Sərbəst iş mövzuları: Təbiətin fəlsəfi anlamı Təbiətşünaslığın predimenti, məqsədi və funksiyaları Təbii elmi biliyin meyarı, inkişaf prinsipləri


Təbiətşünaslığın predimenti, məqsədi və funksiyaları



Yüklə 50,05 Kb.
səhifə3/5
tarix02.01.2022
ölçüsü50,05 Kb.
#40319
1   2   3   4   5
Sənəd (1)

2.Təbiətşünaslığın predimenti, məqsədi və funksiyaları

Bizi əhatə edən maddi aləm təbiət adlanır. Canlı və cansız təbiət arasında möhkəm əlaqə vardır. Təbiətdə gedən bütün proseslər təbiət qanunları əsasında baş verir. Təbiət qanunlarını öyrənən elm “Təbiətşünaslıqdır”. Adından da göründüyü kimi təbiətşünaslığın predimentini təbiət təşkil edir. Təbiətin hadisələri, qanunları və qanunauyğunluqları təbiətşünaslığın predimentini yaradır.

Fizika, kimya, biologiya, astronomiya və. s. təbiətşünaslıq elmləridir. Bu elmlər insanın təbiəti öyrənməsi və dərk etməsi nəticəsində yaranmışdır. Beləliklə insan canlı və cansız təbiətə təsir göstərməklə onu dəyişdirə bilmişdir. Təbiət hər zaman insanın qarşısında bir tam kimi dayanmışdır. Lakin bu bütövün nədən ibarət olması, strukturu və onun səviyyələri haqqında təsəvvürlər eksperimental təbiətşünaslığa məxsusdur. Təbiətin struktur səviyyələri sadədən mürəkkəbə doğru istiqamətdə təsnif edilir. Təbiətin özünün struktur səviyyələrinin təsnifatı təbiətşünaslığın, yəni təbiət elmlərinin təsnifatının əsasını təşkil edir. Təbiət elmlərinin təsnifatı məsələsi hər zaman elmin diqqət mərkəzində duran məsələlərdən olmuşdur. Hələ 19-cu əsrin I yarısında Fransız alimi və fiziki A.Amper ilk təsnifatlardan birini təklif etmiş və bu təsnifatda 200-dən artıq təbiət elmi göstərilmişdir. Təbiətin fundamental qanun və qanunauyğunluqlarını öyrənən elm –Fizika adlanır. “Fizika” sözü əski yunan sözü olub, “təbiət” anlamını verir. Lakin müasir təsnifatda “fizika” anlayışı konkret məzmun daşıyır. Fizika elminin özü də tarixi inkişafında bir sıra mərhələlər keçmişdir. Müasir fizika klassik fizikanın əsasında inkişaf edərək, öz daxilində bir sıra sahələri əhatə etməkdədir.

Müasir fizikanın aşağıdakı bölmələrinin qeydi zəruridir:


1.Atom fizikası

2.Elementar hissəciklər fizikası (Kvant fizikası)


3.Lazer fizikası və s

Təbiətşünaslıq dünya mənzərəsinin təbii-elmi bünövrəsi olmaq etibarı ilə sistemli baxışlar hazırlamışdır ki, bu baxışlar müəyyənedici səciyyə daşıdıqda mahiyyət etibarı ilə konsepsiya adlanır. İstər təbii, istərsə də sosial sistemlərdə yeni faktlar kəşf edilməsi nəticəsində nəzəri ümumiləşmələr aparılmalı olur ki, bu zaman mövcud baxışlar toplusu müəyyən dəyişikliyə uğrayır. Və beləliklə yeni konsepsiyalar və baxışlar sistemi meydana gəlir.

Təbiətşünaslıq ətalət vəziyyətində qalmayıb daim dinamik inkişaf nəticəsində dəyişikliyə uğramışdır. Müasir təbiətşünaslıq tərəfindən təbiətə mücərrəd, insan fəaliyyətindən kənarda qalmış yox, əksinə daima insan fəaliyyətinə, onun təsirinə məruz qalmış kimi baxılırdı. Təbiətşünaslıq öz inkişafını ardı arası kəsilməyən təkminləşmə ilə həyata keçirirdi. Təbiətşünaslıq inkişafı onun məqsədlərinin inkişafı ilə bilavasitə əlaqəli idi. Bu yerdə qeyd olunmalıdır ki, təbiətşünaslığın 2 məqsədi var. Bunlardan biri təbiətşünaslığın yaxın məqsədi ,digəri isə təbiətşünaslığın uzaq məqsədidir. Təbiətşünaslığın yaxın məqsədi təbiəti öyrənmək onun qanunlarını kəşf etmək və eyni zamanda təbiət haqqında sistemli bilik yaratmaqdır. Lakin təbiətşünaslığın uzaq məqsədi dedikdə isə qazanılmış biliklərdən təbiəti dəyişdirmək üçün istifadə olunması nəzərdə tutulur.

Aparılan tədqiqatlardan məlum olur ki, təbiətşünaslığın konsepsiyalarının öyrənilməsində məqsəd sadəcə olaraq fizikanın ,kimyanın ,biologiyanın və s öyrənilməsi deyil, ümumiyyətlə, fiziki ,kimyəvi ,bioloji hadisələrin gizli əlaqələrini aşkar edilməsidir.


Yüklə 50,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin