Sərbəst iş TƏLƏBƏ: Əliyev Beyrək İXTİsas


Dövlətin hüquqi aspektləri……………………………………….................……..…7



Yüklə 169,9 Kb.
səhifə2/7
tarix02.01.2022
ölçüsü169,9 Kb.
#41565
1   2   3   4   5   6   7
Məmmədzadə Zeynəb MULKİ

4. Dövlətin hüquqi aspektləri……………………………………….................……..…7

5.Təcrübələr nəyi göstərir ?......................................................................7

8. Öhdəliyin əmələ gəlmə əsasları...........................................................8 

Giriş




Öhdəlik hüquqlarının normaları

İqdisadi dövriyyəyə daxil olan münasibətlərin öhdəlik hüquq normaları ilə nizama salınması nəticəsində öhdəlik hüquq münasibətləri yaranır. Mülki hüquqda isə öhdəlik hüquq münasibətləri “öhdəliklər” kimi qəbul edilir. Öhdəliklərlə mülkiyyət hüquq münasibətləri bir-biri ilə sıx bağlıdır. Mülkiyyətçinin öz əmlakı üzərində sərəncam hüququnu həyata keçirməsi ilə öhdəlik hüquq münasibətləri əmələ gəlir. Öhdəliyin icrası isə bir çox hallarda mülkiyyət hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olur. Məsələn, mülkiyyətçi sərəncam hüququnu həyata keçirərək, alqı-satqı müqaviləsi bağlayır ki, bunun da nəticəsində satıcı ilə alıcı arasında öhdəlik yaranır. Alıcı həmin müqavilədən əmələ gələn öhdəlik üzrə əmlakı qəbul edərək, onun mülkiyyətçisinə və eyni zamanda, mülkiyyət hüquq münasibətlərinin iştirakçısına çevrilir.

Bununla yanaşı, mülkiyyət hüquq münasibətləri ilə öhdəlik arasında əhəmiyyətli fərq var. Mülkiyyət hüquq münasibətləri maddi nemətlərin əldə olunması ilə yaranır və mütləq xarakter daşıyır. Öhdəliklər isə maddi nemətlərin bir şəxsdən digər şəxsə keçməsi ilə yaranır. Ona görə də öhdəliklər bu prosesdə iştirak edən subyektlər tərəfindən müəyyən olunur. Öhdəlik iştirakçı olmayanlar, yəni üçüncü şəxslər üçün vəzifələr yaratmır. Məsələn, alqı-satqı üzrə öhdəlik, konkret olaraq, satıcı və alıcı arasında yaranır. Ancaq qanunvericilikdə, başqa hüquqi aktlarda və ya tərəflərin razılığı ilə öhdəliklərin bir tərəfinə və ya hər iki tərəfinə qarşı münasibətdə üçüncü şəxs üçün hüquq yarana bilər. Başqa hüquq münasibətlərində olduğu kimi öhdəlik hüquq münasibətlərində də iki və ya çox tərəf iştirak edir. Maddi nemətlərin dövriyyəsi aktiv hərəkətlərdən ibarət olduğu üçün öhdəlik hüquq münasibətlərində bir tərəf öhdəliyin icrasını tələb etməyə səlahiyyətli olduğu halda, digər tərəf onu icra etməyə borclu olur. Deməli, burada hər iki tərəf aktiv hərəkətlər edir. Misalçün, icarə müqaviləsi üzrə əmlakını icarəyə verən tərəf müəyyən edilmiş müddət başa çatdıqda, icarəyə verdiyi əmlakı tələb edib almaq hüququna malikdir, icarəçi isə icarəyə götürdüyü əmlakı vaxtında qaytarmağa borcludur.

Bir sözlə, öhdəlik dedikdə iqtisadi dövriyyənin iştirakçıları olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, bu zaman bir şəxs digər şəxsin tələbi ilə onun xeyrinə müəyyən hərəkətlər etməyə (əmlak və ya pul verməyə, iş yerinə yetirməyə, xidmətlər göstərməyə və s.) borclu olur.






Yüklə 169,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin