SəRBƏst iŞ Fakültə: Fizika və elektroenergetika İxtisas: Energetika mühəndisliyi Qrup: 531 Kurs: II kafedra: Elektrotexnika və energetika


Qurğuşun, civə və onların xassələri



Yüklə 395,18 Kb.
səhifə8/8
tarix23.05.2022
ölçüsü395,18 Kb.
#59149
1   2   3   4   5   6   7   8
Energetik Materiallae

Qurğuşun, civə və onların xassələri

Qurğuşun (Pb) (lat. Plumbum) – D.İ. Mendeleyevin elementlərin dövri
sistemində 82-ci element. Adətən bitkilərdə qurğuşunun miqdarı az olur:
külün çəkisinin təxminən 1-2 mində bir faizi qədər. Qurğuşunun miqdarının
son həddi müəyyənləşdirilməmişdir. Bitki məhsulları heyvan məhsullarına
nəzərən daha çox qurğuşuna malik olurlar. Səbəbi yay yarpaq tökülməsi və
havada qurğuşunun yüksək miqdarda olmasıdır. Amma, qurğuşunu
toplayaraq bitkilər havanı təmizləyirlər.

Qurğuşunun miqdarı çox olduqda yonca və yulafın böyüməsi ləngiyir.


Çəkisi 70 kq olan yaşlı adamın orqanizmində 120 mq qurğuşun olur. Insan
sutkada orta hesabla 26-42 mkq qurğuşun qəbul edir. Normada sümükdə
qurğuşunun miqdarı 20 mq/kq, qara ciyərdə 1 mq/kq, böyrəklərdə 0,8
mq/kq, baş beyində 0,1 mq/kq olur. Sümüklərdə bioloji yarımparçalanma
dövrü 10 ildir. Yaşlandıqca insanın sümüyündə toplanan qurğuşunun
miqdarı artır və 30-40 yaşında olan və məşğuliyyəti qurğuşun ilə çirklənmə
ilə əlaqədar olmayan adamların sümüyündə 80-200 mq olur.

Qurğuşun zülal sintezinə, hüceyrələrin enerji balansına və genetik aparata


aktiv təsir edir, sümük toxumalarının mübadilə prosesində iştirak edir.
Qurğuşun bir sıra fermentləri məhv edərək porfinlərin və qemmin sintezini
pozur. Qurğuşun ateroskleroza meyilliliyi artır. Uşaqlar böyüklərə nisbətən
qurğuşuna daha həssasdırlar.

Böyük qatılıqda qurğuşun zəhərdir, bütün canlılara təsir edir, dəyişikliklər


yaradır, xüsusən də əsəb sistemində, qanda və damarlarda. Insan üçün
qurğuşunun zəhərlilik dozası 1 mq, öldürücü dozası 10000 mq-dır.

Qurğuşun insan orqanizminə hava və qurğuşuna malik qida ilə daxil olur.

Qurğuşunun daha geniş məlum olan və insan tərəfindən daha geniş
istifadə olunan birləşmələri aşağıdakılardır:
PbO2 – qurğuşun (IV) oksid.
Pb(CH3COO)­2 – qurğuşun asetat
Pb3O4 – surik.

Qurğuşun çox-çox qədimlərdən insanlara məlum olan qızıl, gümüş, mis,


qalay, dəmir və civə kimi çoxdan məlumdur.

Insan orqanizmində qurğuşun atomlarının sayı 2,3·1020, bir insan


hüceyrəsində 2,3·106 ədəddir.

Qida məhsulları ilə qurğuşunun sutka ərzində orqanizmə daxil olan miqdarı


0,44 mq, su ilə daxil olan miqdarı 0,1 mq-a qədərdir.

Qurğuşun suriki boyağı metal səthlərini dekorativ işləmək və korroziyadan


qorumaq üçün istifadə edilir.

Qurğuşun oksid doymuş qırmızı-narıncı rəngə malik olur.

Qurğuşun çox qədim zamanlardan insanlara məlumdur. Bu metalın
yumşaq və tez əriyən olması onun emalını kifayət qədər asan edir. Havada
qurğuşunun üzərində nazik ağ karbon qatı əmələ gəlir. Bu korroziya kimi
proseslərin qarşısını alaraq, qurğuşunu damların, sarkofaqların, su
navalçalarının hazırlanması üçün ideal materiala çevirir.

Qurğuşun tərkibli qara, ağ, qırmızı rəngli filizlər kosmetikada istifadə olunur.


Elementin latın adı – plumbum –Pb - plomblamaq sözünü ifadə edir.
Elementin yüksək sıxlığa malik olması onun geniş spektrdə tətbiqini təmin
edir: tilov üçün ağırlıq, oyun zərləri və s. Qədim Romada qurğuşun asetatı
duzunun çaxırların şirinləşdirilməsi üçün istifadə edilməsi məlumdur. Hal-
hazırda bu element çap maşınlarının lentlərində, güllələrin hazırlanmasında
və s. istifadə olunur.

Qurğuşunun zəhərli təbiətli olması qədim zamanlardan məlum olsa da,


yalnız XX-ci əsrdə onun bir sıra tətbiq sahələri məhdudlaşdırılmışdır,
bunlara santexnika təmiri, boyalara, şüşələrə, qalaylara əlavələr kimi
istifadəsi aiddir.

Bunlardan əlavə qurğuşun avtomobil akkumulyatorlarında istifadə olunur.


1859-cu ildə, mühərriklərin işə salınması üçün kifayət qədər gərginlik
yarada bilən və ucuz olan qurğuşunlu-turşulu batareyalar kəşf edilmişlər.
Batareya boşaldıqda, sulfat turşusuna yerləşdirilmiş elektrodlar qurğuşun
sulfata çevrilirlər. Batareyanın doldurulması bu prosesi geriyə qaytarır.
Yüklə 395,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin