Analitik idarəetmə səviyyəsində qiymətlərin tənzimlənməsi dinamikasının və kontakt tsiklləri ərzində müştərilərin fayda götürmək göstəricilərinin təhlili məsələləri həll edilir. Bu səviyyənin sistem əmələ gətirici məsələsi müştərilərin reaksiyası və əks-əlaqə informasiyası əsasında qapalı analitik idarəetmə tsiklləri qurmaqdan ibarətdir. Biznes-proseslərin idarə edilməsi səviyyəsində marketinq şirkətlərinin səmərəliliyinə və müştərilərə göstərilən xidmətlərin səviyyəsinə qiymət verilir. Dəqiq hazırlanmış marketinqin səmərəlilik göstəriciləri sistemi bu səviyyənin sistem əmələ gətirici məsələsi olmaqla, səmərəliliyin qiymətləndirilməsi və ondakı dəyişiklikləri izlənməsi üçün əsas təşkil edir.
İdarəetmə qərarının hazırlanması və emalı prosesinin qiymətləndirilməsi zamanı aşağıdakı keyfiyyət xarakteristikalarından istifadə olunur:
Cədvəl 3.
Keyfiyyət xarakteristikaları
optimallıq (ən yaxşı variant meyarı)
operativlik (qərarın müəyyən vaxt ərzində istehsalın tələbi ilə uyğunluq meyarı)
qənaətlilik (meyar — miməsrəf və ya resursların minimum ölçüsü)
risklilik (meyar – ehtimalın və itkilərin səviyyəsinin minimuma endirilməsi)
sosial əhəmiyyəti (meyar — cəmiyyət üçün faydalılığın maksimuma çatdırılması)
hüquqi cəhətdən müdafiəsi (meyar — normativ hüquqi təminat)
kommunikativlik (meyar — əlaqələrin etibarlılığı və çevikliyi)
Beləliklə, “menecment keyfiyyəti” anlayışının daha xarakterik formaları kimi məzmunu idarə edilən fəaliyyətin sahəsi və ya növü ilə müəyyən edilən idarəetmə əməyinin keyfiyyəti; heyətin keyfiyyəti (peşəkarlığı); resursların və idarəetmə potensialının keyfiyyəti; idarəetmə proseslərinin keyfiyyəti çıxış edir.