Sərbəst iş Ad: Ədiləxanım Soyad: Ağakərimova İxtisas


Tətbiqi sosiologiyada modelləşdirmə



Yüklə 49,8 Kb.
səhifə3/10
tarix10.05.2022
ölçüsü49,8 Kb.
#57216
1   2   3   4   5   6   7   8   9   10
Ağakərimova Ədiləxanım 824. Tətbiqi sosiologiya

3.Tətbiqi sosiologiyada modelləşdirmə

Müasir elmi ədəbiyyatda model və nəzəriyyə anlayışları birmənalı şəkildə şərh edilmir, onların arasındakı sərhəd qeyri –müəyyəndir. Hal-hazırda elmi metodologiyada bu anlayışların aşağıdakı şərhi qəbul olunmuşdur:

Model – bu ilk növbədə modelləşdirmə prosesinin və ya hadisənin idarə edilməsinə istiqamətlənmiş konsepsual alətdir. Bu zaman gələcəyi qabaqcadan xəbər vermə, proqnozlaşdırma funksiyası idarəetmə məqsədlərinə xidmət edir.

Nəzəriyyə - bu modelə nisbətən daha abstrakt konseptual vasitədir, hansının ki, əsas məqsədi verilmiş prosesləri, hadisələri izah erməkdən ibarətdir. Gələcəyi qabaqcadan xəbər vermə funksiyası nəzəriyyədə hadisələri izah etmə məqsədlərinə istiqamətlənmişdir.

K. Tempelin fikrinə görə nəzəriyyə modellərdən ibarətdir, hansıların ki, elementləri və münasibətləri adətən uyğunlaşma qaydaları adlandırılan şey vasitəsilə aləm ilə bağlıdır.

Modellər üç tip uyğunluğu özündə ehtiva etməlidir:

- sosial aləmi təşkil etmək üsulu ilə modelin bu dünyanı təsvir etdiyi üsul arasındakı uyğunluğu;

- modelləşdirmə prosesində istifadə olunan aparat ilə modelləşdirilən nəzəriyyənin konseptual aparatı arasında olan uyğunluğu;

- nəzəriyyə ilə sosial aləm arasındakı uyğunluğu.

Elmi nəzəriyyəyə bir hipotetik – deduktiv sistem kimi standart yanaşmanı Prinston universitetinin professoru, elmi nəzəriyyəni düşüncə strukturlarının bir ailəsi kimi şərh edən strukturalist, model konsepsiyasının tərəfdarı olan B. van Franssenin konstruktiv empirizmi ilə tamamlamaq daha məqsədə uyğundur. O, hesab edir ki, strukturalist yanaşma zamanı nəzəriyyə müşahidə edilən hadisələrin bir növ şertyoj ierarxiyası və ya ―coğrafi xəritəsi kimi bir şey olması aşkar olur, həm də ki, birinci səviyyənin çertyojları və xəritələri bu hadisələri bilavasitə təkrarlayırlar.

O, yazır: Mən, elmi fəaliyyətin hadisələrə adekvat olmalı olan modellərin qurulmasından ibarət olmasını göstərən mövqeyimi bildirmək üçün konstruktiv sifətindən istifadə edirəm. Onun fikrinə görə, nəzəriyyələr və xüsusən də modellər yararlı olmaq üçün heç də həqiqi olmağa məcbur deyildirlər.

Modelləşdirmə artıq çoxdan təfəkkürün iqtisadi obrazının ayrılmaz elementinə çevrilmişdir. İqtisadçılar modelləri müxtəlif iqtisadi indikatorlar arasında qarşılıqlı əlaqələri öyrənməyə imkan verən sadələşdirilmiş nəzəriyyə kimi nəzərdən keçirirlər. İqtisadi model adətən izah etmək istədiyi dəyişənlərə təsir edən çox az sayda faktorları nəzərə alır; o, insanların davranışı və insanların aralarında seçim etməyə məcbur qaldığı məhdudiyyətlər haqqında müəyyən ehtimallar edərək bu dəyişənləri bir-biri ilə əlaqələndirir. İqtisadi model mürəkkəb bir mexanizmin sxematik şəklinə bənzəyir, hansında ki, müəyyən düymələr basıldığı və linğin dartıldığı zaman nəyin baş verəcəyini göstərməyə çalışırlar.

Sosioloji tədqiqatların ümumi şəkildə qəbul olunmuş metodologiyasında modelləşdirmə hansı rol oynayır? V.A.Yadovun dərs vəsaitində göstərildiyi kimi, sosioloji tədqiqatın nəzəri-tətbiqi proqramı aşağıdakı metodoloji elementləri əhatə etməlidir:

1) problemin formul edilməsi, tədqiqat obyektinin və predmetinin müəyyən edilməsi;

2) Tədqiqat məqsədinin və məsələlərinin qoyuluşunun müəyyən edilməsi;

3) Əsas anlayışların dəqiqləşdirilməsi və interpretasiyası;

4) Tədqiqat obyektinin ilkin sistem analizi;

5) İşçi fərziyyələrin inkişaf etdirilməsi.


Proqramın dördüncü mərhələsi predmetin obrazını aşkara çıxartmalı, onu aydın izahlı (eksplikasiya olunmuş), daha dəqiq və müəyyən etməlidir. Predmeti bir növ sistem analizdən keçirmək lazımdır, hansı ki, bu halda obyektə hərtərəfli yanaşmanın sinonimi kimi başa düşülür. Tədqiqat predmetinin ilkin sistem analizi - bu, əslində tədqiqat probleminin modelləşdirilməsidir.

Nəticədə tədqiqat obyekti keyfiyyətcə müxtəlif elementlərə ayrılmış, müəyyən hipotetik sistemdə vahid şəkildə birləşdirilmiş kimi təqdim oluna bilər. İlkin analizin nəticəsi qrafik sxem şəklində təqdim oluna bilər.

Beləliklə, bu fəslin terminlərində sosioloji tədqiqatın hamı tərəfindən qəbul olunmuş proqramının dördüncü mərhələsi olan modelin qurulması prosesi-modelləşdirmə adlandırıla bilər.

Müasir sosioloji nəzəriyyədə getdikcə genişlənən böhranı nəzərə alaraq demək olar ki, məhz model yanaşması nəzəri və tətbiqi sosioloji tədqiqatları birləşdirə bilər. Ayrı-ayrı dəyişənlərin fraqmentar analizinin əvəzinə onların qarşılıqlı əlaqəsinin, yəni modelin nəzərdən keçirilməsi - yanaşmanın tamlığını təmin edə bilər, belə ki, model şərtsiz olaraq müəyyən tamlıq dərəcəsinə malikdir və o, bu mənada sistemdir.

Modellərin təsnifatı üçün bir əsas olaraq çox vaxt onların formul edildiyi dil növü götürülür:

- məzmunlu model təbii dildə formul edilir;

- formal model bir və ya bir neçə formal dildə (məsələn, riyazi nəzəriyyə və ya proqramlaşdırma dillərində) ifadə olunur.

Təbiət elmləri sahəsində çox vaxt ancaq riyazi modelləşdirməni qəbul edirlər, ancaq humanitar sahədə daha çox məzmunlu modellərdən istifadə olunur bizim bu tədris vəsaitimizin əsas hissəsi məhz onlara həsr olunmuşdur. Hər bir model sonucda reallığın fraqmenti olan obyektin modelidir (verilmiş sxemdə yuxarı səviyyə). Obyekti müşahidə edən individ fikrində onun müəyyən bir xəyali obrazını yaradır - biz onu koqnitiv model adlandıracayıq. Hazırki halda koqnitoloqlar koqnitiv model dedikdə obyekt ilə qarşılıqlı təsir modelini nəzərdə tutaraq həm də mental model terminindən istifadə edirlər. Bir sıra elmi işlərdə ―mental model termini individə aid edilir, koqnitiv model termini isə koqnitiv sistemlərin digər modellərinin təsviri zamanı istifadə olunur. Koqnitiv və mental model terminləri hələlik sabit traktovkaya malik deyildirlər, bu da koqnitologiyanın həddindən çox gur inkişaf templəri və fənnlərarası xarakteri ilə

izah olunur. Ümumi halda individin yerində hər hansı bir koqnitiv sistemin adı çəkilə bilər.

Obyektin koqnitiv modelini formalaşdırarkən individ bir qayda olaraq müəyyən, konkret suallara cavab verməyə çalışır, buna görə də obyektin daha kompakt və lakonik təsvirini almaq məqsədilə sonsuz olan mürəkkəb reallıqdan lazım olmayan hər şeyi siyirib atır. Obyektin koqnitiv modeli fərdin dünya mənzərəsinin onun davranışının, istiqamətlənmələrinin, dəyərlərinin, maraqlarının xüsusiyyətləri əsasında formalaşır.

Modelləşdirmənin növbəti mərhələsi – məzmun modelin qurulmasıdır. Bu zaman iddia etmək olmaz ki, bu model koqnitiv modelin sadəcə olaraq verballaşmış kopiyasıdır. Məsələ ondadır ki, koqnitiv modeldə elə elementlər ola bilər ki, fərd onları formul etməyi bacarmasın və ya bunu etmək istəməsin. Bundan başqa, əks situasiyanın da ola bilməsi mümkündür. Əgər məzmunlu model bir başqası tərəfindən formul edilibsə və ya kollektiv yaradıcılıq məhsuludursa, onda modelin ayrı-ayrı elementlərinə münasibətdə onun interpretasiyası, anlanma səviyyəsi əhəmiyyətli dərəcədə müxtəlif variasiyalarda ola bilər.

Məzmun modelin qurulması obyektin davranışı haqqında yeni informasiya əldə etməyə, digər analiz üsulları vasitəsilə aşkara çıxarılması mümkün olmayan qarşılıqlı əlaqə və qanunauyğunluqları aşkara çıxarmağa imkan verir.

Məzmun modellər funsional əlamətə görə təsviri, izahedici və proqnozlaşdırıcı olaraq üç hissəyə bölünür.

Obyektin istənilən təsvirini təsviri model adlandırmaq olar. İzahedici modellərin vəzifəsi nəyin nəyə görə baş verməsinə cavab verməkdir. Proqnozlaşdırıcı modellər obyektin gələcək davranışını təsvir etməlidir, yəni tədqiq olunan obyektə bu və digər təsir hansı dəyişikliklərə səbəb olacaq sualına cavab verməlidirlər. Qeyd edək ki, proqnozlaşdırıcı modellər heç də izahedici modelləri özlərinə qoşmaq məcburiyyətində deyildirlər. Bəzən empirik ümumiləşdirmələr əsasında, yəni ancaq təsviredici modellərin məlumatları əsasında kifayətləndirici proqnoz əldə etmək olur.

Formul edilməsində verilmiş olan elmi predmet sahəsinin nəzəri konseptləri və konstrukları istifadə olunan məzmun modeli konseptual model adlanır. Daha geniş mənada konseptual model dedikdə müəyyən konsepsiyaya və ya nöqteyi –nəzərə əsaslanan məzmun model başa düşülür. Konseptual modelin formul edilməsi çox vaxt obyektin ilkin təsvirindən onun formal modelinə doğru aparan yolda mücərrədləşmənin müəyyən səviyyəsinə çatmaqdan ibarətdir.

Konseptual modellər ya sırf verbal formada olur, ya da qarışıq, verbal -vizual şəkildə ifadə olunurlar. Konseptual modellərin üç əsas növü var: məntiqi- semantik, struktur-funksional və səbəb –nəticə.

Struktur-funksional modelin tipik nümunəsi marketinq sisteminin konseptual modelidir.


Yüklə 49,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin