Sərbəst iş TƏLƏBƏ: Əliyev Beyrək İXTİsas


Təcrübələr nəyi göstərir?



Yüklə 169,9 Kb.
səhifə6/7
tarix02.01.2022
ölçüsü169,9 Kb.
#41565
1   2   3   4   5   6   7
Məmmədzadə Zeynəb MULKİ

Təcrübələr nəyi göstərir?

Bəzən təcrübədə ipoteka ilə girovu eyniləşdirirlər. Amma onlar bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Mülki Məcəllədə ipoteka ilə girov anlayışları verilib. Həmin məcəllədə göstərilir ki, ipoteka daşınmaz əşyalara, habelə, rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov isə daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılması deməkdir.

Müqavilədən əmələ gələn öhdəlik borclunun kreditor qarşısında onun xeyirinə icra etməli olduğu əsas öhdəliyidir. Lakin girov və ya ipoteka müqavilələrindən əmələ gələn öhdəlik ipoteka (girov) qoyanın ipoteka (girov) saxlayan qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə öhdəliyidir. Bu öhdəliyə bəzən aksessor öhdəlik də deyilir. Onu da bilmək lazımdır ki, əmlakı girov və ipoteka qoyan şəxs onun mülkiyyətçisi olmalıdır. Borclunun xeyirinə üçüncü şəxslər də əmlakını girov və ya ipoteka qoya bilər. Həmçinin, nəzərə alınmalıdır ki, tərəflərin arzusundan asılı olaraq girov müqaviləsi notariat qaydasında təsdiq edilə bilər. Bu isə, o deməkdir ki, girov müqaviləsinin notariat qaydasında təsdiqi mütləq deyil. Məsələn, şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın qısa müddətli kreditlərin təmin edilməsi məqsədilə xüsusi icazə ilə fəaliyyət göstərən lambardda girov qoyulması haqqında müqavilə lambardın girov bileti verməsi ilə rəsmiləşdirilir. Bu müqavilənin notariat qaydasında təsdiqlənməsinə ehtiyac qalmır.

Qeyd olunan aspektlərə diqqət yetirdikdə, dövlətin bu sahədə yürütdüyü siyasətin nə qədər əhəmiyyət daşıdığını görürük və buna nəzər saldıqda, bir daha sübut olunur ki, istər sadə vətəndaşların, istərsə də sahibkarların hüquqları yetərincə qorunur. Bu, həm də, ölkədə formalaşan demokratik prinsiplər dəyərindəki biznes mühitinin inkişafı deməkdir.   




Yüklə 169,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin