pəncərəsində hərəkət etdirib, sonra isə buraxdıqda həmin sahədə alətə uyğun avtofiqur sənədə əlavə olacaq.
SmartArt (Объекты SmartArt, SmartArt obyekti) əmrini yerinə yetirdikdə ilk növbədə, açılmış pəncərədə yaradılacaq rəngli fiqur-blok sxemin stilini seçmək və OK düyməsini sıxmaq lazımdır. Sonra bloklara mətn daxil etmək olar
Chart (Диаграмма, Diaqram) əmrini yerinə yetirməzdən öncə açılmış sənəddə diaqramın qurulması üçün verilənləri cədvələ daxil etmək lazımdır. Bundan sonra əmr yerinə yetirildikdə yeni pəncərə açılır və bu pəncərədə diaqramlarin təsviri əks olunur. Bu diaqram tiplərindən hər hansı biri seçilir və onun üzərində əməliyyatlar aparılır. Diaqramın tipi, forması, rəngləri və s. parametləri istifadəçini qane etmirsə, onu dəyişmək olar.
ScreenShot (Снимок) düyməsini sıxmaqla proqram pəncərələrində olan istənilən fraqmenti sənədə daxil etmək olar. Sənədə daxil edilmiş şəkli qeyd etdikdən sonra Lentin üzərində şəklin formatını dəyişdirmək üçün Format bölməsi əks olunur.

Yüklə 191,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin