Sərbəst iş n-6 Qruplar haqqında anlayış və sosial qrupların funksiyaları



Yüklə 21,97 Kb.
tarix02.01.2022
ölçüsü21,97 Kb.
#37363
Rəhimov Nahid.Psixologiya sərbəst işlər


Sərbəst iş N-6

Qruplar haqqında anlayış və sosial qrupların funksiyaları

QRUP bir-birinə qarşılıqlı təsir göstərən,bir-birinə uzun müddət təsir göstərməkləözlərini ”biz” kimi qavrayan iki və daha artıq insan birliyidir.Adamların qeyri-mütəşəkkil yığımından ,təsadüfi birliyindən fərqli olaraq qrup üzvləri qrup üçün tipik olan fəaliyyət növlərinə daxil olurlar. Adətən hər bir adam müxtəlif qrupların üzvü ola bilir.Lakin hər hansı adam bütün qruplarda eyni statusa malik olmur,müxtəlif qruplarda müxtəlif rolları yerinə yetirir.Qeyd olunduğu kimi ,adi insan birliklərində adamlar ümumi ət birliklərindəisə çox vaxt bu cür idarə olunma mövcud olmur .Bu cür insan birlikləri bir növ kütlə xarakteri daşıyır.Kütlə aydın dərk olunmuş ümumi məqsəddən məhrum olan , lakin bir birilə öz emosional vəziyyətinin oxşarlığı və ümumi diqqət obyektinə görə bağlı olan , xüsusi strukturu olmayan insan toplusudur.

Psixoloji ədəbiyyatda sosial qrupların aşağıdakı funksiyaları qeyd olunur:

1.sosializasiya funksiyası

2.instrumental funksiya

3.ekspressiv funksiya

4.müdafiedici funksiya

Qrupun sosializasiya funksiyası _burada qrup üzvlərinin sosiallaşması ,sosial təcrübəni mənimsəməsi bir şəxsiyyət kimi formalaşmasını nəzərdə tutur.İnsanın sosiallaşması onun düşdüyü ilkin mühitdən asılıdır.Ailə ilkin sosial qrup kimi uşağın sosiallaşmasında oynadığı rol hamıya məlumdur.İnsanın daxil olduğu sonrakı qruplar da onun sosial təcrübəni mənimsəmək məktəbi rolunu oynayır.

Sosial qrupların instrumental funksiyasına gəldikdə isə qrupda insanların birgə fəaliyyətinin bu və ya digər şəkildə həyata keçirilməsini nəzərdə tutur.

Sosial qrupların ekspressiv funksiyasına gəldikdə buna psixoloqlar qrupda insanların rəğbəti ləndirmə ,hörmət və etimada tələbatının təmin olunmasında ifadə olunmasını aid edirlər.

Sosial qrupun müdafiedici funksiyasına gəldikdə elə həmin funksiyanın adı onun mahiyyətini başa düşməyə imkan verir.Sosial qrup öz üzvlərinin hərtərəfli müdafiısi üçün əsaslı şərait yaradan bir birlik kimi fəaliyyət göstərir.

Sərbəst iş N-7.TƏLİMİN NÖVLƏRİ VƏ FORMALARI.

Hər bir elmin özünəməxsus anayışları ,qanunauyğunluqları ,prinsipləri və qaydaları vardır.Pedoqogikada tərbiyə haqqında elm olduğundan, onun əsas kateqoriyası tərbiyədir,məhdud mənada tərbiyə kateqoriyasına daxil olan təlim və təhsildir.

Təlim müəllim və kursantların qarşılıqlı,məqsədyönlü fəaliyyətidir.Təlim prosesində kursantlar müəllimlərin rəhbərliyi altında bilik, bacarıq , vərdişlərə yiyələnir, tərbiyə olunurlar. Təlim təhsil almaq vasitəsidir.

Özünütərbiyə təlim alan insanların ictimai peşə fəaliyyətinin tələblərinə uyğun müsbət keyfiyyət və vərdişlərin yaradılmasına, mənfilərin isə aradan qaldırılmasına vasitə yaradan məqsədyönlü fəaliyyətdir.

Təlim prosesi vahid pedoqoji prosesin tərkib hisəssi olub, inkişafın uzunmüddətli tarixi proseslərinin fərdi inkişafa köçürülməsidir . Başqa sözlə, təlim prosesi bəşriyyətin hazırlamış olduğu maddi və mənəvi sərvətlər haqqında bilik,bacarıq və vərdişlərin məqsədyönlü və mütəşəkkil şəkildə gənc nəslə çatdırılmasıdır . təlim prosesinin komponentləri :öyrətmə , öyrənmə və təlimdir . Təlim prosesinin əlamətləri:

-ikitərəfli xarakter daşıması

-müəllim və kursantların birgə fəaliyyəti

-müəllimin rəhbərliyi

-planauyğun təşkil və idarəetmə

-tamlıq və vahidlik

Təlimin harada, kursantların nə kimi tərkibi ilə və necə təşkili təlimin təşkilati formalarını müəyyən edir . Təlimin təşkilati formaları müəyyən tarixi inkişaf yolu keçmiş təlim növlərinə əsaslanır. Təlimin növləri aşağıdakılardır:

- doqmatik təlim

-izahlı-illüstrativ təlim

-problemli təlim

-proqramlaşdırılmış təlim

Psixologiyanın banisi Uşiniski aşağdakı təlim növlərini ayırmışdı :

1.mənəvi tərbiyə -hisslərin tərbiyəsidir

2.siyasi tərbiyə-insanlarda dövlətlər ,millətlər , partiyalara olan düşüncəsin əks etdirən tərbiyə

3.cinsi tərbiyə

4.hüquqi tərbiyə

5.əmək tərbiyəsi

6.əqli tərbiyə

7.fiziki tərbiyə

8.bədii tərbiyə

9. ekoloji tərbiyə

10.iqtisadi tərbiyə

11. estetik və etik tərbiyə

Sərbəst iş N-8.HADİSƏ YERİNƏ BAXIŞIN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ.

Hadisə yerinə baxış və onun təhqiqi bir çox hallarda müayinə anlayışı ilə ifadə olunur.Buda təsadüfi deyildir, çünki tibb elmində orqanizmin vəziyyətini, sağlamlıq dərəcəsini və ya xəstəlik səviyyəsini müəyyənləşdirmək üçün onun ətraflı nəzərdən keçirilməsinə, yəni müayinə edilməsinə xüsusi diqqət yetirilir. Belə bir baxış , müayinə həyata keçirilmədən orqanizmin vəziyyətini, yəni onun sağlamlıq dərəcəsi barədə dəqiq mühakimə yürütmək mümkün deyildir. Belə bir tibbi müayinəni xatırladan mühüm əməliyyatlardan biri də hüqüq psixologiyasında hadisə yerinə baxışın ,başqa sözlə, cinayətin törədildiyi yerin ətraflı nəzərdən keçirilməsi , yəni onun müayinə edilməsidir.

Müayinə zamanı müstəntiq bir sıra praktiki əhəmiyyəti olan məsələlərin həlli ilə də məşğul olur.Məsələn , o mütləq müayinə ediləcək sahənin həcmini ,ölçüsünü müəyyən edir. Bu xalis praktiki məsələni düzgün həll etmək üçün yenədə keçmiş hadisənin fikri mo0delini yaratmaq lazım gəlir.

Adətən müayinəyə qədər , müstəntiq müayinə yerində hansı həcmdə iş görüləcəyini əvvəlcədən bilmir . Belə bir şəraitdə onun idrak fəaliyyəti intensiv cərəyan etməsi ilə səciyyələnir .Yəni həmin şəraitdə onun idrak fəaliyyəti ,zehni prosesləri daha da mürəkkəb və gərgin olur.

Müayinə zamanı müstəntiq keçmiş hadisənin canlı mənzərəsini yarat mağa çalışır.Bu isə yalnız ozaman mümkün ola bilər ki,müstəntiqdə həmin hadisəyə qədər kifayət qədər məlumat vəmaterial olsun .Elə buna görədə müayinə bir qayda olaraq şahidlərin dindirilməsindən başlayır. Hadisə yerini ümumi nəzərdən keçirdikdən sonra müstəntiq müxtəlif cisimləri müayinə edərək , onların əlaqələrini öyrənməyə çalışır.

A.A.Ratinovun fikrincə hadisə yeri, orada əməliyyat aparmış hadisə iştirakçılarının maddiləşmiş psixologiyasıdır.Deməli , hadisə yerinin müayinəsi zərərçəkən və cinayətkarın psixologiyası haqqında da məlumat verir . Bu mənada müayinənin bir məqsədidə zərərçəkən və cinayətkarın psixologiyası haqqında məlumat toplamaqdan ibarətdir.Praktika göstərir ki, hadisə yerini dəqiq müayinə edərək cinayətkarın necə davrandığını bu və ya digər hərəkətlərin icrasına nə qədər vaxt sərf etdiyini və s. Onun başqa xüsusiyyətlərini meəyyən etmək mümkündür.

Hadisə yerinə baxışda əsas fiqur müstəntiqdir.

Sərbəst iş N-9. Pedaqogika elminin metodları

Digər elmlərdə olduğu kimi, pedaqogika da elmi-tədqiqatların nəticəsində inkişaf edib, yeni-yeni müddəalarla zənginləşir. Pedaqoji tədqiqatlar təlim-tərbiyə prosesini təkmilləşdirmək, müəyyən qanunauyğun əlaqələri üzə çıxarmaq məqsədi ilə planlı şəkildə aparılan axtarışlardır.
Tədqiqatlar müxtəlif metodların köməyi ilə aparılır. Tədqiqatın metodları onun metodologiyası ilə sıx bağlıdır. Tədqiqatın metodologiyası dedikdə, tədqiqat zamanı rəhbər tutulan metodoloji prinsiplərin məcmusu başa düşülür.

Ümumi metodoloji prinsip kimi pedaqoji məsələlərin öyrənilməsinə materialist-dialektik yanaşma prinsipi əsas götürülür. Bundan əlavə, pedaqoji tədqiqatlarda bəzi xüsusi metodoloji prinsiplər də tətbiq olunur: fəaliyyət prinsipi; şəxsiyyət baxımdan yanaşma prinsipi; sistemlilik prinsipi və s.

Tədqiqatın müvəffəqiyyəti onun metodlarını düzgün seçib tətbiq etməklə sıx bağlıdır.

Pedaqoji tədqiqatın metodları dedikdə, müəyyən elmi problemi həll etmək üçün istifadə olunan yol və vasitələrin məcmusu başa düşülür. Bu metodları şərti olaraq dörd qrupa bölmək olar: a) empirik tədqiqat metodları; b) nəzəri tədqiqat metodları; v) empirik-nəzəri tədqiqat metodları; q) pedaqoji tədqiqatda riyazi, statistik, sosioloji metodlar.

Empirik tədqiqat metodları müəyyən faktlar toplamağa xidmət edir. Bu metodlara daxildir: pedaqoji müşahidə, pedaqoji müsahibə, anket sorğusu, pedaqoji konsilium, pedaqoji sənədlərin və fəaliyyət məhsullarının öyrənilməsi metodları.

Pedaqoji müşahidə - pedaqoji prosesi müəyyən məqsədlə və planlı şəkildə izləməkdir. Tədqiqatçı müşahidə zamanı nəyi, nə məqsədlə izləyəcəyini müəyyən edir, müvafiq faktlar toplayır, onları təhlil edib qruplaşdırır və nəticə çıxarır.

Pedaqoji müsahibə - müəyyən pedaqoji hadisənin mahiyyətini, səbəblərini, başvermə şəraitini aşkara çıxarmaq məqsədi ilə aparılan sual-cavab metodudur. Müsahibəyə hazırlıq zamanı onun nə məqsədlə, kimlərlə (müəllim, valideyn, məktəb işçiləri və ya şagirdlərlə), hansı suallar əsasında aparılacağı müəyyənləşdirilir. Müsahibə prosesində alınan cavablar dəqiq qeyd olunmalı (və ya lentə yazılmalı), sonra isə ciddi təhlil olunmalıdır.
Anket sorğusu - bu və ya digər pedaqoji məsələ (problem) barədə müəllim, şagird və ya valideynlərin mövqeyini, rəyini öyrənmək, hər hansı pedaqoji hadisənin tipikliyini müəyyən etmək məqsədi ilə aparılan yazılı sorğudur. Anket sorğusunda sualların düzgün seçilməsi və ifadə olunması mühüm şərtdir.

"Pedaqoji konsilium " metodu - bu və ya digər pedaqoji fakt, hadisə və ya konkret şagirdlə bağlı pedaqoji işçilərin (müəllimlərin) kollektiv müzakirəsi, fakt və ya hadisənin qiymətləndirilməsi, çətinliklərin araşdırılması və optimal tədbirlərin müəyyən edilməsi metodudur.


Pedaqoji sənədlərin və fəaliyyət məhsullarının öyrənilməsi - tədqiqatda bəzi zəruri faktları toplamağa xidmət edən metodlardır.

Məktəb sənədləri (jurnallar, hesabatlar, iş planları, şəxsi işlər və s.), habelə şagirdin fəaliyyət məhsulları (yazı, rəsm, əmək işləri, yaradıcılıq məhsulları və s.) təlim-tərbiyə işlərinin vəziyyəti, təlim müvəffəqiyyəti haqda müəyyən məlumat əldə etməyə imkan verir.

Nəzəri tədqiqat metodları nəzəri mənbələrin öyrənilməsi, təhlili və nəticə çıxarılması məqsədi güdür. Nəzəri tədqiqatlar praktik faktlar səviyyəsində yox, əsasən, pedaqoji anlayışlar səviyyəsində aparılır və pedaqogikanın köklü problemlərinə (məsələn, pedaqoji qanun və prinsiplərin tədqiqi, şəxsiyyətin formalaşması amillərinin öyrənilməsi və s.) həsr olunur.

Nəzəri tədqiqat metodlarına daxildir: təhlil və tərkib, induksiya və deduksiya, modelləşdirmə, müqayisəli-tarixi təhlil metodları.

Nəzəri təhlil metodu pedaqoji hadisələri tərkib hissələrinə bölməyi, başlıca əlaməti, xüsusiyyəti ayırmağı nəzərdə tutur.

Təhlil həmişə tərkiblə (sintezlə) ayrı-ayrı hissələrin, əlamətlərin əlaqələndirilməsi, ümumiləşdirilməsi metodu ilə müşayiət olunur, onunla tamamlanır. Təhlil və tərkibin vəhdəti pedaqoji hadisələrin mahiyyətini dərk etməyə, ümumidə xüsusi, xüsusidə isə ümumi cəhəti tapmağa imkan verir.


Pedaqoji tədqiqatlarda çox vaxt induksiya (konkret faktlardan ümumi nəticələr çıxarmaq) və deduksiya (ümumi nəticəni konkret faktlara tətbiq etmək) metodlarına da müraciət olunur.

Sərbəst iş N-10. Ədliyyə işçisinin fəaliyyətinin psixoloji xarakteristikası



4.1. Ədliyyə işçisinin xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir. Ədliyyə işçisinin xidməti davranışı bu Qaydalarla müəyyən edilmiş etik davranış normalarına və prinsiplərinə əsaslanmalıdır.

Ədliyyə işçisinin xidməti davranışı bu Qaydalara və digər normativ hüquqi və normativ xarakterli aktlara uyğun olaraq tənzimlənir.

Ədliyyə işçisi icra və əmək intizamına əməl etməli, iş vaxtını kənar işlərə sərf etməməli, üzrsüz səbəbdən işdən yayınmamalıdır.

Ədliyyə işçisi xüsusi geyim formasında fərqlənmə nişanlarının dürüst yerləşdirilməsi, geyim formasının səliqəliliyi, tamlığı və dəstliyi məsələlərinə xüsusi diqqət yetirməklə onun daşınması qaydalarına ciddi əməl etməlidir.

4.2. Ədliyyə işçisi birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur.

Ədliyyə işçisi birbaşa və ya yuxarı rəhbər tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq, ədliyyə işçisi onların qanuna, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər.
Qanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur.

4.3. Ədliyyə işçisi subordinasiya məsələlərinə diqqət yetirməli, şikayət halları istisna olmaqla, yuxarı rəhbərinə yalnız birbaşa rəhbəri vasitəsilə müraciət etməlidir.

4.4. Ədliyyə işçisi qulluq vəzifəsi ilə bağlı tədbirlərdə iştirakı barədə əvvəlcədən bilavasitə rəhbərini məlumatlandırmalıdır.

4.5. Ədliyyə işçisi istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi–texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə etməlidir.

Ədliyyə işçisinə dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi–texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməsi qadağandır.

4.6. Ədliyyə işçisi istifadəsindəki xidməti silah və xüsusi vasitələrin, həmçinin xidməti vəsiqəsinin saxlanması və gəzdirilməsində məsuliyyətli olmalıdır.

4.7. Ədliyyə işçisi xidmət etdiyi ədliyyə orqanının sərəncamında olan məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada əldə olunması və yayılması mümkünlüyünü təmin etməli, habelə xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir.

Ədliyyə işçisi xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə edə bilməz.

4.8. Ədliyyə işçisi dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən işdən çıxdıqdan sonra da saxlamalıdır.
Yüklə 21,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin