Alman alimi Zeebek müəyyən etmişdir ki, müxtəlif metalların ardıcıl toxunmasından alınmış qapalı dövrədə, toxunma yerlərinin temperaturu müxtəlif olarsa, dövrədən cərəyan axır. Bu hadisəyə termoelektrik hadisəsi, cərəyana termoelektrik cərəyanı deyilir.
Fərz edək ki, iki müxtəlif naqil şəkildə göstərilən formada oxunularaq qapalı dövrə yaradıblar.Toxunma sahəsində temperatur uyğun olaraq və olsun. Dövrədə yaranan elektrik hərəkət qüvvəsi, toxunma yerlərində meydana çıxan potensial sıçrayışlarının cəbri cəminə bərabər olacaqdır, yəni
f (5) Burada
Səkil 1
və - birinci və ikinci metalda olan sərbəst elektronların konsentrasiyasıdır. Axırıncı ifadələri (5) düsturunda yerinə yazsaq, e.h.q üçün
(7) alarıq. Axırıncı ifadədən görünür ki, termoelektrik elektrik hərəkət qüvvəsinin qiyməti, toxunma sahələrinin temperaturlar fərqindən asılıdır. Zeebek effektivindən istifadə edərək temperaturu ölçmək üçün istifadə olunan cihazlar-termocütlər hazırlanır. Bundan əlavə yarımkeçiricilərdə Zeebek effektinin öyrənilməsi termoelementlərin yaradılmasına səbəb olmuşdur. Termoelementlər vasitəsilə istilik enerjisi elektrik enerjisinə çevrilir. Cərəyanın sabit qalması üçün toxunma sahəsindəki temperaturların fərqi sabit qalmalıdır. Fransız alimi Pelte´ müəyyən etmişdir ki, iki müxtəlif metalın toxunma sahəsindən elektrik cərəyanı axarsa, cərəyanın axma istiqamətindən asılı olaraq Coul istiliyi ilə yanaşı , əlavə istilik miqdarı ayrılır və ya udulur.