Sərbəst iş Tələbə: Cəlilov Murad İxtisas: Metrologiya Tədris ILI: 2023/2024 Qrup: 2200


Növləri Maqnit-elektrik ampermetrlər



Yüklə 39,03 Kb.
səhifə2/3
tarix21.12.2023
ölçüsü39,03 Kb.
#187647
1   2   3
ampermetr

Növləri
Maqnit-elektrik ampermetrlər
Maqnit-elektrik ölçmə mexanizmini ampermetr kimi birbaşa dövrəyə qoşduqda nisbətən kiçik cərəyanları ölçmək olur. Çərçivə dolağının nazik naqilini və spiral yayları 20-30 mA-dən artıq cərəyanla yükləmək olmaz ona görə də maqnit-elektrik ölçmə mexanizmindən mikro və milliampermetr kimi istifadə olunur.
Elektromaqnit ampermetrlər
Elektromaqnit ampermetrlərdə sarğacın sarğılar sayı cərəyanın nominal qiymətində hərəkət edən hissəsinin tam yerdəyişməsini təmin etmək üçün seçilir. Elektromaqnit ampermetrlər stasionar və qeyri-stasionar hazırlanır. Birincicilər müəyyən birhədli, ikincilər isə çoxhədli olub, ölçmə mexanizminin sarğacı bir neçə seksiyalı hazırlanır. Elektromaqnit ampermetrlərin ölçmə həddi cərəyan transformatorlarının köməyi ilə genişləndirilir.
Elektrodinamik ampermetrlər
Tərpənməz və hərəkət edən sarğaclar paralel birləşdiriləndə 0.5 Amperə qədər cərəyanları ölçmək mümkündür. 0.5 A-dan böyük cərəyanları ölçmək üçün tərpənməz və hərəkət edən sarğaclar paralel birləşdirilir.

Müqavimətin ölçülməsi
Ampermetrə paralel şunt qoşmaqla müqaviməti də ölçmək olar.

Amper sabit cərəyanın şiddətidir. İki bir birinə paralel düzxətli sonsuz uzunluğa və çox kiçik dairəvi en kəsiyi sahəsinə malik bir-birindən 1m məsafədə vakuumda ötürücülərdən keçən cərəyan bu ötürücülər arasında uzunluğu 1m olan sahədə 2-10’N qüvvə yarada bilərdi.


E
lektrik dövrəsində cərəyan şiddətini ölçmək üçün mikroampermetr, milliampermetr, ampermetr va kiloampermetrdən istifadə olunur. Praktikada belə cihazlara sadə olaraq ampermetr deyirlər. Ampermetrlər dövrəyə ardıcıl qoşulur. Cərəyən ampermetrin dolağından keçir (Sxem 2.1 2). Bu dolağın müqaviməti az olur. Ampermetrin ölçmə həddini genişləndirmək üçün cihazın dolağına paralel olaraq nisbətən kiçik olan sabit müqavimət qoşulur. Paralel qoşulan müqavimət şunt adlandırılır (Sxem 2.1 3.). Şuntlayıcı müqaviməti aşağıdakı formulaya əsasən seçirlər.

R-ampermetrin dolağının müqaviməti; n- ölçmə həddinin neçə dəfə böyüdülməsi.


Şuntlar sabit cərəyan dövrələrində istifadə olunan ampermetrlərə tətbiq olunur. Şuntların müqaviməti temperaturdan asılı deyil. Onun materialı manqandan hazırlandığı üçün müxtəlif temperaturlarda müqaviməti dəyişmir. Sabit cərəyanı ölçmək üçün maqnitoelektrik mexanizmli cihazlardan istifadə olunur. Ampermetrin cərəyan trasformatoru vasitəsilə dövrəyə qoşulması dəyişən cərəyan dövrələrində ampermetrin ölçü həddini genişləndirmək məqsədilə əlavə cərəyan transformatorlarından istifadə olunur. Dəyişən cərəyan; ölçmək üçün elektromagnit sistemli cihazlardan istifadə olunur.
Cərəyan transformatoru dövrəyə ampermetrin qoşulmasına xidmət edir. Carayan transformatorunun birinci dolağı işlədiciyə ardıcıl qoşulur. İkinci dolağı isə ampermetrə qoşulur. Ampermetrin daxili müqaviməti çox az olur. Praktiki olaraq cərəyan transformatoru qısaqapanma rejimində işləyir. Bu transformatorlarda birinci dolağın cərəyanının ikinci dolağın cərəyanına nisbəti transformasiya əmsalı adlanır. Ampermetrin nominal cərəyanı adətən standart olaraq 5 A olur. Carayan transformatorunun ikinci taraf dolağının dövrəsinin açıq halı yolverilməzdir və bu qəza halına səbəb ola bilər. Cərəyan transformatorunun ikinci tərəf dolağı açıq qaldıqda ondan cərəyan axmır. Nəticədə, maqnit seli maqnit dövrəsində həddindən çox artır. Bu zaman maqnitkeçirici içlik həddindən çox qızır. Bunun nəticəsində ikinci taraf dolağında e.h.q. – gərginlik artır və nəticədə dolağın izolyasiyası pozulur. Bu isə qulluq edən işçilərin həyatı üçün təhlükəlidir. İndi isə belə bir ölçməni nəzərdən keçirək.
T
utaq ki, cərəyan transformatorunun ikinci tərəfinə şkalası 5 A həddində olan ampermetr qoşulmuşdur. Cərəyan transformatorunun transformasiya əmsalı

I1 cərəyan transformatorunun 1-ci tərəf, la isə cərəyan transformatorunun 2-ci tərəf cərəyanıdır. Tutaq ki, ampermetrin şkalası 4 rəqəmini göstərir. Onda dövrədən axan cərəyan


I
1×I2 K₁=460-240 A

Hazırda istifadə olunan cərəyan transformatorlarını birinci tərəf dolağının cərəyan müxtəlif qiymətlərdə dəyişir. İkinci tərəf dolağının cərəyanı isə standart olaraq 5 A hesablanır.


Ampermetr voltmetr üsulu ilə çox böyük müqavimətləri, məsələn, izolyasiya materiallarının müqavimətini ölçmək mümkündür. Müxtəlif elektrik izolyasiyası materiallarına aid texniki şərtlər və standartlar onların həcmi və səthi müqavimət kəmiyyətlərinin buraxılabilən qiymətləri ilə əlaqədar müəyyən tələblər irəli sürülməsinə gətirib çıxarır. Şəkil 7.7 b də lövhəşəkilli izolyasiya materialı nümunəsinin (O materialı) həcmi müqavimətinin ölçülməsi sxemi verilmişdir. Nümunə A və B metal elektrodların arasına yerləşdirilir (elektrod mühafizə halqası adlandırılan C halqasının içində yerləşir). Nümunənin səthindən keçən cərəyan halqa vasitəsi ilə, qalvanometrin xaricindən keçməklə, birbaşa cərəyan mənbəyinə ötürülür. Qalvanometrdən isə ancaq həcmi cərəyan keçir və buna görə də hesablanan müqavimət həcmi müqavimət olur. Qalvanometrdən C nöqtələrinə gedən məftillərin yerini dəyişdirməklə səthi müqaviməti də müəyyənləşdirmək olar.
Müqavimətin və qeyri- xətti müqavimətin dəqiq ölçülməsi üçün müqayisə metoduna əsaslanan sxemlər tətbiq edilə bilər.
Şəkil 7.8, a da K açarının vəziyyətini ardıcıl olaraq dəyişdirməklə R, obyektindən və R, nümunə rezistordan (istinad rezistoru) keçən I və I, cərəyanları ölçülür. Gərginliyin U qiyməti sabit olarsa, I, Rx = 1 Ro bərabərliyi doğru olur və nəticə etibarı ilə R, I, Ro/Ix


Dəqiq ölçmələrdə R, və R, obyektlərindəki U, və U, gərginliklərinin sabit cərəyan kompensatoru ilə ardıcıl olaraq ölçülməsini nəzərdə tutan və şəkil 7.8, b də göstərilən sxemdən istifadə edilə bilər. Şəkildən məlum olur ki, R, R, U/U. Bu ölçmə sxemlərinin üstün cəhəti cərəyan mənbəyinin stabilliyinin elə də əhəmiyyətli olmaması (U gərginliyinin ancaq U, və U, ölçülərkən sabit qalması tələb edilir) və yüksək dəqiqliyə malik R rezistorlarından istifadə olunmaqla aparılan ölçmələrdə daha dəqiq nəticələr əldə edilməsidir.


Sənayedə elektromaqnit ampermetrləri 200A və voltmetrlər 500V-dək ölçmə həddində buraxılır. Ölçmə hədlərini genişləndirmək üçün bu cihazlarda da şuntlar, əlavə müqavimətlər istifadə olunur.
Elektromaqnit sistemli cihazlar əsasən sənaye tezlikli dəyişən cərəyan qurğularında lövhə ampermetr və voltmetrləri kimi tətbiq edilirlər. Lövhə cihazlarının dəqiqlik sinifləri 1,5 və 2,5 olur. Bəzi hallarda onları yüksək tezliklərdə istifadə edirlər: ampermetrləri 8000 Hs- ǝ,voltmetrləri 400 Hs-ə qədər. Laboratoriya şəraitində
Termoelektrik cihazlar dəyişən cərəyanın orta kvadratik qiymətini ölçür və onun şkalası kvadratik dərəcələnir. Bu cihazların termoelektrik dəyişdiriciləri əlaqəli (şəkil 7.20, a) və əlaqəsiz (şəkil 7.20, b) olurlar. Cihazlar əsasən ampermetr kimi istifadə olunurlar.
Ölçmələr üçün dəqiqlik sinifləri 0,5 və 1,0 olan gəzdirilən cihazlar da buraxılır.



Yüklə 39,03 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin