Hyperlink (Гиперссылка, Hiperistinad)-Ctrl+K. Əmr müxtəlif fayllara, Web sənədlərə istinadı təmin edir. Hiperistinad göstəricisini mətni və ya obyekti seçdikdən sonra əmri yerinə yetirmək lazımdır. Açılmış pəncərədə faylın yolu, adı və ya URL ünvanı qeyd edilib OK düyməsi sıxılmalıdır. Bu qayda ilə müxtəlif sənədlər arasında əlaqə yaradıb birindən digərinə asanlıqla keçmək olar.
Bookmark (Закладка, İçlik). Əmr sənədə avtomatik olaraq müəyyən sözü, obyekti nişanlamağa imkan verir. Əmri yerinə yetirdikdə açılmış pəncərədə yaradılan nişana hərflə başlayan ixtiyari ad verib Add (Добавить, Əlavə etmək) düyməsini sıxmaq lazımdır. Bu adla avtomatik olaraq nişanlanmış obyektə keçid təmin olunur. Bunun üçün əmri təkrar yerinə yetirdikdə açılmış pəncərədə kursoru nişanın adının üzərinə qoyub siçanın sol düyməsini 2 dəfə sıxmaq kifayətdir.
Crose-reference (Перекрестная ссылка, Kəsişən istinad). Əmr mətndə olan müxtəlif paraqrafların başlığına, cədvələ, rəsmə, abzasın nömrəsinə və s. istinad edilməsini təmin edir. Əmri yerinə yetirdikdə açılmış pəncərədə istinad obyektinin tipini və obyektin özünü, istinadın formasını müəyyən edib Insert (Вставить, Daxil etmək) düyməsini sıxmaq lazımdır. Kursoru istinadın üzərinə qoyub siçanın sol düyməsini sıxdıqda istinad obyektinə keçid təmin olunur.
Header and Footer (Колонтитулы, Kolontitullar). Əmr səhifədə yuxarı və aşağı kolontitulların yaradılmasını və redaktəsini təmin edir.
Page Numbers (Номера страницы, Səhifələrin nömrəsi).Əmr sənədin səhifələrinin nömrələnməsini təmin edir. Əmr yerinə yetirildikdə açılmış pəncərədə nömrənin mövqeyini (səhifənin yuxarısında və ya aşağısında olmasını), səhifənin solunda, sağında, mərkəzində, ikitərəfli çap zamanı isə səhifələrin daxilində və xaricində olmasını müəyyən edib OK düyməsini sıxmaq lazımdır. Pəncərənin Format (Формат, Format )- düyməsini sıxmaqla isə açılmış növbəti pəncərədə nömrənin formatını və başlanğıc nömrəni müəyyən etmək olar.