TEXNİKİ AMPERMETR VƏ YA VOLTMETRİN YOXLANILMASI
İşin məqsədi. Elektrik ölçü cihazları qoşulan elektrik dövrələri düzəltməyi öyrənmək. Elektrik ölçü cihazlarını dəqiqlik sinfi daha yüksək olan cihazlarla müqayisə etmək yolu ilə yoxlanmasını öyrənmək.
Cihazlar və avadanlıq: 1. Yoxlanılacaq ampermetr və ya volt- metr; 2. Şkalası, yoxlanılacaq cihazınkı kimi olan nümunəvi ampermetr və voltmer; 3. Lampa reostatı; 4. “4” om və “2” a cərəyanlı müqavimət üçün (bunu müəllim müəyyən edir) sürüngəcli reostat; 5. Şiddəti 0,3-dən 1,0 amperədək olan cərəyan üçün 500 om-luq sürüngəcli potensiometr; 6. Kiçik altlıq üzərində quraşdırılmış və çıxım sıxacları olan ikiqütblü kəsici açar (qoruyucuları olmalıdır); 7. Maqnitoelektrik (habelə elektro- maqnit) sistemli cihazları yoxlamaq üçün düzənləndirici və ya elektromaqnit sistemli cihazları yoxlamaq üçün LATP-1 markalı laboratoriya avtotransformatoru; 8. Birləşdirici məftillər.
1.İşləmək üçün müəllimin göstərişi ilə aşağıdakı iki variantdan biri götürülür: texniki ampermetrin yoxlanması və ya texniki voltmetrin yoxlanması. Tapşırığı və cihazları aldıqdan sonra on- lara aid məlumatlarla cihazın ölçmə həddi, bir bölgünün qiyməti, dəqiqlik sinfi, reostatların və potensiometrin müqavimətləri, həmin cihazların hesablanmış olduqları cərəyanın şiddəti ilə tanış olun. Bütün bunların cərəyan mənbəyinə aid məlumatlara uyğun olmasını müəyyən edin.
2.Cihazları sxemə müvafiq olaraq birləşdirin. Cihazların əq- rəblərini sıfır bölgüsü üzərinə keçirilməsini yoxlayın.
3.Sxemi yığdıqdan sonra yoxlamaq üçün müəllimə göstərin.
Ondan icazə aldıqdan sonra cihazı yoxlamağa başlayın.
4 . Texniki ampermetri 5-ci şəkildə göstərilmiş sxem üzrə yox- ladıqda, əvvəlcə R₁ reostatının müqavimətini bütünlüklə dövrəyə daxil edin, lampa reostatında isə azgüclü bir lampanı burub yandırın.
5.Kəsici açarı (A) qoşun və lampaları dövrəyə daxil etməklə cərəyanı o qədər artırın ki, sınaqdan keçirilən cihazın əqrəbi şka- lanının birinci əsas bölgüsünə, məsələn, 1 bölgüsünə yaxınlaşsın. Dövrədə cərəyanın şiddətini reostatla elə nizama salın ki, əqrəb düz həmin bölgünün üzərində dayansın.
6.Sınaqdan keçirdiyiniz cihazın əqrəbini şkalanın sonrakı bütün əsas bölgüləri (2, 3, 4, 5) üzərində də eyni qaydada da- yandırın. Yükü mümkün qədər səlis, sıçrayışsız olaraq artırın. Ölçmələrin yuxarı həddinin nominal qiymətinə çatdıqda, cərəyanı tədricən azaltmaqla əqrəbi əvvəlkinin əksi olan qaydada, yenə də əsas bölgülər üzərinə keçirin (nominal qiymətdən sıfra qədər: 5, 4, 3, 2, 1 və 0)
Cihazların göstərişlərini müşahidələr cədvəlinə yazın.
8.Nümunəvi cihazın göstərişlərinin orta qiymətini, cərəyanı artırdıqda və azaltdıqda sınaqdan keçirilən cihazın eyni bölgülərindəki göstərişlərin orta ədədi qiyməti kimi hesablayıb tapın. Bundan sonra, mütləq xətanı, məlum vahidə gətirilmiş nisbi xətanı və sınaqdan keçirilən cihaz üçün götürüləcək düzəlişi hesablayıb tapın. Əldə etdiyi- niz nəticələri yenə də cədvələ yazın.
9. Cədvəldəki rəqəmlərə əsasən, ampermetrə aid düzəlişlər qrafikini qurun. Həmin qrafiki təxmini görünüşü şəkil 2-də verilmişdir. Gətirilmiş nisbi xətanın maksimal qiymətinə əsasən, sınaqdan keçir- diyiniz cihazın, onun şkalası üzərində göstərilmiş dəqiqlik sinfinə uyğun olub-olmaması haqqında nəticə çıxarın.
Voltmetri yoxladıqda da yuxarıdakına oxşar bir cədvəl və qrafik qurmaq lazımdır.
Dəyişən cərəyan üçün hazırlanan ampermetr və voltmetrlər elə dərəcələnir ki, onlar cərəyan şiddətinin və gərginliyin effektiv qiymətini göstərsin.
Qeyd edək ki, cərəyan və gərginliyin effektiv (təsiredici) qiymətləri heç bir fiziki məna kəsb etmirlər. Bu kəmiyyətlər texnikada geniş tətbiq olunur, belə ki, dəyişən cərəyan ölçü cihazları olan ampermetr və voltmetrlər cərəyanın istilik təsiri əsasında fəaliyyət göstərdiklərindən, cərəyan şiddəti və gərginlivin effektiv qiymətlərini təyin edirlər.
İstifadə olunan ədəbiyyat siyahısı
M. Süleymanov, M. A. Musayev, K. M. Sultanov, N. A. Əhmədov, E. M. Həsənov, M. M. Babayev, M. B. Hüseynli, R. R. Abdurrəzzaqov, A. M. Allahverdiyev, Q. M. Əhmədov, M. A. Abdullayev. TQDK – Fizika, 2008, səhifə 450
T. M. Əliyev, R. M. Mirsəlimov, T.Ə. Həsənov, Elektrik ölçmələri, Maarif nəşriyyatı 1986, səhifə 66
R.M. Rzayev-Fizika, Bakı-2015
https://az.avtotachki.com/kak-ampermetr-podklyuchen-k-cepi-3-kategorii/
Dostları ilə paylaş: |