AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ
SƏRBƏST İŞ
Tələbə: Elşən Aslanov Müəllim: Mehparə Tejdehibonab Fakultə: Regionşünaslıq İxtisas:Mərkəzi və Şərqi Avropa Qrup: 170b Fənn: Etnoqrafiya Mövzu: Polşa haqqında
BAKI-2021 Polşa haqqında Polyaklar haqqında ilk məlumat X əsrə aid edilir. “Tayfa” knyazlıqları arasında mübarizə daha güclülərin rəhbərliyi altında bir neçə dövlət birləşmələrinin yaranmasına gətirib çıxardı. Bunlar qədim polyak dövlətlərinin formalaşmasının əsasını qoydular.
Polşa dövlətlərinin yaranması və inkişaf dövrü eyni zamanda polyak xalqlarının formalaşması dövrü idi. Onun etnik əsasını polyaklar, silezlər, mozovşanlar və pomoryanlar təşkil edirdi. Polşa slavyanlarının ayrı-ayrı qrupları arasında iqtisadi və mədəni əlaqələrin genişlənməsi, polyak xalqının birliyinə gətirib çıxardı. Lakin birləşmə prosesi Polşanın ayrı-ayrı rayonlarında müxtəlif cür gedirdi: Kiçik Polşa və Sileziyada tez, Mozoviya və Şərqi Pomoryedə nisbətən zəif, Qərbi Pomoryedə xeyli zəif. Bu ərazidə yaşayan əhalinin digər Polyak slavyanları ilə əlaqələrinə baxmayaraq, burada xüsusi bir xalqın təşəkkül tapmasını qeyd etmək lazımdır. X əsrin sonları - XI əsrin əvvəllərində Polska dövləti adı və onun əhalisi olan polyaklar adı meydana çıxdı.
Qədim dövlətlərdən qərbi slavyanların təsərrüfat həyatında sənətkarlıq xüsusi yer tutur. Daha qədim və daha geniş yayılmış xalq sənətinə toxuculuq aid edilir. Xüsusən polyaklarda toxuculuq daha çox inkişaf etmişdir. Polyak bədii toxuculuq növlərindən biri zolaqlı parça istehsalı hələ XI əsrdən mövcud idi. Çexlərdə şüşə istehsalı daha çox inkişaf etmişdir. Bu sahə Çexiyada XIV əsrdən məlumdur. Bunlarla yanaşı qərbi slavyanlarda ağac emalı və sənətkarlığın digər növləri də inkişaf etmişdir.
Qərbi slavyanların məskunlaşmasının ən qədim forması öz tipinə görə müxtəlif olan kiçik kəndlər olmuşdur. Onlar qədim qəsəbələr kimi mövcud olmuşlar. Vaxt keçdikcə kəndlər birləşərək çoxhəyətli qonşu icmalarını yaradırdılar. Belə ki, polyaklarda kənd məskənlərinin belə bir forması okolnitsa adlanırdı, o nal formasında və ya dairə formasında olan evlərdən ibarət kiçik kəndlər idi. Çexlər və slovaklarda məskənlər əsasən iki formada - pərakəndə və yığcam olmuşdur.
Qərbi slavyanların ənənəvi geyimlərində müxtəliflik müşahidə edilir. Qadın və kişi kostyumlarının əsasını qədimdə kətan və ya çətənədən tikilmiş köynək təşkil edirdi. Belə ki, artıq X əsrin əvvəllərində Bilqorod ətrafında geyinilmiş qadın kostyumları ən arxaik polyak kostyumlarından biridir. O qırmızı və qara geometrik ornamentdə tikilmiş çiyin calağı olan kətan köynəklərindən ibarət idi. Qərbi slavyanların üst paltarlarının forma və fasonları da müxtəlif idi. Bunların qədim forması kimi bizim günlərə qədər polyakların və lujitsalıların milli geyimlərində qalmış tikilməmiş plaşabənzər paltarı göstərmək olar.
Qərbi slavyanların mənəvi mədəniyyəti ənənəvi mərasimlərlə zəngindir. Belə ki, polyaklarda slovak və lujitsalıların da dojimka və objimka geniş geyd edilir. Bu qədim slavyan əkinçilik bayramı avqust-sentyabr aylarına təsadüf edir və keçmişdə ayrı-ayrı sehrli hərəkət və mərasimlərlə müşaiət edilirdi ki, bunun da əsas məqsədi bu məhsulu saxlamaq və növbəti ilin məhsul alınmasına təminat vermək demək idi. Bu dövrə aid olan digər ənənəvi bayram kimi yaz bayramı troitsa-nı , Polşada “ruh günü” gənclər bayramı, may ağacı bayramlarını göstərmək olar.
Qərbi slavyanların mənəvi həyatında din mühüm yer tutur. Polyakların, çexlərin, slovakların böyük bir hissəsi katoliklərdir. Məhz buna görə də bu xalqların ənənəvi mədəniyyətində, konkret məskənlərin, müqəddəslərin adı ilə bağlı məbəd bayramlarına və kütləvi gəzintilərə böyük yer verilir.
Səciyyəvi Polşa xörəkləri məhsulların mövcud olmasına bağlıdır. Polşada kənd təsərrüfatı yaxşı inkişaf etdiyinə görə, Polşa mətbəxində yarmalar xüsusi yer tutur – çörək, klyoteklər və ya blinlər polyaklar tərəfindən çox sevilir.
Tərəvəzli və ya ətli xörəklər ilə yanaşı, ləzzətli tərəvəz şorbaları Polşa mətbəxində xüsusi yer tutur. Meşələrdən polyaklar maral əti, coxlu miqdarda dəyərli göbələk, meyvə və otları əldə edir. Şirin suda yaşayan balıqlar və həmçinin dəniz balıqları Polşa mətbəxində geniş istifadə olunur. Bu günədək, bir çox Polşa xörəklərinin reseptləri illər boyu dəyişiksiz istifadə olunur.
Dostlarla söhbət etmək və ya birgə mahnı oxumaqla müşahidə olan ziyafətlər Polşa mədəniyyətin ayrılmaz hissəsidir. Onlar mədəni, dini, ən çox isə vətənpərvərlik rolunu oynayır. Bu səbəbdən polyaklar dostlarına baş çəkəndə və ya istirahət günlərini öz ailələri ilə keçirəndə, ziyafət etməyi o qədər sevirlər.
Ən çox sevilən Polşa xörəklərdən biri biqosdur. Biqos müxtəlif ət növləri, göbələk, bişirilmiş təzə kələm və turş kələmdən hazırlanmış xörəkdir. Qolabki tomat və ya qaymaq sousu ilə verilən içi ət və düyü ilə doldurulmuş kələm yarpaqlarıdır. Bekon və ya turşular ilə doldurulmuş mal əti ruleti həmçinin populyardır.
Şorbalar arasında çox vaxtı ətli klyoteklər ilə verilən cüğundurlu borşu qeyd etmək lazımdır. Zurek şorbası çovdar un mayasında hazırlanır və süfrəyə ağ kolbasa, bərk bişirilmiş yumurta, qatığotu ilə verilir. Meşə göbələklərdən hazırlanmış göbələk şorbası həmçinin çox ləzzətlidir. Əla kolbasalar və hisə verilmiş ətlər Polşa mətbəxi üçün səciyyəvidir. Qəlyanaltı üçün yağ, sirkə və ya qaymaqda olan siyənək balığı seçmək olar. Pierogi (piroqlar) ət, pendir və ya meyvə ilə hazırlanır, lakin hal hazırda onlar hər bir zövqə uyğun müxtəlif üsullarla hazırlanır. Meyvə konservləri – cemlər, mürəbbələr, kompotlar həmçinin çox populyardır. Desertlərin arasında ən məşhurları meyvəli maya piroqlarıdır. Xaş-xaş piroqu, zəncəfil keksi və çizkeyk həmçinin ənənəvi Polşa desertləridir. İçi qızılgül cemli ponçiklərdən də çox ləzzətlidir.
Polşa mətbəxində turş kələm əvəzolunmazdır, çünki o, bir çox xörəklərin əsasını təşkil edir, və həmçinin ayrıca salat kimi süfrəyə verilir. Turş kələm doğranılaraq duzlu suda qıcqırdılır. O, C və bir çox B qrup vitaminlərin zəngin mənbəyidir. Duzlu xiyarla yanaşı, o da Polşa süfrələrinin əksəriyyətində mövcuddur.
Vodka adətən ənənəvi Polşa içkisi hesab olunur. Lakin Polşada qədimi pivə bişirmə ənənəsi var və bu səbəbdən Polşa pivəsi təkcə Polşada deyil, bütün dünyada da yüksək dəyərləndirilir. Yəqin ki, heç kəs meşə və ya adi meyvələrdən meyvə likörlərin hazırlama sənətini Polyaklar qədər yaxşı öyrənməyib. Likörlərın hazırlama reseptləri gizli saxlanılaraq nəsildən nəsilə verilir.
Polşada təxminən 5000 müsəlman tatar yaşayır. 1989-cu ildən bəri ölkədə yeni müsəlman mühacirlər məskunlaşdır.
Hökümət tərəfindən təsdiqlənən illik 13 dövlət bayramı – 1 yanvar Yeni il, 6 yanvar Epifani, Pasxa, 1 may əmək günü, 3 may Konstitusiya Günü, 15 avqust Silahlı Qüvvələr Günü, 1 noyabr Müqəddəslər Günü, 11 noyabr Müstəqillik Günü və 25–26 dekabr isə milad bayramı vardır. Polşada müşahidə olunan xüsusi ənənə və batil adətlərə Avropanın digər ölkələrindəki rast gəlmək mümkün deyil. Milad gecəsi, adətən, bütün ilin ən yaddaqalan günü olur. Əhalinin əksəriyyəti, həm xristianlar, həm də dinsizlər bu bayramı böyük təntənə ilə keçirir. Milad bayramını ailə ilə qeyd etmək adətdir. Dekabrın 24-dən 25-nə keçən gecə kilsələrdə milad yığıncaqları keçirilir. Dekabrın 24-də milad ağacları bəzədilir, mətbəxdən yaşıl güllər asılır, milad şirniyyatları toplanmış qonaqlar arasında bölüşdürülür və səmada ilk ulduz göründükdə şam yeməyinə başlanılır. Əlavə boşqab və oturacaq gözlənilməz qonaq üçün masada simvolik olaraq qalır. Bununla yanaşı, dekabr ayı boyunca Polşanın bütün şəhərlərində bayram yarmarkaları təşkil olunur. Pasxa bayramından 52 gün əvvəl donut və bir çox ənənəvi şirniyyatlar ilə yağlı cümə axşamı qeyd olunur. Pasxa bayramının əsası ailəvi səhər yeməyi ilə başlayır. Səhər yeməyi süfrəsində adətən pasxa yumurtaları, yaz çiçəkləri, tort, kolbasa, sosiska, qaynadılmış yumurta yer alır. Müqəddəs bazar günü üçün yumurtalar boyanır və kilsələrdə ruhanilər tərəfindən hazırlanmış xüsusi səbətlərə qoyulur. Bayramın səhərsi günü gənclər tərəfindən həyata keçirilən su döyüşləri ilə müşahidə olunur. Həmçinin bu günü bəzi qızlar məhsuldarlığın simvolu olan söyüd ağacının ətrafında fotosessiya edirlər. Pasxa, Polşa təqvimində ən vacib bayramlardan biridir və bəzi ruhanilər üçün Miladdan daha vacibdir. Bütün dini bayramlarda qəbiristanlıqlar və məzarlar, ölənlərin yaxınları tərəfindən ziyarət olunur, hörmət əlaməti olaraq məzar daşları təmizlənir və misli görünməmiş miqyasda ölülərin şərəfinə şamlar yandırılır, yad edilir.
ƏDƏBİYYAT SİYAHISI Struktura narodowo-etniczna, językowa i wyznaniowa ludności Polski. Narodowy Spis Powszechny Ludności i Mieszkań 2011
Ludność. Stan i struktura demograficzno-społeczna. Narodowy Spis Powszechny Ludności i Mieszkań 2011
Piotr Stefan Wandycz (2001). The price of freedom: a history of East Central Europe from the Middle Ages to the present. Psychology Press. səh. 66.