Sərbəst iş Ad: Ədiləxanım Soyad: Ağakərimova İxtisas


Mərkəzlərin artması modeli



Yüklə 49,8 Kb.
səhifə10/10
tarix10.05.2022
ölçüsü49,8 Kb.
#57216
1   2   3   4   5   6   7   8   9   10
Ağakərimova Ədiləxanım 824. Tətbiqi sosiologiya

Mərkəzlərin artması modeli. Bu modeldə əvvəlki kimi əsas rolu mərkəz oynayır, amma idarəetmə prosesi desentralizasiyaya uğrayır. Yerlərdə yaradılan lokal mərkəzlər yerli spesifikanı nəzərə alaraq yenilikləri müstəqil olaraq yayırlar. D.Şon hesab edir ki, müstəmləkəçilik və kommunizm bu model əsasında yayılmışdır. Coca-Cola kompaniyası və bir çox digər transmilli korporasiyalar da bu modeldən istifadə edirlər. Rocers 500-dən çox diffuziya prosesini analizdən keçirir və innovasiyaların qəbulu prosesinin aşağıda verilmiş beş mərhələsini seçib göstərmişdir:

1) məlumatlılıq mərhələsi – fərd yeni ideaynın olduğunu bililr, amma kifayət qədər informasiyaya malik deyil;

2) maraq mərhələsi – fərd ideya ilə maraqlanır və əlavə informaisya axtarır;

3) dəyərləndirmə mərhələsi – fərd yenilikdən indiki və gələcək zamanlarda əldə edə biləcəyi faydanı dəyərləndirir və qərar qəbul edir;

4) sınma mərhələsi;

5) mənimsəmə mərhələsi.

Roçersin rəyinə görə diffuziyanın sürəti də beş əsas faktor tərədindən müəyyən olunur:

1) yeniliyin nisbi üstünlükləri;

2) ətraf mühit, mövcud dəyərlər və keçmiş təcrübə ilə uyğunluq;

3) mənimsəmənin mürəkkəbliyi;

4) son qərarı qəbul edənə qədər sınaqdan keçirmək imkanı;

5) kommunikasiya əyaniliyi – innovasiya nəticələrinin başqa insanlar tərəfindən görülməsinin və qiymətləndirilməsinin dərəcəsi;

Həyatın müxtəlif sahələrində diffuziya prosesləri özəl spesifik xüsusiyyətlərə malikdirlər. Sosial kulturologiyada innovasiyalar yeni ideyaların, obrazların hərəkət prinsiplərinin, siyasi və sosial proqramların icadı, yəni təfəkkür və ya hissiyyat stilinin yaranması kimi başa düşülür. Yeniliklərin daşıyıcıları peyğənbərlər, müdriklər, hökmdarlar, mədəniyyət xadimləri, alimlər və ya novator qrupları – hansı ki, öz statuslarını qaldırmağa, həmin cəmiyyətdə seçilməyə can atırlar, çox vaxt həmin cəmiyyətdə ―avanqard, ―dissident və ya ―marqinal olurlar. Yeniliyi daşıyanlar arasında çox vaxt əcnəbilər, eləcə də cəmiyyətin aktiv təbəqələrindən olan və mövcud sistemdə özünə layiqli yer tapmayanlar da olur. Diffuziyanın effektivliyi çox şeydə sosial determinasiya ilə müəyyən olunur (yəni cəmiyyətin yeniliyi qəbul etmək üçün nə qədər hazır olmağından). Cəmiyyət yenilikləri şiddətlə arzulaya da bilər, həm də əvvəl tətbiq olunmuş yenilik nəticəsində yaranmış qarmaqarışıqlıqdan yorula da bilər. Yeniliyə olan tələbat həm də sosial sistemin həyat dövrünün fazasından asılıdır. İnnovasiyaların diffuziyasının tədqiqi problemləri müasir iqtisadiyyat üçün kifayət qədər aktualdır. İqtisadiyyatçıların rəyinə görə yeniliklərin diffusiyası özü ilə ―sosial sistem üzvləri arasında yeniliklərin kommunikasiya kanalları ilə ötürülmə prosesini ifadə edir. Bəlli təsərrüfat subyekti üçün təzə olan ideyalar, mallar, qərarlar, texnologiyalar və s. yenilik hesab olunur.

Diffuziya prosesinin forması və sürəti kommunikasiya kanallarının gücündən və informasiyanın fəaliyyətdə olan subyektlər tərəfindən qavranılmasının xüsusiyyətlərindən asılıdır.

İqtisadçılar fransız sosioloqu Q.Tardın təqlid nəzəriyyəsini əsas götürəcək yeniliklərin yayılması prosesini təsərrüfatçılıq edən subyektlərin sosial öyrənmə prosesində müvvəffəqiyyətli yeni qərarların təqlid edilməsi kimi nəzərdən keçirilər. Yeni texnologiyaların yayılması prosesinin modelləşdirilməsi göstərmişdir ki, novatorlar yeni texnologiyaları icad edirlər, amma onların reaksiyaları təqlidçilərin seçimindən asılıdır. İlk (pioner) təqlidçilərin etdiyi seçim daha vacibdir. Pioner-təqlidçilərin sayı nə qədər çox olsa, yeni texnologiyanın dominantlıq ehtimalı bir o qədər yüksək olur. İnnovatikanın praktik cəhətdən ən vacib şaxəsi yeni malların yayılma prosesinin tədqiqidir – yəni marketinqin əsas məsələsidir. Müəssisə bazarda müxtəlif strateji fəaliyyətləri rəhbər tuta bilir:

1) pioner strategiyası – müəssisə yeni məhsula tələbatın olmayacağı haqqında deyəcək xeyli ziyanı gözə alaraq yeni məhsul yaratmaqla, onun bazarını formalaşdırmaqla riskə gedir. Yeni məhsulun lider əmtəə olacağı halda müəssisənin uzun müddət çiçəklənməsi təmin olunur;

2) hərəkətdə olan qatar‖ strategiyası – firma populyar məhsul imitiasiyasını yaradır. Bu halda müvəffəqiyyət rəqiblərin fəaliyyətinin uzlaşması ilə müəyyən olunur;

3) mən də strategiyası – müəssisə böyük tələbata malik, artıq məşhur malları daha da yaxşılaşdırmağa, modifikasiya etməyə çalışır.

Birinci və üçüncü strategiyalar yeni məhsul istehsalçılarının istehlakçıların diqqətini cəlb etmək üçün kəskin rəqabət mübarizəsi ilə xarakterizə olunur. Birinci halda innovasiyanın diffuziya prosesi təzə - təzə genişlənməyə başlanır.



Mən də strategiyası doymuş həddə çatan zaman məqsədəuyğun deyil. Bazarın ən çox hissəsi artım fazası zamanı ələ keçirilir, bu lider firmanın ardınca firmaların əksəriyyətinin ―hərəkət edən qatar strategiyasını seçməsi zamanı baş verir. Rəqiblərin fəaliyyətlərinin məhz özünütəşkilatlandırma prosesləri ilə şərtlənmiş uzlaşması yeni məhsulun əsil uğurunu təmin edir.
Yüklə 49,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin