bağçasının təlim-tərbiyə proqramı»nda əməyə, əmək prosesində nitqin inkişaf etdirilməsinə geniş yer verilmişdir. Əmək prosesində uşaqların nitqinin inkişafını öyrənmək məqsədilə biz eksperimental bağçalarda məktəbəqədər yaşlı uşaqların əmək prosesində nitqinin inkişaf etdirilməsini üç istiqamətdə təşkil etdik: 1. Əmək təlimi məşğələlərində uşaqların lüğət ehtiyatına müxtəlif nitq hissələrinə dair sözlər daxil etməklə lüğətini fəallaşdırmaq, zənginləşdirmək; 2. Cümlə qurmaq, onu genişləndirmək bacarığını inkişaf etdirmək; 3. Rabitəli nitqini inkişaf etdirmək. Bütün bunlar belə nəticəyə gəlməyə əsas verir ki, uşaqlar müəyyən əmək vərdişlərinə məktəbəqədər yaş dövründə cəlb olunsa da, tərbiyəçilər uşaqların nitqinin inkişaf etdirilməsinə xüsusi fikir vermir, yaxud da nitq inkişafının müəyyən sahəsinin inkişafına diqqət yetirməklə kifayətlənirlər. Tədqiqatın nəticələri bunlardır: 1. Məktəbəqədər yaşlı uşaqların nitqinin inkişaf etdirilməsi üzrə bütün işlər bir-biri ilə əlaqəli şəkildə aparılmalıdır. 2. Məktəbəqədər yaşlı uşaqların nitqinin inkişaf etdirilməsi üzrə işdə nitq inkişafının məzmunu və yollarını müəyyənləşdirərkən onların yaş xüsusiyyətlərini nəzərə almaq son dərəcə vacibdir. 3. Məktəbəqədər yaşlı uşaqların nitqinin inkişaf etdirilməsində ilk növbədə onların fonematik eşitmə qabiliyyətinin inkişafı qayğısına qalmalı, ana dilinin bütün səslərini düzgün eşitməli, səslənməsinə görə yaxın səs və sözləri fərqləndirə bilməyi bacarmalıdırlar. 4. Məktəbəqədər yaş dövründə uşaqların nitqində sözlərin ifadə etdikləri anlayışlar bir sıra başqa anlayışlarla sıx əlaqədə yaranır. 5. Məktəbəqədər yaş dövründə uşaqların nitqinin inkişaf etdirilməsində sadə qrammatik vərdişlərin mənimsənilməsi istiqamətində iş