Biologiya müəllimliyi ixtisasının
IV kurs 2001B qrup tələbəsi Quliyeva
Şəbnəmin “Torpaqşünaslıq” fənnindən
SƏRBƏST İŞ
Mövzu: Dağlıq dağ-meşə torpaqlar
Bakı-2023 Dəniz səviyyəsindən 1800 (2000) - 2100 (2200) m hündürlüklərdə, meşələrin yuxarı sərhəddində yayılmış torpaq tipi. Ərazi üçün parkşəkilli meşələr və yüksək otlaqlarla örtülü geniş talalar səciyyəvidir. Alçaqboylu ağaclar, sürünən kollar, palıd, tozağacı, ağcaqayın və taxılkimilərdən ibarət ot bitkiləri üstünlük təşkil edir. Hər il bitkilər torpağa çoxlu töküntü verir. Fitokütlənin miqdarı Böyük Qafqazda 70-80 s\ha (quru kütlə), Kiçik Qafqazda isə 40-60 s\ha arasında tərəddüd edir. Dağ meşə-çəmən torpaqları müstəqil tip kimi ilk dəfə M.E. Salayev (1991) tərəfindən ayrılaraq təsvir edilmişdir. Göstərilən torpaqların aşağıda verilən təsviri həmin müəllifin tədqiqat materiallarına əsaslanır. Bu torpaqlar meşələrin yuxarı sərhəddində 1800 (-2000), 2100 (2200) m yüksəkliklərdə yayılmışdır. Göstərilən torpaqların yayıldığı ərazilərin landşaft elementləri keçid meşə-çəmən qurşağının əlamətlərini özündə əks etdirir. Ərazi üçün parkşəkilli meşələr və yüksək otlarla örtülü geniş talalar səciyyəvidir. Meşə-çəmən qurşağının iqlim şəraitini xarakterizə edən meteoroloji məlumatlar kifayət qədər deyildir. Lakin bir neçə meteoroloji stansiyanın (Əlibəy, Göy-göl) məlumatlarına əsasən bu qurşağın iqliminin alp va subalp çəmənlərinin iqliminə nisbətən mülayim olduğunu qeyd etmək olar. Ərazinin orta illik temperaturu 5,7- 6,1°, illik yağıntıların miqdarı isə 700-1200 mm arasında tərəddüd edir. Faal temperaturların cəmi 2000-2500° arasında dəyişir. Rütubətlənmə əmsalı 1-dən böyük olmaqla Böyük Qafqazda 2,2, Kiçik Qafqazda 1,4-5. bərabərdir. İqlim şəraiti ilə əlaqədar olaraq bu torpaqlar üçün yuyucu su rejimi səciyyəvidir. Yüksək çınqıllılıq və ərazinin parçalanması bu rejimin mövcud olması üçün əlverişli şərait yaradır. Bu qurşağın bitki örtüyü əsasən alçaq boylu ağaclardan, sərilən kollardan, ağcaqayın, tozağacı və palıd ağaclarından ibarət park tipli meşələrdən və onların arasında yayılan taxılkimi-müxtəlif otlarından ibarət çəmənlərdən ibarətdir. Ot bitkiləri bütöv şəkildə deyil, ayrı-ayrı "dillər" şəklində işıqlı meşələrə daxil olur. Onlar tərkib və strukturuna görə subalp çəmənlərindən fərqlənir və daha çox keçid xarakteri daşıyır. Ümumiyyətlə, meşəkənarı bitki örtüyü meşə və subalp qurşağı bitkilərinin cəmindən ibarətdir. Ot örtüyü çox müxtəlif olub, çoxmərtəbəli, hündürlüyü 60-80 sm olan sıx otlardan ibarətdir. Kiçik Qafqazın yuxarı meşə kanarlarında yastıyarpaq tarlaotu, çamantopalı, ətirli sünbül, çəmən üçqıllısı, Qafqaz nazikbaldırı, çəmən yoncası, şübhəli yonca, qırmızısaplaq şehduran və s. üstün yer tutur. Torpaq səthində hər il böyük miqdarda bitki töküntüləri toplanır. Fitokütlənin miqdarı Böyük Qafqazda 70-80 s/ha (quru ot hesabı ilə), Kiçik Qafqazda isə 40-60 s/ha arasında tərəddüd edir. Təsvir edilən torpaqların yayıldığı ərazilərdə əlverişli temperatur və rütubətlənmə şəraiti, fitokütlənin miqdarının kifayət qədər yüksək olması ilə əlaqədar olaraq bioloji dövran da intensiv şəkildə baş verir, üzvi maddələrin parçalanması daha sürətlə gedir. Meşə-çəmən qurşağında hioloji dövranın intensivliyi alp qurşağında olduğundan xeyli yüksəkdir. Yumşaq delüvial və delüvial-prolüvial süxurlar üzərində formalaşmış dağ meşə-çəmən torpaqları morfologiyası üçün qalın, tam inkişaf etmiş profil səciyyəvidir. Bununla yanaşı, yamaclarda bark süxurla üzərində bu torpaqların yuxa, çınqıllı növmüxtəlifliklərinə təsadüf edilir. Aşağıda dağ meşə-çəmən torpaqlarının profilinin ümumiləşdirilmiş təsviri verilir.
AD-qonurumtul-boz-bulanıq-sarı, yaxud qonurumtul-qara rəngli, formasını dəyişmiş ət qarışığı olan zait dərəcədə çürümüş meşə döşənəyi, çoxlu miqdarda canlı və ölü köklər, Horizontun aşağı sərhədində iri qumlu, çox az hallarda çınqıllı narın torpağa rast gəlinir. Qalınlığı 5+2,2 sm.
Ao-tünd qonur, demək olar ki, qara, yaxud qonur çalarlı tünd qəhvəyi, çoxlu miqdarda kol və ot bitkiləri kökləri, çox az hallarda iri qum və çınqıllara rast gəlinir, barkvari, xırda topavari, yaxşı aqreqatlaşmışdır, ağır gillicali, güclü humuslaşmışdır, görünən karbonatlara rast gəlinmir, qaynamır, altdakı qata keçid hiss olunur. Qalınlığı 13+2,4 sm.
A₁ tünd-qonur, demək olar ki, qara, yaxud qırmızımtıl çalarlı tünd-qəhvəyi, çoxlu miqdarda ot kökləri, dəyişmiş bitki qalıqlarına rast gəlinir, kömürləşmiş damarçıqlar, yaxud göyümtül-qara rəngli nöqtələr, gillicali, az hallarda iri qum və çınqıllar müşahidə olunur, yaxşı aqreqatlaşmışdır, qozvari-topavari, bərkvari, karbonatlar yoxdur, qaynamır, aşağıdakı qata keçid tədricidir, bir çox hallarda keçid A/B horizontu yaranır, bəzi hallarda keçid kaskindir. Qalınlığı 193,2 sm.
A2 qonurumtul-qəhvəyi, ayrı-ayrı hallarda qırmızımtıl çalarlı, ot bitkilərinin kökləri, xüsusilə çatlar boyunca, üzvi kütlələrin çoxlu miqdarda ölü qalıqları, gilli, çoxlu çınqıl və süxur qırıntıları, struktur xeyli kobudlaşır, iri topavari, bərk, bəzi hallarda göyümtül ləkələr və humus axıntıları, müşahidə edilə biləcək karbonatlar yoxdur, qaynamır, keçidi aydındır. Qalınlığı 18±4,9 sm.
B-qonurumtul-hoz-sarı yaxud bozumtul çalarlı selikli qəhvəyi, gilli, çoxlu süxur qırıntıları, iri topavari, çox hallarda struktur aydın ifadə olunmur, kömürləşmiş bitki qalıqları, göyümtül ləkələr, qleyləşmiş zəif əlamətləri (xüsusilə horizontun aşağı sərhədində), zəif humuslaşmış, üst qatla müqayisədə gülləşmə bir qədər yüksəkdir, karbonatlar yoxdur, qaynamır, keçidi müşahidə olunur. Qalınlığı 3,22-3,8 sm.
C-hozumtul-sarı, yaxud saman-san, gilli, yüksək çınqıllı, aşınmış süxurların iri qırıntıları. Süxurlar çox vaxt gilli şistlərin elüvi və delüvisindən və əhəngli konglomeratlardan ibarət olur. Dağ meşə-çəmən torpaqların yuxarıda göstərilən morfoloji təsvirini nəzərdən keçirərkən aydın olur ki, bu torpaqlar üçün narın torpaq qatının inkişaf etmiş profilə malik olması, genetik qatlara nisbətən zəif ayrılması, çim qatının olması və s. səciyyəvidir. Morfoloji təsvirdən də göründüyü kimi təsvir edilən torpaqların humus qatı qalın olmur, aşağı qata keçid isə nisbətən kəskindir. Torpaqların rəngi əsasən qəhvəyi və qonur-qəhvəyidir.
Torpaqəmələgətirici süxurların tərkibində gilli şistlərin iştirakı boz tonun yaranmasına səbəb olur. Təsvir edilən torpaqların üst qatları yaxşı aqreqatlaşmışdır, yumşaq quruluşa malikdir. Aşağı qatlara doğru torpağın sıxlığı artır, struktur isə tədricən pozularaq itir. Dağ meşə-çəmən torpaqlarının profilinin orta hissəsində gilləşmənin yüksək olması müşahidə edilir, bir çox hallarda tekstur horizont yaranır Bt. Bəzi hallarda isə göyümtül-yaşıl ləkələrlə müşahidə edilən qleyləşmə prosesi gedir və fraqmentlər şəklində Bg horizontu formalaşır.
İqlim şəraiti ilə əlaqədar olaraq bu torpaqlar demək olar ki, dərinliyə kimi yuyulur və profildə karbonatlara rast gəlinmir. Torpaqlar karbonatlı süxurlar üzərində formalaşarkən B/C və C horizontlarında karbonat ləkələrinə və birləşmələrinə rast gəlinir. Çınqıllıq dərəcəsi yüksək olmayıb adətən aşağı qatlara doğru artır. Təsvir edilən torpaqların tərkibində humusun miqdarının yüksək olması onun mühüm diaqnostik göstəricilərindən biridir. Torpaqların üst qatında humusun orta riyazi miqdarı 9,32% təşkil edir.
Humusun miqdarıma görə bu torpaqlar qaramtıl dağ-çəmən torpaqlarına yaxındır. Lakin dağ-çəmən-meşə torpaqlarında həmin torpaqlardan fərqli olaraq humusun aşağı qatlara doğru kəskin şəkildə azalması müşahidə olunur. Bundan başqa təsvir olunan torpaqlarda humuslu qat qaramtıl torpaqlara nisbətən az qalınlıqlı olur. Bu torpaqlarda humusun tərkib hissələri və onların nisbətlərində də fərqli xüsusiyyətlər müşahidə olunur. Belə ki, dağ-çəmən-meşə torpaqlarında humusun tərkibində olan fulvoturşuların miqdarı humin turşularının miqdarından yüksək olur. Humin turşuların fulvo turşularına nisbati (Ch/Cf) - 0,8-0,7 təşkil edir. Humin turşularının çox böyük hissəsi kalsiumla birləşmiş şəkildə olur. Torpaqların üst qatında ümumi azotun miqdarı 0,48% təşkil edir. C/N nisbəti 10-12 arasında tərəddüd edir ki, bu da üzvi birləşmələrin zəif parçalandığını və humus birləşmələrinin təzə olduğunu göstərir. Torpaqlar profilin üst qatlarına kimi karbonatlardan tam yuyulmuşdur. Yalnız az-az hallarda B/C və C horizontlarında onlar az miqdarda (1,7-3,2%) müşahidə olunur. Əsaslarla müəyyən qədər doymaması meşə-çəmən torpaqlar üçün səciyyəvidir. Bu, xüsusilə profilin orta hissəsində, Bg horizontunda daha aydın nəzərə çarpır. Torpaqların reaksiyası üst qatlarda turş və zəif turş olan. aşağı qatlara doğru bir qədər artır. Bu, güman ki, torpaqəmələgətirən süxurların karbonatlı olması ilə əlaqədardır. Dağ meşə-çəmən torpaqlarının üst qatında udulmuş kalsium və maqnezium kationlarının toplanması aydın müşahidə olunur. Udma tutumunun cəmi üst qatlarda 100 q torpaqda 36-40 m-ekv. təşkil edir ki, bu da qaramtıl dağ-çəmən torpaqlarında olduğundan bir qədər aşağıdır. Qranulometrik tərkibinə görə təsvir edilən torpaqlar orta və ağır gillicəlidir. Profilboyu lil fraksiyasının miqdarı fərqlidir. Üst qatda onun miqdarı 13,7±5,6%, fiziki gil isə 43,9±13,7% təşkil edir. Lil hissəciklər (<0,001 mm) üst qatlardan aşağıya doğru hərəkət edərək illüvial B horizontunda toplanır. Bununla əlaqədar olaraq həmin qatın lilləşərək sıxlığının nisbətən artması müşahidə olunur. Profilin skeletli olması və bu göstəricinin aşağı qatlara doğru artması dağ meşə-çəmən torpaqlarının səciyyəvi əlamətlərindən hesab edilir. Təsvir edilən torpaqların ümumi kimyəvi tərkibini nəzərdən keçirsək, ayrı-ayrı genetik qatların bir-birindən müəyyən qədər fərqlənməsini müşahidə etmək olar. Belə ki, torpaqların üst qatlarında Fe₂O, və Al₂O, birləşmələrinin müəyyən qədər azalması müşahidə olunur. SiO₂/ Fe₂O, və SiO₂/ Al₂O, nisbəti genişdir -7,1-8,2 və 18,5-19,0. Torpaqların üst qatı qələvi və qələvi-torpaq (CaO, MgO, K₂O, Na₂O) ilə zənginləşmişdir. Bu əsasən biogen amillərin təsiri alıtında baş verir. Profilin orta hissələrində oksudlərin miqdarı artır. Burada silisium-oksidin biryarım oksidlərə nisbət (SiO₂/ R₂O) daralır (4,0-4,2). Bu isə üllüvial B horizontunda Fe₂O, və Aqroistehsalat nöqteyi-nəzərdən meşə-çəmən torpaqları kifayət qədər öyrənilməmişdir. Lakin əldə olunan məlumatlar da bu torpaqların kifayət qədər yüksək təbii münbitlik səviyyəsinə malik olduğunu göstərir. Belə ki, Al₂O, birləşmələrinin toplanması və həmin qatın gilləşməsi ilə bilavasitə əlaqədardır. bu torpaqların üst 0-20 sm-lik qatında humusun miqdarı hər hektarda 314-316 t/ha, azotun miqdarı isə 15-17 t/ha təşkil edir. Yüksək dağlıq sahədə nisbətən məhdud yayılması, həmçinin nomenklatura qeyri-müəyyənliyi ilə əlaqədar olaraq, Azərbaycanın dağ meşə-çəmən torpaqları genetik nöqteyi-nəzərdən kifayət qədər öyrənilməmişdir. Bu torpaqlar Azərbaycan torpaqlarının sistematikasında müstəqil tip kimi qəbul edilməmişdir. Ədəbiyyatda bəzi Azərbaycan torpaqşünasları bu torpaqları çimli dağ-çəmən torpaqları kimi təsvir edirlər. Lakin yuxarıda verilmiş analiz meşə-çəmən torpaqlarını müstəqil tip kimi ayırmağa imkan verir.