S?RB?st i? T?L?B? Y?hyayeva S?bin? fak?LT? Biznes v? iqtisadiy
Azərbaycan Tibb Universiteti
SƏRBƏST İŞ
TƏLƏBƏ: Babayev Nihad FAKÜLTƏ:Əczacılıq QRUP: 523A1b FƏNN: Ali Riyaziyyat SƏRBƏST İŞİN MÖVZUSU: “Böyük ədədlər qanunu,Lyapunov teoremi haqqında anlayış” MÜƏLLİM:Fatma Axundova GİRİŞ Qeyd edək ki, ehtimal nəzəriyyəsinin bir çox məsələlərində böyük sayda müxtəlif təsadüfi kəmiyyətlərin cəmini ifadə edən (başqa sözlə, böyük sayda təsadüfi amillərdən ibarət olan) təsadüfi kəmiyyətlər öyrənilir. Bu cür təsadüfi kəmiyyətlərin müəyyən xassələri limit teoremləri adlanan toplularla təsvir olunur ki, bu teoremlər də öz növbəsində iki qrupa - “böyük ədədlər qanunu” və “mərkəzi limit teoremləri” adlanan qruplara ayrılır.
“Böyük ədədlər qanunu” adlanan teoremlər qrupu hadisənin dayanıqlığının orta qiymətini müəyyən edir, yəni bu teoremlər vasitəsilə böyük sayda sınaqların orta nəticəsi kifayət qədər dəqiqliklə təyin oluna bilər.
“Mərkəzi limit teorem”ləri böyük sayda təsadüfi kəmiyyətlər cəminin paylanma qanunu normal qanuna yaxınlaşdıran şərtləri təyin edir.
Ehtimal nəzəriyyəsi və onun tətbiqi sahələrində çoxlu sayda təsadüfü kəmiyyətlərin cəmi şəklində göstərilən təsadüfi kəmiyyətlərə tez-tez təsadüf edilir. Belə təsadüfü kəmiyyətlərin cəminin paylanma qanununun bilavasitə tapılması müəyyən çətinliklərlə bağlıdır. Məlumdur ki, riyazi gözləmələri, dispersiyaları olan asılı olmayan eyni paylanmaya malik təsadüfü kəmiyyətlərinin hesabi ortası böyük n-lər üçün dayanıqlıdır və riyazi gözləmədən az fərqlənır , dispersiyası isə şərtində sıfra yaxınlaşır. Deməli, n-in böyük qiymətlərində n sayda asılı olmayan təsadüfü kəmiyyətlərin ədədi ortasının müəyyən mənada -ya bərabər olduğunu qəbul etmək olar. Beləliklə, asılı olmayan təsadüfü kəmiyyətlərin hesabi ortasının böyük n-lər üçün dayanıqlıq xassəsinin riyazi ifadəsi böyük ədədlər qanunu vasitəsi ilə verilir.
Bu işə giriş, 2 paraqraf, nəticə və ədəbiyyat siyahısı daxildir.