SəRBƏst iŞ Elmi rəhbər: Tələbə: Cəfərova Leyla Bakı-2023 plan



Yüklə 60,33 Kb.
səhifə3/4
tarix13.12.2023
ölçüsü60,33 Kb.
#174781
1   2   3   4
Cəfərova Leyla Sosial işə giriş

3. Sosial iş sistemi
Sosial iş özündə həm təbiət, həm də ictimai elmlərin xüsusiyyətlərini birləşdirir, sosial işdə tədqiqatın statistik və riyazi formalarından geniş istifadə olunur. Sosial işin elmi statusunun təyin olunması məsələsində bir çox yanaşmalar mövcuddur. Onlardan biri bu elmi sosial inkişaf sahəsini öyrənməyə yönələn fənn kimi qəbul edir, digəri bu elmi insanın daxili güclərinin qorunub saxlanılmasına aidiyyatı olan problemləri (tibbi xidmət, təhsil, işlə təminat, pensiya təminatı, aztəminatlı ailələrə yardım) əhatə etdiyini vurğulayır.
Bir elm kimi sosial işin öz tədqiqat predmeti, obyekti, xüsusi problemləri var. O, müraciətçinin müxtəlif bioloji, psixoloji və s. amillərinin təsiri nəticəsində yaranan problemlərinin həlli məqsədi ilə sosial münasibətləri, sosial qarşılıqlı təsir proseslərini tədqiq edir. Sosial işin bir nəzəriyyə kimi fərqli cəhəti ondan ibarətdir ki. o, daha çox tətbiqi xarakter daşıyır.
Sosial işin bir elm kimi predmeti şəxsiyyətin, sosial qrupun, icmanın həyat fəaliyyətinə aid olan sosial prosesləri və hadisələri əhatə edir. Sosial işin subyektlərinə aşağıdakılar aiddir:
1.Sosial yardım göstərən sosial işçilər və sosial pedaqoqlar;
2.Sosial işi tədris edən professor-müəllim heyəti;
3.Sosial işin inkişafını və ümumi vəziyyətini araşdıran tədqiqatçılar;
4.Ölkədə sosial siyasəti formalaşdıran və həyata keçirən idarəetmə kadrları.
Sosial iş bir nəzəriyyə kimi sosial elmlərin ənənəvi istiqamətlərinin (fəlsəfə, politologiya, iqtisadi nəzəriyyə, antropologiya, tibb elmi, psixologiya, sosiologiya, etika) qovşağında yerləşir.
Sosial işin problemləri sırasına sosial işin sosial siyasətlə, eləcədə cəmiyyətin, şəxsiyyətin münasib inkişafına cavabdehliyi ilə əlaqədar olan xüsusi tədqiqatlar daxildir. Sosial iş sahəsində aparılan tədqiqatların mövzusu “sosial mühit - insan” mürəkkəb sistemin çərçivələri ilə müəyyən olunur. Bir çox xarici müəlliflərin fikrinə görə sosial işdə elmi-tədqiqat fəaliyyəti və praktiki fəaliyyət bir-birindən asılı olmayaraq inkişaf edir.
Sosial işin bir institut kimi təsis edilməsinə dünyagörüşü amilləri, sosial gerçəkliyin və ziddiyyətlərin elmi cəhətdən dərk edilməsi cəhdləri təsir göstərmişdir. Sosial işdə vahid nəzəriyyə yoxdur. Bir elm kimi müxtəlif ictimai, sosial-elmi məktəblərlə təmsil olunur. Buna görə də sosial iş sistemi ictimai-tarixi sistem olmaqla yanaşı mürəkkəb, açıq sistemlər sinfinə aiddir.
Praktik fəaliyyət kimi sosial iş sisteminin aşağıdakı elementləri mövcuddur:
1. Sosial işin obyekti və subyekti (sosial iş sistemində kim fəaliyyət göstərir və bu fəaliyyət kimə istiqamətlənir);
2. Sosial işin sahələri (səhiyyə, təhsil, istehsalat, ictimai yerlər);
3. Sosial işin metodları;
4. Sosial işin formaları (adətən formalar sosial işin metodları və institutları ilə əlaqədədirlər; müraciətçinin həyatı üçün vacib olan problemlərin həlli istiqamətində həm ayrıca tədbirlər, həm də çoxsəviyyəli uzunmüddətli proqramlar bu formalara daxildir).
Sosial işin mürəkkəb sistemində müxtəlif səviyyələri fərqləndirmək qəbul olunub:
I. Milli səviyyə - bu səviyyə cəmiyyətin və dövlətin müəssisə və təşkilatlarını ehtiva edir;
II. Regional səviyyə - bu səviyyə regionun xüsusiyyətləri və onun təbii iqlim, iqtisadi, demoqrafik göstəriciləri ilə müəyyən olunur;
III. Bələdiyyə səviyyəsi - ilk növbədə şəhər səviyyəsində sosial işin məqsəd və vəzifələrinin realizəsində idarəetmə bölgüsünün xüsusiyyətlərini əks etdirir. Məsələn, qəyyumluq, himayədarlıq problemlərinin həllində sosial müdafiə idarəsinin təhsil şöbəsi ilə qarşılıqlı münasibətləri;
IV. Lokal səviyyə - icmanın konkret xüsusiyyətləri, mədəni özünəməxsusluğu ilə əlaqədardır.


Yüklə 60,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin