Sərbəst iş mövzuları: Təbiətin fəlsəfi anlamı Təbiətşünaslığın predimenti, məqsədi və funksiyaları Təbii elmi biliyin meyarı, inkişaf prinsipləri


Təbii elmi biliyin meyarı, inkişaf prinsipləri: Verifikasiya və Falsifikasiya



Yüklə 50,05 Kb.
səhifə4/5
tarix02.01.2022
ölçüsü50,05 Kb.
#40319
1   2   3   4   5
Sənəd (1)

3.Təbii elmi biliyin meyarı, inkişaf prinsipləri: Verifikasiya və Falsifikasiya

Dünyanın dərk olunması prosesi özünün ən yüksək ifadəsini elmdə tapmışdır. Elmin bir çox tərifləri içərisində ən geniş yayılan tərifi bundan ibarətdir ki, elm insan fəaliyyətinin tarixən qərarlaşmış, dünyanın dərk olunmasına və onun praktiki dəyişdirilməsinə yönəldilmiş formasıdır. Deməli elmin qarşısında iki vəzifə durur. Bunlardan birincisi elm dünyanı dərk edir ,bilik qazanır. İkincisi elm qazandığı biliklərdən dünyanı dəyişdirmək üçün istifadə edir. Elm anlayışının məzmunu olduqca genişdir. Belə ki elm mənəvi istehsal sahəsidir. Elmin mənəvi məhsulları: anlayış ,prinsip , ideya bir sözlə bilikdir. Elm emprik nəzəri biliklər sistemidir. Elm fəaliyyət formasıdır. Elm sosial institutdur. Elm akademik sistemdir. Elmin bilavasitə məhsuldar qüvvəyə çevrilməsi onun əsas ipostasiyalarından biridir. Elm elmi texniki inqilabdır.

Elmi idrakın strukturu da mürəkkəb olub, müxtəlif elementlərdən təşkil olunmuşdur. Elmi idrakın başlanğıc nöqtəsi fakt hesab olunur. Fakt latın sözü olub “baş vermiş hadisə” deməkdir. Gündəlik həyatda fakt anlayışı 2 mənada işlənir. Obyektiv hadisələri göstərmək üçün və elmi idrakın forması kimi. Ümumiyyətlə , fakt elmi idrakın çıxış nöqtəsi, nəzəriyyənin çıxış materialı bir növ onun üyrlaşdırılmasının ilkin əsasıdır. Buna görə də elmi faktla obyektiv gerçəkliyə eyni mənalı varlıqlar kimi baxmaq olmaz. Obyektiv proses və hadisələr insan şüurundan kənarda mövcuddur. Buna görə də idrakı baxımdan onları fakt hesab etmək olmaz. Prediment və hadisələr yalnız idrak prosesində fakta çevrilirlər. Məsələn: Atomlar Demokrit öz qanunlarını yaratmazdan öncə də mövcud idi. Onlar elmi fakta yalnız o xaman çevrikdi ki, elm onları idrak prosesinə daxil etdi. Faktdan nəzəriyyəyə gedən yol bir sıra mərhələlərdən keçir: faktlar toplanır, təsvir edilir ,izah edilir və ümumiləşdirilir. Faktın funksiyaları bunlardır.

1.Faktın stimullaşdırıcı funksiyası. Fakt bu funksiyanı yerinə yetirməklə nəzəri biliyin əsası kimi çıxış edir.

2.Yoxlama funksiyası. Bu funksiya o zaman təzahür edir ki, tədqiqatçı müəyyən nəzəri sistemə malik olur. Bu baxımdan faktın başlıca vəzifəsi irəli sürülən müddəaları yoxlamadan sonra ya təkzib, ya da təsdiq etməkdən ibarətdir.

3.Stabilləşdirici funksiya. Bu funksiya yalnız yaradılacaq nəzəriyyəyə qarşı deyil , həm də nəzəriyyənin tərkibinə daxil olan emprik materiala doğru yönəlir.

Göründüyü kimi elm faktdan başlayır və müəyyən mərhələlərdən keçərək nəzəriyyədə başa çatır. Müasir elmdə elmi nəzəriyyənin xüsusi növü kimi hipotez göstərilir. Ümumilikdə hipotez təcrübədə əsaslandırılmamış, lakin müşahidə olunan faktın səbəbini izah edən güman , fərziyədir. Hipotezin yaradılmasında induksiya , deduksiya analogiya metodundan , onun təcrübədə yoxlanılmasında isə deduksiya metodundan istifadə edilir. Hipotezin tərkibinə, məzmununa, aşağıdakı əlamətlər aiddir.

1.Hipotez adekvat olmalıdır.

2.Hipotez əsaslandırılmış olmalıdır.

3.Hipotez məzmunca geniş olmalı, hadisələrin geniş dairəsini əhatə etməlidir.

4.Hipotez sadə olmalıdır. Yəni o mümkün qədər az sayda prinsip və mülahizələrdən ibarət olmalıdır.

5.Hipotez əks etdirdiyi hadisələrə oxşar olmalıdır.

6.Hipotez qabaqgörən olmalıdır, yəni yalnız keçmiş və indiki hadisələri deyil, həm də gələcək hadisələri əks etdirməyi bacarmalıdır.

7.Hipotez dünyagörüşünə və mövcud prinrsiplərə uyğun olmalıdır.

Hipotez inkişaf edən dinamik sistem olub öz təkamülündə 3 mərhələdən keçir.

  1. Faktiki məlumatların toplanması və onların əsasında fərziyənin irəli sürülməsi.

  2. Fərziyədən deduktiv yolla müəyyən nəticələr çıxarılması və onların məlum faktlarla tutuşdurulması

  3. İrəli sürülmüş fərziyənin təcrübədə yoxlanılması və bu yolla ya təsdiq, ya da inkar edilməsi.

Elmin müxtəlif sahələrində müxtəlif hipotezlərdən istifadə olunur. Bu hipotezləri təsnif edərək aşağıdakı növlərə ayırmaq olar:

1.Təcrübədə təsdiq olunaraq nəzəriyyəyə çevrilən hipotezlər.

2.Uzun illər boyu təcrübədə yoxlanılaraq inkişaf etdirilən hipotezlər.

3.Elmi idrakın gedişində özünü doğrultmayıb, təkzib olunan hipotezlər

4.Hipotezlər həm də işçi və məxsusi hipotezlərə bölünür.

Biliyin universal forması olmaq etibarı ilə nəzəriyyə təcrübədə təsdiq olunmuş hipotezdir. Həm nəzəriyyə, həm də hipotez biliklərdən təşkil olunur. Lakin biliyin yetkinlik dərəcəsi nəzəriyyədə daha yüksəkdir. Nəzəriyyə gerçəkliyin müəyyən sahəsinə daxil olan proses və hadisələrin təsvirini və izahını verən və onları vahid bir ideya ətrafında birləşdirən elmi idrak formasıdır. Nəzəriyyələr 3 tipə ayrılır:

1.Aksiomatik nəzəriyyələr

2.Konstruktiv nəzəriyyələr

3.Hipotetik-deduktiv nəzəriyyələr

Nəzəriyyələr həm də müəyyən funksiyaların daşıyıcılarıdır.

1.Nəzəriyyənin koqnutiv (yəni idrakı funksiyaları). Bu o deməkdir ki, hər bir nəzəriyyə dərk etmə prosesini həyata keçirir.

2.Nəzəriyyənin sistemləşdirici funksiyası. Bu o deməkdir ki, hər bir nəzəriyyə əğz etdiyi bilikləri ayrıca bir sistem şəklində birləşdirir.

3.Nəzəriyyənin informasiyaverici funksiyası. Nəzəriyyə informasiyanın mənbəyidir.

4 Nəzəriyyənin izahedicilik funksiyası. Bu o deməkdir ki, nəzəriyyə öz biliklərini sadələşdirməyi bacarır.

Elmi idrakın ən yüksək pilləsi olan nəzəriyyənin elmi aparatında emprik anlayışlarla nəzəri anlayışlar da iştirak edir. Nəzəri anlayışları nə müşahidə ,nə də eksperimentlə əlaqələndirmək olmur. Elmin əsasını nəzəri qanunlar və nəzəriyyələr təşkil edir. Bu inkişafı istiqamətləndirmək və fəlsəfi kontekstdə dəyərləndirmək üçün müəyyən nəzəri metodoloji requlyativ metodlardan istifadə olunur. Bu prinsiplərin əksəriyyəti qərb fəlsəfəsində yaranıb və onların elmi idrak üçün evristik əhəmiyyəti vardır. Bunlara daxildir: Verifikasiya prinsipi, Falsifikasiya prinsipi

Verifikasiya sözü yunan sözü olub, yoxlama deməkdir. Neopozitivistlər verifikasiya dedikdə cümlələrin doğruluğunun yoxlanması prinsipinin təhlilini nəzərdə tuturdular. Həqiqiliyin iki anlayışı irəli sürülür: birinci-həqiqilik anlayışı cümlənin hissi məlumatlara müvafiqdir, ikinci -həqiqilik anlayışı cümlənin məntiqi cəhətdən qarşılıqlı şərtlənmiş olmasıdır.

Məntiqi pozitivizmin nəzəri-idrakı konsepsiyasında verifikasiya hər hansı hökmün hissi məlumatlarla müqayisə edilməsi yolu ilə onun həqiqiliyinin yoxlanması prinsipi xüsusi rol oynayır. Pozitivistlər belə hesab edirlər ki, idrak ümumiyyətlə hissi təcrübə hüdudlarlndan kənara çıxa bilməz. Onlar idrakda hissi və rasional məqamların bir-birinə qarşı qoyulması məqsədinə böyük əhəmiyyət verirdilər Pozitivistlər mürəkkəb mətni elementar cümlələrə bölərək, əvvəlcə cümlənin hisi məlumatlara və ya “fakta” müvafiq olmasını yoxlayır, sonra isə cümlələrin məntiqi cəhətdən uzlaşmış olmasını aşkar etməyə çalışırdılar. Məsələn, neopozitivistlər “Nəbatat bağındakı bütün xurma ağacları 100 kiloqramdan çox məhsul verir” Əgər Nəbatat bağında 50 xurma ağacı varsa, onda 50 elementar cümlə alınır, onların həqiqiliyini təcrübi yolla ə, yəni hər bir xurma ağacının məhsulunu çəkmək yolu ilə müəyyən etmək olar. Lakin bütün bunların faktlara əsasən yoxlamaq çətin və faydasızdır. Belə halda əsas prinsipə əməl olunmalıdırmı? Məntiqi pozitivistlər özlərinin “Hər şeyi faktlarla yoxla” prinsipinin yumşaldılmış, elmi müddəaların qismən təsdiqlənməsi tələbi variantı ilə razılaşmağa məcbur idilər.

Məntiqi pozitivizmin ən böyük nümayəndələri Rudolf Karnap və Lyudviq Vitgenşteyn idi. L.Vitgenşteynin "Fəlsəfi tədqiqatlar" kitabı Qərb fəlsəfəsində çox
populyardır. Mütəfəkkir həmin kitabda məntiqi pozitivizmin bəzi konsepsiyalarına yenidən nəzər salır, gündəlik dilin öyrənilməsinin praqmatik aspektinə əsaslanaraq dili fəlsəfədən xilas etməyə çalışır. LNarskinin qeyd etdiyi kimi, "L.Vitgenşteynin əsas fikri ondan ibarət idi ki, müəyyən millətə mənsub olan bütün insanların, o cümlədən hər hansı ixtisas üzrə alimlərin danışdığı dil (çünki onlar öz ana dilini bilmədən alim ola bilməzdilər) oyundur, fəlsəfənin "incəsənət" kimi anlayışı da bu fikrə müvafiqdir".L.Vitgenşteyn yazırdı: "Fəlsəfi problemlər barəsində söylənilən cümlələrin və sualların əksəriyyəti yalan deyil, mənasızdır".L.Vitgenşteynin ardınca linqvist pozitivistlər fəlsəfə ilə bu və ya digər şəkildə əlaqəsi olan hər şeyin təbii dillərdən kənarlaşdırılmasını tələb etmiş, fəlsəfəni mənasız şey elan etmişdilər. Çünki fəlsəfə həqiqiliyi və yalanlığı yoxlaya biləcək yeganə elmi cümlələrdən
ibarət ola bilməz.

Verifikasiyanı belə bir mühakiməni nümunə gətirmək olar. Əlimizdə tutduğumuz cisim maqnitdir. Qarşıdakı adam bizim mühakiməmizə inanmadıqda biz kiçik bir metal parçasını ona yaxınlaşdırmaqla yaranan cazibə əsasında fikrimizi təcrübədə təsdiq edə bilərik. Əgər söylənilən fikrin təcrübi əsası yoxdursa , o yalan ya da taftalogiya elan edilməlidir. Siyasi məsələlərin həllində verifikasiya bəzən öz adekvatlığını itirir.



Hər hansı elmi biliyin kafi olmadığım, yəni zaman keçdikcə təkzib edilə bilməyəcək heç bir elmi müddəanın olmadığını etiraf edən Karl Popper məntiqi pozitivistlərin irəli sürdüyü verifikasiya prinsipinə qarşı falsifikasiya (saxtalaşdırma) prinsipini və ya elə empirik şərtlər göstərilməsi üsulunu təklif edirdi ki, həmin şərtlər daxilində hipotezlər və ya ümumi təkliflər həqiqi deyil, yalan olacaqdır. K. Popper hipotezlərdən deduksiya qanunları əsasında faktlarla müqayisə etmək mümkün olan müddəalar çıxarılmasını təklif edirdi. Bu halda alınan nəticələr faktlara zidd ola eləcə də həmin
nəticələr faktlarla saxtalaşdırıla bilməz (bu onu göstərir ki, nəzəriyyə yalandır, psevdo-elmdir və ondan imtina etmək lazımdır). Buna görə də K. Popper dinə və mifə müraciət edir, çünki onları heç bir faktla təkzib etmək mümkün deyildir.
İ.Narski göstərir ki, təsdiqlənə bilən (həqiqi) biliklər üçün saxtalaşdıra bilmək həmin biliklərin təsdiqlənməsi üçün həqiqətən mühüm vasitədir. Çünki psevdo təkliflər prinsip etibarilə istər onları təsdiqləyən, istərsə də təkzib edən faktlarla, o cümlədən də müddəalarla müqayisə edilə
bilməz və bu səbəbdən onlar fantaziyalar, dini illüziyalar kimi hər hansı faktlarla birgə mövcuddur. Deməli, həqiqi cümlələr üçün təkcə onları təsdiqləyən real faktların olması deyil, həm də onları təkzib edən, təxəyyüldə canlanan faktların mövcud olması, yəni həmin cümlələrin saxtalaşdırıla bilməsi zəruridir.
Prinsip etibarilə hər hansı, heç olmasa, uydurma faktlarla təkzib edilə bilməyən nəzəriyyə elm deyil, mifdir, dindir, nağıldır.

Falsifikasiya prinsipinə belə bir nümunə söyləmək olar. Məsələn: Qışda bütün ağaclar yarpaqlarını tökür (müqəddimə)

Bu mühakimənin həqiqiliyini yoxlamaq üçün yer üzərindəki bütün ağacları yoxlamaq lazımdır.

Qışda yarpaq tökməyən heç olmasa bir ağac vardır.(antitezis)

Həqiqət bundan ibarətdir ki, əgər antitezis doğrudursa tezis yalandır; əksinə əgər antitezis yalandırsa tezis doğrudur. Popperin təklif etdiyi metodda, prinsip də söhbət hər bir mühakimənin tərkibində 2 əks tərəfin həqiqət və yalanın olmasından gedir. Popper yalanı tapdıqdan sonra onu bilikdən uzaqlaşdırır yerdə qalan isə həqiqət olur


Yüklə 50,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin